@Laçınlı diaspora fəalımız!

Поделиться
HTML-код
  • Опубликовано: 8 фев 2025
  • Səfər Azər oğlu Məmmədov Laçın işğal ediləndə 9 yaşında məcburi doğma yurdunu tərk etməli olub. Bakı şəhərində orta və ali məktəbi bitirən Səfər sonrakı həyatına Moldovanın paytaxtı Kişinyov şəhərində davam etmişdir. Hazırda Səfər Məmmədov iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi adı qazanmışdır. Onun Moldovada rus dilində nəşr edilən "По лабиринтам саморазвитии" (Özünü inkişafın labirinti ilə) adlı kitabı çox böyük populyarlıq qazanmışdır. 20.08.2024 cü ildə Səfər Məmmədov müəllifi olduğu kitabı Laçın Simurq kitabxanasına bəxş etmişdir.
    Səfər Məmmədov Laçının ən dəyərli ziyalılarından, respublikanın tanınmış memarı Azər Məmmədovun oğludur.
    Laçında axırıncı dəfə 9 yaşını qeyd edən Səfər Məmmədov 32 il sonra doğma Laçında doğum gününü qeyd etdi.

Комментарии • 1

  • @esmerqenberzade6525
    @esmerqenberzade6525 5 месяцев назад +2

    İnşəAllah Allah qismət edər gedib o zəngin kitabxanadan yararlanarıq.