Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

Поделиться
HTML-код
  • Опубликовано: 10 июл 2024
  • İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi küçələrin piyadalaşması. Bu tədbirlərlərin əsas məqsədi nədir? Bakıda keçirilən "COP-29" konfransına aidiyyatı varmı? İşlər ümumiyyətlə düzgün görülürmü? Bu vloqda AYNA-nın nümayəndəsi Tərlan Səfərov və daimi qonağım memar Dilqəm İsmayılova bu sualları ünvanladım.
    🔹 Mərkəzi küçələrdən bundan öncə çəkdiyimiz vloq:
    • Bakının küçələri belə ...
    ______
    💰 Bloqa maliyyə dəstək göstərmək istəyənlər üçün:
    - Patreonda abunə olun: / city4people
    - Bizə kofe alın: kofe.al/city4people
    - Kartlara köçürmə: city4people.az/destek
    - Reklam məsələləri üçün əlaqə: anar@city4people.az
    ______
    🔔 "İnsan yönümlü şəhərlər" bloqunu sosial şəbəkələrdə izləyin:
    Facebook: / city4people.az
    Instagram: / city4people.az
    Telegram: t.me/city4people_az
    TikTok: / city4people
    ______
    Taymkodlardan istifadə edərək Sizi maraqlandıran bölməyə keçid edə bilərsiniz:
    00:00 Anonslar
    00:30 Bugünki mövzu
    01:58 Xaqani bağının ətrafı
    05:53 AYNA-dan qonağım Tərlan Səfərov
    07:43 Dibçəklərlə məhdudiyyətlər
    08:04 Hansı günlər bağlanacaq?
    09:10 Yalnız sakinlər buraxılacaq?
    10:26 Örtük dəyişəcəkmi?
    11:50 Obyektlərə yük daşıma necə olacaq?
    13:38 Digər tarixi mərkəzi küçələr də bağlanacaq?
    14:28 Tədbirlər “COP29”-a bağlıdır?
    15:55 Dilqəm İsmayılov piyadalaşma haqqında
    19:13 Polşa memarının layihələndirdiyi bina
    20:34 Tağıyevin ev müzeyi və detallar
    23:04 Xülasə
    ______
    #Bakı #Urbanistika #MərkəziKüçələr #COP29 #İslahatlar #insanyönümlüşəhərlər

Комментарии • 191

  • @The_PacificOcean
    @The_PacificOcean 3 месяца назад +148

    Vallah son 10 ilin bəlkədə ən yaxşı, ən konstruktiv islahatı oldu bu islahatlar. Malakan bağı ətrafı, 28 may metrosu, indi isə zərifə əliyeva, Z. Tagıtev küçələrində hərəkət edən yaxud park eliyən maşın əlindən piyadalar day cana doymuşdu. Nə gediş var idi nə gəliş. Çox təqdirəlayiq islahatdı. Davamı olsun.

  • @FuSu-hp8so
    @FuSu-hp8so 3 месяца назад +24

    Dünən Bayramla əlaqədar Turist dolu idi . Lakin İçəri şəhər qorugunda maşınlar adamın üstünə çıxır. Bayram günlərində ora girişi məhdudlaşdırmaq lazımdı..

    • @SEDALINA100
      @SEDALINA100 3 месяца назад +2

      Ümumiyyətlə İçərişəhər metro etrafinda da

  • @gunaytv6392
    @gunaytv6392 3 месяца назад +52

    Mence sadece hefte sonlari yox , hemişelik bağlansin maşınlar üçün. In sha Allah

    • @clanzu2
      @clanzu2 3 месяца назад

      shallax

  • @vagifshirinzade6535
    @vagifshirinzade6535 3 месяца назад +5

    Atilan addimlar gozeldi, destekleyirem. InshAllah tezlikle bu kuceler bir defelik baglanar mashinlar ucun. Ve tezlikle burda seki ile yolu eyni seviyyede etmek lazimdir.

  • @anar_namazov
    @anar_namazov 3 месяца назад +63

    Bir avtomobil sürüçüsü kimi şəhərin piyada yönümlü olmasını tam dəstəkləyirəm. Bakı şəhərini tıxaclardan qurtarılması istiqamətində atılan bütün addımları alqışlayıram. Ümid edirəm qısa bir zamanda böyük işlər görə biəcəyik.
    P.S vloga dəvət etdiyiniz qonaqları "çağırmışam" demək əvəzinə "dəvət etmişəm" desəniz daha hörmətli və peşəkar səslənər deyə düşünürəm. İşlərinizdə uğurlar.

    • @mourad890
      @mourad890 3 месяца назад +3

      dəvət etməyin milli qarşılığı çağırmaqdır çağırmaq işlətməyin heç bir qeyri-peşəkar yanı yoxdur

    • @teyyub-
      @teyyub- 3 месяца назад +3

      "Çağırmaq" sözünün heç bir hörmətsiz, qeyri-peşakar tərəfi yoxdu.
      Ümumiyyətlə bu kanaldan gördüyüm qədərilə isə Anar bəy formal danışıq tərzinə çox üstünlük vermir və də bu onun gördüyü işin keyfiyyətinə heç bir xələl gətirmir.

    • @anar_namazov
      @anar_namazov 3 месяца назад

      @@mourad890 dostum üzərinə niyə alırsan ki? çağırmaq sözü ilə dəvət etmək arasında heç bir fərq hiss edə bilmirsənsə eyvallah. mənə görə dəvət etmək daha mədəni səslənir və onu da yazmışam :D

    • @anar_namazov
      @anar_namazov 3 месяца назад

      @@teyyub- aaa Anar Əliyevin fake hesabını tapdim :)

    • @anar_namazov
      @anar_namazov 3 месяца назад

      @mikayil1 hər sözü ürəyinizə salmayın

  • @SamirJavadov
    @SamirJavadov 3 месяца назад +27

    Salam Anar,bayraminiz mübarək, çox gözəl alinib dəyişiklik mütləq lazimdi insanlarin gəzməsi,dincəlməsi üçün

    • @jamilibrahimli190
      @jamilibrahimli190 3 месяца назад +1

      Amma o daşlarin ustunde gezmekde çetindi gerek professional görsünler işi

  • @ArzuAlieva-sy9ne
    @ArzuAlieva-sy9ne 3 месяца назад +2

    Çox gözəl olub Bakı..Avropada olanlar bilir.Küçədə gəzirsən heç bir maşına rast gəlmirsən..Küçələr təmiz,daşlar döşənmiş..Ləzzət edir adama..Davamlı olsun...

  • @kb7182
    @kb7182 3 месяца назад +3

    Halal olsun!! Butun merkez piyada olmaladir!! Bir menali!!

  • @leoniddobin4841
    @leoniddobin4841 3 месяца назад +6

    Потрясно! Двигаемся в правильном направлении. Спасибо всем, кто сделали такие важные для города изменения.

    • @rustamzal
      @rustamzal 3 месяца назад

      Мы пахали. И двигаемся.

  • @shahmarqehremanov8880
    @shahmarqehremanov8880 3 месяца назад +19

    Küçələrə tramwaylar gəlməlidi

  • @user-rn6oo2lq2d
    @user-rn6oo2lq2d 3 месяца назад +12

    Отлично! Давно назрело это решение. Спасибо

  • @shahmarqehremanov8880
    @shahmarqehremanov8880 3 месяца назад +58

    Məmurlar arasında düşünən beyinlər çox azdı. Əks halda indi Bakı daha da modernləşmişdi

    • @user-ix6sk8kh3l
      @user-ix6sk8kh3l 3 месяца назад +9

      Böyük bir qisminin beyni : büdceden necə pul silmək olar -- variantlarinin ən optimal yollarini tapmaq üçün çalişir

    • @rpmag
      @rpmag 3 месяца назад

      ​@@user-ix6sk8kh3l hamısının məqsədi odur zatən. Çünki ora gəlmək üçün xeyrli terlemek lazımdır

  • @AnarAliyev
    @AnarAliyev  3 месяца назад +35

    Dostlar, bu cür vloqları bəyənirsinizsə, yeni videoların çəkilməsi üçün dəstək göstərməyiniz önəmlidir:
    🔹 patreon.com/city4people
    🔹 kofe.al/city4people
    🔹 city4people.az/destek

    • @mirsamin2370
      @mirsamin2370 3 месяца назад

      Burani konkret baglayibiz,operativ neqliyyat vasiteleri bu eraziye nece girecek.Defelerle ora yangina gelirik,avtomobil nece yaxinlasacag ora? Yanginsondurme islerini yerine yetirmek ucun emeliyyati nece aparag?

  • @rizvanzeinalov7105
    @rizvanzeinalov7105 3 месяца назад +6

    Çox akual,vacib meselelere toxunursan oglum!Maşallah!Menim çoxtanki arzumdur! Isterdim ki úmumiyyetle bútún merkezi kúçeler piyadalara ve velo neqliyyata verilsin.Bu herterefli ehemiyyete malikdir! O cúmleden saglamliga òz tòhvesini verer! ❤❤❤❤❤

  • @aytenk7101
    @aytenk7101 3 месяца назад +10

    Dubayda belə gözəl, tarixi küçələr yoxdur. İnşaalah Azərbaycan gözəl turistik ölkəyə çevrilsin, və insanların güzəranı yaxşılaşsın.

    • @tranquillo1952
      @tranquillo1952 3 месяца назад +6

      Və turist kimi pakistanlılar gəlib burada genetikalarını qarışdırmasın.

    • @rustamzal
      @rustamzal 3 месяца назад

      ​@@tranquillo1952 hər halda pakistanlılar ruslardan və ermənilərdən 1000 dəfə yaxşıdır.😊

    • @Bru938
      @Bru938 3 месяца назад

      ​​​@@tranquillo1952 ele yazirsan sanki Naziler kimi Ali irqden gelmisiz 😂😂 Bugün Dünyada nesli tükenmeye doĝru gede avropalilar var yaxin 30- ilde qarişib yoxa çixacaqlar köklü xalq çox az qalacaq

  • @davudcavadli2738
    @davudcavadli2738 3 месяца назад +25

    Şükür, sag əli “İslam Səfərli” küçəsinin başına ))

  • @lilsgrli5162
    @lilsgrli5162 3 месяца назад +13

    Salam Anar malakan baqi ətrafındakı yoldakı asvalt çox eybəcər görsənir oranı daşla doşəsələr yaxşıdı

  • @FarhadHaqverdi
    @FarhadHaqverdi 3 месяца назад +11

    Uğurlar olsun, Anar bəy! Sevinirik və ümidlənirik.

  • @burunO93
    @burunO93 3 месяца назад +6

    o ərazidəki ağaclarada qulluğ barəsində nəsə işlər görülsə daha yaxşı olar .

  • @HamidBaku
    @HamidBaku 3 месяца назад +3

    Tərlan bəy kimi savadlı,dürüst məmurları görəndə yaxşılığa doğru ümidlərimiz artır

  • @Rauf_Travel
    @Rauf_Travel 3 месяца назад +9

    Salam , bayramınız mübarək olsun ! Şəhərin bəzi baxımsız küçələri çəkin

  • @ampluabaku
    @ampluabaku 3 месяца назад +1

    İlk-öncə videonun çox məlumatlı olduğunu bəyəndim: müxtəlif fikirlər, ekspert və məsul şəxs rəyi.
    Çox ümid edirəm ki, bu cür layihələr Bakının tək mərkəzi deyil, şəhərin dihər yerlərində də həyata keçirilər. Məaələn, 20 Yanvar stansiyası, Neftçilər, Qarayev və s. kimi çoxluq təşkil edın yerlərdə.
    Sizə də uğurlar!

  • @ayqani3959
    @ayqani3959 3 месяца назад +3

    Danışılanlar çox gözəldi ,İn şa Allah nəzərdə tutulan vaxtda təhvil verilər.Pessimist olmayaq.

  • @sabinajeon
    @sabinajeon 3 месяца назад +3

    Kanalınız çox möhtəşəm və yararlıdır uğurlar❤

  • @gunaytv6392
    @gunaytv6392 3 месяца назад +1

    Salam, Anar bey, Dilqem bey. Men sizin dediklerinizle tam raziyam.👍👍👍

  • @RamiqKazmov
    @RamiqKazmov 3 месяца назад +5

    Əla

  • @Elshan_Javad
    @Elshan_Javad 3 месяца назад

    Salam Anar bəy. Çox gözəl və təqdirə layiq yenilik. Əsasi odur ki, bu layihələri Bakını əsl mənada sevən, Tərlan Səfərof kimi muasir, öngörən məmurlar irəli sürür. Yoxsa əvvəllər oliqarx-məmurlar yalnız ciblərini doldurmaqla məşqul idilər. Məmur gərək Xalqa, Vətənə qulluğ etsin.
    Dılqəm qardaşa da xüsusi təşəkkürlər. Onun zarafatçıl ifadələri laaap yerinə düşdü; ZAKAZ-ÇİK, MEMAR-ÇİK,
    😂😂😂 birimdə mən əlavə edim - MƏMUR-CIX🥸

  • @ytfdddtyhh
    @ytfdddtyhh 2 месяца назад +1

    Bütün mərkəzi küçələr tarqovu kimi olsun hər yer daş döşəmə olsun asfalt qatı çıxarılsın fəvvarələr meydanı kimi olsun şəhərin hər yeri daha da modernləşdirmək lazımdır Bakını Paytaxtdır.

  • @piperpavyonda8902
    @piperpavyonda8902 3 месяца назад +7

    Bu küçələrə turist o vaxt gələcək ki,orada kafe bar,market,restoran,geyim magazalari llacaq

    • @AristokratMikael
      @AristokratMikael 3 месяца назад +3

      Elə ona görə boşaltdılar ki,yayda oralarda açıq havada restoranlar yaratsınlar

  • @user-rj5wt2qr4f
    @user-rj5wt2qr4f 3 месяца назад +8

    Ən çox içəri şəhərə avtomobillərin girişi qadağan olunmalıdır..

    • @mahammademinzade4119
      @mahammademinzade4119 3 месяца назад

      Ora yalniz sakinlerin girishine icaze var.

    • @user-rj5wt2qr4f
      @user-rj5wt2qr4f 3 месяца назад

      @@mahammademinzade4119 bütün günü restoranlara görə nə qədər maşın girir çıxır

  • @user-tn4eb6ui2i
    @user-tn4eb6ui2i 3 месяца назад +1

    SALAM. VİDEO ÜÇÜN ÇOX SAĞ OLUN. TƏŞƏKKÜRLƏR. AMMA BİNA TİKİLMƏZ !!! ÇÜNKİ BİNA HƏR HANSI BİR GEYİM- PALTAR DEYİL!!! BİNA İNŞA OLUNUR. 🤌🤌🤌

  • @uhsejackson3827
    @uhsejackson3827 3 месяца назад +1

    Maraqli verilish alinib. Teshekkuler

  • @user-ds7bf4vx2r
    @user-ds7bf4vx2r 3 месяца назад

    Tam raziyam, ela aksiyadir, yayda geleceyik ve umid edirem goezel terras cafeler ve daha goezel Bakimi goerecem!

  • @fakhrimammadov99
    @fakhrimammadov99 3 месяца назад +2

    Əla! Davamlı olsun! ❤

  • @fazlialiyev
    @fazlialiyev 3 месяца назад +4

    yaxsi deyire masinlar yigisandan sonra ne var ne yox üze cixdi)) heqiqeten masinlarin, seliqesiz obyektlerin elinden hersey pis görsenir, yada umumiyetle görmek olur

  • @bacavar
    @bacavar 3 месяца назад +2

    Çox gözəl qərardır!👏

  • @dusuncgucu290
    @dusuncgucu290 3 месяца назад +2

    Bakımız əvvəlki simasına qayıtsın

  • @uhsejackson3827
    @uhsejackson3827 3 месяца назад

    Tam baglanmaginin terefdariyiq ❤

  • @gunaytv6392
    @gunaytv6392 3 месяца назад +2

    Çox gözel kontent!! Tam menlik👍👍👍

  • @madosh_baku
    @madosh_baku 3 месяца назад +2

    Привет Всем из солнечного Баку - Азербайджан. Абшеронский полуостров! 💯🇦🇿✌Привет Всем из солнечного Баку - Азербайджан. Абшеронский полуостров! 💯🇦🇿✌

  • @user-xo2yt9us7p
    @user-xo2yt9us7p 3 месяца назад +1

    Nu islahat deyil boyük yeyintidir bura Azərbaycandır 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @zaurrzayev859
    @zaurrzayev859 3 месяца назад

    Təqdirə layiq qərardi...👏👏👏 28 may ətrafi , piyada səkilər abadlaşdirilsa idi əla olardi.Qədim Romada salinmiş yollar və kucələr , indiyə kimi işlənir. Əfsuslar olsun ki, bizdə yollar , piyadalar ucun səkilər , bir muddətdən sonra daqilir...buna qarşi tədbir görulməlidir. İşi görmuş şirkətin hesabina...yoxsa ustu bəzək , alti təzək...Sizlərə uqurlar.

  • @lkbrezizov9176
    @lkbrezizov9176 3 месяца назад

    cox yaxsı mence davamlı olsun bu proses ınsanlar rahat gezer kucede

  • @user-jj9mb5qd9m
    @user-jj9mb5qd9m 3 месяца назад +3

    Birinci içtimai nəgliyat normal vəziyətə gətirmək lazımdı, ikinci bölgələrdə iş yerləri açmaq lazımdı şəhər tıhaclardan azad olar! bütütn sivil ölkələrdə mərkəzədə avto dayanma yerləri mövcuddur. üçüncüdə nazirlikləri idarələri mərkəzi küçələrdən uzaqlaşdırmaq lazımdı!!!!!!

  • @mokomoko7911
    @mokomoko7911 3 месяца назад +3

    gorulesi cox cox isler var. ama is goren yoxdur.

  • @kamilsuleymanov8623
    @kamilsuleymanov8623 3 месяца назад +3

    Gozel is gorursunuz gec olsada cox sagolun agac eksinler agaclar guyur kesilir yeleri bos galir yasilligi cox isteyirem

  • @anvarabbasov5134
    @anvarabbasov5134 3 месяца назад

    Layihə və reyd təfəkküründən uzaqlaşıb sistemli şəkildə bu cür tədbirlər görülməlidir. Çox gözəl tədbirdir.

  • @huseynali-yev4375
    @huseynali-yev4375 3 месяца назад

    Bu addımlar artırılmalıdı başlangıç üçün çox yaxşıdır. Tarqovu deyilən ərazidə də tətbiq olunmalıdı

  • @mirzesuleymanov2672
    @mirzesuleymanov2672 3 месяца назад +2

    👍👍👍👍👍

  • @bakibakililari6479
    @bakibakililari6479 3 месяца назад +1

    Bakini da Bakililara qaytarmag vaxti galib catib ! Galmalar , sozum sizadir : Hardan galmisiz ora ! Bakiya hami qonag kimi gala bilar ! 👍🙏🙋‍♂️

    • @aprime0
      @aprime0 3 месяца назад +2

      Get, birinci öz dilini öyrən, sonra gəl fikir bildir :)

  • @samiramirzayeva5937
    @samiramirzayeva5937 3 месяца назад

    Bir Bakı sakini kimi bu qəbildən olan qərarları dəstəkləyirik. Bakı piyada yönümlü şəhərə çevrilməlidir. Nəqliyyat vasitələrinin sayı artırılmalı, taksilərin sayı azaldılmalı, maşrutların intervalı qısaldılmalı, parkinq qiymətləri artırılmalıdır vs. Beləcə saatlarla tıxaclarda da qalmarıq

  • @andreyFATI
    @andreyFATI 3 месяца назад +1

    İndi nəhayət ki, Malakan bağında quşların səsini eşitmək olur.Maşınların səsindən ordakı yazıq quşlar da uçub getmişdi.

  • @z.4619
    @z.4619 3 месяца назад

    Qalıcı olsun bu lahiye👏🏻

  • @RK-ub9mu
    @RK-ub9mu 2 месяца назад

    Like 👍

  • @ghdhsb8509
    @ghdhsb8509 3 месяца назад +1

    Каментари йазанлара уз тутуб дейирем Не вахт Сиз ислахатлардан разы галырсыныз утанч

  • @aynursafarzade2650
    @aynursafarzade2650 3 месяца назад +1

    Super

  • @babekalkhasov6729
    @babekalkhasov6729 3 месяца назад

    Əla ! Çox gòzəl .

  • @unikalmusichd
    @unikalmusichd 3 месяца назад +7

    Yaxın zamanlarda tramvaylar Bakı küçələrinə yenidən gətirilsə şəhər daha tarixi və modern görünər.
    *Bir də avtomobil nömrələrində Avropa standartına keçmək məsələsinə toxunsanız daha yaxşı olardı. (Gürcüstan, Türkiyə, Almaniya nömrələri kimi)

    • @tranquillo1952
      @tranquillo1952 3 месяца назад +1

      Sevindim ki, Avropa formatlı nömrələrə keçmək haqqında təkcə mən fikirləşmirəm.

  • @AhmadAli-qy6se
    @AhmadAli-qy6se 3 месяца назад +1

    Bu boyda şəhərdə nəhəng layihələr icra olunur, ancaq biraz yağış yağan kimi gölməçələr yaranır. Birinci infrastrukturu yaratmaq lazımdır.

  • @shamilrashadoglu
    @shamilrashadoglu 3 месяца назад +1

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @musaadil6624
    @musaadil6624 3 месяца назад +1

    Çox gözel qerardı.Şeher merkezi boş olmalıdı.

  • @mehdiismayilsoy6743
    @mehdiismayilsoy6743 3 месяца назад +1

    Tamam. Yenilikler cox gozeldi, cox seliqelidi. Piyadalar ucun mukemmeldi. Amma suruculer ucun parking yerleri artirilmasa bu kucelerin etrafinda tixac daha da keskinlesecek. Hefte sonlari Nizami, Xeqani kucerindeki parkinglerin qarsisinda onlarla avtomobil sira gozleyirdi. Indi bu kuceler baglandiqdan sonra hemin siralar uzanaraq tixaci artiracaq. Bu devet etdiyiniz agentlik numayenderi tixaclarin, sixligin qarsisini almaq ucun yol kenari parkingleri legv etmekden savayi niye cox mertebeli parking noqteleri yaratmaq haqda dusunmur? Bu qadagalari, qapadilmalari kompensasiya edecek, Nizami kucesi yaxinliginda hemicinin diger yerlerde yuksek tutumlu, cox mertebeli parkingler hazirlanmasa sixligi, tixaci sadece etraf kucelere yaymaqdan basqa birsey elde etmeyeceksiz.

  • @salmanteymurov-aze
    @salmanteymurov-aze 3 месяца назад

    👍

  • @nr2759
    @nr2759 3 месяца назад +3

    Məsələ kompleks həll edilməlidir. Təkcə qadağa ilə məsələ həll olunmuyacaq. Maşınlara girişi və ya küçədə parklamanı qadağan edəndə gərək parklamaq üçün xüsusi yerlər təklif etməlidir. Bu qədər ərazidə yaşayan insanlar oz masinlarini harada saxlamalidir?

  • @user-dx4kt3sl2q
    @user-dx4kt3sl2q 3 месяца назад +1

    Qardas isinize gore cox saq olun. Amma qardas Bakinin butun piyada yolarinii kesib yerinde eybecer zovqsuz sadliq saraylari, ticaret merkezleri, biabirci obyektler tikib yollari baqlayiblar. Her sey qarisib bir birine. Teklifim 90 ci illerden beri yol etrafinda tikilmis butun obyektleri sokub yollari en azi 50 metr o yana bu yana temizlemek mutleq lazimdir. Esas da ki butun sadliq saraylarini

  • @Tarana_Shahbalayeva
    @Tarana_Shahbalayeva 3 месяца назад

    ela oldu. destekleyirem . hec gezmek olmurdu/ avropada da eledi. sehere heckim masinla cixmir. bizde guclu sesle orda avtosluq ediri=diler.

  • @user-mo4wd2nx5l
    @user-mo4wd2nx5l 3 месяца назад +1

    Сиза,охорлар

  • @ultraskarabakh
    @ultraskarabakh 3 месяца назад

    Qış parkına qədər piyadalaşması və ya paylaşılan küçə olması ümidi ilə..

  • @ibomirzp8769
    @ibomirzp8769 3 месяца назад +7

    Bakını asfaltdan azad etmək lazımdır. Xəqani bağını ətrafındakı yolları ağacla əkilməlidir

  • @huseynhuseynov3217
    @huseynhuseynov3217 3 месяца назад +2

    🌧️☂️

  • @qasanliorxan1627
    @qasanliorxan1627 3 месяца назад

    Ishinizde Ireli🙏🙏🙏🙏

  • @user-bl4lz2ze1c
    @user-bl4lz2ze1c 3 месяца назад

    SUPER-❤❤❤❤❤❤🦅 🇦🇿

  • @asiftagiyev9467
    @asiftagiyev9467 3 месяца назад +1

    Mərkəzdə 1-2 mərtəbə evləri söküb yerinə hündür bina tikildikcə,dəniz ətrafı hündür binalardakı ofislərdə dolduqca tıxac məsələdi həll olunmayacaq,

  • @grossmentor
    @grossmentor 3 месяца назад

    Баку стал ещё прекрасней с увеличением пеших улиц, репортаж с плюсом

  • @xirdalanevelani
    @xirdalanevelani 3 месяца назад

    Teklif eleyirəm, Torqovaya küçəsindən qırağa çıxıb Xırdalan, Masazır, Əhmədli, Mikrorayon, Yeni Yasamal problemləri işığlandıraq

    • @dilqmismaylov9854
      @dilqmismaylov9854 3 месяца назад

      Təklif edirəm, Yeni Yasamal, Xırdalan, Mikrorayonlar haqqında hazırladığımız vlogları izləyin 🙂

  • @VirtualAze
    @VirtualAze 3 месяца назад

    İçəri Şəhərdən butun səfirliklər köçürülsün, kənar maşınlar buraxılmasın (ancaq sakinlər). İcəri şəhər qorunmalıdır, və piyada zonasına cəvirilməlidir.

  • @YAP965
    @YAP965 3 месяца назад

    Hemwelik baqlayin! Daha gozel olsun

  • @user-ru7vk1xn2h
    @user-ru7vk1xn2h 3 месяца назад

    Bu çəkiliş olan yerlərdə evlərin qiyməti düşər yəqinki.

  • @fiatluxinregnonoctis
    @fiatluxinregnonoctis 3 месяца назад

    Gözəl layihədir

  • @uhsejackson3827
    @uhsejackson3827 3 месяца назад

    Bu layiheleri diger sheherlerin merkezindede etmek gozel olardi

  • @sarasevinc4464
    @sarasevinc4464 3 месяца назад +1

    Hə gözəl qanundur, amma

  • @HwhyaHwha
    @HwhyaHwha 3 месяца назад

    Içərişəhərde de bu islahatlardan olsun orada qorunmalidir.

  • @HamidBaku
    @HamidBaku 3 месяца назад

    Bu küçələrdə döşənən daşlar çox pis döşənilib.Nahamar struktura malikdir.Üstündə gəzərkən ayaqqabılar deformasiyaya uğrayır.Bunları da nəzərə alıb düzəltsələr yaxşı olar

  • @user-sq3ig5je4e
    @user-sq3ig5je4e 3 месяца назад +1

    Биналарын оригинал фасады hейф корлайыблар!Инкубация

  • @IsaHuseyinli
    @IsaHuseyinli 3 месяца назад

    Bu küçələrin asfaltı sökülüb, daş düzüləndə, mütləq yaşılaşdırılma işidə aparılmalıdır, yalnız daş döşənmiş küçələr olmamalıdır, piyadalar üçün edilirsə yaşıl, təmiz, səliqəli küçələr olmalıdır (bəzi ərazilərində ağaclar var, bəzi yerlərdə isə yoxdur, o boşluqlar ağaclarla doldurulmalıdır).

  • @qasanliorxan1627
    @qasanliorxan1627 3 месяца назад

    Bu cur ishler gordukde insanda azda olsa ümid yaranır

  • @fazilqarayev531
    @fazilqarayev531 3 месяца назад

    Ümumiyyətlə şəhərdən bütün maşınları yığışdırıb alternativ olaraq ekologiya naminə at🐎, eşşək, kəl, dəvə və sairə bu kimi digər🦣🦒🐘🐻🦓 nəqliyyat vasitələrinə üstünlük vermək lazımdır. 🤣😂😛 Təsəvür edin yol polislərini qızmış dəvə və ya kəlin belində.🐪🦬

  • @IKRA_BAKLAJANOVAA_ARMYANSKAYA
    @IKRA_BAKLAJANOVAA_ARMYANSKAYA 3 месяца назад

    ХАГАНИ БАГЫНДАКЫ ПИЙВЕХАНАНЫ ДА БАГЛАСЗ ЯАХШЫ ОЛАРДЫМ🇦🇿

  • @uhsejackson3827
    @uhsejackson3827 3 месяца назад

    Umumiyyetle, iceri sheherden ag shehere qeder yollar baglanmalidi.. evezinde yalniz bus-lar ishlemelidi

  • @user-pm6ih1bb5c
    @user-pm6ih1bb5c 2 месяца назад

    Уже последний столько лет в новруз байрам погоды нет. У меня есть подозрения что это не случайно.

  • @azah287
    @azah287 3 месяца назад +1

    а что мелочиться. запретить автомобили в стране.и дело с концом... мдя...

  • @kamilseferli5162
    @kamilseferli5162 3 месяца назад

    HER SEYIMIZ DUZELMISDI QALIB SAQQAL DARAGIMIZ.

  • @sarasevinc4464
    @sarasevinc4464 3 месяца назад

    Bəli hərək üçün tramvay tərzi bir şey lazımdır, əlil arabalarının hərəkəti üçun yollar və keçidlər, tapşsiz tenderlər vəs....

  • @user-sq3ig5je4e
    @user-sq3ig5je4e 3 месяца назад +1

    А гагаш трамвай лазым дейил!!

  • @Tarana_Shahbalayeva
    @Tarana_Shahbalayeva 3 месяца назад +1

    icerisehere de baglansa yaxsi olar

  • @zaurmamedov7073
    @zaurmamedov7073 3 месяца назад

    Duz elediz.oralar bardag olmushdu.Sadece sheheride fikirleshin ki elave komekchi yollarda achilsin.oqeder bosh saheler var ki.

  • @azercomp
    @azercomp 3 месяца назад +1

    Necə qaytarılır e. Əsas içəri şəhərdə maşın əlindən tərpənmək olmur. Yolu da keçmək olmur

  • @AyselHesen
    @AyselHesen 3 месяца назад

    Yeni Yasamal, Yasamal nə vaxt normal vəziyyətdə olacaq görəsən adam iyrənir həyatından Yeni Yasamaldan keçəndə

  • @fireddinallahverdiyev1078
    @fireddinallahverdiyev1078 3 месяца назад

    Alqiş.

  • @pishpishYouTube
    @pishpishYouTube 3 месяца назад

    Öz ölkəmizi gözəlləşdirməliyik. Başqası bizə vizanı güclə verir. Biz bütün mənfi xüsusiyyətlərimizdən utanıb özümüzü inlşaf etdirməliyik