Vüqar Biləcəri & Fərman Kərim - İmdad elə🥀

Поделиться
HTML-код
  • Опубликовано: 20 сен 2024
  • Gör gülüm əhvalımı halıma yansan dad elə
    Kuyi-həsrətdən alıb öz yanına irşad elə
    Aşiqin əntiqəsin göstər məni isnad elə
    Dilbərim hərdən məni Allaha xatir yad elə
    Dar qəfəsdən könlümü birdəfəlik azad elə
    Hicrin ilə gəzmişəm hicran diyarın,ölkəsin
    Ümmid ilə gözlərəm hər dəm vüsalın səhnəsin
    Gözlərim gözlər səni neynir ki, görsün özgəsin?
    Gəl gülüm qov gözlərimdən intizarın kölgəsin
    Könlümün ayinəsindən qəm tozun sil,şad elə
    Yarımın eşqində şəm, yanmış əzəldən gəncliyim
    Yarıma qurban ola, yansın təməldən gəncliyim
    Göz çıxardı aşiqikən qaş düzəldən gəncliyim
    Baş ağardı bel büküldü getdi əldən gəncliyim
    Ey könül əfqanə gəl şivən qopar fəryad elə
    Çəksin əğyari Xuda məhşər günü istintağa
    Mürği-dil istər səni salmaz meyl digər bağa
    Mən əsiri-yar olub zülfündə döndüm dustağa
    Məcnunu səhrayə saldı eşq Fərhadı dağa
    Oldu məşhur aləmə Məcnun belə Fərhad elə
    Badeyi-eşqin dilər hər kim sənin camın dadır
    Saqi süzsün mey mənə gözlər sənin camındadır
    Bu sınıq qəlbim mənim hər əmrinin kamındadır;
    Padişahım bu könül mülkü sərəncamındadır
    Ya onu abad elə ya sök dağıt bərbad elə
    Ali söz zəvvar olar, xaneyi-dil olsa hərəm
    Var ümidim haqq ilə nəql eyləmişsə söz qələm
    Şairi-nalan üçün rəhmin qılandır möhtərəm
    Bir məsəl var xəlq ara quldan xəta şahdan Kərəm
    Əl açar səndən Vüqar rəhmət dilər imdad elə

Комментарии • 19

  • @elcinkazmov5663
    @elcinkazmov5663 4 месяца назад +3

    Çox gözəl 👍👍 ədəbiyyat bele eserlerle yaşayacaq👍

  • @Redmi2-s9o
    @Redmi2-s9o 22 дня назад

    Çox gözəl alınıb.Əla.

  • @selmacede7195
    @selmacede7195 4 месяца назад +1

    Möhteşem olup

  • @SahibFerceov
    @SahibFerceov 4 месяца назад +1

    Var ol

  • @ElvinEsgerli-j8s
    @ElvinEsgerli-j8s 2 месяца назад +1

    😢😢❤👍🤲

  • @vugarblcr
    @vugarblcr 4 месяца назад +1

  • @murtuzqacarov08
    @murtuzqacarov08 4 месяца назад

    👍🏻👍🏻

  • @kenanmuxtarov313
    @kenanmuxtarov313 4 месяца назад

    👍

  • @ФазаилГадимов
    @ФазаилГадимов 2 месяца назад

    Ehsen wair var ol

    • @fermankarimzade
      @fermankarimzade  2 месяца назад +1

      Sağ ol şair, Allah senin de tebine qüvvet versin🖤

  • @raminferatofficial6460
    @raminferatofficial6460 2 месяца назад

    Ehsen qardawim var ol

  • @azimbabayi
    @azimbabayi 4 месяца назад +1

    Bəh bəh qardaşım. Allah sənə yar və təbinə qüvvət versin. Qəlbimizə yaıldı vallah. Yaxşı ki Qardaşımsan🖤✊🏻🤲🏻

    • @fermankarimzade
      @fermankarimzade  4 месяца назад

      Minnətdaram əzizim, Allah razı olsun,bizə çoxlu dua elə🤲🏼

  • @Redmi2-s9o
    @Redmi2-s9o 22 дня назад

    Mən dərdən qorxmuram səbrim mətindi
    Qorxduğum yırtıcı tək həsrətindi.
    Dərin şairləri sevmək çətindir
    Üzmək bacarmasan batib gedərsən.
    V.Biləcəri.

  • @nihadkazimov1392
    @nihadkazimov1392 4 месяца назад

    Əhsən Fransadan Salam

  • @minara.q
    @minara.q 13 дней назад

    ((

  • @elcinkazmov5663
    @elcinkazmov5663 2 месяца назад

    Qardaş bir əlaqə nomresi yaz ya bir sosial sebekede adini yaz tapa bilek səni 👍

    • @fermankarimzade
      @fermankarimzade  2 месяца назад

      Salam qardaş instagramdan farmankarim_ hesabı vasitəsi ilə əlaqə saxlaya bilərsiniz