Musa Yaqub - Öyrətmə özünə, öyrətmə məni / Taleyin qisməti

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • TALEYİN QİSMƏTİ
    Öyrətmə özünə, öyrətmə məni
    Taleyin qisməti rast saldı bizi.
    Yolumuz hardasa qırılacaqsa,
    İtirəcəyiksə bir birimizi,
    Xatirəm yadında qalmayacaqsa,
    Bu əllər mənimki olmayacaqsa,
    Bu tellər mənimki olmayacaqsa,
    Sən allah,özünə oyrətmə məni,
    Hicran qoxusuyla göynətmə məni.
    Əlimi əlinə öyrətmə belə,
    Gözümü gözünə öyrətmə belə,
    Üzümü üzünə öyrətmə belə.
    Mən bir az baharlı budaq kimiyəm
    Bir azda sadəlövh uşaq kimiyəm,
    Bala anasına qovuşan kimi,
    Leylək yuvasına qovuşan kimi,
    Ari gül çiçəyə uyuşan kimi,
    Eh,mən də adama tez yovuşanam,
    Sevgi atəşində tez alışanam.
    Amma ki,sönməyim çox çətin olur,
    Sevgidən dönməyim çox çətin olur,
    Öyrətmə özünə öyrətmə məni!
    Bəlkə gözləmirdik bu xoş görüşü,
    Yaman qəribədir dünyanın işi,
    Heç vaxt yollarında dayanmadığın,
    Heç həndəvərində dolanmadığın,
    Gəlib birdən sənə nə şirin olur!
    Ömrünün içində ömür doğulur!
    Bir şirinim acı olacaq isə,
    Bir qismət çiçəyim solacaq isə,
    Oyrətmə özünə öyrətmə məni
    Könlümdə yerin var,qopmaz yerindən,
    Bir əkiz ləçəyi,haça budaği,
    Ayırmaq olmursa biri birindən
    Məni də ayırmaq çətindir axı.
    Öyrətmə özünə öyrətmə məni,
    Yox buna taqətim,yox buna tabım,
    Əlimi əlindən üzmək əzabım,
    Sonra bu əzaba dözmək əzabım...
    Yoxsa da könlümün sınıqlari var,
    Hicranın köz basmış yanıqlari var,
    Mənim dərdlərimin ayaqları var,
    Harda olsa gəlib tapacaq meni,
    Yaxıb yandiracaq bu ocaq məni.
    Gəl məni özünə öyrətmə belə,
    Əlimi əlinə öyrətmə belə,
    Gözümü gözünə öyrətmə belə.......
    -------
    1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
    2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
    -------
    DİQQƏT: © Müəllif hüquqları qorunur..!!!
    QN Production
    -------
    Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
    ~ RUclips: / qnproduction
    ~ Instagram: / qn_production
    ~ TikTok: / qn.production

Комментарии • 6

  • @vilayatismayilova6066
    @vilayatismayilova6066 2 месяца назад +2

    Xalq şairi Musa Yaqub. Ruhu şad olsun amin

  • @faskagurbanoghlu6018
    @faskagurbanoghlu6018 Месяц назад +1

    Allah rəhmət eləsin dahi şairimizə. Millətin qürurundan, hünərindən hayqırsa da həyatdan nisgilli getdi nə yazıq ki...

  • @user-ev3il1qv9x
    @user-ev3il1qv9x 2 месяца назад +1

    Ruhun şad olsun .Böyuk şairimizc❤

  • @kemalememmedova1495
    @kemalememmedova1495 7 месяцев назад +4

    Allah rehmet etsin mehebbetli wair olub kiw olub ustyme niye gelmisen

  • @sevaceferova78
    @sevaceferova78 5 месяцев назад +1

    Allah rəhmət etsin gözəl insan, gözəl şair, insanın qəlbinin ağrılarını hiss edən şair!

  • @azersellugur7503
    @azersellugur7503 4 месяца назад +1

    Allah rehmet etsin cemi õlenlere ezizlerine sebr versin insha'Allah.Qebrin nurla dolsun insha'Allah.