Dünyanın ən xoşbəxt ölkəsi Finlandiyada nələr var?

Поделиться
HTML-код
  • Опубликовано: 21 окт 2024
  • Ötən 2021-ci ilin noyabrın 27-də planetimiz daha bir qeyri-adi atmosfer hadisəsinin şahidi oldu. Finlandiyanın Sotkamo şəhərinin sakinləri qürub çağı üfüqdə 3 Günəş gördülər. Onlar qızılı halqa ilə bir-birinə bağlanmışdı. Əsl Günəş ortada, 2 yalançı günəş isə sağda, solda idi. Bu təbii görüntü Pargeliy, yəni, “yalançı günəşlər” adlanır. Soyuq qış günlərində atmosferdə buz kristallarında günəş işığının əksindən yaranan qeyri-adi hadisəni izləmək üçün hər il nə qədər turist şimala, xüsusilə, Finlandiyaya axışır. Amma onların 3 Günəşi görməyinə heç kim zəmanət vermir. Səfərdən əliboş dönənlər də olur, Finlandiyada maraqlı vaxt keçirənlər də... Bəs, Finlandiya necə ölkədir? Videonu izləyin...
    Coğrafi baxımından Finlandiya Skandinaviya yarımadası ilə Rusiyanın arasında yerləşir. Daim qonşuları Rusiya və İsveçin təsir dairəsinə məruz qalmasına baxmayaraq, finlərin dilləri və mədəniyyətləri çox fərqlidir. Yəni, milli kimliklərini qorumağı bacarıblar. Fin xalqına “skandinav” deyəndə, xoşlamırlar. Dillərinin kökəni türklər kimi Ural-Altay dil qrupuna aiddir. Fin dili bu dil qrupunun Qərb qolunu təşkil edir. Eyni dil qrupuna aid olmaları səbəbiylə, türklərlə finlərin qohumluqları neçə illərdir ki, mübahisə mövzusudur. Tarixçilərin çoxunun fikrincə, “türklərlə finlər uzaq qohum”dur. Amma bizim Qobustan abidələrini araşdırdıqdan sonra “vikinqlərin vətəni Azərbaycandır” deyən Norveç alimlərinin bu nəzəriyyəsi bizi finlərə bir köynək də yaxınlaşdırır. Qeyd edim ki, bu hipotez hələ SSRİ dövründə məhşur səyahətçi Tur Heyerdal tərəfindən irəli sürülüb. Tur Heyerdal bu fikrinə o qədər ciddiyyətlə yanaşırdı ki, dəfələrlə köklərinin izlərini axtarmaq üçün Qafqaza səfər edib. 2001-ci ildə bu əfsanəvi alim və səyyah Kiş məbədinin təmiri üçün xeyir-duasını verib və təmirin sponsorluğunu öz üzərinə götürüb. Düzdür, Heyerdal norveçdi, amma onun bu nəzəriyyəsi finlərlə olan qohumluğumuzdan bəhs edən tarix səhifələrinə də işıq salır. Elə ona görə də, finlər və Finlandiya haqqında məlumatlı olsaq yaxşıdır.
    Finlər öz ölkələrinə “Suomi” deyirlər. Mənası “Bataqlıqlar ölkəsi” deməkdir. Amma ən maraqlısı, bataqlıqlar ölkəsinin bu gün “dünyanın ən xoşbəxt ölkəsi”nə necə çevilməsidir. “Bəyaz zanbaqlar ölkəsində” kitabı məhz bundan bəhs edir. Mustafa Kamal Atatürkün də sevərək oxuduğu kitablardan olan “Bəyaz zanbaqlar ölkəsində” “Vətən” anlayışının formalaşması və cəmiyyətin inkişafı üçün əsl “bələdçi kitabı” rolunu oynayır.
    Bu gün inkişaf, təhsil, yaşam kriteriyalarından bəhs edən hesabatlarda Finlandiyanın adı siyahının əvvəllərində olur. Təhsil ekspertlərinin fikrincə, Finlandiyanın təhsil sistemi gələcəyin təhsil standartına çevriləcək.
    Finlandiyada internetə çıxış hər bir vətəndaşın təməl hüquqlarındandır. “Qadın və uşaqlar üçün yaşanıla biləcək ən gözəl ölkə” sayılan Finlandiyada xoşbəxtlik dövlət nəzarətindədir.
    Hər il BMT “dünyanın ən yaxşı ölkəsi”ni seçir. Bu zaman həmin ölkənin bəşəriyyətə nə qədər faydalı olduğu əsas götürülür. Finlandiya həmişə bu siyahının birincilərindəndir. 2018-ci ildə isə müvafiq siyahının birincisi idi.
    Ölkədə avtomobillə bağlı cərimələr vətəndaşın gəlirlərinə görə hesablanır. Qanun-qaydanı pozan insanın keçən il nə qədər vergi ödədiyinə baxır, sonra pul cəriməsi yazırlar. 2018-ci ildə milyarder Anders Wiklof 50 km/saatlıq yolda 71 km/saat sürətlə hərəkət etdiyi üçün 63240 avro məbləğində cərimələnib. Cərimə rekordu isə “Nokia” telefon şirkətinin direktorlarından birinə aiddir. 2002-ci ildə motorsikleti ilə sürət həddini aşan direktorun illik gəliri 11,5 milyon avro idi. Ona görə də, ona 94 min avro cərimə kəsilib. Qeyd edim ki, gəlirə görə cərimələmək təkcə Finlandiyada deyil, bu cür ölkələrin sayı ilbəil artır.
    Finlərin türklərlə oxşar cəhətlərindən biri də hamam mədəniyyətidir. Sadəcə olaraq, finlər hamamı gigiyenik yöndən yox, mədəni yöndən həyatın mərkəzinə yerləşdiriblər. 5,5 milyon əhalisi olan ölkədə 2 milyondan çox sauna var. Böyük şirkətlərin və dövlət qurumlarının binalarında da mütləq sauna olmalıdır. Hətta, bəzi iş toplantıları saunalarda keçirilir. Perzident və baş nazirin saunasının olması rəsmi məsələdir. Qısası, ölkədə bütün əhalinin eyni anda keyfini çıxara biləcəyi sauna mövcuddur.
    Paytaxt Helsinkidə hər il 4 gün müddətində “Restoran günü” keçirilir. Ölkədə vergiyə nəzarət güclüdür. Qeydiyyatdan kənar iqtisadi fəaliyyətə icazə yoxdur. “Restoran günü”ndə isə, kim nə istəsə bişirib sata bilər. Və bu 4 gündə əldə olunan gəlir vergidən azaddır. Yeganə şərt, satılan məhsulların içində alkoqolun olmamasıdır. Ən maraqlısı isə odur ki, bu günlərdə küçədə yemək satanların əksəriyyəti qazandıqları pulu evlərinə aparmır, müxtəlif xeyriyyə cəmiyyətlərinə və yardım dərnəklərinə verirlər.
    “Dünyanın ən yaxşı pizzası” da Finlandiyadadır. Nə? Deyirsiniz ki, bəs İtaliya? Hə, razıyam, pizzanın ana vətəni İtaliyadır. Finlandiyanın ən yaxşı pizzaya sahib olması qəribə bir hadisədən qaynaqlanır.

Комментарии • 69

  • @sevincqubadova
    @sevincqubadova Месяц назад

    Maraqlı məlumat üçün çox sağ olun❤

  • @zizseyidova8103
    @zizseyidova8103 2 года назад +7

    Maraqlı məlumata görə çox sağ olun

  • @sevahasanova6641
    @sevahasanova6641 2 года назад +3

    Çox gözəl video.Təşəkkürlər

  • @polatalemdarkurtlarvadisip5939
    @polatalemdarkurtlarvadisip5939 2 года назад +14

    Finlandiya gözəl ölkədi cox cox gözəldir

  • @yusifazerbaycan8019
    @yusifazerbaycan8019 2 года назад +4

    Çox maraqlıdır👍

  • @Wolf-je9no
    @Wolf-je9no 2 года назад +18

    Nokia adı bu ölkədə kiçik çay adından götürülüb. Məlumat üçün sizə minnətdaram

  • @ТунджайГусейнов-т4р
    @ТунджайГусейнов-т4р 2 года назад +4

    sizin hazırladığınız vidyoları cox bəyənirik arzumuz odur ki gözəl qarabağımızdan da rəngarəng vidyolar hazırlamaq qismətiniz olsun!🙌🙏👍👏

    • @fazilmammadli1992
      @fazilmammadli1992 2 года назад

      Qarabağdan onsuz bütün telekanallar reportaj və kiçik sənədli filmlər hazırlayırlar hələ davamı da gələcək. Burda ehtiyac yoxdur. Vaxt itkisidir.
      Hələ Qarabağ deyə deyə beyinləri əsarətdə saxlayırlar ki ayilmayasan

  • @sadiqsalimov7322
    @sadiqsalimov7322 2 года назад +11

    Salam Men 🇫🇮🇪🇺KristinaKapunki Kristinstaad🇪🇺🇫🇮 yaşayiram Vasa şeherine 90 km yaxinliğda
    Turku 🇫🇮🇪🇺 şeherinde Türk şehidliyi var
    Amma Lixteynşteyni 🇱🇮🇪🇺 čox sevirem

    • @tutuline1259
      @tutuline1259 Год назад

      Siz Finlandiyada yaşayırsınız ?

    • @muradhesimov5934
      @muradhesimov5934 Год назад

      ​@@tutuline1259 Sizdə Findanliyaya getmək istəyirsiz xanım ?

  • @samiragayev1001
    @samiragayev1001 2 года назад +6

    Finlandiya gözəl ölkədi.👍👍👍

  • @ayishememmedli6569
    @ayishememmedli6569 Год назад +1

    Ağ Zanbaqlar olkesı kıtabını oxuyub,bu vıdeoya baxdım cox faydalı oldu 😊

  • @aytenmamedzade
    @aytenmamedzade 2 года назад +6

    Hamı bu ölkədən çıxıb gedir(.

  • @ramilbabasov6435
    @ramilbabasov6435 Год назад

    Cox saqol. Cox xosuma geldi !!

  • @seadetfeyzullayeva2046
    @seadetfeyzullayeva2046 2 года назад

    Maraqlı videodur. Xelsinki mərkəzi!

  • @ismaylhuseynov2089
    @ismaylhuseynov2089 Год назад

    Allah təala insana ağıllı yanaşaraq xoşbəxt olmağın yolun göstərir. Finlandiya insanları çaya, dənizə zibil tullamaz bilirki onun fəsadı özünə dəyəcək.

  • @ismaylhuseynov2089
    @ismaylhuseynov2089 Год назад

    Maraqlı faktlar

  • @ugurseyid6214
    @ugurseyid6214 2 года назад +4

    Salam Allah köməyin olsun

  • @nzaktdunyamalyeva9712
    @nzaktdunyamalyeva9712 2 года назад +2

    Ruzun bol olsun oglum

  • @fsanseyidova7882
    @fsanseyidova7882 2 года назад +3

    Əla

    • @OrinC2011
      @OrinC2011 2 года назад

      Salam xanım,mənim də səhifəmə dəvətlisiniz.

  • @ALV--sp6un
    @ALV--sp6un 2 года назад +3

    Bravo!!!

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 2 года назад +2

    👍👍👍

  • @ALiAlamdar536
    @ALiAlamdar536 2 года назад +3

    Eger mümkündürsə çox xaiş edirəm Donimarka haqqında etraflı çekliş edərdiz. Gözləyirik Donimarkanı.

  • @ruslanrzayev9691
    @ruslanrzayev9691 2 года назад +1

    Salam Ülvi bəy.Kanada haqqında mümkün qədər məlumatınız olsa növbəti videolarda paylaşın

  • @Game_aze_mm
    @Game_aze_mm Год назад +1

    Çox xahiş edirəm cavab verin finlandiyaya neçə günə çatmaq olar

  • @bizimknd1896
    @bizimknd1896 2 года назад +2

    Maraqlıdı

  • @Numan_imanov
    @Numan_imanov Год назад

    Finlandiyadan salamlar👋🏻

  • @sadiqsalimov7322
    @sadiqsalimov7322 2 года назад +5

    Maşinlar elektrik cerayana qoşmaq ücün xüsusi xett čekilib gece mašini budilnikle cerayana qoşursunuz seher işe gedende maşin hem isti hem de hazir olur. Hetta bezileri gece saat 3 de qoşulur avtomatik.
    Čörekleri ise čox dadli čovdar unu kəpəkli 50 yaxin čörek növbe növ
    Yağlari ise mehşur brend Valio😋😋😋

  • @reallq6276
    @reallq6276 2 года назад +1

    İşğaldan azad olmuş Rayonlardan

  • @Ramal.Babayev6377
    @Ramal.Babayev6377 5 месяцев назад

    Çox yaxşı olardı ki bu savad və danışıq səviyyəsi ilə birdə veriliş hazırlamayasınız. Videonun 5.19 dəqiqəsində aparıcının motosikletə "motosklapiya" və 11,12 dəqiqədə maralın "İşəmək" ehtiyacı kəlməsi sizin səviyyənin çox aşağı olmasından xəbər verir.

  • @galaxsyapsasa8203
    @galaxsyapsasa8203 2 года назад +1

    Azərbaycanda belədida yuxmuzda

  • @sadiqsalimov7322
    @sadiqsalimov7322 2 года назад +4

    Ağcaqanad düttïli dehşetdi
    🦟🦟🦟🦟🦟

  • @Cema-cu1nk
    @Cema-cu1nk 2 года назад

    🙏🏼🤲

  • @vasifnuraddinov9520
    @vasifnuraddinov9520 Год назад

    Salam ora nece getmek olar

  • @laleabdullayeva343
    @laleabdullayeva343 2 года назад +1

    İsveçrə haqqında

  • @ehtibarmuradov2550
    @ehtibarmuradov2550 Год назад

    Xahis edirem ingiltere haqqinda videonu paylasardiz.

  • @arifsadqov-ob5ek
    @arifsadqov-ob5ek 11 месяцев назад

    Qətər haqqında danış zəhmət olmasa

  • @ruslanismayilov9706
    @ruslanismayilov9706 2 года назад +3

    Yasamagi qebul eden olke haqinda deseniz memnun olaram

  • @AytenAlcanli
    @AytenAlcanli Год назад

    Oxuyuram əla kitabdır

  • @namesurname4199
    @namesurname4199 Год назад

    Meksikadan və həyat tərzıərinindən yazın .🙏

  • @sadiqsalimov7322
    @sadiqsalimov7322 2 года назад +3

    Hetta Tualetde bele su bunlarda var😄🚿🚽
    Almaniya 🇩🇪🇪🇺 ve Belčikada🇧🇪🇪🇺 hetta Isvecde 🇸🇪🇪🇺 bele təmizlik gigigeyana yoxdur.
    Elifbasi ise ü ə ve bütün türk sözleri

  • @nilufarmammadzada6943
    @nilufarmammadzada6943 2 года назад

    Onların bizimlə qohum xalq olmasını sübut edən şey, küçəyə tüpürməkləridir. Onda bildim ki, deyəsən bizlə qan qarışıqları var)))

  • @raufshirinov1602
    @raufshirinov1602 2 года назад +1

    Isvecre

  • @ehedhasilov438
    @ehedhasilov438 2 года назад +2

    Beydim

  • @zaurehadov6292
    @zaurehadov6292 2 года назад

    Estonia.

  • @sfhcfhhhiifyuffiv4224
    @sfhcfhhhiifyuffiv4224 2 года назад +1

    Rusya xahiş edir irem

  • @TheTinkywinky3
    @TheTinkywinky3 9 месяцев назад

    Finlandiya yazib, türk, azerbaycan, qafqazdan bashqa nese eshitmirsen.

  • @demkratiya3692
    @demkratiya3692 2 года назад

    Ən hər il Norveç çığır 1 ci yerə

  • @demkratiya3692
    @demkratiya3692 2 года назад +1

    Finlandiya xoşbəxt ölkə deyil Dünyanın xöşbəxt ölkəsi Norveç

  • @zumrudbabayeva7833
    @zumrudbabayeva7833 2 года назад +1

    Amerika haqında

  • @dontloseyourhope9426
    @dontloseyourhope9426 2 года назад

    1:52 like düyməsin*i basın yox e like düyməsin*ə basın 😂

    • @fazilmammadli1992
      @fazilmammadli1992 2 года назад +1

      Qəhqəhə çəkib gülməyə ehtiyac yoxdur. Elə məntiqlə fikir versen ikiside bir mənaya xidmət edir. Sonda "basın" sözü var. Fərq etmir ismin yönlük və ya təsirlik halı olsun. Elə ən pisi sən deyən oldu düyməsinə. Əvvəlki daha irabetli çıxır!

  • @demkratiya3692
    @demkratiya3692 2 года назад

    Norveç heç ölkə çata bilməz

    • @fazilmammadli1992
      @fazilmammadli1992 2 года назад +1

      Norveçi görürəm çox tərifləyirsen. Amma finlandiya 1 dünya müharibəsindən sonra vətəndaş müharibəsi və sonrası illərində sıfırdan yığılmış bir ölkədir. Hələ 39 SSSR ilə müharibədən danışmıram. Orada heç bir məhsul bitmirdi qayalar ölkəsi idi. Çox şeyi hətta taxılı belə qonşu ölkələrdən alırdılar. Öz əl qabiliyyətleri ilə hazırladıqlari əşyaları başqa ölkələrə satırdılar. Sənət abidələri yaradırdılar gecə gündüz çalışırdilar. Adamlar bu gune gəlib çıxıblarsa adları dünyanın nümunəvi ölkələr sırasında birinci çəkilirsə böyük işdir. Təbiəti sərvəti ela olsa idi daha səmərəli istifadə edib böyük sivilizasiya ola bilərdi bəlkə

    • @demkratiya3692
      @demkratiya3692 2 года назад

      @@fazilmammadli1992 NORVEÇ DUNYADA 1 NÖMRƏLİ ÖLKƏDİ XÖŞBƏT ÖLKƏDİ шивчария Danimarka Bir bir ilə ötşülər əsas bu ölkələrdi bir ölkədə var hamsı Qızlardır adı yadmnan ciğdi Adı yadmnan çigan ölkədə konaka cığır neervec шивчари Danimarka ilə ama ən çox 1 çi yerə ciğan ölkə Norveç olub Filandiyda az çigib 1 çi yerə əsas Norveç güçdə gedən kefi yoxdusa Norveç pis bağılar həmən adama həta məlumatlar var məndə aparılar dəliğana Salilar Dunayın xoşbəxt ölkəsində Gucədə gedir üzü gülmür kefi yoxdu deməli bu adamın başında Problem var aparılar Dəlixana Norveç Ölkədə Heç Bir Problem yoxdu hamsi yaxşdı xalqı bəy balası kimi yaşayır Germany gülür Norvecilər Almaniya adını çəkəndə gülməy tutur Norveciləri Kankret ölkədi 1 2 işləyib GEDİLƏR evə əmək haki çox yüksək Norveç Türmələri Türkiyə Antaliya şəhəri kimdi İnternet FİFA oyunları hər oyunlar özdə Türmə işçiləri də gəlib Türmədə cəza çəkənlər cəza çəkmir elə bil Antaliyda dincəlirlər çox gözəl yer Pul verilər Türmədə yatanların hamsına 1 saat bir ödəniş olnur Türmədə yatanlara kitabxana İdman zalları Türməyə nəzarət edənlər gəlib Türmədə yatanlarla bir yerdə FİFA oyunyular Norveç kimi ölkə Dünyada yoxdu Türkiyə Qızları Yaman Daşıyırlar Norveçə Türk Qızları Norveçi İşğal edib

    • @demkratiya3692
      @demkratiya3692 2 года назад

      @@fazilmammadli1992 Almaniya Amerika Canada kimi ölkələr arxda qalıb Azerbaycan Dunayın xoşbəxt ölkəsi üzrə 95 çi yerdədi

    • @fazilmammadli1992
      @fazilmammadli1992 2 года назад

      @@demkratiya3692 ola bilər bu məlumatlar doğru olsun amma baxıram Azərbaycan dilində cümlələri heç doğru düzgün yazmamisan. Güclə başa düşdüm səni Bu Azərbaycan dili deyil. Haralısan, harda yaşayırsan, təhsilin harada olub!

    • @demkratiya3692
      @demkratiya3692 2 года назад

      @@fazilmammadli1992 yevrey

  • @BloggerFransa-n8d
    @BloggerFransa-n8d 6 месяцев назад +1

    Norveç 1 çi yerə çıxırdı indi Finlandiya geçib qabağa