Gülyanaq Məmmədova - Mən Bu Ömrü Elə-Belə Yaşadım

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 928

  • @lalisa_world_2173
    @lalisa_world_2173 2 года назад +1274

    Qulaq asdiqca goruremki heyy omrumu kimlerese qurban verdim. Hami xosbəxt olsun yeterki. Amma ozum olmadim. Ən doqmasi ovlad bele olsa gerey insan oz omrunu ozunude dusunsun. Gozəl baci oldum,gozəl aile oldum,fədakar ana oldum. Bəss mənnn. Men ozumu xosbəxt etdinmiii. Her arzumu əzizlərime qurban verdim.

    • @libaba3621
      @libaba3621 2 года назад +47

      ALLAHU AKBAR!!! Hech vaxt asi olma!!! Hayat davam edir!!!! Hayat mubarizadir! ALLAH Mubarizlari sevir va mukafatlandirir!!!

    • @sekinerzayeva2867
      @sekinerzayeva2867 2 года назад +23

      Gözəl xanım,mən də sizin gününüzdəyəm. Allah üçün ən qiymətli iş sayılır. Səmimiyyətin ucalığı böyükdür.

    • @ezizcebrayilov8873
      @ezizcebrayilov8873 2 года назад +11

      heyif

    • @ilkinmemmedov2650
      @ilkinmemmedov2650 2 года назад +6

      ALLAH kömek olsun

    • @nebihuseyonv9960
      @nebihuseyonv9960 2 года назад +5

      Duz deyirsen

  • @mecid8553
    @mecid8553 2 года назад +389

    Kilipin olmağına uzulməyin .mahnı başlaynda hamı öz kilipi gelir göz qabağına

  • @sabinabaxshizade8009
    @sabinabaxshizade8009 2 года назад +316

    mən bu ömrü elə-belə yaşadım..
    bu cümləyə neçə-neçə insanın ömür boyu yaşadıqları sığışır...

    • @yusifabdullayev8095
      @yusifabdullayev8095 2 года назад +2

      Şükür ki bu ömrümü elə belə yaşamamışam.İnşallah azıra kimi belə oıar.

    • @nahidsuleymanov4001
      @nahidsuleymanov4001 2 года назад +2

      Dahada doğrusu yaşamadığı

    • @muradmmmdov622
      @muradmmmdov622 2 года назад +3

      Mən elə belə yaşadım.Allah heç kimə xəstəlikli həyat yaşamağı qismət eləməsin.Amin.

    • @aygunbsirova
      @aygunbsirova 2 года назад +1

      Xanim online sekilde calismaq isyeyrtdiniz

  • @gg11gg137
    @gg11gg137 8 месяцев назад +137

    Dinleyə-dinleyə,şərhləri oxuya-oxuya ağlayan mən (💧səbrimiz heç vaxt tükənməsin..((

  • @__nani.07
    @__nani.07 9 месяцев назад +185

    20 yaşımda dinlədiyim mahnı. Məni bu hallara salanlar utansın. Hər birini Allaha həvalə etmişəm!

    • @RöyalMemmedov-w4g
      @RöyalMemmedov-w4g 7 месяцев назад +10

      17 🥀🫤

    • @ulduzesahmarova2061
      @ulduzesahmarova2061 6 месяцев назад +5

      34 yaşıma qeder neler neler yaşadım ama heç bilmedim neyi nece yaşadım birde baxdımki men bu ömrü hele bele yaşadım😢

    • @NezrinMemmedova-x1v
      @NezrinMemmedova-x1v 6 месяцев назад +1

      23💔

    • @FidanMmmdova-rl3gx
      @FidanMmmdova-rl3gx 6 месяцев назад +6

      Ay xanm mənim 15 yaşım var nə ata nə də ana sevgisi görmüşəm 😢mənə ata ana sevgisini əmim yaşatdı indi isə heç oda yoxdu 💔🥺🩹

    • @AytacMusayeva-sd6tu
      @AytacMusayeva-sd6tu 6 месяцев назад +2

      20😢

  • @ulviyybehramova6416
    @ulviyybehramova6416 2 года назад +309

    BƏZİ QƏDİR BİLMƏZ İNSANLARIN ÜZÜNDƏN BU ÖMRÜ ELƏ BELƏ YAŞADIQ 😔😔😔😔😔😔😔😔

  • @aytanmirzayeva4602
    @aytanmirzayeva4602 Год назад +200

    22 yaşımda mene bu mahnını dinletdiren həyat😢

    • @DoruDorre
      @DoruDorre Год назад +12

      15 yaşında olan mən həyat çox ədalətsizdir ,😔

    • @Ethannn17
      @Ethannn17 Год назад +7

      Görün 65 yaşda olana nə deyir bu mahnı...............😒😔

    • @RuslanGuseynov-g9t
      @RuslanGuseynov-g9t Год назад +3

      Can 😢

    • @SadiqEsgerli
      @SadiqEsgerli 11 месяцев назад +3

      28de ise men(

    • @ElvinMustafalı
      @ElvinMustafalı 9 месяцев назад +4

      12yaşında bu mahnıya qulaq asan mən

  • @yoliriz
    @yoliriz Год назад +196

    Öz əlimlə möhür vurdum, ağladım
    Sevgi adlı məbədimi bağladım
    Ürəyimdə bu sevgini saxladım
    Ürəyimdə bu sevgini saxladım
    Ömrü verdim əsən yelə yaşadım
    Ömrü verdim əsən yelə yaşadım
    Bircə anda gəldi-keçdi bu ömür
    Bilmədim ki, nəyi-necə yaşadım
    Düzəlməyir, düzəlmədi günümüz
    Mən bu ömrü elə-belə yaşadım
    Bircə anda gəldi-keçdi bu ömür
    Bilmədim ki, nəyi-necə yaşadım
    Düzəlməyir, düzəlmədi günümüz
    Mən bu ömrü elə-belə yaşadım
    Mən bu ömrü elə-belə yaşadım
    Mən bu ömrü elə-belə yaşadım
    Gah baharı payız gördü gözlərim
    Alaq basdı, itdi-batdı izlərim
    Ürəyimdə dərd bağladı sözlərim
    Ürəyimdə dərd bağladı sözlərim
    Dözüb durdum yana-yana yaşadım
    Dözüb durdum yana-yana yaşadım
    Bircə anda gəldi-keçdi bu ömür
    Bilmədim ki, nəyi-necə yaşadım
    Düzəlməyir, düzəlmədi günümüz
    Mən bu ömrü elə-belə yaşadım
    Bircə anda gəldi-keçdi bu ömür
    Bilmədim ki, nəyi-necə yaşadım
    Düzəlməyir, düzəlmədi günümüz
    Mən bu ömrü elə-belə yaşadım
    Mən bu ömrü elə-belə yaşadım
    Mən bu ömrü elə-belə yaşadım
    Mən bu ömrü elə-belə yaşadım
    Elə-belə yaşadım

    • @mehmanmmmdov2155
      @mehmanmmmdov2155 Год назад +7

      Bəzən inşan yaşamır 😢ətrafdakıları aldadır elə bil bir onu bildim ki bütün həyatım heç oldu getdi.......mənə qalan 3 bala oldu😢

    • @RafayılAlekberov
      @RafayılAlekberov Год назад +5

      Dəfələrlə qulaq asdım, mən doya dilmədim, siz deyin bu mahnıdan , bu GÜLYANAQ XANIMDAN doymaq olarmı.

    • @nuranenurmemmedova9659
      @nuranenurmemmedova9659 10 месяцев назад +2

      Niye biz qadinlar xosbext olmuruq....Ailesini ovladini seven Ailesi ucun hersey eden dozen Qadinlar Xosbext olmur 😢

    • @AHU-nd1no
      @AHU-nd1no 4 месяца назад

      MƏN BU ÖMRÜ ELƏ BELƏ YAŞADIM.

  • @aynurbilinmir1479
    @aynurbilinmir1479 Год назад +60

    Heyif heyif çox heyiff Mən bu ömrü elə belə yaşadım 😢😢😢

  • @SaadetIsmayilova-p5r
    @SaadetIsmayilova-p5r 5 месяцев назад +25

    Məndə ömrümü evladlarima qurban verdim,evladda özünə görədir, boş imiş hamsi,😢😢😢😢

  • @yagutabbasova9927
    @yagutabbasova9927 3 года назад +100

    Ayrı düşdüm sevgi adlı gözelden
    Qüruruma yenik düşdüm ezelden
    Artıq gecdi bu inadı düzeldem
    Men bu ömrü ele bele yaşadım

  • @cemilefettayeva8282
    @cemilefettayeva8282 2 года назад +114

    İnsanın ruhunu oxşayır bu mahnı 👍👏Qulaq asdıqca öz həyatını canlandırırsan gözlərin önündə 😥

  • @emilbarisoglu
    @emilbarisoglu 2 года назад +162

    90% insanlar bu ömrü elə belə yaşayır

    • @LemanMemmedli-ep6rn
      @LemanMemmedli-ep6rn 7 месяцев назад

      Menim kimi😢😢😢

    • @IkramAliyev-ez3yh
      @IkramAliyev-ez3yh 5 месяцев назад

      Elədi neynəməy olarki qaqaş

    • @Redmi2-s9o
      @Redmi2-s9o 3 месяца назад

      Mənim kimi 😢

    • @IkramAliyev-ez3yh
      @IkramAliyev-ez3yh 3 месяца назад

      @@Redmi2-s9o Allah üzünüzü güldürər İnşallah

    • @Redmi2-s9o
      @Redmi2-s9o 3 месяца назад

      @@IkramAliyev-ez3yh İnşallah bəlkə bir gün həyat üzümə gülər.

  • @renaaqayeva3865
    @renaaqayeva3865 2 года назад +98

    Sözleri yazan cox gözel yazıb insanı özü özünden alıb aparîr uzaqlara Gülyanaq xanım da cox gözel ifa edir bir sözle MÖHTEŞEM..........

    • @SadiqAgayev-v5h
      @SadiqAgayev-v5h 6 месяцев назад

      Sözlər Mahirə xanimındı , çox gözəl insandı , öz həyatını yazıb elə bil Tanrıdan ona sağlıq arzulayıram , sadəcə sağlıq Sizlərdən də onun üçün dualar etmənizi rica edirəm Şerlərini çox oxumuşam , öz səsindən çox dinləmişəm Hamısı biri - birindən mükəmməldi Amma bu əsər məni çox qəhərləndirir Bəzən düşünürəm ki , Mahirə xanım mənim üçün yazıb bu şeri Bu dünyadan erkən köçüb getmiş anamı, nakam gedən qardaşımı, gəncəcik , bu dünyaya doymadan , mənim həyatımı param - parça edib gedən bacımı anladır mənə

  • @elsadqarayev5829
    @elsadqarayev5829 Год назад +55

    Özümdən üzr istəyirəm.hami üçün yaşayıb özünü unudan,qədr bilinmeyen birisi

    • @zeyneb367
      @zeyneb367 4 месяца назад +1

      Eyni men ancaq onu bunu özümü düşünmedim oldum xesde

    • @zeyneb367
      @zeyneb367 4 месяца назад +1

      Eyni men ancaq onu bunu özümü düşünmedim oldum xesde

  • @elcindemirov3224
    @elcindemirov3224 Год назад +30

    Gərək kiməsə görə yaşamayasan Özünə görə yaşayasan.Bizdə əvvəldən belə adət var axı,filankəs nə deyər ,önə deyər,bu nədeyər.Hədərdi,Heyifdir amma ömürdən,gündən gedir.Heç kimin sözlərin ,fikirlərin fikirləşməyə,bircə valideyinlərin sözünü eşidib qulaq asan gərək.Oblarsız bizim günümüz olmasın.Amin

  • @MB-og1lw
    @MB-og1lw 2 года назад +39

    Ömür elə tez keçir ki, bir də gözünü açıb görürsən artıq ömrün astanasındasan. Keçmişə dönüb baxanda kaşki deyirsən. Həqiqətən də bu ömrü elə-belə yaşadım…

  • @revanbudaqov
    @revanbudaqov Год назад +11

    Herşeye şükür edib yaşayiram evladlarima şükür amma men bu ömrü ele bele yaşadim😔

  • @soul.mate.9380
    @soul.mate.9380 2 года назад +41

    Aylar , günlər keçdi yar
    Olmadım mən heç bəxtiyar
    Gözüm qaldı hey yollarda
    Heç sevmedin zalım yar.

  • @ritimdunyasiayhanarguc4135
    @ritimdunyasiayhanarguc4135 2 года назад +30

    Kalbine yurgine emegine sahlik cok guzel tesekkur ederim hayirli sabahlar uzurlu Bayramlar saygilar sevgiler selamlar Ritimdünyasi cok guzel parca mukkemmel 🌺🌺🌺🌺🌺🌍🌍🌍🌍🌞🇹🇷🌞🌹🌹🌹🐒💤🌺🌺👈

    • @qrnfilcbiyeva6493
      @qrnfilcbiyeva6493 2 года назад +1

      Əla mahnısında musiqiside bu xanım çox sevirəm

  • @Cavid-kd9yn
    @Cavid-kd9yn 2 года назад +34

    Butun qadinlarin heder verdiyi omru Gulyanax xanim dile getirib bizim ureyimizden xeber verirsiz varolun senetkar coxx tesekkur edirem

    • @nhadhesenov192
      @nhadhesenov192 Год назад +3

      Doğru sözlerdi men bu ömrü ele bele yaşadım😔 qadınlar xoşbext yaşaya bilmirler heyatları acı

    • @yasharaliyev6390
      @yasharaliyev6390 9 месяцев назад +1

      Bes kisiler? Niye mehz qadinlar?

  • @telliebilovaofficial
    @telliebilovaofficial 2 года назад +45

    Ustadım❤bal seslim🌹sesinize üreyinize saglik👍dinlemekden doymadigim 🙈həyatımın parcası👍👍👍

  • @dilbrnzrova3646
    @dilbrnzrova3646 2 года назад +88

    Nə gözəl sözlər, nə gözəl musiqi və nə gözəl ifa !!!!!

  • @eliveli5830
    @eliveli5830 2 года назад +60

    Eh heyat ne teleler qurdun bize uwag iken boyuyeceyimizi xowbexd olacagimizi heves edib duwunerken boyuduk bedbexd olduq sadece... sevgi verdin daliyca nifret guluw verdin daliyca keder. Guluwlerim dondu qaldi uzumde artiq gulmeye bele qorxuram cunki daliyca hansisa kederin meni gozlediyini bilirem

  • @sumhdhdyys1574
    @sumhdhdyys1574 Год назад +10

    İnsan yaşlandıqca ömrünün necə uçduğunu hiss edir,biz sadəcə uçuruq, və bir anda yorulub yerə düşürük, bu da son!Əcəl haqlayir bizi! Budur insan həyatı,çalış,vuruş sonra da gir torpaq altına! Bilmədim bu illər necə gəldi, necə getdi!😢

  • @melahetmahmudova3162
    @melahetmahmudova3162 3 года назад +50

    Canim ustadim sesiniz var olsun.evez olunmaz müellimem🌺💐💓💕💗

  • @vsdovSrdar
    @vsdovSrdar Год назад +12

    Çox sağolun.
    Dərindən düşündükcə ,insan özhəyatını bu mahnıda görür.Gözəl sözlər , gözəl musiqi və gözəl ifa.
    Çox sağolun.

  • @YaAllah-y
    @YaAllah-y Год назад +8

    Keşkə dediyim çox şeylər var amma geri qaytarmaq olmur. İçimde dolu ağrı var tek güvəndiyim sirdaşım Allahdı. Amma sebir ən acıdır. 😔

  • @marketplay5766
    @marketplay5766 2 года назад +53

    Mohtewem ifa !defelerle dinleyib yeniden dinleyirik

    • @guzellik4470
      @guzellik4470 2 года назад +1

      Bu gözəl sözlərin hamısına layiqsiniz gözəl xanim🤲❤

    • @mecid8553
      @mecid8553 2 года назад +1

      @@guzellik4470 ...

  • @mrymmrym2537
    @mrymmrym2537 Год назад +14

    Möhtəşəm ifa,həzin,lirik poeziya ruhum dincəlir hər dəfə qulaq asdıqca❤

  • @seymuroruc9558
    @seymuroruc9558 2 года назад +9

    Ümid edirəm bu mahnıya 30-35 il sonra qocalıb qulaq asanda gözümün qabağından ömrüm axıb keçməyəcək

  • @SamSung-ip5sl
    @SamSung-ip5sl 22 дня назад +1

    Mənim Əziz Və qeyrəitli Əmimə ayidi bu mahni!!!,onun Adi Zultidi, CANIM Əmim!!!!

  • @ilyaslirzal4301
    @ilyaslirzal4301 Год назад +8

    Bəzi qədir qiymət bilməz insanlara ömrümü qurban verdim belke düzeler deye bilmedim ki ,neyi nece yaşadım?Mən bu ömrü ele bele yaşadım!üreyimde derd bağladı sözlərim.😢

  • @aslanagayev408
    @aslanagayev408 2 года назад +7

    Var ol sənətkar hər dəfə dinləyəndə ağlayıram

  • @anarmmmdov9623
    @anarmmmdov9623 3 года назад +53

    Gülyanaq xanım Allah sizin ömrünüzü uzun və mənalı etsin.
    Bu xanımın xarici görkəmi əla,sənəti möhür insanlığı ali.
    Müəllimliyi əvəz olunmaz ana kimi cənnətlik.
    Bu qədər gözəllikləri özündə cəm edən insan Rəbbim sizi millətimizə xalqımıza və musiqiçi gənclərmizə çox görməsin.
    ❤❤❤❤👍👍👍👍.

  • @elvinceferov4381
    @elvinceferov4381 2 года назад +10

    gulyanaq xanimin butun mahnilari gozəldir amma bu ifasi tam basqadir heyatinda yasadigin butun acili sirinli gunlər bir anliq gəlir gozlərinin onunən kecir

  • @fizuli7975904
    @fizuli7975904 3 года назад +45

    Var olun sənətkar bacım. Gəncədən salamlar 👍👍👍👍

  • @YusifAkberov-qm4il
    @YusifAkberov-qm4il 7 месяцев назад +1

    Mende bu sozleri deyecek qeder yoruldum artiq cox yalniz hiss edirem heyatdan zovq almiram 😢

  • @aygunmemmedova2795
    @aygunmemmedova2795 2 года назад +29

    Cox gozel mahnidi deyerli senetkarimiz.Seve -seve dinleyirem,sesinize quvvet.Insani cox uzaqlara aparir bu mahni,sozler ayri,musiqi ayri bir alem.

  • @smaBybalayeva
    @smaBybalayeva 7 месяцев назад +2

    Canım yanır çox 💔

  • @inamhsnov6158
    @inamhsnov6158 Год назад +16

    Əksərimiz dogmalarımıza qurban veririk arzularımızı, xəyallarımızı, vay o gündən ki, sonunda görəsən ki, heç əslində sən kiməsə lazım deyilsən😢

  • @csurkamall182
    @csurkamall182 2 года назад +11

    Səsiniz var olsun heç bir qadına elə belə ömür yaşamağı allahım nəsib eləməsin ammin♥️🌺♥️

  • @CeyhunErebov
    @CeyhunErebov 6 месяцев назад +4

    Men bu heyati övladlarıma göre yaşayiram😢

  • @Puç-olan-Xəyallar
    @Puç-olan-Xəyallar 2 года назад +31

    Unutmayın canlar öz əlimizlə möhür vurdugumuz bir eşqi özümüzdən başqa heç kim aça bilməz 🙂dəyməz heç kim üçün, heçnə üçün.

  • @sevdahsnova364
    @sevdahsnova364 Год назад +4

    Gülyanaq xanımın ifasinda qulaq asiram hər dəfə bu mahniya vəə hər dəfəsində də ürəkdən ağlayiram mən özüm üçün yaşamiram nə yaxşı balalarim var bircə təssəllim onlardir yenə də həmd olsun Allah can sağlığı versin başda da Anam olmaqla

  • @Дождь-к1ч
    @Дождь-к1ч Год назад +11

    СУПЕР СПАСИБО ЗА ЭТО МУЗЫКУ.Я ПЕРЕВЕЛ СЛОВА ЭТИ,Я ОЧЕНЬ ПРИЯТНО УДИВИЛСЯ.ИСПОЛНЕНИЕ СУУУПППЕЕРРР

  • @eminabbasov9928
    @eminabbasov9928 2 года назад +6

    Bu mahnı ilə kimsəsiz uşaq evlerini xatırlayıram .onlara aldığım ayı oyuncaqlar gözlərindəki sevinc

  • @tunarrusanov3709
    @tunarrusanov3709 2 года назад +5

    Məndə bu ömrü elə belə yaşadım ömrümü vrrdi hədər heyif ömrümə nə yaşadımsada boş yaşadım nə qədər düzətmək istədimsə alınmadl😪

  • @NMT2418
    @NMT2418 7 месяцев назад +1

    Mən bu ömrü özümdən başqa hamı üçün yaşadım...

  • @ulkersemedova8554
    @ulkersemedova8554 Год назад +3

    Əyər bu cür insan Mən bu ömrü elə belə yaşadım deyirsə, bizlər heç yaşamadıq bu ömrü.Elə belə gəlib getdik😢😢

  • @kemalehuseynova1583
    @kemalehuseynova1583 Год назад +5

    Çox sağ olun Gülyanaq xanım bu mahnını elə bil mənim üçün oxumusuz Allah səsinizə qüvvət versin

  • @hurserinqubanyt1973
    @hurserinqubanyt1973 2 года назад +11

    Həqiqətən mən bu ömrü elə belə yaşadım .Hamı üçün yaşadim tək özümü fikirləşmədim

  • @vusal2576
    @vusal2576 2 года назад +24

    Nə gözəl oxuyursunuz, ürəkdən.

  • @htlrn_evası99
    @htlrn_evası99 7 месяцев назад +3

    Gənc yaşında bu mahnını dinləyən mən....içimiz dərd doludur. Ümid edirəm ki, hər şey yaxşı olacaq.🤲❤
    Bu həyata inad heç vaxt ümidimi itirməyəcəm. Çox acılar çəkəcəm, bəlkə də. Yaşım az olsa da, çəkmişəm acı. Atam, qardaşım bu dünyadan köçüblər. Xəstəlik nedir bilirəm. İncinmək, güvənin qırılması, xəyalqırıqlığı nedir, bilirəm. Gözlər qızarıb şişenedek aglamaq nədir bilirem. Sessizce, gizlice ağlamaq nedir onu da bilirem. Ürək acısının da ne olduğunu bilirəm. Yenə də acılarım olacaq. İmtahan dünyasıdır bu dünya. Hər sınaqdan bir şey öyrənirik. Səhvimizi düzəldirik. Peşman oluruq. Amma İNŞALLAH mən bu ömrümü elə-belə yaşamayacam🤲❤️ Mənalı yaşayacam. Bəlkə az yaşayacam. Bəlkə son günümdür. Bəlkə ətrafımda yaxın insanlarım da olmayacaq. Həyatım olacaq. Yaxsi ya pis. Amma ele-bele olmayacaq. Həmişə ürəyimin dediyini eləyəcəm. Yaxınlarım uğruna fədakarlıq eləməkdən vaz keçməyəcəm. Doğrulardan dönməyəcəm bacardığım qədər. Qədrim bilinərmi, bilinməzmi? Bilmirəm. Amma elə-belə ömür sürməyəcəm. Ümidimi itirməyəcəm. Ümid varsa, həyat gözəldir.♥️🤲

  • @İbrahimNəsirov-m6b
    @İbrahimNəsirov-m6b 4 месяца назад +2

    Gozler dola dola dinlemek cetindi

  • @gulya_hekim.1992
    @gulya_hekim.1992 Год назад +6

    Bu heyatimda omrumde sukur etdiyim ovladlarimdi.yoxsa men bu omru ele bele yasadim.her kes bu omrunu pis de olsa heyat yolu ovladlarina qurban verir butun omrunu analar

    • @GÜNAHKAR1İNSAN-f5y
      @GÜNAHKAR1İNSAN-f5y 4 месяца назад

      ALLAH XOŞBƏXT ELƏSİN QORUSUN DAİMA ÖVLADLANIZI...🙏🏽

    • @gulya_hekim.1992
      @gulya_hekim.1992 4 месяца назад

      @@GÜNAHKAR1İNSAN-f5y
      Çox sağolun.Allah razı olsun

    • @GÜNAHKAR1İNSAN-f5y
      @GÜNAHKAR1İNSAN-f5y 4 месяца назад

      @@gulya_hekim.1992 ALLAH SİZDƏN DƏ RAZI OLSUN MİNNƏTDARAM...BAKİDA HƏKİM İŞLƏYİRSİZ BİLMƏK OLAR?🙏🏽

    • @hikmetbagirov9318
      @hikmetbagirov9318 Месяц назад

      Bəzən atalarda

  • @zeynddinisayev4293
    @zeynddinisayev4293 Год назад +2

    Mən bu ömürü helə belə yaşamadim qiymətmi bilmiyənərin yolunda xəcələdim ömrmü 😢bunan beləsi da yoxdu 😢😢😢😢😢💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @yagutabbasova9927
    @yagutabbasova9927 2 года назад +16

    Sesine ömrüne sağlıq seni dinlemekden doymuram 👍👍👍👍👍👍😘😘😘😘

  • @amilquluyev3618
    @amilquluyev3618 Год назад +1

    Geri donub heyat yoluma baxiram gözəl rol oynamisam sanki haminin xosbextliyi ucun ozumu bedbext etmisem😢

  • @Cihangiryusif
    @Cihangiryusif 2 года назад +5

    Mən bu ömrü ele bele yasadim ve bir ömür ele yasayacam ax elimden alinann ümidlerim xeyallarm arzularmmm ne olar 5 il evveli geri vern mene qoyum her seyi yoluna bad olmasn geleceyim sevgisiz hissiz tebessümsüz keçmesin günlerim😭🥺🥺vern mene sevgimi qaytarin ölen hislermi qaytarn xosbextliyimiiii .........😔😔😔

    • @aygunmm1
      @aygunmm1 2 года назад

      hmm gözəl dediz "əlimdən alınan ümidlərim"😔

  • @Redmi2-s9o
    @Redmi2-s9o 3 месяца назад +1

    Həyatdan əlin üzmüş biri kimi dinləyirəm bu musiqini 😢
    Kaş həyata gəlməyəydim,mən bu ömürü heçə yaşadım😢😢

  • @elsennuriyev2688
    @elsennuriyev2688 Год назад +7

    Sağolun gözəl sənatkar ,sanki çoxumuzun həyatın oxumusuz ,səsinizə ürəyinizə sağlığ

  • @sevincmansurova1177
    @sevincmansurova1177 2 года назад +2

    Eh həqiqətən elə belə yaşadım,gəzmədim,dolanmadım.Elə ehtiyac içində uşaqlarımı böyütdüm,ev tikdim,bir tapanda bir tapmadım.Eh nə bilim,şükür olsun allaha

  • @yagutabbasova9927
    @yagutabbasova9927 3 года назад +15

    Ömrünüze emeyinize sağlıq bu mahnıya qulaq asmaqdan doymuram

  • @nuranallahverdiyeva9206
    @nuranallahverdiyeva9206 Год назад +1

    Bu mahnı bütün dərdlilərin dərdini yadına salır. Yaraları qoparır sanki

  • @nubarqnbrli8869
    @nubarqnbrli8869 2 года назад +6

    Gozel.ifadir kas gelmezdim hec dünyaya ne gelesen ne gedesen vallah

  • @ilhamememmedova5113
    @ilhamememmedova5113 2 года назад +24

    Var olun ,. səsinizə qüvvət. Ömür yolları kino lenti kimi gözlərim qarşısında ötüb keçir. Sizi çox sevirik ❤️

  • @memmedovqehreman7849
    @memmedovqehreman7849 Год назад +1

    Bu həyatı ozuncun yaşayasan deymez kimese sevgi beslemek sen onu sev o başkasına sevgi versin başkasına xoş davransın oncun qadınlar qururunuzu tapdalatmayin dəyməz

  • @tebrizelekberov1337
    @tebrizelekberov1337 2 года назад +4

    Heyif bu cür dünyadan,qədrin bilmədik..Gec ayıldım,gec.

  • @bahardadasova5561
    @bahardadasova5561 9 месяцев назад +1

    Ruhumu dincelden mahnı sesine canına qüvvət gözəl xanim

  • @Fesidi_13
    @Fesidi_13 8 месяцев назад +4

    Bayaq en yaxin Dostumla dersde dinledik bu mahnini.Gozunun yasi defderine tokuldu.Sevdiyide yoxduku deyem onun quruznu kecir😂

  • @humay66
    @humay66 2 года назад +8

    Sağ ol gözəl xanım ! 👍👍👍🧿🧿🧿

  • @muradaliev6054
    @muradaliev6054 Год назад +3

    Bu ele bir musiqidi ki her kes ozunu oz omrunu gorur burda. Sesine, diline Allah quvvet versin Gulyanaq xanim.

  • @AgvdhhhGyidsykf
    @AgvdhhhGyidsykf 2 месяца назад +1

    Bu mahnı bu ifa 90 % qadinlara həsr olunub 😢

  • @ВагифАгаев-р7щ
    @ВагифАгаев-р7щ 2 года назад +19

    Maşallah, Allah qorusun sizi, gözəl və dəyərli insan..

  • @ulduzesahmarova2061
    @ulduzesahmarova2061 6 месяцев назад +1

    Şükür bu günümüze ama heqiqeten bu ömrü hele bele yaşadıq

  • @Ïwéáõ
    @Ïwéáõ 7 месяцев назад +1

    Hər bir insan Həyatını necə yaşasada hər bir insan bu hətatı elə belə yaşayır çünkü bu həyat müvəqətidir😢

  • @xadicaqasanzade1616
    @xadicaqasanzade1616 Год назад +3

    Dinlədikcə dünyadan köçən anamı xatırladım.Əzəb əziyyətlə böyüdüb boya başa çatdırdı bizi oxutdurdu..amma ilk maaşımı ona hədıyyə almaq yerinə ruhuna ehsanat verdim.Qismət yazı nə etmək olar əldən heçnə gəlmir.Amma düşünürəm ki mənə verdiyi tərbiyyə ilə hər daima adını uca tutsam yad etsəm onada xoş olacaq.😭😭😭😭

  • @YusifAliyev44
    @YusifAliyev44 6 месяцев назад +2

    Mən bu ömrü elə belə yaşadim💔

  • @quliyevaa1610
    @quliyevaa1610 Год назад +3

    Göz yaşları içində dinliyirem 😢😢

  • @gunayisgenderzade3553
    @gunayisgenderzade3553 Год назад +1

    Bircə anda gəldi keçdi bu ömrü... Həyatımız boyu yaşadığımız sürəcə ömrümüzü kimlərəsə qurban verdik😢

  • @efsanememmedov6310
    @efsanememmedov6310 2 года назад +6

    Çox gözəl bir mahnıdı,ürəyimdəkilərin deyir😥

  • @azeriking2850
    @azeriking2850 20 дней назад

    Çox heyif mende ele bele yaşdım 😢😢

  • @actorboyxh1034
    @actorboyxh1034 10 месяцев назад +3

    Səsinizə qüvvət Sənətkar yaşayın yaradın mahnı insanı aparır 😔

  • @TellineneIsmayılova
    @TellineneIsmayılova Год назад +1

    Gözümü yumdum acdım 70e catdım,cox şükür xeyirli evladlarım var

  • @esmasafarova3785
    @esmasafarova3785 2 года назад +8

    Allahım gözəl xanım səsiniz var olsun. Həqiqətən ömür tez keçir

  • @ayselshahvaladov4658
    @ayselshahvaladov4658 8 месяцев назад +2

    Ömür gün gedi fikirden qocalıriq daha

  • @bakubakulu7402
    @bakubakulu7402 Год назад +3

    Məndə ömrümü elə-belə yaşadım 😢

  • @GHuseynzad3
    @GHuseynzad3 5 месяцев назад +2

    MƏN BU ÖMRÜ ELƏ BELE YAŞADIM💔😔

  • @qrininqrinin6379
    @qrininqrinin6379 2 года назад +7

    Cox sağolun gözəl sənətkar ürəyımdən xəbər verdınız

  • @azeea5972
    @azeea5972 Год назад +1

    Məndə çox peşmanam.Allahın verdiyi bu can əmanətdi.Qoruya bilmədim bu əmanəti bu ömrü😢😢😢

  • @rehimovametanet4405
    @rehimovametanet4405 2 года назад +5

    Heqiqeten men bu omru ele bele yasadim😥🥺

  • @esmasworld10
    @esmasworld10 7 месяцев назад

    bu mahnı sanki rəhmətlik anam üçün yazılıb.Omrunu qurban verib rahatlıq görməyən canım anam😢

  • @Nrminliyeva-gz5zq
    @Nrminliyeva-gz5zq 6 месяцев назад +23

    21 yaşda bu mahnını dinlemek ?😢

  • @arzuismayilova1188
    @arzuismayilova1188 7 месяцев назад +2

    Bos heyatdi yasayiriq hec kim ucun deymez sadece geden omrumuze heyf 💔

  • @melahetabdullayeva2949
    @melahetabdullayeva2949 2 года назад +8

    Mənə aid mahnıdır😔
    Cox sag olun var okun gözəl sənətkarlmız👍👏👏🌹🌹😘❤

  • @teranequliyeva5924
    @teranequliyeva5924 Год назад +1

    Heyf menim omrum kimlere getdi.qurban olsun uwaqlarima

  • @aests_23
    @aests_23 Год назад +3

    Musiqinin gözəlliyi, səsin gözəlliyi❤🎉

  • @sevdaaliyeva7342
    @sevdaaliyeva7342 9 месяцев назад +1

    Bu mahnida menim heyatim eks olunur😭

  • @nailnagyeva4166
    @nailnagyeva4166 2 года назад +3

    Gulyanaq xianim var olun....bu ifa..., bu mahni...bəli...mən bu omru elə belə yasadim.....