Allah rəhmət eləsin! Bakıda mən tələbə olarkən Lenin prospektində 41 saylı evdə qonşu olmuşuq. İki qızı vardı, ikisi də musiqiçi idilər, həyat yoldaşı İncəsənət institunda dərs deyirdi. Üçüncü mərtəbədə olurdular deyə poçtalyon onların qəzetlərini bizim poçta qoyurdu, rəhmətlik əri hər gün qəzetlərini mənim kirayənişin qaldığım mənzilin qapısının üstündə olan poçt qutusundan özü götürürdü. Gülarə xanımın çox sadə və mədəni ailəsi vardı. Həmişə salamlaşanda Gülarə xanımın və qızlarının üzlərindən xəfif təbəssüm əskik olmazdı, amma ərinin çox ağır təbiəti vardı. Təssüf ki, kənardan çox xoşbəxt görünən bu ailədə də böyük bir faciə baş verdi. Gülarə xanımın böyük qızı konservatoriyada, skripka üzrə təhsil alırdı və səhv etmirəmsə buraxılış imtahanlarının birindən, ya da dövlət imtahanından 5 almışdı. Həyətimizdə şənlik, musiqi səsləri üçüncü mərtəbədən çox aydın eşidilirdi. Yay vaxtı olduğundan həyətə baxan pəncərələr açıq idi, hətta bəzi tostlar, təbriklər də eşidilirdi. Mən evdə idim, və birdən dəhşətli gurultu eşitdim. 1988-ci ildən sonra qulaqlarımız müxtəlif silah,bomba səslərinə öyrəşmişdi deyə, əvvəlcə ağlıma gələn o oldu ki, küçədə qumbara partlatdılar. Mən dərhal arkadan çıxıb küçəyə qaçanda dəhşətli bir səhnənin şahidi oldum. Üçüncü mərtəbənin balkonu divarın dibindən qırılıb, əvvəlcə ikinci mərtəbənin balkonuna, sonra isə yerə düşmüşdü. Gülarə xanım, kiçik qızı və Dan ulduzu instrumental ansamblında skripka ifaçısı olan xanım yerə uzanmışdılar, və mən hadisə yerinə çatanda artıq camaat onların üstünə düşmüş balkon dəmirlərini götürürdülər. Gülarə xanım və kiçik qızı artıq çəkiləri olduğundan çox güclü zərbə almışdılar, və nəfəs almalarından görünürdü ki, can üstədirlər. Təcili yardım maşını çox tez gəldi və yaralıları xəstəxanaya apardılar. Gülarə xanım həmin gün rəhmətə getdi, qızı isə bir həftə xəstəxanada komada qalandan sonra dünyasını dəyişdi. Elə hadisə yeində dedilər ki, Gülarə xanımın əri həmin gün Moskvaya xərçəng xəstəliyindən müalicə olunmaq üçün yola düşürmüş. Evdə vidalaşandan sonra Gülarə xanım qızı və qonaqlarla birlikdə balkona çıxıb ərinə yaxşı yol arzulayırmış ki, balkon ağırlığa tab gətirməyib uçub, çünki bina 19-cu əsrin sonunda tikilmişdi, və balkonu saxlayan şvellerlər çürük olduğundan kağız kimi cırılmışdı. Mən sonra Samaraya köçdüm, və eşitdim ki, Gülarə xanımın həyat yoldaşı da dünyasını dəyişib, və onların yurdunda yalnız böyük qızları qalıb...Allah səbir versin!..
Allah rəhmət eləsin!
Bakıda mən tələbə olarkən Lenin prospektində 41 saylı evdə qonşu olmuşuq. İki qızı vardı, ikisi də musiqiçi idilər, həyat yoldaşı İncəsənət institunda dərs deyirdi. Üçüncü mərtəbədə olurdular deyə poçtalyon onların qəzetlərini bizim poçta qoyurdu, rəhmətlik əri hər gün qəzetlərini mənim kirayənişin qaldığım mənzilin qapısının üstündə olan poçt qutusundan özü götürürdü. Gülarə xanımın çox sadə və mədəni ailəsi vardı. Həmişə salamlaşanda Gülarə xanımın və qızlarının üzlərindən xəfif təbəssüm əskik olmazdı, amma ərinin çox ağır təbiəti vardı. Təssüf ki, kənardan çox xoşbəxt görünən bu ailədə də böyük bir faciə baş verdi. Gülarə xanımın böyük qızı konservatoriyada, skripka üzrə təhsil alırdı və səhv etmirəmsə buraxılış imtahanlarının birindən, ya da dövlət imtahanından 5 almışdı. Həyətimizdə şənlik, musiqi səsləri üçüncü mərtəbədən çox aydın eşidilirdi. Yay vaxtı olduğundan həyətə baxan pəncərələr açıq idi, hətta bəzi tostlar, təbriklər də eşidilirdi. Mən evdə idim, və birdən dəhşətli gurultu eşitdim. 1988-ci ildən sonra qulaqlarımız müxtəlif silah,bomba səslərinə öyrəşmişdi deyə, əvvəlcə ağlıma gələn o oldu ki, küçədə qumbara partlatdılar. Mən dərhal arkadan çıxıb küçəyə qaçanda dəhşətli bir səhnənin şahidi oldum. Üçüncü mərtəbənin balkonu divarın dibindən qırılıb, əvvəlcə ikinci mərtəbənin balkonuna, sonra isə yerə düşmüşdü. Gülarə xanım, kiçik qızı və Dan ulduzu instrumental ansamblında skripka ifaçısı olan xanım yerə uzanmışdılar, və mən hadisə yerinə çatanda artıq camaat onların üstünə düşmüş balkon dəmirlərini götürürdülər. Gülarə xanım və kiçik qızı artıq çəkiləri olduğundan çox güclü zərbə almışdılar, və nəfəs almalarından görünürdü ki, can üstədirlər. Təcili yardım maşını çox tez gəldi və yaralıları xəstəxanaya apardılar. Gülarə xanım həmin gün rəhmətə getdi, qızı isə bir həftə xəstəxanada komada qalandan sonra dünyasını dəyişdi. Elə hadisə yeində dedilər ki, Gülarə xanımın əri həmin gün Moskvaya xərçəng xəstəliyindən müalicə olunmaq üçün yola düşürmüş. Evdə vidalaşandan sonra Gülarə xanım qızı və qonaqlarla birlikdə balkona çıxıb ərinə yaxşı yol arzulayırmış ki, balkon ağırlığa tab gətirməyib uçub, çünki bina 19-cu əsrin sonunda tikilmişdi, və balkonu saxlayan şvellerlər çürük olduğundan kağız kimi cırılmışdı. Mən sonra Samaraya köçdüm, və eşitdim ki, Gülarə xanımın həyat yoldaşı da dünyasını dəyişib, və onların yurdunda yalnız böyük qızları qalıb...Allah səbir versin!..
Chox sag olun, bele yazi ve xatire uchun. Mene maraqli idi.
Allah rehmet eylesin.Amin.
HÜSEYNAĞA HADIYEV VƏ AKİF İSLAMZADƏ MƏNİM GÜCLÜ FENOMEN SƏNƏTKARLARIMDI.
DAN ULDUZU TALE ULDUZU OLDU GÜLARƏ ƏLİYEVANIN.