Ədalət Şükürov - Min Şükür | Şeir

Поделиться
HTML-код
  • Опубликовано: 3 июл 2022
  • Ədalət Şükürov tərəfindən Rasim Zəkaya aid olan "Min Şükür" şeirinin ifası.
    Ədalət Şükürova RUclips-da abunə ol: mikpro.az/a.shukurovyt
    Söz: Rasim Zəka
    Arxa fon musiqi: "Bir Gün Mutlaka" ("Çalıkuşu" serialından soundtrack) Aytekin Ataş
    Əlaqə üçün: info@adaletshukurov.com
    adaletshukurov.com/az/contact....
    Ədalət Şükürovu sosial şəbəkələrdə izlə:
    Instagram: mikpro.az/a.shukurovig
    Facebook: mikpro.az/a.shukurovfb
    Ədalət Şükürovu rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/a.shukurov.dinle
    Sözləri:
    Zaman çox dəyişib atam balası
    Qohuma baxanda, yada min şükür
    Mən yetim kimsədən nəsə ummuram
    Arabir salsalar yada, min şükür
    İş deyil, cüt qazan, yeyəndə tək ye
    Özgə qoltuğunda bal ye, pətək ye
    Ondansa evində elə quru çörək ye
    Allahın verdiyi dada min şükür
    Bu fəna mülkünə gələn çaş gedib
    Əcəl yola salıb, gedən xoş gedib
    Mən görən ölülər vallah əli boş gedib
    Quru ad aparıb, o da min şükür
    Cənnətin puluyla olsa hər işi
    Kəfənə cib qoyar mürdəşir kişi
    Neynirəm dünyanın mülkünü əşi?
    Çörək də tapıram, su da, min şükür
    Bir ata olasan, uşaq güdəsən
    Oğul böyüdəsən, qız böyüdəsən
    Elçilik eləyib, toyun görəsən
    Olasan birina quda, min şükür
    Vay ola dəvəyə qanad verələr
    Savadsız birinə savad verələr
    Nə heykəl qoyalar, nə ad verələr
    Elə atamın qoyduğu ada min şükür
    Halallıq olanda ruzi də bitmir
    Allahın verdiyi nəyinə yetmir?
    Yetimi sevindir, yaxşılıq itmir
    Ya sağol deyəcək, ya da min şükür
    Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2022
    Etiketlər:
    #ƏdalətŞükürov​ #MinŞükür #mikpro
  • ВидеоклипыВидеоклипы

Комментарии • 12

  • @caminatraxmanova7272
    @caminatraxmanova7272 2 года назад +2

    Белли джаным Адалет бу гунун ДЕ МИН ШУКУРЛЕР ОЛСУН!!!АМИН. Джан саглыг версин сизе.

  • @sahriyardovlatov7825
    @sahriyardovlatov7825 2 года назад +3

    Əhsən Gözəl İnsan

  • @dilbertarverdiyeva2800
    @dilbertarverdiyeva2800 Год назад +1

    Bu gunumuze min wukur🙏

  • @rasimhuseyinov7251
    @rasimhuseyinov7251 Год назад

    Hə indi bildim ki,Ədalət ədalətlidir.Çox saq ol Sumqayıt uşaqı.

  • @rovsneminbyli5177
    @rovsneminbyli5177 2 года назад +3

    Yetimi sevindir,
    Yaxşılıq itmir,
    Ya, sağ ol, deyəcək,
    Ya da, min şükür!
    👍🙏

  • @fantomrussia9603
    @fantomrussia9603 Год назад

    Möhtəşəm söz və ifa

  • @AAAA-nv6dj
    @AAAA-nv6dj Год назад

    Həm yazana həm də Ədalətə afərin

  • @ss.0175
    @ss.0175 2 года назад +2

    👍👍👍👍👍👍👍👍👍

  • @orhanmustafali4243
    @orhanmustafali4243 2 года назад

    Cox sağ ol gözəl qiyamətə görə

  • @afetsamedova5718
    @afetsamedova5718 Год назад

    Əla👍💐

  • @sahriyardovlatov7825
    @sahriyardovlatov7825 2 года назад +1

    👍👍👍👏👏👏👏👏👏👏👏

  • @AAAA-nv6dj
    @AAAA-nv6dj Год назад

    Bu şerin müəllifi kimdi. Bilən yazsın zəhmət olmasa. Həm ya