Hamiləlikdə babasil. Op. Dr. Səltənət Məcidova. 050 312 23 12
HTML-код
- Опубликовано: 2 ноя 2024
- Təbii doğum və babasil.
Babasili olan xanım təbii doğum edə bilərmi?
Doğum özü-özlüyündə orqanizm üçün ən güclü stressdir. Ən hazırlıqlı qadınlar belə hər şeyin necə gedəcəyindən narahatdırlar. Paralel gedən və doğuma mənfi təsir göstərən diaqnozlar qoyulubsa-məsələn babasil varsa nə etməli? Bu xəstəlik qadınlarda proktoloji patologiyalar arasında liderdir. Ən azı bir dəfə uşaq dünyaya gətirmiş qadın bu xəstəlikdən ,doğum etməyən qadından bir neçə dəfə daha çox əziyyət çəkir.
Hamiləlik dövründə bu xəstəlik olduqca tez-tez inkişaf edir. Problemin həllini təcrübəli mama-ginekoloq və proktoloqa həvalə etmək daha yaxşıdır.
Belə bir diaqnozla təbii doğuş, yalnız vaxtlı və düzgün doğuma hazırlıq aparılırsa və xəstəliyin fəsadlaşmasının qarışısını almaq tədbirləri görülərsə mümkün olar. Hamiləlikdən əvvəl babasil diaqnozu qoyulubsa, hər bir qadın profilaktik tədbirlərə xüsusi diqqət yetirməlidir. Xəstəliyin mərhələsini müəyyən etmək vacibdir. Babasilin inkişafının ilkin mərhələlərində pəhriz, orta fiziki fəaliyyət, rejimə riayət və konservativ terapiya (məlhəmlər, şamlar və s.) kömək edəcəkdir. Xəstəliyin sonrakı mərhələlərində (üçüncü və ya dördüncü mərhələ) həkimlər təbii doğuş və ya qeysəriyyə əməliyyatına qərar verirlər.
Op.Dr.Səltənət Məcidova
050 266 10 41
Hecolmasa mahnını ses azaldın sesiniz eşidilmir