Sənə məktub yazıram - Aqşin Yenisey / Məktub

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • Məktub | Aqşin Yenisey
    Səsləndirdi: Elman Hüseynov
    Sənə məktub yazıram
    Yazıram ki,
    bağışla...
    Burda hava pis keçir
    Ara vermir yağışlar
    Tək yatıb tək durmaqdan
    Bezdirmişəm otağı
    Bilirsən...
    pinti olur
    Yalqızların yatağı
    Yalqızlar az yuyunur
    Gəlir yalqızlardan iy
    Çayları soyuq olur
    Yeməkləri alaçiy
    Çirkli ayaqqabılar...
    Dibi yanmış qazança...
    Bir qırıq da ümid var
    ...qayıdacaq haçansa...
    Yalqız sabaha baxmır
    Arzulayır keçmişi
    Çox miskin mənzərədir
    Ev yığışdıran kişi
    Hələ bunun gecələr
    içib ağlamağı var,
    saçın daramamağı
    saqqal saxlamağı var
    Üstəgəl pəncərədən
    Gözünü yola dikmək
    Gəlməyini gözləmək
    Qadın həsrəti çəkmək
    Dərd ağır, hava da pis
    Ara vermir yağışlar
    Sənə məktub yazıram
    Yazıram ki,
    Bağışla...
    0:04 Sənə məktub yazıram
    0:14 Ara vermir yağışlar
    0:17 Tək yatıb tək durmaqdan, Bezdirmişəm otağı
    0:28 Yalqızlar az yuyunur
    0:43 Bir qırıq da ümid var
    0:49 Yalqız sabaha baxmır
    0:56 Ev yığışdıran kişi
    1:01 içib ağlamağı var
    1:11 Gəlməyini gözləmək
    1:17 Dərd ağır, hava da pis
    1:28 Bağışla
    1. Vüqar Rahi - Mənə biraz ondan danış
    • Vüqar Rahi - Mənə bira...
    2. Səddam Laçın - Adam ölür - Səs: Svetlana Kazımova
    • Səddam Laçın - Adam öl...
    3. Ramiz Rövşən - Qara paltarlı qadın / Səs: Svetlana Kazımova
    • Ramiz Rövşən - Qara pa...
    4. Mikayıl Müşfiq - Rəssam, sevgilimin rəsmini gəl çək / səs: Svetlana Kazımova
    • Mikayıl Müşfiq - Rəssa...
    -------
    1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
    2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
    -------
    DİQQƏT: © Müəllif hüquqları qorunur..!!!
    QN Production
    -------
    Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
    ~ RUclips: / qnproduction
    ~ Instagram: / qn_production
    ~ TikTok: / qn.production

Комментарии • 3