GİROV ARZULAR Söz və səs: Həvva Nazim

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • Girov arzular
    Arzular içimdə girov qalanda,
    Yerdən də, göydən də əlim üzüldü.
    Bir ömür ötürüb dən-dən olanda
    Telin sızıltısı bəndə düzüldü.
    Çevrildim dilimdən qopan naləyə,
    Bənzədim ürəyi xallı laləyə.
    Döndü duyğularım bir şəlaləyə
    Alovlu köksümdən axdı süzüldü.
    Həvva, qanad taxdı, arzun quş oldu,
    Süzdü asimanda, ruhun xoş oldu,
    Qələm də vərəğə gəldi tuş oldu,
    Şeirlə qəlbinin bağı çözüldü.
    28.04.2023
    Həvva Nazim

Комментарии • 22