Oğlum Atilla'ya (Turan Abdullazadə)

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 1

  • @vekilturanabdullazadeh
    @vekilturanabdullazadeh  4 часа назад

    OĞLUM ATİLLAYA
    Mənim gözəl, gül oğlum,
    Bal, şəkərim, noğulum,
    Nə yaxşı ki, doğuldun,
    Ömrümə işıq oldun,
    Əcəb yaraşıq oldun,
    Hüsnünə aşiq oldu
    Qollarımda görənlər,
    Qucağımda sevənlər,
    Evə gəlib gedənlər,
    Bir nur kimi saçıldın,
    Həyatıma nur balam,
    Gəl qucuma, dur balam,
    İməklə sən atana,
    Sənə candan yanana,
    Xata, bala, qadana
    Sipər olum can oğlum,
    Sevgimi sən qan oğlum,
    Hüdudları sərhədsiz,
    Qarşılıqsız və sədsiz,
    Sonsuz məhəbbət ilə,
    Dolu sədaqət ilə,
    Sevirəm mən ürəkdən,
    Atillamı, balamı,
    Yar əziz ya balamı ?!,
    O şirin bir bəlamı ?,
    Ondan gələn qadanı,
    Sindirməyə razıyam,
    İstənilən hədəni,
    Sındırmağa hazıram,
    Bir kənara yazıram.
    O qıyıq gülüşünlə,
    Sən məni məndən aldın,
    Atalıq hisslərimi,
    Sevginin olduğunu,
    Gözlərin dolduğunu,
    Bir daha yada saldın
    Oğul, xəyala daldın ?
    1 yaşına çatmamış,
    Nəyə mırıldanırsan,
    Qığ qığ qığıldanırsan,
    Hər konfet uzadana,
    Niyə sən aldanırsan?
    Həyat səmimi deyil,
    Hər üzünə gülüşən,
    Dost ya həbibi deyil
    Oğul dinlə atanı,
    Boya-başa çatanı,
    Özün dərk eyləyəndə,
    Atanı anacaqsan,
    Onu axtaracaqsan,
    Mənim dediklərimi,
    Öyüd, nəsihətimi,
    Sənə verməyəcəklər,
    Qədrin bilməyəcəklər,
    Oğul bil bu həyatda,
    Tək xəzinən bilikdir,
    Kamilliyə çatmağa,
    İlk addımdır, bir ilkdir
    Hər kəs keyfə dalanda,
    Boğulanda yalanda,
    Sən həqiqəti axtar,
    Odur yek, odur aşkar
    Yalnız elmdir açar,
    Mürəkkəb qıfıllara,
    Ən keçilməz yollara,
    Cahillə söz güləşmə,
    Cəhalətdə gülüşmə,
    Nadanlıqda buluşma,
    Kitablardan savayı,
    Sən heç kimə bulaşma,
    Dinlə məni can oğlum,
    Budur yeganə doğrun.
    Atanın nəsihəti
    Qalsın qulaqlarında,
    Ən çətin anlarında,
    Xatırlayıb sal yada,
    Xain, düşmən və yada,
    Vermə heç vaxt sirrini,
    Dərdi, qəmi, sərini,
    Oğul, çox uzatmadan,
    Mənanı azaltmadan,
    Sənə son sözüm budur,
    Buyur, yanımda otur,
    Sən mənim ümidimsən,
    Şanlı gələcəyimsən,
    Sən yaşarsan, atan da,
    Yaşar damarlarında,
    Damarında, qanında,
    Hər bir xoşbəxt anında,
    Arzum budur atanı,
    Ötəsən sən adınla,
    İstənilən addımda,
    Ondan öndə olasan,
    Tarixdə iz qoyasan...