Nazpəri Dostəliyeva - Heyif O Sevgiyə (Rəsmi Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 24 июн 2021
  • Nazpəri Dostəliyevanın ifa etdiyi “Heyif O Sevgiyə” parçası artıq onlayndır!
    Nazpəri Dostəliyevaya RUclips-da abunə ol : bit.ly/45pnoNu
    Söz : Nüsrət Kəsəmənli
    Musiqi : Cabbar Musayev
    Nazpəri Dostəliyevanı sosial şəbəkələrdə izlə :
    Instagram - bit.ly/3Wpgfse
    Nazpəri Dostəliyevanı rəqəmsal platformalarda dinlə :
    Spotify - spoti.fi/3MuP7ne
    Apple Music - apple.co/3orm5wA
    Deezer - bit.ly/3OxRQz0
    Sözlər :
    O yalançı illər günə dəyməzmiş,
    Gül verdim, verdiyim gülə dəyməzmiş,
    Gözümdə çağlayan selə dəyməzmiş,
    Heyif o, sevgiyə o məhəbbətə.
    Bir dəfə ürəkdən gülə bilmədim,
    Könlümü kimsəyə verə bilmədim,
    Səndən başqasını sevə bilmədim,
    Heyif o sevgiyə, o məhəbbətə.
    Sənsiz gecələrim yuxu bilmədi,
    İçimdə alışan ahı bilmədi,
    Mən bildim, sən bildin, çoxu bilmədi,
    Heyif o sevgiyə, o məhəbbətə.
    Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023
    Etiketlər :
    #NazpəriDostəliyeva #HeyifOSevgiyə #MusicsofAzerbaijan
  • ВидеоклипыВидеоклипы

Комментарии • 557

  • @efsanealekberova81
    @efsanealekberova81 2 года назад +126

    Sevib sevilmək .Sevib ailə qurmaq çox gözəl şeydi.Ancaq bəzən atanın anın səfinə görə bəzi övladlar əziyyət çəkir.Məcburən sevmədiyi bir insana erə verirlər.illər keçir o məcburu evlilikdən övladları olur hər şeyi balalarına qurban verir.heç vaxt balalarınızı sevmədiyi bir insanan evləndirməyin.o heç vaxt xöşbəxt olmaycaq.

    • @elsevereliyev1732
      @elsevereliyev1732 2 года назад +4

      Vallah düzdü👍👍

    • @elcincemilov6158
      @elcincemilov6158 2 года назад +4

      Cox duzdu vallah coox

    • @yusubzadeh1962
      @yusubzadeh1962 2 года назад +8

      Bezen ailemiz qiraga biz ozumuz razi oluruq. Sexsen biri men. Sevmedim fikirlesdim ki, ailesi yaxsi oglan yaxsi. Aile qurmaga deyer. Amma aileni qurandan sonra gordum ki men xosbext deyilem. Men tek xosbext imisem. İndide qayida bilmirem Atama gore 😒 yoxsa bir gun bele qalmazdim 😞

    • @gulyametinli1629
      @gulyametinli1629 Год назад +4

      @@yusubzadeh1962 menide ailem vermirdi ozum zorla aile hayatı qurdum defelerle xeyanetini gordum yeni sevmek deyilesi şey yoxdu bazen sevib gedende xosbaxt olmur menedeyir seni sevirem her istediyimi edir mensizbirdeyqa qalmir birgun kusluqalanda bağrı catyir amma xeyanetde edir heyatdi here bircur yasiyir

    • @yusubzadeh1962
      @yusubzadeh1962 Год назад +4

      @@gulyametinli1629 coxxx nadir hallarda kisiler xeyanet etmir. Xeyanet etmeyinin sebebini sorusun ki, niye bele edir . siz oturun sakitce onla sohbet edin. Sorusun ondan . Belke o sizde nelerise gormek isteyir. Sizde yaxsi menaya deyisin onun ucun.

  • @narminkhalilova185
    @narminkhalilova185 7 месяцев назад +25

    Heyf o sevgiyə, heyf o çəkdiyim əzaba, heyf o qırılan qüruruma, heyf özümə itən o hörmətimə...

    • @TovuzBayramova
      @TovuzBayramova 5 месяцев назад

      😢😢😢😢💔🥀😭😭😭😭🥺🥺🥺

    • @gunaydjafarova9861
      @gunaydjafarova9861 3 месяца назад

      Sevmək gözəldi 17 ildim sevdiyim var yaxşı oğlandı darıxanda susub 17 ili düşünüb səbir edrəm onsuzda qala bilmərəm 17 ildə məni heç buraxmadı 😔həmişə gizli görşdüt bu işlərdə😢

    • @islamdini6965
      @islamdini6965 3 месяца назад +2

      Allahin sevgisi teki ustumuzden esgiy olmasin

    • @lala-fs4lx
      @lala-fs4lx 2 месяца назад

      can mənim kimi

  • @gulyametinli1629
    @gulyametinli1629 Год назад +27

    Her gün qulaq asib ağlayanlar burda?

  • @Ehtiram2010
    @Ehtiram2010 10 месяцев назад +20

    Bir cùmlede men deyim aĝlaya aĝlaya😢😢😢 il 2000 2002 2001 ..O vaxtlar bu mahnıya raflarda da qulaq asardıq .Men N.D.U dan dersden gelende gedende qulaq asıb kővrelerdim.Birdeki sevdiyim vardı..😢 Indi yox..Yaŝ 41.Ay saf insanlar hardasınız😢😢😢😢😢😢

  • @aybeniztagiyeva2182
    @aybeniztagiyeva2182 5 месяцев назад +11

    Cox sevmenin bedeli bir daha sevmemekdi😢

  • @saidsamadli4404
    @saidsamadli4404 2 года назад +18

    Övlad sevgisindən başqa hər şey yalandı!

  • @fazilhuseynova3071
    @fazilhuseynova3071 2 года назад +14

    Çox bəyənirəm bu ifanı amma belə deyərdim mən heyif nakam köçən Şəhidlərimizə😢😢😔

  • @musaibrahimov3383
    @musaibrahimov3383 11 месяцев назад +20

    Niye sevdim seni niye bùtùn gencliyimi heyatımı mehv edim senin uģrunda sevdiklerimnen òlkemnen ailemnen qacdım bawqa bir òlkede yawayıram sırf seni unuda bilim deye amma unuta bilmedim (heyif bu sevgiye heyif bu gencliye)💔😥

    • @gulievramin4187
      @gulievramin4187 11 месяцев назад +1

      Can qaqaşım

    • @Lilixa3472
      @Lilixa3472 10 месяцев назад +2

      unutmaq məkanla olsaydi ne vardi ki

    • @musaibrahimov3383
      @musaibrahimov3383 8 месяцев назад

      ​@@Lilixa3472 en azınan ele bir dűşűncem var idi ki onu gòrmesem bawqa bir insanlar tanısam unudaram amma olmadı

    • @Ahferciyiz492
      @Ahferciyiz492 22 дня назад

      Dehşet gözəl anlayıram ama dəyməz 😢

  • @candlelost3838
    @candlelost3838 Год назад +13

    Allah rehmet elesin Nusret Kesemenliye.Mohtesem sozler ,mohtesem musiqi,mohtesem ifa.

  • @aynurismayilqizi1294
    @aynurismayilqizi1294 2 года назад +11

    ureyim agriyir bu ifani dinleyende😔

  • @pubg.m7483
    @pubg.m7483 3 года назад +16

    Səsindən duyulur bahar da, yaz da,
    Necədə yaraşır işvə də naz da,
    Həsəd aparırdı göydə ulduz da.
    Mən necə sevməyim söylə səni bəs,
    Nazpəri xanımın səsidi bu səs!
    Şirvanlı vurğunun olmuş əzəldən,
    Gözümdə gözəlsən bütün gözəldən.
    İlahi qorusun səni nəzərdən.
    Səni sevən bilki sevməyir əbəs,
    NAZPƏRİ xanımın səsidi bu səs!
    12 yaşımdaykən yavmışdım 6 bənddən ibarət bu şeri. Sizə olan sevgim sonsuzdu canımın içi NAZPƏRİ xanım. Çətin günlər keçirirsiz, ALLAH səbr, dözüm versin. Balanıza rəhmət etsin. Sizi çoooxx sevirəm❤❤❤❤❤❤❤

  • @aidasahkeremova6286
    @aidasahkeremova6286 Год назад +12

    Həqiqetende dəyməzmiş,illərlə çəkdiyim acıların qarşılığını veren Allahıma sonsuz həmd olsun

  • @zekamustafayev7116
    @zekamustafayev7116 2 года назад +83

    Mükəmməl ifa,musiqi möhtəşəm,sozler de ki wedevrdi də,heyif ki indi bele sozler de yazilmir, musiqilər de bestelenmir,her weyin en gozeli kecmiwde qaldi,gelmedi bizimle bu illərə,

  • @gdgdgbdbhx6441
    @gdgdgbdbhx6441 2 года назад +9

    Nüsrət Kəsəmənli . İndi belə mahnı yazan bu qədər mənalı oxuyan yoxdu. Var olun Nazpəri xanım. Milyonların ürəyində həmişə yaşayacaqsız

  • @ayselelizade1473
    @ayselelizade1473 2 года назад +12

    Mən bu mahnını 2000 ci ildən vurğunuyam bu mahnını ərsə gətirənə minnətdaram

  • @vahidmutellimov9844
    @vahidmutellimov9844 Год назад +11

    Möhtəşəm mahnı və möhtəşəm ifa! Heyf ki indi belə mahnı və ifa yoxdur!!

  • @huseynqocayev7591
    @huseynqocayev7591 2 года назад +8

    *Cabbar Musayev Allahin Azerbaycana gonderdiyi evezsiz senetkaridir.Iller kecse bele hec bir bestesi unudulmayacaq*

  • @esmeryunusova5036
    @esmeryunusova5036 Год назад +32

    Heyif o illere.... gozel iller ..heyif....heyatin dadı duzu vardı.yoxsa indi (( her sey menasiz .bu dunya pozuldu getdi, o dunyayadı umidimiz .Allah sonumuzu xeyir elesin.

    • @barsaaynali7328
      @barsaaynali7328 Год назад

      Salam esi necesen ömrüm? Niye gelib gülləri aparmadin

  • @cavid726
    @cavid726 Месяц назад +12

    yasa doldugca, bele mahnilari indi anlayirig

  • @AfiqeAliskenderova-lw4mj
    @AfiqeAliskenderova-lw4mj Год назад +15

    Sevgisi daşa deyenler üçün ❤

  • @cmilyusifova6069
    @cmilyusifova6069 2 года назад +12

    Allah sehidlerimize ve oglunuza rehmet elesin😭

  • @sabrievran9832
    @sabrievran9832 9 месяцев назад +8

    En sonunda buldum seni ...nasil güzel bir sarkı... 30 yıl oldu bee

  • @rnverdiyev319
    @rnverdiyev319 2 года назад +9

    Allah rəhmət eləsin gözəl şair Nüsrət Kəsəmənliyə

  • @aynuraydmirli4451
    @aynuraydmirli4451 2 года назад +14

    niyə insan peşmanlıqlar içində yaşar ki niyə insanın uzü gülməz ki peşman olmaq nə pismiş

  • @orxanabdurahmanov3640
    @orxanabdurahmanov3640 3 года назад +18

    Səhnəmizə qayıdın! Bizi səsinizdən ,sənətinizdən məhrum etməyin BÖYÜK SƏNƏTKAR !!!

  • @failagulieva1896
    @failagulieva1896 Год назад +10

    O qədər körpə qaldıq ki,boyudulmedik ki,gənc yaşlarımı belə uşaq illəri kimi xatırlayıram..heyif o illərə ,o günlərə ,, həqiqətən HEYIF

  • @MSMS-pz6qv
    @MSMS-pz6qv 6 месяцев назад +7

    Super bu mahnı meni uzaqlara apardi heyif 😢😢😢😢

  • @elish4313
    @elish4313 Месяц назад +4

    Heyif o illərə, saf hisslərə, qəlbimizin səsi olan bu gözəl nəğmələrə …

  • @liyyqurbanova6407
    @liyyqurbanova6407 6 месяцев назад +8

    Evladlarimin uşaqliq illerin sevgisi heyif birini genc ıtirdim😢

  • @user-my5hz9yc9r
    @user-my5hz9yc9r 4 месяца назад +7

    Çox insanın bir qırıq eşq hekayəsi var

  • @babkisibabayev3017
    @babkisibabayev3017 2 года назад +10

    Nazpəri xanimin en böyük var devleti bu gözəl sesidir

  • @leylaazer6502
    @leylaazer6502 2 года назад +9

    Xanım kimi xanım, sənətkar kimi sənətkar gözəlim Nazpəri xanım.. Alllah özü qəlbinizdəki yanğına su səpsin,, dərdinizi xəfiflətsin inşəAllah🙏

  • @shrusagi2665
    @shrusagi2665 Год назад +10

    Artiq ne biz o insanlariq nede sevgiler o sevgilerdi.Hecneyim olmasada elimdeki bir siqaretle durub aynadan baxan seni gormek dunyalari vererdi mene.Ama indi en bahali maşinla,deyanib axtariram o xatireleri o yerlerde

    • @gulumkrimova9401
      @gulumkrimova9401 Год назад

      😔😔😔

    • @nur547
      @nur547 Год назад +1

      Elinde siqaret sinəsində kurtkasinin içində gizlətdiyi gül ilə yolumu gözləyən oğlan üçün nələrimi verməzdim.....heyf o illərə
      İndi eyni aynadan çöle baxırıq ama hara baxırıq ne görürük?bilmirəm
      Bildiyim odurki bir birimizi görmürük

    • @gunelveliyova5672
      @gunelveliyova5672 Год назад

      Heqiqeten de hec bir lüks heyat,bahali masin,istediyin qeder pul hec biri sevginin verdiyi heyecanı,xosbextliyi vere bilmez...men onunla yaşadığım xatireleri geri qaytarmaq ucun,en esası da onu geri qaytarmaq ucun neler vermezdim,canımı alsinlar ama onu bir deqiqe bele olsa görüm....ama Torpaq aldığıni vermir....men onunla yaşanan xatirelere tutunsam da yetmir,insan sevdiğini itirende yAsamagin hec bir menasi qalmir....kas sağ olaydı bir yerlerde nefes alardi,belke bele nefes almaqdan utanmazdim

    • @cemilezeynalova3913
      @cemilezeynalova3913 Год назад

      Caaan

    • @tamerlanjafarli7676
      @tamerlanjafarli7676 Год назад

      ​@@gunelveliyova5672((((((( dilim söz tutmadı........

  • @eminsalahov8628
    @eminsalahov8628 6 месяцев назад +12

    kaski bu mahni cixan iller olsaydi😔

  • @meleklerseherirehmanova116
    @meleklerseherirehmanova116 2 года назад +6

    Hər birimiz qonağıq bu dünyada .Bəzilərinin qonaqlığı uzun çəkir ,bəzilərinin qısa ,bəziləri də heç isdənilməyən qonaq olur .Bir dəfə ürəkdən gülə bilməyənlər Allah sizi ürəkdən güldürsün .🤲

  • @mehmeteminarici8717
    @mehmeteminarici8717 2 года назад +7

    Guzel ses guzel yorum turkiyeden zevkle dinliyoruz istanbuldan can azerbaycana kucak dolusu selamlar

  • @uzeyirmeherremov9873
    @uzeyirmeherremov9873 Год назад +7

    Həyatda ən ən acı şey zamandır çünki alıb apardıqlarını əsla geri qaytarmır.

  • @elshendadashov6579
    @elshendadashov6579 Месяц назад +9

    Hələdə, solumda, Sağsan

  • @fazilbayramli95
    @fazilbayramli95 2 года назад +10

    Siz Xalqımızın Böyük Sənətkarısınız. Allah Sizi Qorusun Nazpəri Xanım.!♥️♥️♥️

  • @turkan-474
    @turkan-474 8 месяцев назад +20

    Heyif sene verdiyim hörmete deyere sevgiye ve geden 7 ilime seni kişi bilmişdim deyilsenmiş.Ama sene sözüm olsunkii unudacam seni

  • @gulsnisayeva2846
    @gulsnisayeva2846 2 года назад +9

    Allah heç kimi sevgisiz buraxmasın , ən dəhşətli sevgi kimisə dəlicəsinə sevəsən ancaq bu sevgi qarşılıqsız ola 😢😢😢

    • @anarsoltanov3666
      @anarsoltanov3666 2 года назад +1

      😔😔Eledi

    • @yusubzadeh1962
      @yusubzadeh1962 2 года назад

      Dilde qarsiliqli olub sonradan ayriliq olmaqdansa ele qarsiliqsiz sevmek en gozelidir. Bilirsen ki, seni sevmir. Xeyallarin ile oynamir. Seni yaRi yolda qoyub getmir.
      Yoxsa guyamis qarsilliqli olub ailene qeder gelib sonra cixib gedirse bu lap pisdi. Gunlerle adam ozune gelmir 😒

    • @arzutagiyeva552
      @arzutagiyeva552 2 года назад +1

      Düz deyirsiz vallah men 6 il sevib aile qurdum iki evladîm var.ama bir gün olsa aile qurandan sora meni sevmedi ama men delicesine sevirem.qarşılıqsız sevmedi deye içimi yeyirem içim qan ağlıyır Vallah.

    • @millamiller5814
      @millamiller5814 2 года назад +1

      Onanda pisi var hər ikiniz deli kimi sevesiz biri birinizi amma qovuşa bilmeyesiz və hər gün sən yolunu valideyinlərinin cizdiyina peşman olasan yaş aldlqca bu peşmanlq qat qat arta

  • @user-jb9db8ow2r
    @user-jb9db8ow2r 3 месяца назад +4

    Gozel gunler var idi derdsiz qemsiz sevgi dolu gunler

  • @ilhamismaylova3777
    @ilhamismaylova3777 2 месяца назад +3

    Hər zaman geyimi,ifası,gözəlliyi ilə seçilən Nazpəri.

  • @user-xm9hk8pt7v
    @user-xm9hk8pt7v 2 года назад +10

    Allah rehmet eylesin Nusret Kesemenliye. Insan doymurki bu mahnini dinlemekden. Sozler musiqiye musiqide sozlere xususe yarasir.

  • @qiymetehmedova3543
    @qiymetehmedova3543 3 года назад +14

    Əziz Nazpəri 2 cavan 1 toyu olmayan əzizləri 40 gün içində itirmişəm çox çətindir allah səbr versin ayrılğın ezü dönsün

  • @anarmammadov1165
    @anarmammadov1165 Год назад +10

    Heyif cavanlig getdi,qedrini de bilmedik.

  • @zuleyxaquluzade9134
    @zuleyxaquluzade9134 2 года назад +8

    Cabbar Musayev heqiqetende yer uzune bexw edilmis xezinedi en gozel ifalarin en tesirli musiqilerin ve iller kecsede sevilen unudulmayan musiqilerin mohurunu vuran insandi

    • @emin1834
      @emin1834 2 года назад

      Cabbar deyil ay ifaci 😂😂

    • @zuleyxaquluzade9134
      @zuleyxaquluzade9134 2 года назад

      @@emin1834 mahninin sozlerini kim yazib? Mence siz deqiqleşdirin sonra ozunuze gulun

    • @emin1834
      @emin1834 2 года назад

      @@zuleyxaquluzade9134 men size gulmedim xanim

    • @knockout9729
      @knockout9729 2 года назад

      @@zuleyxaquluzade9134 sözlerini Nüsret Kesemenli yazib.musiqini ise Cabbar müellim

  • @lamiyeabdullayeva7816
    @lamiyeabdullayeva7816 2 года назад +9

    Bir dəfə ürəkdən gülə bilmedim. Senden baskasini seve bilmədim...

  • @muwfiqhesenli7559
    @muwfiqhesenli7559 Год назад +9

    Bu mahnının pecatini Nazpəri xanım vurub.Bir necə ifaçının oxuduğuna qulaq asmiwam.Bu cür səs yoxdur heç birində.Ehsen

  • @kenanbaxisov2749
    @kenanbaxisov2749 Год назад +8

    Nəqədər adamın içində ölmüş sevgilər ümüdlər hətta insanlar belə var
    Məndə öldürdüm içimdə hər şeyi 🚬

  • @birqazanoyun2995
    @birqazanoyun2995 11 месяцев назад +7

    Onu bir neçə dəfə ğörə bilmişdim.Tətilə qetmişdi gələndə niçanlanmışdl.Artlq 50 il keçib unuda biımirəm.Heyif o məhəbbətə...

  • @user-sx4qf2yt4n
    @user-sx4qf2yt4n 5 месяцев назад +6

    Nasperi kim oxayan yoxdu super ses

  • @ilhamkbrova7265
    @ilhamkbrova7265 Год назад +9

    Möhtəşəm ifa 👍xanım xatın Nazpəri xanım 💖💖💖💋💋💋

    • @barsaaynali7328
      @barsaaynali7328 Год назад

      Salam iloş. Niye gelib gülləri aparmadin?

  • @user-iz4uo5eb8h
    @user-iz4uo5eb8h Месяц назад +6

    Heyif qədir bilməzə verilən sevgiyə😢

    • @SoyuqKulk
      @SoyuqKulk 19 дней назад

      Sabahınız xeyir olsun

  • @ferqaneeliyeva4001
    @ferqaneeliyeva4001 Год назад +8

    Allah sesinizi sizi qorusun gözel musiqi gözel sözler gözel ifaçı insanın qelbindeki kimseye deye bilmediyi fikirleri sanki dillendirirsiz

  • @ulviyysfrova3803
    @ulviyysfrova3803 Месяц назад +11

    Heyif məni heç sevən olmadı 😢

    • @ulviyahyayev7098
      @ulviyahyayev7098 26 дней назад +1

      Uzulme gözəl insan səni ilk once Allah sonra anan sevir))

  • @nabatmva6439
    @nabatmva6439 Год назад +8

    Mahnida duyğularimi oyadan ğözəl sözlər heyif ki həyatimda sevə bilmədim sevilmədim könlümü kimə verə bilmədim Ürəyinə sağliq ğözəl sənətkarim təşşəkkürlər❤❤🙏

  • @user-vm9ok3nu8s
    @user-vm9ok3nu8s 15 дней назад +3

    Əsl sevgi insanın qəlbində dərin izlər buraxır.ve xatirələr yada düşdükcə sızlayır.sonu ayrılıqla bitən sevgilər ......................

  • @vahidmutellimov9844
    @vahidmutellimov9844 2 года назад +7

    İlk məhəbbətim !! Heyf o sevgimə çox heyf!!!

  • @arzudadashova4697
    @arzudadashova4697 3 года назад +8

    Mənim yaşama səbəbim biz sevənlər daim sizinləyik.♥️♥️♥️

  • @MehmanQdimov
    @MehmanQdimov 2 месяца назад +2

    Halal olsun Nazperi xanima Allah ona uzun omur versin hemwe o gozel sesini ewidek feyziyab olaq butun mahnilari cox gozeldi ama bu mahnisi mene cox teb verir

  • @vusal960
    @vusal960 Год назад +5

    Nazpəri xanım böyük sənəti olan gözəl insandır.Bütün mahnıları könül oxşayır

  • @aiddasdmirova1275
    @aiddasdmirova1275 3 года назад +17

    Allah sizi qorusun, gözel senetkar

  • @XxxXxx-qd3zv
    @XxxXxx-qd3zv 7 месяцев назад +10

    Məndə əvəlki illərə qayıtmağ isdəyirəm uşağ olmağ isdiyirəm

  • @Fmdmfmmffmfmfmfmfmfm
    @Fmdmfmmffmfmfmfmfmfm Год назад +8

    Heyif o sevgidən o mehebbetden 🥺

    • @revqnabbasov99
      @revqnabbasov99 Год назад

      Can qaqa menim gunumdesen nagara bilerem qaqa cox darixiram onun ucun

  • @afaq_ismaylova_88__
    @afaq_ismaylova_88__ Год назад +8

    Heyif o sevgiye o mehebbete. Heyif 😔

  • @sahinaliyev4428
    @sahinaliyev4428 2 года назад +7

    Nasperi xanim hemise siz sah olmusuz, yenede SAHSINIZ!!!

  • @komutan_32
    @komutan_32 10 месяцев назад +21

    Mahniya klip cekilmeyib herkesin klipi gozunu yumdugu anda baslayir.

  • @renaqurbaneliyeva1379
    @renaqurbaneliyeva1379 2 года назад +10

    Cox sukurku 18 ildi aleliyik her gun daha cox sevirik bir birmizi cox sukurku heyif demedik

    • @lllll617
      @lllll617 2 года назад +1

      Biz ise sevmekden çox bir-birimize hőrmet edirik.Sevgi azala ve ya yox ola biler Amma,hőrmet ve qayğı hemişe qalır.

    • @renaqurbaneliyeva1379
      @renaqurbaneliyeva1379 2 года назад +1

      Sevgi olan yetde hörmetde olur allah bir ömur mehriban sevgi dolu gunler versin size🙏🥰

  • @otottkkfktktkf182
    @otottkkfktktkf182 Год назад +6

    Cox gozel mahnidi Nasperi xanim Xumar xanim putun mahnilari yawyaraq oxuyur sizi evez eden olmayacaq Allah size can saligi versin🤲

  • @nuraneesedova537
    @nuraneesedova537 2 года назад +8

    Heyif o sevgiye dogurdanda heyif cox darixiram evvelki gunler ucun kesqe bele olmazdi

  • @user-ke8oh7it8x
    @user-ke8oh7it8x Год назад +5

    Nazpəri xanımın əvvəlki ifaları çox gözəldi. Səs tembri çox güclüdü. İndi səsi azalıb. Oxumağına söz ola bilməz superdi. Oxuduğu mahnıların mətni çox gücludu. Buda gözəl şairimiz Nüsrət Kəsəmənlinin qələmindən çıxandı. Çox xoşuma gəlir gulaq asmaq.

    • @ilkinceferli
      @ilkinceferli Год назад +1

      Artiq yaslanib ona gore evvelki ses yoxdur.Amma tarix yazdi gozel senetkar.Allah qorusun

  • @velimuxtarov1731
    @velimuxtarov1731 2 года назад +6

    Nazpəri xanımın fanatı olmuşam heyif o illərdən indi belə mahnılar və müğənnilər yoxdur

  • @gulnaraliyeva3274
    @gulnaraliyeva3274 2 года назад +6

    Lirik mahnıları çox sevirəm.Nazpəri xanımın mahnıları çox gözəldir.Mənə aid olmasa da bu mahnı,amma çox gözəl mahnıdı.Səsiniz gözəl səhnəmizin nazlı pərisi 🌹❤️👍

  • @gulussxicanova1084
    @gulussxicanova1084 3 года назад +11

    Can gözel anam hemişe sesiniz gelsin sizi çox seviriq rebim seblr versin🤲💋❤

  • @kbrhuseynov5140
    @kbrhuseynov5140 Год назад +9

    Ən sevdiyin mahni idi bir vaxtlar heyifffffffffff

    • @ladyvenn6241
      @ladyvenn6241 Год назад

      Salamlar olsun Haamiya əhsən Halal olsun bu mahnını ifa eden Nəspəri dost Əliyevaya doğrudan da bəzən çox heyiff bu sevgiyə sənnən başqasın sevə bilmədim Mahnısının sözlərində deyildiyi kimi Əkbər Hüseynov və diğər dostlar Mən də etiraf edirəm ki Mənim də sevdiyim biri var ancaq yaşımız uyğun deyil Adın dimey istəyirəm Kim disə Amma Mən də deyirəm ki heyif o sevgidən heyif o günnən mən də inanın ki onnan basqasin sevə bilmədim ürəyim çox doludur dostlar bu sevgi məndə ilk dəfə di mən heç vaxt sev giyə inanmayan biri idim və subayam Dostlar və hər bir şəxslər nəsə səhv bir söz dedim sə üzürlü sayın Nazpəri Dostəliyeva xanımın heyif o gündən mahnisin məndə indi eşitdim və çox bəyəndim təşəkkürlər edirəm bir daha bu və hər bir mahnının üzərində çalışan işçilərin işləri hər zaman uğurlu olsun!!! Aamin inşallah

    • @ladyvenn6241
      @ladyvenn6241 Год назад

      Üzür istəyirəm hər birinizdən hərflər qarışığ düşüb Nazpəri Dostəliyeva xanım dimey istəmişdim bir daha üzürlü sayın

  • @op1a145
    @op1a145 2 года назад +7

    Nara x
    Heyif sənə verdiyim o sevgiyə o ilərə heyif imkan vermədin ürəkdən gülə bilmədim sevdim yalanla xəyanətlə üzləşdim ölsəm belə unutmayacam dünyada ən ağır birşey varsada o biz qadılara qarşı kişilərin xəyanətdir😥😥

    • @ruhiyyeruhi5678
      @ruhiyyeruhi5678 2 года назад +1

      Mən də sizin kimi,necə yaddan çıxarmaq olar?

  • @yuotub7763
    @yuotub7763 3 года назад +10

    Bəli heyif gənclik günlerimi boşa keçirdim ,amma yenede şükür gecde olsa gənc kimi yaşamasamda gənc görünürəm ,amma yenede getdi gençlik çağlarım,

  • @leylarzayeva5238
    @leylarzayeva5238 3 месяца назад +6

    Qaranlıq otaq goz yaşım param parca heyatim ve senli xatirelerle qocalıram dünyami dağıdan insan halal etmirem ....

    • @Anar1995
      @Anar1995 3 месяца назад

      Bu mahnidan cox adam bucur sözleri görəndə pis olur. Allah kömeyiniz olsun.

    • @Maga_Yeraz77
      @Maga_Yeraz77 3 месяца назад

      EY İNSAN,DÜŞÜB EŞQƏ,NƏ QAZANDIN?
      HƏR KƏSİ,VƏFALIMI SANDIN?
      SEVİB SONDA,HƏSRƏT İLƏ ALIŞIB,YANDIN.
      MƏHƏBBƏTİN OLMADIĞINI,AXIRDA QANDIN.
      PEŞMAN OLSANDA,FAYDASI YOXDU.
      ONSUZDA ÖTƏN GÜNLƏR,HƏDƏR GEDİB.
      KEÇMİŞİ DÜŞÜNMƏYİN,MƏNASI YOXDU!
      YAXŞI DA PİS DƏ OLSA,ÖMÜR BİRTƏHƏR GEDİB.

    • @Maga_Yeraz77
      @Maga_Yeraz77 3 месяца назад +1

      İLİYƏ SÜZÜLƏN SÖZLƏR 😢😢😢

    • @Maga_Yeraz77
      @Maga_Yeraz77 3 месяца назад

      SALAM TYUMEN ŞƏHƏRİNDƏN RUSİYA DAN HƏR VAXTINIZ XEYİR OLSUN İNŞALLAH NECƏSİZ?

    • @Maga_Yeraz77
      @Maga_Yeraz77 3 месяца назад

      KÜSMƏ EY KÖNÜL,SEVİLƏN VAXTIN OLAR.
      SƏBİR ET,EY MƏHƏBBƏT QULU!
      SƏNİNDƏ ŞAH TƏK EŞQDƏN,TAXTIN OLAR!

  • @gulsenabbaszade4777
    @gulsenabbaszade4777 3 года назад +11

    Hemişe xoşum gelib bu xanımnan.. Oglu rehmete gedenden sonra lap üreyim dag dag olub... Çünki men bilirem menim Anam ne çekir bala dagından... Allah heç bir Anaya bala dagı göstermesin.. Analarada Allah sebr versin Amin.. 😥😥😥😥😥

  • @pervanebabaliyeva
    @pervanebabaliyeva 2 года назад +10

    Bu dünyada kaşke dedigim şeyler coxdu

  • @vusalimanov7739
    @vusalimanov7739 3 года назад +7

    Nazpəri xanım sizi çox istəyirəm,Allah sizə və ailənizə uzun ömür can sağlığı versin🤲🤲🤲 Allah sizi və ailənizi bədnəzərdən qorusun Nazpəri xanım🤲🤲🤲 Nazpəri xanım bizdə sizdən başqasını sevə bilmərik canım mənim huri mələyim, gözümün işığı😘😘😘😘💋💋💋💋💋💋💋💋💋💗💗❤❤❤💗💗❤💓💓💞💞💕💕💕❤💗💗💗💗💗💗❤❤💗❤💗💗💗💗💗❤❤❤❤❤

  • @tiktokvideolar749
    @tiktokvideolar749 3 года назад +8

    Əsil xalq artisti adına layiq Sənətkarımız

  • @vusalimanov7739
    @vusalimanov7739 3 года назад +9

    Canım mənim Allah sizə uzun ömür can sağlığı vesin🤲🤲🤲

  • @sbnmsalmanova8914
    @sbnmsalmanova8914 Год назад +8

    Heyiffff.Doğrudan da deymezmiş.

  • @ravilabdullayev8152
    @ravilabdullayev8152 Год назад +6

    Heyf kecen her ilimize kesge geriye oten illerim izi birde Yasama sansi olsa insanin....

  • @elchinekberov2990
    @elchinekberov2990 3 года назад +4

    Oz sevdiyimle evlendiyime baxmayaraq mahni insanin ruhunu dinceldir. O qeder gozel seslendirmisizki,Nazper xanim.Kim bilir sevgisi uarimciq qalanlara nece tesir edir.

  • @behruzeliyev2088
    @behruzeliyev2088 10 месяцев назад +5

    Bu mahnı 2012ci ildə unudulmayan sevgimdən xatirə qalmış 😢😢😢😢😢

  • @the.5959
    @the.5959 Год назад +5

    Sözlər, musiqi, ifa superdir.
    👍👍👍👍👍

  • @elshadbashirov672
    @elshadbashirov672 2 года назад +5

    Sizi çox sevirəm gözəl insan sənətçimiz .Uşaqlıq illərimin Nazlı pərisi

  • @nurlanbayramov4519
    @nurlanbayramov4519 Год назад +9

    Nə olar yalan çıxmasın əhdinlə andın.
    Yoxsa məndən bezdinmi gülüm usandın.
    Gedəndə söz verdin axı sən gələcəksən.
    Dediyin vaxtda keçdi səndə yubandın.
    Gedişini izliyən gözlərim torlandı tez gəl.
    Gəlişini gözləməkdən tozlandı tez gəl.
    Yaşamağada qalmadı halım ay zalım.
    Dediklərim yalan deyil,olandı tez gəl.
    Çox ağladım çəkilib bəzən xəlbətə.
    Düşdüm sən gedəli sənli həsrətə.
    Adımdan desin eşid,Nazpəri dilindən.
    Heyif o sevgiyə,o məhəbbətə.

  • @user-pu5uk1mv6j
    @user-pu5uk1mv6j 3 месяца назад +7

    Heyif cox heyif ne itirdiyim pullara gore nede bir cox seylere gore yox her seyi yeniden qazandim tekc qazanib geri qaytara bilmediyim zamana omrumden itirdiyim 26 27 28 yasima heyif .

    • @cemileqarazade4676
      @cemileqarazade4676 3 месяца назад +2

      Eynisini mende duwunurem onuncun etdiyim nelerse ne pul ne bawga weyler meni yandirmadi 10 il erzinde 1defede olsun insanlig gore bilmedim cox heyif ozumu omrumu hec eledim deyersiz biri ucun

    • @user-pu5uk1mv6j
      @user-pu5uk1mv6j 3 месяца назад

      @@cemileqarazade4676 Heyat beledi istemediyin gozlemediyin ele seyler olurki sen bunu planlasdirib mudaxile ede bilmersen bele bir soz var taptigina sevinme itirdiyine uzulme sexsen men indi bu pirinsiple yasayiram bele daha tahatdi .

  • @naileeliyeva3649
    @naileeliyeva3649 11 месяцев назад +7

    Ay menim bextsiz talehim men seni sevdim sen bawqasini sevdin òldún hele de úreyimdesen 😢😢

  • @resadceferov4555
    @resadceferov4555 Год назад +14

    Seni bu qədər saf sevdiyim üçün üzür isdiyirem eşiddin ki Cəbhəyə gedirəm öləcək dedin başkasina geddin amma mən ölmedim indi isə başka qollardasan sene deymezmiş .(Mən ən azından qatilimi tanıyıram Sense özgə qollarda kim vurduga geddin yazığ

  • @Dr.Kahrimov8822
    @Dr.Kahrimov8822 5 дней назад +2

    biraz ters biriyem biraz deli dolu
    birini sevdimse her sey ederem
    caninin ugruna canimi qoyub
    gozumu qirpmadan olme gederem

  • @hrbicim4975
    @hrbicim4975 2 года назад +5

    Heç vaxt sevgimə heyof deməmişəm bir şeyə heyif ki çətin qpvuşduğ asan aurıldığ yoxluğu belə sevgiylə çəkilir allah heç kimi sevgisiylə can yoldaşıyla imtahan etməsin övladinda haminin öz yeri var vallah 😔

  • @gultekinxanlarova6046
    @gultekinxanlarova6046 Год назад +6

    Niye bu mahnini bu qeder çox sevirem

    • @samirrzayev2712
      @samirrzayev2712 Год назад +1

      Əlbətki ,həyatınızda yaşanmışlar var

  • @nizamialisov8953
    @nizamialisov8953 5 месяцев назад +4

    Heyif o sevgiyə o məhəbbətə heyif😢

  • @mcnezirn8031
    @mcnezirn8031 3 года назад +12

    Allah evladini itren butun analara sebir versin

    • @aynureliyeva5677
      @aynureliyeva5677 2 года назад

      AMIN😔

    • @sedaqethesenova5895
      @sedaqethesenova5895 Год назад

      Eger ovladini itiren bir ana kimi bu mahnini dinleyirsinizse Allah size sebr versin. Çox yandim haliniza...

  • @playmarket4351
    @playmarket4351 Год назад +7

    Mükəmməl ifa 🥰🌺