Orkhan Zeynalli x Joseph Abbas - Əks-Səda (Rəsmi Musiqi Videosu)

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 829

  • @orkhanzeynalli
    @orkhanzeynalli  15 дней назад +443

    Dostlar, sizə ən doğma sətr hansı oldu?

    • @RuslanMemmedov-r5b
      @RuslanMemmedov-r5b 15 дней назад +63

      Oyanıb cənnəti gördüm, yuxuma haram qatıb... respect

    • @suleymanmikayilli2929
      @suleymanmikayilli2929 15 дней назад +81

      Xəyallarımın çoxun satıb mən çörəyə dəyişdim...

    • @yunis.isgenderli
      @yunis.isgenderli 15 дней назад +103

      Sən demə dost sözünü hecaya illər bölür

    • @lemanwirinova1189
      @lemanwirinova1189 15 дней назад +45

      Aylar keçir, illər ötür hər kəs torpağa qarışır...😔

    • @eyvaz.rustemli
      @eyvaz.rustemli 15 дней назад +23

      Sən demə dost sözünü hecaya illər bölür

  • @josephabbas
    @josephabbas 12 дней назад +183

    “Vətən yaxşı”

    • @Mahir_9988
      @Mahir_9988 11 дней назад +3

      KAYBEDENLER KULÜBÜNÜN OLMAZSA OLMAZI. UĞURLAR

  • @just.mahsun
    @just.mahsun 15 дней назад +211

    11 yanvar 2025 ci il. Mən birazdan ölkədə olmayacam və geri dönüb baxıram ki, onunla olan hekayəmiz "Mavi Qızılgüllər" lə başlayıb "40 cı Paralel" ilə bitdi. İndi isə mən əlimdə "Mavi Qızılgüllər" və qulaqcığımda "40 cı Paralel" ilə son dəfə bu ölkənin işıqlı görünən amma daxilən qaranlıq tərəfinə baxıb burda rəy yazıram. Sevilirsən Orxan özünə yaxşı bax. Sizdə özünüzə yaxşı baxın ortaq və keyfiyyətli bir zövqə sahib olan tanımadığım amma mənə doğma olan, və buranı sanki bir ev kimi bölüşüb söhbət etdiyimiz gözəl insanlar. Bu ölkədə bu hekayə alınmadı. Bəlkədə hansısa başqa paraleldə... Və bəlkədə bir gün bura geri dönmək ümidi ilə. Salamat qalın...

    • @SamkoGarayli
      @SamkoGarayli 14 дней назад +1

      Cox tesirli sozlerdi

    • @elvinpirmamedov9324
      @elvinpirmamedov9324 14 дней назад +2

      Sağ salamat,uğurlar🙏🏼

    • @zeynebhuseynli4820
      @zeynebhuseynli4820 14 дней назад +10

      Sən ki hekayəni yenidən yazacaq qədər güclü birisən. İnanıram hər şey yaxşı olacaq 👍🏻

    • @hermgranger5302
      @hermgranger5302 13 дней назад +7

      Uğur olsun, əsl ev’ini tapman diləyilə✨

    • @nurlanzada7235
      @nurlanzada7235 12 дней назад +5

      Xoşbəxt ömrü yaşa! Ölməyə vətən yaxşı..

  • @VeliShukurov
    @VeliShukurov 15 дней назад +275

    1 ildir Almaniyadam. 10.il sonra bu kommenti oxuyanda harda olacağım çox maraqlıdır.
    Orxan respekt

    • @mvtvnevs
      @mvtvnevs 15 дней назад +2

      Greenlandda

    • @CavidanSalahov
      @CavidanSalahov 15 дней назад +6

      Həmişə arzuladığın həyatının döngəsində inşallah

    • @xalid-minus5026
      @xalid-minus5026 13 дней назад +1

      orxan 40imizi oxuyub butun emmigrantlari yigib basina karoche, xeyirlisi hamiya

    • @qarasoy6694
      @qarasoy6694 12 дней назад +4

      bizi ölkeden küsüb getmeye mecbur edenleri Allah bağışlamasın, qəribçilik çətin olsada qərarınızdan dönməyin, burda gələcək yoxdu, sizə Almaniyada uğurlar, inşallah bir gün mene de bu ölkeden birdefelik köçüb xaricə getmek qismet olar

  • @lemanwirinova1189
    @lemanwirinova1189 15 дней назад +159

    Aylar keçir, illər ötür hər kəs torpağa qarışır🥀....(Azər Baxşaliyev)😔

  • @Despecto_00
    @Despecto_00 12 дней назад +75

    Səndeme dost sözünü hecaya illər bölür....

    • @cholericwes
      @cholericwes 10 дней назад +6

      Çox mənalı sözdür, dost sözü bir hecalı olduğuçün hecaya bölünmür, lakin mahnıda deyildiyi kimi dostların arasına illər girdikdə dostlar ayrılır nəticədə dost sözü hecaya bölünür.

  • @kenanabbasov3633
    @kenanabbasov3633 15 дней назад +84

    Orxan, hər ehtiyacım olanda gəlirsən. Dostum yox idi deyirdim, o sən imişsən

  • @prangamania13
    @prangamania13 15 дней назад +31

    Bravo 🖤

  • @MtinMmmdli-mu4qy
    @MtinMmmdli-mu4qy 15 дней назад +106

    3 saatlıq imtahan
    Taleyimizi dəyişəcək, deyirdilər
    Tale isə, deyəsən, paxıldır

  • @Skylaw_m
    @Skylaw_m 15 дней назад +41

    Joseph Abbas ilə birlikdə bu iş birliyi sadəcə mükəmməl alınıb. Səslərinizsə bir-birinə o qədər uyğun və gözəl səslənirki sözlə ifadə etməkdə çətinlik çəkirəm. Azərbaycanda hələdə belə sənətkarların var olmağı məni çox sevindirir'

  • @amil5050
    @amil5050 15 дней назад +70

    Orxanın ilk sətrlərdə repini göstərdiyi qara kapuşonlar HOST-un doğuşundan başqa bir şey deyil. Çox əjdaha göndərmədi.🫡

    • @SelmanEliyev13
      @SelmanEliyev13 15 дней назад +3

      Mənim də ağlıma ilk o gəldi, göndərmə çox yaxşı alınıb.

    • @yunis.isgenderli
      @yunis.isgenderli 15 дней назад +3

      Düzgün analiz 👍🏻

    • @amil5050
      @amil5050 15 дней назад +3

      @@yunis.isgenderli 16 ilin nəticəsidi)

  • @faridimamali
    @faridimamali 15 дней назад +31

    2010-dan bəri H.O.S.T, Orxan Zeynallı dinləyicisi olan biri kimi bu klipə baxdıqca uşaqlığımı, tələbəlik illərimi xatırladım. 2 ildir Polşadayam. İllər sürətlə keçir, kim bilir bir 15 il sonra bu rəyi oxuyanda harda olacam..
    Hər yeni trekində yaşatdığın fərqli hisslər, sürətlə axan zamanı dayandırıb keçmişə nəzər salmağımıza səbəb olduğun üçün çox sağ ol, Orxan. Nə yaxşı ki, varsan!🖤

  • @shizukadare
    @shizukadare 15 дней назад +28

    Ailə rəsmin çəkmə
    Heç kimə bağlanmadığın evdə
    🖤

  • @ulviallahverdi7299
    @ulviallahverdi7299 15 дней назад +23

    Sən demə Dost sözünü illər hecaya bölür... Həyat bu sətr qədər mükəmməl təsvir edilə bilməzdir👍

  • @khld_qrsq
    @khld_qrsq 15 дней назад +305

    Orxan öz gəncliyinə baxır bu klipdə,
    0:41 mançester yunayted forması geyinən oğlan,
    1:04 bir hostcunun həyatı mahnısı,
    1:41 host vaxtları trekler yazmaqları (kapüşonlar)
    2:20 hostun dağılmağı;
    (2:48 hekayəm klipindəki kadra çox bənzəyir)
    2:51 Amerikaya getməyi;
    Bu mahnıda Orxan özünə səhayət edib (köhnə dinləyicilər üçün 🤍)

    • @elcanmemmedli8611
      @elcanmemmedli8611 15 дней назад +5

      qəşəng

    • @fidanshamurova3272
      @fidanshamurova3272 15 дней назад +4

      🤍

    • @Ayaz_M._Rashidov
      @Ayaz_M._Rashidov 15 дней назад +6

      @@khld_qrsq eledir ki var! Chox mohteshem bir bahni, hem de ki klip yaradiblar!

    • @lamanabbas
      @lamanabbas 14 дней назад +5

      Eynən bizdə dostlarla buna fikir verdik ! Əhsən

    • @carabin13
      @carabin13 14 дней назад +8

      Və sən. Əsil dinləyici :)

  • @Just_Musayeva
    @Just_Musayeva 15 дней назад +16

    Möhtəşəm alınıb. Çalışaq, layiq olduğu yerə qaldıraq

  • @sabinayusufova5735
    @sabinayusufova5735 11 дней назад +10

    Ən böyük arzum saatlarla dayanmadan hər mahnısına qulaq asa biləcəyim, hər sətirlərini əzbər bildiyim o möhtəşəm şəxs Orxan Zeynallıdan bir like almaqdır✨

  • @rujingasanov7922
    @rujingasanov7922 11 дней назад +11

    Mən xaricdə ( israeldə) doğulub yaşayıram 20 yaşım var ildə bir Azərbaycana gəlirəm. Və əsas Azərbaycanıma gələndə əsl evdə hiss edirəm. Sadecə indi yox, uşaqlıqdan sadecə Azərbaycan o evin istiliyini verir mənə, əsas oradı evim. Bədənim yaşadığım ölkədədi ruhum vətənimdə.

  • @aydnguliyeva
    @aydnguliyeva 15 дней назад +12

    Bu mahnı köhnə dinləyicilər üçün nostaljik hisslər yaratdı... Təşəkkürlər,Orxan!

  • @GülnarTəhməzli
    @GülnarTəhməzli 14 дней назад +13

    Ən yaxın dostumla dostluğumuzun bitdiyi gün mahnının paylaşılmağı……
    “Sən demə dost sözünü hecaya illər bölür”

  • @K.Salayev
    @K.Salayev 15 дней назад +24

    Nə olar dayanıb güzgüdə bir gün,
    Arxanda dayanan dağdı görəsən,
    Sənin əziz olan doğmalarını,
    Bir-bir qucaqlayıb, sağdı görəsən.
    Əlini tutasan zamanın bir an,
    Etdiyin səhvləri düz eyləyəsən
    Küsülü qalıb, barışmadığın
    Mərhum insanlarla söz eyləyəsən.
    Aparıb özünlə qayğılarını,
    Keçmişdə bir oda atıb gedəsən
    Uşaqtək ağlayıb, sonra Ananın,
    Şirin laylasında yatıb gedəsən…

  • @AyselKrimova-lk7rk
    @AyselKrimova-lk7rk 15 дней назад +12

    Gəncliyimi gözəlləşdirən 2 möhtəşəm sənətkar ❤❤

  • @aytachuseyn2397
    @aytachuseyn2397 14 дней назад +12

    40cı paralel sonrası təkrardan duyğuıandıran Track✨♥️Çox sağ ol Orxan👏🏻

  • @ismayil1
    @ismayil1 15 дней назад +14

    Yaxını ölmək üzrə olan birini təsəlli etmək necə çətindirsə, o qədər çətindir mənə ölkəm haqqında danışmaq...(Sözdə "Neft ölkəsi"💔)

  • @gl.mirza888
    @gl.mirza888 15 дней назад +23

    Götür,bu sevgiləri üşüsən, geyin əyninə 2:07 ..💙

    • @iammrhsnlyv
      @iammrhsnlyv 15 дней назад +2

      Biz onsuz da isinmirik,palto pencəklə

  • @abdullayevalale
    @abdullayevalale 14 дней назад +8

    Hər dəfə necə bacarırsan hayatımızdan bir parca yazmağa görəsən 90-cı illərin uşaqları hamısımı eyni məsələ üzərində cəmləşib

  • @narminjabrayil
    @narminjabrayil 15 дней назад +25

    Qızlarla 25 yanvardakı konsertinə bilet almışıq. Uzun illər sonra özüm üçün etdiyim ən gözəl şey bu konsertə getmək olacaq. Sənin tracklarında bütün yeniyetməliyim, gəncliyim, universitet illərimin xatirələri var. Səbrsizliklə konserti gözləyirəm o illərə qayıtmaq üçün💜

    • @specialforsec6289
      @specialforsec6289 15 дней назад

      @@narminjabrayil bilet qalıb satışda hələdə?

    • @lemanwirinova1189
      @lemanwirinova1189 15 дней назад +1

      Çox az qalıb telesinn​@@specialforsec6289

    • @ramilataralova359
      @ramilataralova359 15 дней назад +1

      Bəli qalıb

    • @narminjabrayil
      @narminjabrayil 15 дней назад

      Baxmamışam alandan sonra​@@specialforsec6289

    • @vusala96
      @vusala96 14 дней назад +1

      Mən də həmçinin😍😍😭😭

  • @cielojoon
    @cielojoon 15 дней назад +29

    Ailədən qurtulmaq üçün ölkədən çıxdım, qurtula bilmədim. Conan Grayin mahnısında bir cümlə var, deyir qaçaram amma ailəmdən gizlənə bilmərəm. Həqiqətən də elədir. Tək çarə normal psixologiyada yeni nəsil yetişdirməkdir. Amma ondan əsas özümüzü yetişdirmək.

    • @limkamiss1644
      @limkamiss1644 12 дней назад

      Necə də doğma hissdir..

    • @Elvinsgrov-xw8yi
      @Elvinsgrov-xw8yi 12 дней назад

      kimisi ise ailesine hesretdir sadece...

    • @nasrain
      @nasrain 2 дня назад +1

      I can run, but I can’t hide from my family lines 🥲

  • @Hussainpasha9
    @Hussainpasha9 15 дней назад +12

    Qürbətdə olan zaman vətən həsrəti çəkən minlərlə şəxs Orxan Zeynallının mahnılarına qulaqcıqda qulaq asıb həmin o vətənin yada salır. Həmin o masa harda ki, öz valideynləri ilə söhbət edir, həmin o məktəbin qarşısında öz dostların gözlədiyi anlar. Bəlkə də, nə zamansa həmin küçələrdə yenədə gəzəcəyik bu mahnılara qulaq asacayıq təklikdə və o zaman anlayacayıq ki, ətrafımızda ki, həmin şəxsləri illər ayırdı bizdən.İllər sonra bu mahnıya qulaq asıb harada olacağım maraqlıdır.

  • @FatimaEyvazova730
    @FatimaEyvazova730 13 дней назад +11

    Orxan, əvvəllər daha çılğın idin, yaşın artdıqca daha sakit təbiətli olmusan. Duyğuları mahnılara ötürməyi bacaran nadir insanlardansan. Möhtəşəmsiz❤️

  • @zaurhost
    @zaurhost 15 дней назад +8

    "Sən demə dost sözünü hecaya illər bölür" 💛

  • @natavanmirza
    @natavanmirza 7 дней назад +4

    Ona görə 1 milyon olmur ki, Orxan yalandan pul buraxmır video trenddə 1-ci yerdə olsun. Onun bilet satışının nəticəsi onun nə qədər sevəni olduğunun sübutudur. 24-ü görüşənədək, bizim uşaqlığımızın insanı 💙 Uğurların bol olsun...

  • @elfeins
    @elfeins 14 дней назад +7

    Sizin gördüyün işə nə deyim Orxan…Mən qruza girmədim amma qruz mənə girdi… Orxanın hər cümləsində hər birimiz özümüzdən bir parça tapırıq, Josefin həzin səsini isə qulaqlarımız yox ruhumuz dinləyir. Əhsən sizə 👏🏻

  • @shizukadare
    @shizukadare 15 дней назад +8

    Bütün doğulan ümidlərin gecəylə ölməlidir...

  • @ShahinMusic
    @ShahinMusic 15 дней назад +7

    Hörmətlər 🤘🏼

  • @aytenbabayeva
    @aytenbabayeva 12 дней назад +6

    Pis günlər geridə qalmır,pis məfhumu dəyişir 🎈...

  • @cebrail6572
    @cebrail6572 15 дней назад +9

    Nəqarət musiqinin demək olar ki 50% ni təşkil edir. Belə gözəl nəqarəti olan track! Trend olmalıdı!

  • @ZulfiyaSadixova
    @ZulfiyaSadixova 13 дней назад +5

    Aylar keçir,illər ötür hər kəs torpağa qarışır.(Rəhim Rəhimli).

  • @Eldarİsmayılov-u9s
    @Eldarİsmayılov-u9s 12 дней назад +4

    Hara getsək də doğulduğumuz torpağda hissələrimiz qalır və getiyimiz ölkəyə dağılmış şəkildə gedirik.

  • @Fidan_by
    @Fidan_by 13 дней назад +5

    Pis günlər geridə qalmır, pis məfhumu dəyişir.. Həmişəki kimi sətirdə dərin anlamlar var. Sağol, Orxan

  • @Just_Musayeva
    @Just_Musayeva 15 дней назад +6

    Hər sətirdəki incəlik... Orkhan Zeynallı klassikası

  • @elshan.baghirov
    @elshan.baghirov 15 дней назад +86

    qərib ölkədə yaşayan mən, bu rəyi illər sonra oxuyanda yenə harda olacağam maraqlıdır. hər birinizə sevgi arzu edirəm. ❤

    • @Sdds22
      @Sdds22 10 дней назад

      👅

  • @regionrey
    @regionrey 12 дней назад +9

    Xəyallarımın çoxunu satıb, çörəyə dəyişdim 💔

  • @NurayOrucova-c3u
    @NurayOrucova-c3u 14 дней назад +5

    Sən demə dost sözünü heyaca illər bölür🖋️

  • @1kiimse
    @1kiimse 15 дней назад +16

    Və sonda sevgilimin gözünə baxıb
    Dedim:"Vətənim sənsən "
    Vatanim sensin serialı ağlıma gəldi)

  • @Entiqe1
    @Entiqe1 15 дней назад +5

    Möhtəşəm Orxan Zeynallı! Bravo! Uqurların bol və axarlı olsun Nicat İsgəndər!

  • @gulchin777
    @gulchin777 9 дней назад +3

    Sən demə dost sözünü hecaya illər bölür🍂🥀

  • @Ariel-n6h
    @Ariel-n6h 15 дней назад +4

    Tam da həqiqətən ehtiyacımız olan anda gəlirsən, Orkhan❤
    Möhtəşəmsiniz, həqiqətən.

  • @Medine1313
    @Medine1313 14 дней назад +3

    Atamı itirəndən sonra anladım əlimizdə olanların dəyərini bilməliyik. Həyat çox qəribədir. Bir anda hər şey adiləşir insanın gözündə. Sevdiklərinizə dəyər verin, qoruyun

  • @oxscor
    @oxscor 12 дней назад +3

    Xəyallarımı çörəyə dəyişdim...necə ağrılı həqiqətdir. Siz çox gənclərin dostusuz, Orxan!

  • @Tural_babayev
    @Tural_babayev 15 дней назад +16

    Aid həmişə eyni hissləri ötürə bilir. Əladı🖤

    • @Lalan-o2e
      @Lalan-o2e 15 дней назад

      Sizin mahnılarınız da süperdi

  • @SanatVeKaos
    @SanatVeKaos 15 дней назад +5

    Bəlkə də dost sözünü hecaya illər bölür..Bir vaxtlar heç ayrılmarıq deyə düşündüyüm dostların şərəfinə dinlədim bu tracki

  • @lemanwirinova1189
    @lemanwirinova1189 15 дней назад +5

    Orxan! Xatirələrini itirmə sən bizim qələmimizsən❤

  • @88Aris
    @88Aris 15 дней назад +7

    Birdə gələrmi belə musiqiçilər Azərbyacana 🫠

  • @sebnemhuseynli5410
    @sebnemhuseynli5410 15 дней назад +9

    Sen deme,dost sozunu hecaya iller bolur
    24une gün sayanlar burdami❤

  • @nargismajidli
    @nargismajidli 15 дней назад +179

    Mahnı başlamamış artıq bizi nəyin gözlədiyini bilirəm, çünki sənətdən anlayan insanlar ərsəyə gətirib🫶🏻 uğurlar əzizlərim❤

    • @validcavid3805
      @validcavid3805 15 дней назад +2

      Sen ve bu msjı kım oxusa: İyi ki varsın

    • @parwinv.arslan4828
      @parwinv.arslan4828 12 дней назад

      Orxana sözüm yoxdur, digəri sənəti aşağı salan 'şəxs'lərdəndir

  • @nurancavadli7364
    @nurancavadli7364 13 дней назад +3

    Orxan sen yaralarmizi yadmiza salirsan sene ehsen

  • @mrymsulkhayeva4621
    @mrymsulkhayeva4621 6 дней назад +5

    İndi qürbət gözlərin görür hansı torpağın yağışın?
    - Görmür... Qürbətin yağışı sükutla çırpılır boş küçələrə,
    Burda torpaq da yad, yağış da...
    Amma hər damla sanki bir xatirəni oyadır,
    O torpağın yağışı isə,
    Hələ də ruhumu isladır.

    • @VKAlinur
      @VKAlinur 6 дней назад

      She knows ✨

  • @ParshanAliyev
    @ParshanAliyev 15 дней назад +5

    İnsanlar kimi ümidlərimizdə torpağa qarışır…

  • @VűqarMustafazade-r2o
    @VűqarMustafazade-r2o 15 дней назад +4

    Gəzməyə Qərib Ölkə
    Ölməyə Vətən Yaxşı ❤️🙌🏽

  • @Lavinia_777-l5w
    @Lavinia_777-l5w 14 дней назад +3

    Tamda ehtiyacım olanda gəldin Orxan. Tək bir insan bunu demesedə bu qədər kütlə hər musiqi dinləyəndən içindən deyir"Yaxşı ki varsan" həqiqətən yaxşı ki varsan Orxan. Sən ciddən möhtəşəm birisən ❤

  • @sevincquluyeva1016
    @sevincquluyeva1016 3 дня назад +1

    Bu qeder menali neqaret hec dinlememisdim! Orxan!♥️

  • @xediceehmedova-
    @xediceehmedova- 7 дней назад +8

    3 saatlıq imtahan taleyimizi dəyişəcək deyirdilər, tale isə deyəsən paxıldır...

  • @feridmemmedov
    @feridmemmedov 15 дней назад +9

    Atam dedi, dinləməzdim
    Babam susdu, heç bilməzdim...

  • @mdinzizova7139
    @mdinzizova7139 15 дней назад +3

    2 şedevrin bu cür mükəmməl bir parça ilə bir araya gəlməsi heç vaxt ağlıma gəlməzdi👏😍💜

  • @differentia5358
    @differentia5358 13 дней назад +2

    Elə mahnılar var ki, ancaq ya bəndləri, ya da nəqarəti qulağa daha xoş gəlir. Elə mahnılar da var ki, hər ikisi də qulağa xoş gəlir. Bu da o mahnılardan biridi 💫

  • @AytanKarimova-r1p
    @AytanKarimova-r1p 11 дней назад +2

    Mənim gəncliyim HOST. Orxan öz gəncliyimi görürəm hər bu səsi eşidəndə

  • @Axmadli777
    @Axmadli777 6 дней назад +4

    "Yadımdadır? 3 saatlıq imtahan
    taleyimizi dəyişəcək, deyirdilər
    Tale isə diyəsən, paxıldır.."

  • @sevagarib
    @sevagarib 13 дней назад +2

    Ruhuma yad gəlirsən
    Sən mənim bədənimsən✨

  • @AysunPaşazada
    @AysunPaşazada 14 дней назад +2

    Orxan Zeynalının mahnısı dinləyicilərində iz buraxır❤
    Aramızdakı ikitərəfli yoldan ömür sürüb
    Nə qədər göz yaşını gecəylə güllər görür. ❤

  • @smaabdullayeva9507
    @smaabdullayeva9507 14 дней назад +3

    Orxan Zeynallı, hər dərdimizə şəriksiz🖤

  • @nn8__
    @nn8__ 15 дней назад +6

    aylar keçir, illər ötür hərkəs torpağa qarışır.. 💔

  • @Ariel-n6h
    @Ariel-n6h 15 дней назад +4

    Orkhan və Joseph mükəmməlliyi deyib susuram..

  • @SelcanHüseynova96
    @SelcanHüseynova96 15 дней назад +3

    Senin mahnilarin ruhumu dinceldir, Elxanin mahnilari düşündürür. Təşəkkürler emiusaglari :)

  • @Leilasworldequaltoaks
    @Leilasworldequaltoaks 12 дней назад +6

    Yenə ürəyimin sarı simlərinə toxunmağı bacaran Orxan. Həm musiqisi, həm də sözləri ilə məni keçmişimə aparan track. Orxan Zeynallı hər trackin necə ürəklərə yol tapa bilir, seçdiyin sənətçilər də hər biri bir-birindən gözəl. Ümid edirəm rəyim önə çıxar, çünki ona bir mesajım var: Səni heç bir zaman unutmayacağam, mənim gəncliyim.. mənim sevinc səbəbim.. mənim gözyaşlarımın səbəbkarı.. Hər şeyi ilə gözəl idi o anlar. Orxanın bütün tracklərində sadəcə sən canlanırsan beynimdə, hər zaman da bu belə olacaq.. Necə ki illər, aylar ötüb..

  • @efatimeyizehra
    @efatimeyizehra 15 дней назад +1

    Pis günlər geridə qalmır , pis məfhumu dəyişir..🖤

  • @MasumaAbdullayeva01
    @MasumaAbdullayeva01 9 дней назад +2

    Yene mükəmməl ve incidecek derecede doğru sözler ( 🤌🏻❤

  • @suedayıldırım-c9h
    @suedayıldırım-c9h 12 дней назад +7

    Sən demə,dost sözünü hecaya illər bölür

  • @gunay9339
    @gunay9339 14 дней назад +6

    “Xəyallarımın çoxunu satıb mən çörəyə dəyişdim”💔

  • @gunay9339
    @gunay9339 14 дней назад +2

    “Sən demə dost sözünü hecaua illər bölür”❤️‍🩹

  • @namigdadashov829
    @namigdadashov829 12 дней назад +5

    Hecaya bolunmeyen DOST sözünü sen deme iller hecaya bolurmush.
    Yandiraq 🚬😔

  • @anarorucov9744
    @anarorucov9744 13 дней назад +2

    Baş rolda olan oğlan mahnını çox gözəl hiss etdirir,baxışlardaki kədər və sevinc.
    Əla Orxan,Joseph! Uğurlar ❤

  • @bezginaltay
    @bezginaltay 13 дней назад +2

    Bir gün arzuladığımız yerdən geriyə dönüb baxanda, bu musiqiləri, şərhləri görəcəyik..

  • @aidanallahverdizade9591
    @aidanallahverdizade9591 13 дней назад +2

    Xəyallarımın çoxunu satıb mən çörəyə dəyişdim. Sadəcə respect!

  • @faridmikayıl95
    @faridmikayıl95 15 дней назад +2

    Çox dərinlərə apardın məni Orxan.❤Möhtəşəm. Respect Joseph.

  • @lemanveliyeva7829
    @lemanveliyeva7829 12 дней назад +2

    Bir gun bu soyuq heyat saxtasiyla seni qucaglasa gotur bu sevgileri ususen geyin eyine❤

  • @Narmin_Quliyevaa
    @Narmin_Quliyevaa 5 дней назад +2

    Sevgilim gözlərinə baxıb dedim :"Sən,menim Vətənimsən!"❤

  • @Sixeliyev-kd7qc
    @Sixeliyev-kd7qc 10 дней назад +1

    "Xatirələrimi itirmə,sen menim qelemimsen"❤

  • @shizukadare
    @shizukadare 13 дней назад +13

    3 saatlıq imtahan
    Taleyimizi dəyişəcək, deyirdilər
    Tale isə, deyəsən, paxıldır...

  • @turkanqafarova5359
    @turkanqafarova5359 9 дней назад +1

    Sən demə dost sözünü hecaya illər bölür💙

  • @Skylaw_m
    @Skylaw_m 15 дней назад +5

    Bu mahnı ən çox "həyatıma" yaraşır

  • @ayseln7366
    @ayseln7366 5 дней назад +1

    Gəzməyə qərib ölkə,ölməyə "Vətən" yaxşı 💎

  • @guseinovah
    @guseinovah 7 дней назад +1

    90-lardan olub Orxanı dinləməyən tək mənəm deyəsən. Nə sevirəm, nə sevmirəm, sadəcə bu janrı dinləyə bilmirəm. Yeniyetməliyimdən sinif yoldaşlarım dəli kimi dinlərdi mənə qəribə gələrdi. Yenə də uğurlarının davamını diləyirəm 👏🏻

  • @royalofficialyt8416
    @royalofficialyt8416 8 дней назад +3

    “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı)”

  • @RayaZeyn
    @RayaZeyn 5 дней назад +1

    Orxanın səsi niyə hər zaman məni kövrəldir 🥲

  • @freyasmami
    @freyasmami 15 дней назад +3

    Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı ❤️

  • @gusseinoffa
    @gusseinoffa 14 дней назад +4

    Aylar keçir, illər ötür hər kəs torpağa qarışır…

  • @phatehh
    @phatehh 15 дней назад +6

    İndi qürbət gözlərin görür
    Hansı torpağın yağışın?
    Aylar keçir, illər ötür
    Hər kəs torpağa qarışır

  • @shizukadare
    @shizukadare 15 дней назад +10

    Sən demə, dost sözünü hecaya illər bölür🚬

  • @hva_sona
    @hva_sona 13 дней назад +2

    sagirdim cox benzeyir Orxanin cavanligina her gorende Orxan yadima dusur ))