Aşıq Ədalət Nəsibov -"Ruhani"

Поделиться
HTML-код
  • Опубликовано: 3 окт 2024
  • ƏDALƏTİN SAZINDA
    Bəhmən Vətənoğlu
    Əsli nalə çəkər zülfü pərişan,
    Fəqan eylər Ədalətin sazında.
    Kərəm çıxar alovların içindən,
    Üsayan eylər Ədalətin sazında.
    Haray çəkər: - Dünya mənə dar deyin,
    Xan evində Gülgəz yarım var deyin.
    Tufarqanlı Aşıq Abbas yar deyin
    Tüğyan eylər Ədalətin sazında.
    Dağ çəkilər neçə dərdə, məlala,
    Cilvələnər hər bənövşə, hər lala.
    Zöhrə deyin Tahir yetər vüsala,
    Dövran eylər Ədalətin sazında.
    Gələr qızılgülü dərməyə Dilqəm,
    Dərib pünhan yerdə sərməyə Dilqəm.
    O dünyada yarı görməyə Dilqəm
    Güman eylər Ədalətin sazında.
    Libası poladdan geyən Koroğlu,
    Ulu şahlar boynun əyən Koroğlu.
    Nərəsindən yer titrəyən Koroğlu,
    Cövlan eylər Ədalətin sazında.
    Qərq eyləyər xəyallara, qananı,
    Bircə anda dolandırar cahanı.
    Zərif tellər hər duyğusuz nadanı
    İnsan eylər Ədalətin sazında.
    Nadan kəslər anlamıram dərdi nə
    Bağban bağdan dərmədi nə,dərdi nə.
    O barmaqlar çox Bəhmənin dərdinə,
    Dərman eylər Ədalətin sazında.

Комментарии • 90