Qadın döşlərində şişkinlik - Ondan maye də gəlirsə...

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • #Mammoloq #Gunay #mastopatiya
    Tibb üzrə fəlsəfə doktoru, cərrah-onkoloq, mammoloq Günay Əhmədova
    Əlaqə nömrələri: (+994) 50-549-67-77
    İnstagram: / cerrah_mammoloq_onkoloq
    Facebook: / mastopatiya-1671027209...
    Sayt: www.gunayahmad...
    Blog: sudvezixercengi...
    "Mastopatiya" termini altında 30-a yaxın sinonim birləşdirilir - süd vəzisinin displaziyası, süd vəzlərinin dishormonal hiperplaziyası, fibroadenomatoz, Şimmelbuş xəstəliyi, xroniki kistoz mastit, mazoplaziya, kistoz mastopatiya, mastodiniya və s.
    Bütün bu və digər terminlər, adətən süd vəzlərində bu xəstəlik zamanı rast gəlinən çoxsaylı morfoloji dəyişiklikləri izah eləmək üçün tətbiq edilir.
    Praktiki təbabətdə "mastopatiya" termini süd vəzilərinin çoxsaylı xoşxassəli xəstəliklərinə aid işlədilir, hansı ki, kliniki əlamətləri və əsas da histomorfoloji strukturuna görə bir-birindən fərqlənir, amma yaranma səbəbləri - orqanizmdə hormonal balansın pozulmasına görə oxşardırlar.
    Beləliklə, mastopatiya - xoşxassəli xəstəliklər qrupu olub, morfoloji olaraq geniş spektrli həm reqressiv, həm də proliferativ proseslərlə xarakterizə olunur, hansı ki, nəticədə süd vəzilərində kistoz, fibroz və proliferativ xarakterli dəyişikliklər yaranır.
    Mastopatiya nə ilə təhlükəlidir? Baxmayaraq ki, xəstəlik xoşxassəlidir və xərçəngönü hesab edilmir, süd vəzi xərçəngi diffuz mastopatiyada - 4 dəfə, kistoz forma fonunda isə - 40 dəfə çox inkişaf edir. Mastopatiyanın qeyri-proliferativ formalarında bədləşmə riski 1%-dən çox olmur, epitelin zəif proliferasiyasında - təxminəm 2,5%, güclü proliferasiyasında isə 31,5%-ə çatır.
    Bu baxımdan, mastopatiyanın profilaktika və müalicəsi, eyni zamanda süd vəzlərin bəd xassəli şişlərinin real profilaktikasıdır. Çox təəssüflər olsun ki, patoloji xarakterli törəmələrin 90%-ini xəstələrin özləri təyin edir və yalnız qalan hallarda tibb işçiləri tərəfindən profilaktik baxışlar zamanı təsadüfən aşkarlanır.
    Müayinələrin əksəriyyətində dishormonal hiperplaziyaların bədxassəli törəmələrlə birgə aşkarlanması, onların səbəblərinin və risk amillərinin ümumi olması, oxşar hormonal və metabolik pozğunluqlarla izah olunur.
    Mammoloq - süd vəzi xəstəliklərinin (mastit, mastopatiya, kistalar, şişlər və s.) müalicəsində ixtisaslışdırılmış həkim.
    Mammoloq, Mommoloq, Mamoloq, Mamaloq, Momoloq, Mastopatiya, Mastopatiya

Комментарии • 39

  • @dr.gunayhmdova1064
    @dr.gunayhmdova1064  2 года назад

    Cərrah-Onkoloq Mammoloq Günay Əhmədovanın digər videolarıyla tanış olmaq üçün kanalına abunə ola bilərsiniz. Günay Əhmədova rəsmi RUclips kanalı 👉🏻 ruclips.net/channel/UC5Z2OWMjoNoWNMM8C6duBoAvideos

  • @nrgiznargiz116
    @nrgiznargiz116 3 года назад +6

    🤲 Qadinlar gərək özlərini qorusun həkimə getsin ki bunun aqir fəsadları olmasin

  • @seherehmedova673
    @seherehmedova673 3 года назад +2

    Cox sag olun doktor, dəyərli məsləhətlərinizə görə sizə minnətdarıq, Allah sizdən razı olsun 🙏🌞🌙💖

  • @Romaa-ip5uo
    @Romaa-ip5uo 3 года назад +1

    Cox sag olun hekim Allah sizi kimi hekimleri var ellesin.

  • @user-sc8sv1xk2z
    @user-sc8sv1xk2z 3 года назад +3

    Çox aydın danışırsız sağ olun

  • @gulnaraahmadova9147
    @gulnaraahmadova9147 3 года назад +2

    Спасибо вам 🌼

  • @PUBG-dw6si
    @PUBG-dw6si 3 года назад +1

    Allahim sizi qorusun menim gozel savadli mehriban hekimim Allahim sizin yoxlugunuzu bize gostermesin sizin kimi hekime Azerbaycan olaraq ehtiyacimiz coxdur

    • @isgenderqasimov5603
      @isgenderqasimov5603 3 года назад

      Salam hekim nece hekimdi harda oturur? Menimde prsblemim var

  • @resadrzayev8492
    @resadrzayev8492 3 года назад +2

    Gözəl həkim çox gözəl danşırsız aydın başa salırsız çox sağ olun həkim mənim uzi kağızım xəsdaxanada qaldı sizdən xaiş etsəm onu mənə atardız vatsabnan şəklini çəkmişdim telfona silinib çox xaiş edirəm 🥰🥰

  • @kazimovtelman5466
    @kazimovtelman5466 3 года назад +5

    pervane xanim men hekim deyilem .amma bibimde fibroma var dowunde amma alti aydan bir 15gun soqan suyu icir 20ildirki hecne olmayib.yeni ice bilersiz 15 gun sonra alti aydan sonra ice bilersiz.

    • @bluesky2635
      @bluesky2635 3 года назад

      Döşdə fibroma olmur axı fibroadenoma olar o

    • @kazimovtelman5466
      @kazimovtelman5466 3 года назад

      @@bluesky2635 salam xanim duz deyirsiz fibroadenomadi

  • @elimasalli9403
    @elimasalli9403 3 года назад +2

    👍

  • @ahugozlu843
    @ahugozlu843 3 года назад

    Mən 3il əvvəl əməliyyat olmuşam sinəmdə şiş vardı hekim süd vəzinin fibrodinomasi diaqnozunu qoydu.18yasim var idi əməliyyat olanda 4ile keçir.indi 22yaşim var ve yenədə şiş yaranıb hər iki sinemde dehşet ağrı verir hemde

  • @leylaabasova8250
    @leylaabasova8250 3 года назад +1

    40 yaşındayam

  • @ahugozlu843
    @ahugozlu843 3 года назад

    Onkologiyada oldum əməliyyat daha ora getmek istəmirəm çünki oranın hekimlerine güvənmirəm

  • @gulnarasalamova
    @gulnarasalamova 3 года назад +1

    Doktor, atipik proliferasiyali maslopatiya eger hiperplaziya ile emeliyyat olubsa , ondan ne qeder vaxt kecenden sonra qorxulu ola biler?

  • @xaticeekberova7935
    @xaticeekberova7935 3 года назад +1

    Doktor xahiş edirəm kalsinat var.qorxulu xestelikdimi?

  • @businesslady.A
    @businesslady.A Год назад

    Salam doktor. Məndə mastopatiya vardı. Sonradan övladım oldu, 1 ildən çox süd verdim. Keçdi. Amma 3 il sonra yenidən döşümdə ağrılar yaranıb. Amma maye gəlmir. Məndə həmçinin Endometrioz da var.

  • @pervanemencoxbeyendimbudiz3172
    @pervanemencoxbeyendimbudiz3172 3 года назад +3

    Hekim siz vudyoda soģan suyunu demşdiz mende fibrona var islce bilerem

  • @isgenderqasimov5603
    @isgenderqasimov5603 3 года назад +1

    Salam hekim harda oturursuz??

    • @drgunayhmdova2065
      @drgunayhmdova2065 3 года назад

      ATU-nun Onkoloji Klinikası. Səməd Vurğun küç., 208

  • @ahugozlu843
    @ahugozlu843 3 года назад

    Salam həkim siz harda işləyirsiz?

    • @Romaa-ip5uo
      @Romaa-ip5uo 3 года назад

      Hekimin instaqram sehifesi var orda cavab verir cox sag olsun.Gunay Ehmedova yazin.

    • @ahugozlu843
      @ahugozlu843 3 года назад

      @@Romaa-ip5uo Salam.Mən instaqram istifadə etmirəm.Ona görə burda soruşdum.Yenədə çox sağolun.

  • @leylaabasova8250
    @leylaabasova8250 3 года назад +2

    Salam,məndə 1həftə mints -ya qalmış döşüm böyüyüb aqriyir. Mənə nə məsləhət verə bilərsiz?

    • @bluesky2635
      @bluesky2635 3 года назад +1

      Məndədə elədi 20 yaşım var ama elə olmağı normaldı narahat olmayın qorxulası şey deyil

    • @drgunayhmdova2065
      @drgunayhmdova2065 3 года назад +1

      Xanımlar ildə 2 , max 1 dəfə mammoloq müayinəsində olun

    • @leylaabasova8250
      @leylaabasova8250 3 года назад

      @@drgunayhmdova2065 təşəkkürlər

    • @leylaabasova8250
      @leylaabasova8250 3 года назад

      @@bluesky2635 təşəkkürlər