Zehn fəlsəfəsi, Neyroelm və Süni İntellekt - Elmar Hüseynov, Mail Yaqub

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии •

  • @svetlanaqoceliyeva9710
    @svetlanaqoceliyeva9710 13 дней назад +1

    Mənəvi ehtiyaclar insanı bəzən həqiqət axtarışına çıxarır

    • @elmarhussein9300
      @elmarhussein9300  13 дней назад

      Həqiqət axtarışı elə bir mənəvi ehtiyacdır ki, onu digər bir şey ilə əvəzləmək qeyri-mümkündür. Belə ki, insan qeyri-ixtiyari olaraq cavablandırmaq istədiyi suallara cavab tapmadıqca mənəvi rahatlıq əldə edə, səbəbini sonadək aydınlaşdıra bilmədiyi natamamlıq duyğusundan xilas ola bilmir.

  • @Bakhshaliyeff
    @Bakhshaliyeff 17 дней назад

    Chox teshekkurler edirem. Dolgun,mezmunlu, maraqli sohbet oldu. 👍

    • @elmarhussein9300
      @elmarhussein9300  17 дней назад

      Maraqlanıb izlədiyiniz, eləcə də yüksək dəyərləndirdiyiniz üçün mən təşəkkür edirəm.

  • @samirmusayev9685
    @samirmusayev9685 2 дня назад

    Çox super söhbət elədiz hər ikinizdə . Təşəkkür edirəm 🙏

    • @elmarhussein9300
      @elmarhussein9300  2 дня назад

      Maraqlanıb izlədiyiniz üçün mən təşəkkür edirəm. Bəli, maraqlı söhbət üçün insanın öz fikirlərini axıcı şəkildə paylaşa biləcəyi həmsöhbət ilə rastlaşması zəruri şərtdir.

  • @eldenizsettarov6954
    @eldenizsettarov6954 2 месяца назад

    Möhtəşəm!
    Var olun!

    • @elmarhussein9300
      @elmarhussein9300  2 месяца назад

      İzləyib dəyərləndirdiyiniz üçün təşəkkür edirəm.

  • @anarabbasov7600
    @anarabbasov7600 Месяц назад

    Beynim yandı.Dəhşət bilgilərdi.Təşəkkürlər

    • @elmarhussein9300
      @elmarhussein9300  Месяц назад +1

      İzlədiyiniz üçün mən təşəkkür edirəm. Düzdür, mürəkkəb və çoxtərəfli tədqiqat sahəsidir. Ona görə də müqayisəli şəkildə fəlsəfə və elmin bir neçə istiqamətini araşdırmaq zərurəti yaranır.

  • @anarabbasov7600
    @anarabbasov7600 Месяц назад

    Elmar bəy neyroelm`in, reflektiv şüur (3%) və şüuraltı (97%) barədə yanaşması necədir? Eyni zamanda, bu mövzuda sizin subyektiv fikirləriniz də maraqlıdır.

    • @elmarhussein9300
      @elmarhussein9300  Месяц назад

      Neyroelmdə zehinin şüur ilə şüuraltı səviyyələrinin nisbətinə dair məlumatım yoxdur. Bildiyim qədəri ilə neyroelmdə ümumiyyətlə, "şüuraltı" ("sub/unconsciousness") anlayışı tətbiq edilmir və ya bu anlayış Freydin psixoanalitik təlimindəkindən fərqli məzmun kəsb edir. Məsələn, müasir Amerikan koqnitiv psixoloqu John Kihlstrom "koqnitiv şüuraltı" anlayışından bəhs edir ki, burada da beyindəki informasiyanın (datanın) yaddaşın hansı hissəsində (ing. "Explicit memory", "İmplicit Memory", "Working Memory") toplanması diqqət mərkəzindədir. Bu mənada Amerikan psixologiya məktəbi insan davranışını iki müstəvidə analiz edir: (1) nəzarət edilən davranış ("controlled behavior"); (2) avtomatik davranış. Birinci qəbildən olan davranışda insanın azad iradəsi təzahür edir, yəni davranış insandan asılıdır; amma ikinci qəbildən olan davranış bunun tam əksidir. Onların nisbətinin təyin edilməsi ilə bağlı Harvard universitetinin professoru olmuş Daniel Wegner tərəfindən aparılmış tədqiqatlar müasir dövrdə azad iradə mövzusundakı debatların məzmununa güclü təsir göstərib. Onun tərəfindən həyata keçirilmiş eksperimentlər nəzarət altında olan davranışlar ilə avtomatik davranışlar arasındakı nisbəti müvafiq olaraq 3% ilə 97% göstərir. Mən orta statistik insana nəzərən bu nisbətin doğru olduğuna inanıram. Yalnız xüsusi meditativ təcrübənin toplanılması, eyni zamanda qida sistemindən başlamış həyat tərzinin tədricən şüurlu seçim əsasında kontrol altına alınması yolu ilə bu nisbətin əhəmiyyətli şəkildə birincinin xeyrinə dəyişdirməyin mümkün olduğunu qəbul edirəm.

    • @anarabbasov7600
      @anarabbasov7600 Месяц назад

      @@elmarhussein9300 Zəhmətolmasa izah edərdiniz davranış deyərəkən yalnız fiziki hərəkət yoxsa düşünmədə davranış sayılır?

    • @elmarhussein9300
      @elmarhussein9300  Месяц назад +1

      Davranış yalnız fiziki hərəkəti nəzərdə tutur. Düşünmə mental proseslər kateqoriyasına aiddir.