Maidə surəsi 6cı ayəni yaxşı-yaxşı oxuyun!Orada Burun,qulaq,ağız və eləcə də,ayaqlarını yu kəlməsi keçmir!Bilmədiyiniz halda insanları sünnə adı altında azdırmayın!Bu qardaşın aldığı dəstəmaz isə Maidə 6-a əsaslanan Dəstəmaz qaydasıdır!
Salam. Allah sizdən razı olsun Cavid qardaş. Əl vəya üzə su tökdükden sonra, nəmliyi yayarkən, səhvən cuzi miqdardada olsa aşaqıdan yuxarı sürüşsə, dəsnamaz batil olurmu??
Salam qardaş Allah sizdən razı olsun inşAllah.2 sualım var cavablandırsaz şad olaram. 1-ci sual. Siz burda başa məsh edərkən saçın önündəki suyu dəsmal ilə quruladız bəs əgər dəsmal olmazsa sulu halda qalarsa və məsh edərkən o su əlin rütubəti ilə qarışarsa dəstəmaz batil olur? 2-ci sual. Qadınlar başa məsh edərkən suyu dəriyə çatdırmaq vacib olurmu?
1. DƏSMALLA QURULAMAQ ŞƏRT DEYİL. QURU YERDƏN MƏSH ÇƏKİLSƏ BƏS EDƏR. LAP ƏLİN SUYU BAŞIN SUYU İLƏ QARIŞSA BELƏ BATİL OLMUR. QARIŞAN YERLƏ MƏSH ETMƏ, QARIŞMAYAN YERLƏ ÇƏK, YAXUD O BİRİ ƏLLƏ. 2. SAÇ ÇOX OLSA BƏLİ.
Salam aleykum qardaş.cox sağolun tşk edirəm zəhmətinizin böyükdü.Bir sual soruşum, üzü yuyanda ki,saçın qabaq hissəsi su oldu sizdə dəsmalla qurulayıb başa məsh çəkdiniz.bunun dəstəmazın muvalat tərtibi qaydasına bir işkali yoxduki,yəni desmalla qurulamagin arada fasilə yaranır ona görə?çox üzr isdyirəm çox sağolun.
Salam Aleykum. Mən dəstəmaz alanda üzümü yumaqda əziyyət çəkirəm. Saçımın telləri üzümə düşür. İmkan vermir suyu tük bitən yerdən aşağı tökəm. Nə qədər etsəm də saçlarım arxaya getmir. Həmişə saç əlimin altında qalır. Bilmirəm nə edim
Aleykum Salam, Üzünüzü yuyarkən sol əliniz ilə saçınızın telini yuxarıya qaldırın və telinizi yuxarı vəziyyətdə saxlayaraq sağ əlinizin ovucuna su doldurub tük bitən yerdən aşağı tökün və belə rahat şəkildə dəstəmaz alın gözəl insan
Qardaş allah rizası üçün cavab verərdin, qolumda kiçin yara var və qabıq bağlayıb onu qoparsam gec sağalacaq və həm də ləkəsi qalacaq bu halda mən adi halda dəstəmaz alıb namaz qılsam olar? Yaranın üstündə yavaşca yusam.
Salam Kərbəlayi, Allah razı olsun, 35-ci saniyəyə baxa bilərsiz? Orda ki, suyu tökdükdən sonra əlinizlə suyu yayırsız, orda əlinizi bir qədər yuxarıya doğru aparırsız, o “aşağıdan yuxarıya yumaq olmaz” qaydasını pozmurmu?
Salam mən dəstəmaz alanda 1-ağzımı yuyuram 2-burnuma su alıram sora 3- əllərimi 3dəfə yuyuram sonra 4- üzümü iki dəfə yuyuram 5-sağ qoyumu ikidəfə yuyuram 6-sonra sol qolumu 1dəfə yuyuram sonrada7-ayaqarıma məss çəkirəm sorada yuyuram.bu düzgündür?
Salam aleykum qardas bes sonda sol elini hansi ki sol ayagina mes cekecekdin mehrabaya vurdun onnan sonra mes cekdin bu icazelidirse onda sonda ayagimizdan corab cixardib hemen yaslignanda mes ceke bileriy?
SALAMUN ALEYKUM HACİ UCA ALLAH İBADETİNİZİ ORUCUNUZU QEBUL ETSİN men bir söz sorusum eyer ayaq yolundan gelipsense ayaqlar yuyulmalimi başa salsaniz sevinerem
Salam aleykum. Siz qollara su tökdükdən sonra bir hissəsinə məsh çəkib sonra suyu bağlarırsınız və sığallamağa davam edirsiniz. Krantı bağlayan zaman onun üzərində su olarsa, bu kənardan su götürmək hesab olunmur?
Sol əli ikinci dəfə yuyanda sağ ələ su alırsan və sol əllə krantı bağlayrsan sağ ovucda olan suyu tökürsən sol ələ o su krantn dəydiyi suyu aradan aparır əsas odu 3 dəfə sığanmır
Seyyid Bəhram deyrki ilk üzü yumaq lazmdır əvvəl əli yumaq olmaz ...Ama çox şiə qardaşlarn dəstəmaz videosunda görürəmki 1 ci əlləri yuyurlar...hərə bir şey deyir adam qalır çaşbaş ....Mən 6 ildi bu videodakı kimi alıram və namaz qılıram indi içimə qorxu düşdükü görən səf etmişəm.??
Salam Gözəl İnsan Bir Sualım Var Dəstamaz Alanda Necəki Sag Əlinlə Üzüvü Yuyursan Mənimdə Sag Əlimdə Problem Var Sol Əlnən Yuya Bilərəm Dəstamazı Batil Etmir?
Salam Aleykum ustad 1.Ayağa məsh çəkilən zaman şərtdirmiki,barmağın altınada su dəysin?Yoxsa,elə dırnağın başlanğıc hissəsindən çəkilsə kifayətdir? 2.Fərz edək ki,qoluma yaxud üzümə suyu axıdıram və əlimi həmin yerlərə çəkirəm və görürəmki,su bəzi hissələrə çatmadı,yenidən həmin əzaları vacib niyyəti ilə 2-ci dəfədə yuyuram və artıq su əmin oluram ki tam şəkildə çatıb.Bu deyilən halda artıq müstəhəb niyyəti ilə 3-cü dəfə həmin əzaları yumaq icazəlidir?Ümumiyyətlə vacib yuyulma maksimum neçə dəfə təkrar oluna bilər 1,3,5 və.s?Yoxsa vacib yuyulma 1 dəfədir və 1 dəfədə müstəhəb yumadır,artıq 3-cü dəfə yumaq haramdır 3.Üzün tük bitən yerdən yuyulması vacib-ehtiyyat olduğuna görə bu məsələdə Xamenei ağaya udul etmək olarmı? 4.Qolları yuyan zaman suyu dirsəkdən yuxarı deyil,aşağı axıtmağın hökmü nədir?Bir haldaki,dirsəyin su çatmayan yuxarı vacib hissələrinədə su çatdırılır 5.Ayağa məsh çəkərkən,əlimizi ayağın üstünə çəkirik və ayağın bilək hissəsinə gəlib çatana qədər görürsənki artıq ora su kami şəkildə çatmayıb,ancaq ayağın üstünün təqribən yarısından çoxuna su kamil şəkildə çatıb.Bu deyilən halda məsh batildirmi? İnşAllahki,ustadcan bu sualları imkan daxilində cavablandırarsınız Təqlid:Seyyid Sistani ağa
1. Ayaq yerə qoyulanda barmağın önə baxan hissəsindən çəkilməliidr, alt vacib deyil. 2. 1 dəfə vacibdir, 2-ci müstəhəbb, 3-cü haram. Siz deyən surətdə elə 1 sayılır. 3. Seyyid Sistani ağadan sonra ələm olana udul edin. 4. Vacib yuma qəsdilə olarsa gərək dirsəkdən tökülsün. 5. Əgər bilinsə ki, dəqiq su çatmayıb, batildir.
Salam Aleykum Kərbəyali,Allah razı olsun Məsələ 272də ayağın üst sayılan hissəsinə məsh çəkilir yazılıb. Bu dırnaqdan biraz daha əvvəlki hissədən başlamaq demək deyil? Barmaqların yuxarıya deyil önə baxan hissəsi (deyirsiz ha burdan başlamaq lazımdı) ayağın üstümü sayılır? (Məsələ 272…Qeyd etmək lazımdır ki, məshdə əli ayaq barmaqlarının ucunun dırnağa yaxın olan və ürfən ayağın üstü sayılan hissəsinə çəkmək vacibdir,alt tərəfi sayılan hissəsinə isə çəkmək lazım deyildir. Şəkk halında, vacib ehtiyata əsasən, alt, yoxsa üst tərəf sayıldığına şəkk edilən hissəyə də məsh edilməlidir.)
Salam aleykum.Bu videoaya baxandan sonra məndə çox narahatçılığlar yarandı,çunku mən belə etmirəm,yəni belə çıxirki namazlarım duzgun olmayib?😢Yəni qadında eynən belə dəstəmaz almalıdır?Çox çox xahiş edirəm zəhmət olnasa qadınında dəstəmazın izah edərdiz.Allah hər iki dunyada razı qalsın sizdən Seyid Sistani agadır muqəllidim
Mənim ayagimda qusur var əlim ayagima catmir hər dəfədə yumaq ayagima ziyandi gundə bir dəfə yuyub ayagi geyinsək olarmi? Mənim ucun cox onəmlidi əgər cavab versəniz sevinərəm indidən sagolun
Salam, 1-ci yumada her iki elimi birleşdirib su ile dolduraraq üzüme vururam alın hisse de islanır söz yoxdu amma su topası alından aşağı göz etrafına vurulur bela olanda eller birleşik olduğu üçün yuxarı vurma olmur, İnşAllah nöqsan yoxdu ???
Qardaş Salam Ələykə üzr istəyirəm səhv tutmaq kimi çıxmasınüzü yuyada əl dəyirsə bir sayılır siz üzünüzü yuyanda 3 dəfə yuduz. Bir su tökəndə dəydi ikicni dəfə də su tökəndə dəyir bu iki sayılır yenidən siz yenə üzünüzü yuduz bu 3 sayılır axı
@@samadgasimov3788 Salam, əgər dəstamazı alıb bitirdikdən sonra su olursa batil etmir. Yox əgər Dəstəmaz əsnasında başa məsh çəkmək isdəyirsinizsə bu zaman quru olmalıdır, əgər quru deyilsə dəsmal ilə qurulayıb məsh çəkəcəksiniz
Sen duzgun desdamaz almaqi bilmirsən cahamati casdirma iki defe uznu yuyursan sirayla olmalidir birinci eller ikinci uz ucuncu saq qol dorduncu sol qol besinci basa mest cekilmelidir basin qabaqindan arxya kimi sora elini geri qaytarmalisan sacin ucna kimi sora saq ayaq topuqa kimi yaxsi islanmalidir sora ise sol ayaq
Salam Kərbəlayi Allah razı olsun bir sua verim. Mən iki əlimə suyu alıb üçümə çırpıram və daha sonra sağ əlimlə suyu üzümə yayıram. Bu düzdürmü? Bir dəki, siniz etdiyiniz kimi suyu 3 4 dəfə bir qoluma tökmürəm, əlimə bir dəfə alıb bütün qoluma yayıram və daha sonra 2ci dəfə əlimə suyu alıb həmin qaydada qoluma töküb yayıram. Belə doğrudurmu?
Salam qardaş. Bahəm. Dəstəmazın əməlindən biri olan üzü yumağı niyyət edərək üzə suyu vurmaq və ya çırpmaq, elə üzü yumağa başlamaq deməkdir. Ona görə də gərək möminlər buna diqqət etsinlər. İndi bu cür olduqda, əgər şəxs və ya siz suyu tükbitən yerdən tökmüsünüzsə, dəstəmaz səhih sayılacaq. Yox əgər aşağıdan tökülübsə, ehtiyyat vacibə əsasən batil olacaq. Bir də ki, 3-4 dəfə su tökmək vacib deyil, əsas odur ki, yuyulma üçün kifayət edən qədər su olsun.
@@K_Cavid Salam qardaş siz yazmisiz burda gərək su tuk bitən yerdən tökülsün, belə olmasa destəmaz batildi. İnsan alinina suyu tökür başdiyir dəstnəmaz almaq. Kim deqiqliylə tuk bitən yerdən su tökə bilər. Gərək güzgünün qabağında qalasan ki, su ordan tam deqiqlikle tökəsən. Sistani ağanin şəri məsləsində üzü yuyuruq tuk bitən yerdən belə yazilib. Suyu üzümüzə alnin hansi yerindən tökməyi haqqında yazilmayib
@@aynurzizova5762 Yəqin ki, siz risaləni yaxşı oxumamısız. Buyurun oxuyun mən sizə yazıram. *********** Üz və əllərin yuyulması ilə bağlı hökmlər *********** Məsələ 258. Üzü uzununa alnın yuxarısından, saç tüklərinin çıxmağa başladığı yerdən çənənin ucunadək, eninə isə orta barmaqla baş barmağın arasınasığan yer qədər yumaq lazımdır. Əgər insan bu qədərin azacıq bir hissəsini belə yumazsa, dəstəmaz batil sayılır və bu qədərin tamamilə yuyulduğuna yəqinlik, yaxud arxayınlıq hasil etmədiyi təqdirdə əmin olmaq üçün onun ətrafını da bir az (artıq) yumalıdır.
@@zehrameryem4061 Əgər sizə elə başa salıblarsa və ya özünüz oxuyub elə başa düşmüsünüz ki, belə olar və siz də bu cür dəstəmaz almısınız, bu halda aldığınız dəstəmaz və namazlar düzdür. Qəza qılmağa ehtiyyac yoxdur.
Here bir cure edir baş acmiram.Bu destemazinda hereye mexsus forması varki? Men qolu durmadan suyla bele yuyan ilk defe görurem.Hami öz qaydasini yeridir.Bunun bir qaydasi var niye özlerinden Amerika keşf esirler baş acmiram.İndi kim düz edir?
Salam kərbəlayi mən dəstəmsz siz deyən qaydada alıram ancaqniyət edirəm dəstəmsz alıram hər dəfə də dəstamazpozulduqca təzəliyirəm gecə yanaşmada alıram düzgündü
@@mirhuseyndadasov8063 Əl dedikdə burda dirsəkdən barbaqlara kimi nəzərdə tutulur. Əgər bilsənizki məsh etmək ücün yaşlılıq çatmayacaq onda üzünüzdə olan tükdən yəni saqqladan su götürə bilərsiniz. Başqa yerdən götürə bilmərsiniz. Siz hansı müçtehidə təqlid edirsiniz oların risaləsində oxuyun. Gundəlik məsələlər orada qeyd olunur
Qardaş mən bilmədən əlimdən su götürmüşdüm məsh edəndə qəzamda çoxdu 10 ay qəzam var mən o qəzaları 11 ay eləyib bu elədiyim səhvləri aradan qalıdar bilərəm??
Kərbəlayi deyirsiz ki, müstəhəbdir iki dəfə yuyulsun. Sonra sonda deyirsiniz ki, ehtiyat budur ki, bir dəfə yuyulsun. Bəs bu ziddiyyət deyil? Ehtiyat müstəhəbdir ki, əllər bir dəfə yuyulsun bəs iki dəfə yumaq müstəhəbdir necə olur? Zəhmət olmasa açığıayarsınız.
qardaş duz etmisiz, sadəcə müctehidlərin risaləsində yazılıbki 1dəfə vacib iki dəfə mustəhəb 3cu dəfə haramdır. Siz hansı müçtehidə təqlid edirsiz? Adətən belə sulları təqlid etməyənlər və ya təqlidin vacib oldugunu bilməyənlər yazır. Əgər təqlid etmirsinizsə mütləq şəkildə ələm müctehidə təqlid edin
Maidə surəsi 6cı ayəni yaxşı-yaxşı oxuyun!Orada Burun,qulaq,ağız və eləcə də,ayaqlarını yu kəlməsi keçmir!Bilmədiyiniz halda insanları sünnə adı altında azdırmayın!Bu qardaşın aldığı dəstəmaz isə Maidə 6-a əsaslanan Dəstəmaz qaydasıdır!
ALLAH RAZI OLSUN Sizdən
ƏHLİ-ŞİƏ❤
cox saolunuz sizə Kərbəlayı Cəvid qardaş nə qədar mən dəqik axtarırdım düz dəstəmaz almaq siz bir bir dediz Allah sizi qorusun
ALLAHIN salami olsun dogru yolda olanlara INSHA'ALLAH! Komentaryalar mani wok eeib bu dunyada hansi milet dindede yawqmaqin dogru yolundada bir birni bawa duwqcak bir azarbaycan miletinen bawqa elece oznuz oznuzu ueyib qorirsiz eslinde size duwmen bele lazim deilmish harda nadan sohbet var orda orya daniwiq deye bir whey GORMEDIM Rabbim siza sabir marhamat ve oz yolundan ayirmasin ey Azarbaycan miletim!
O ki kranti bağlayanda üstündə su olur bğlayıb məsh edəndə başa problemi yoxdu? Məshin suyuna basqa su qarışmış olmur?
Salam kərbəlayi qollaraına əlinlə üç dəfə su töküb yumaq sonra krantı bağlayanda o bir dəfə sayılırdə mən belə başa düşdüm. Əvvəlcədən təşəkkür.
Bir sayılır
@@SamsungSamsung-ov2zw kiranti baqlamamaliyiq onda yoxsa Əli surtende bir olur
Salam. Allah sizdən razı olsun Cavid qardaş. Əl vəya üzə su tökdükden sonra, nəmliyi yayarkən, səhvən cuzi miqdardada olsa aşaqıdan yuxarı sürüşsə, dəsnamaz batil olurmu??
🙏🙏🙏
АссаламуАлейкум..Рисалада..агыз.ва.бурунунда дуасы вар тасуф олсунки биз шиаларда буну амал етмирлар..
Deməli sən müsəlman deyilsən
Salam qardaş Allah sizdən razı olsun inşAllah.2 sualım var cavablandırsaz şad olaram.
1-ci sual. Siz burda başa məsh edərkən saçın önündəki suyu dəsmal ilə quruladız bəs əgər dəsmal olmazsa sulu halda qalarsa və məsh edərkən o su əlin rütubəti ilə qarışarsa dəstəmaz batil olur?
2-ci sual. Qadınlar başa məsh edərkən suyu dəriyə çatdırmaq vacib olurmu?
1. DƏSMALLA QURULAMAQ ŞƏRT DEYİL. QURU YERDƏN MƏSH ÇƏKİLSƏ BƏS EDƏR. LAP ƏLİN SUYU BAŞIN SUYU İLƏ QARIŞSA BELƏ BATİL OLMUR. QARIŞAN YERLƏ MƏSH ETMƏ, QARIŞMAYAN YERLƏ ÇƏK, YAXUD O BİRİ ƏLLƏ.
2. SAÇ ÇOX OLSA BƏLİ.
@@K_Cavid Allah razı olsun♥️
Əlivi çəkənnən sonra kranta vurduz bu məshin suyuna başqa suyun qarışması deyil ?
Salam aleykum qardaş.cox sağolun tşk edirəm zəhmətinizin böyükdü.Bir sual soruşum, üzü yuyanda ki,saçın qabaq hissəsi su oldu sizdə dəsmalla qurulayıb başa məsh çəkdiniz.bunun dəstəmazın muvalat tərtibi qaydasına bir işkali yoxduki,yəni desmalla qurulamagin arada fasilə yaranır ona görə?çox üzr isdyirəm çox sağolun.
Salam Aleykum. Mən dəstəmaz alanda üzümü yumaqda əziyyət çəkirəm. Saçımın telləri üzümə düşür. İmkan vermir suyu tük bitən yerdən aşağı tökəm. Nə qədər etsəm də saçlarım arxaya getmir. Həmişə saç əlimin altında qalır. Bilmirəm nə edim
Aleykum Salam, Üzünüzü yuyarkən sol əliniz ilə saçınızın telini yuxarıya qaldırın və telinizi yuxarı vəziyyətdə saxlayaraq sağ əlinizin ovucuna su doldurub tük bitən yerdən aşağı tökün və belə rahat şəkildə dəstəmaz alın gözəl insan
@@Asiman_Huseynov Bağışlayın. Bəs təyəmmüm edəndə necə etməliyəm?
@@mirmehdiseyidov3876 siz hansı alimə təqlid edirsiniz sə onun şəriət məsələləri kitabına müraciət edin orada hamısı qeyd olunub
Salam Aleykum çoox sağolun
Siz kranti baglayanda eliniz ordaki suya toxunur onunla mesh cekmek olar ?
xeyr
Qardaş allah rizası üçün cavab verərdin, qolumda kiçin yara var və qabıq bağlayıb onu qoparsam gec sağalacaq və həm də ləkəsi qalacaq bu halda mən adi halda dəstəmaz alıb namaz qılsam olar? Yaranın üstündə yavaşca yusam.
Əgər qətmək bağlayıbsa ,onu qoparmağa ehtiyac yoxdur dəstəmazı həmişə ki kimi adi şəkildə alsanız kifayətdir
Assalamu Aleykum bəzən olur dəstəmaz aldıqda başa məsh çəkdikdən sonra əldə su quruyur su götürüb ayağa vurmaq olar?
Xeyr.
Salam Kərbəlayi, Allah razı olsun, 35-ci saniyəyə baxa bilərsiz? Orda ki, suyu tökdükdən sonra əlinizlə suyu yayırsız, orda əlinizi bir qədər yuxarıya doğru aparırsız, o “aşağıdan yuxarıya yumaq olmaz” qaydasını pozmurmu?
Xeyr
salam,qolaarı yuyanda suyu dirsəkdən aşağı hissədən töksək batildir dəstəmaz?
amma əlimlə suyu yayanda yuxarıdan aşağı edirəm
Salam mən dəstəmaz alanda 1-ağzımı yuyuram 2-burnuma su alıram sora 3- əllərimi 3dəfə yuyuram sonra 4- üzümü iki dəfə yuyuram 5-sağ qoyumu ikidəfə yuyuram 6-sonra sol qolumu 1dəfə yuyuram sonrada7-ayaqarıma məss çəkirəm sorada yuyuram.bu düzgündür?
videoda göstərdiyim kimi al
Suyu qola töktükden sonra eli kranta vurub tezeden qola vurmaq olar?
olar
Salam kerbəlayi destamazda men sağ qoluma 2 ovuc su vurram sola isə 1 defe o duzdüz? Yeni siz baxdm 6 defe su tökdüz çox tokmək olar yəni?
Düzdür. Əsas yumaqda olan saydır, ovucun sayı yox.
@@K_Cavid Allah razi olsun coxsağolun
Bes engelli insanlar necə etsin!?
Esas saglam insanlardır 😢
Engelli insanlar oz başının çaresine baxsin😢
Salam aleykum qardas bes sonda sol elini hansi ki sol ayagina mes cekecekdin mehrabaya vurdun onnan sonra mes cekdin bu icazelidirse onda sonda ayagimizdan corab cixardib hemen yaslignanda mes ceke bileriy?
Bəli cıxara bilərsiz. Ancaq diqqət edin əlin suyu qarışmasın basqa suya ola bilsin dəstəmaz əsnasında corab islansın
@@Ghobrani sagol
Salam aleykum Kerbalayi, sacin onun qurulamayib mesh ceksek qebul deyilmi? Men biraz boyuk hisseye cekirem ustden sacin bitdiyi yere kimi.
yaşdırsa olmaz
@@K_Cavid sagol qardasim Allah razi olsun
Salam dəstəmaz alıb qurtarmamış məsələn ayaqları məss eden zaman yanaqların vəya birazda artıq nahiyənin quruması olarmı
Salam aleykum xahiş eliyirəm taharet haqqda vidyo cək
MEN EVVELCEDEN AYAGİMİN ALTİNDA YUYURAM AGZİMADA SU ALİRAM BURNUMADA.sonra niyyet edib bu formada destemez aliram.
Ayağın altını yumaq lazım deyil. Ağız və burun yaxalamaq isə müstəhəbbdir vacib deyil
SALAMUN ALEYKUM HACİ UCA ALLAH İBADETİNİZİ ORUCUNUZU QEBUL ETSİN men bir söz sorusum eyer ayaq yolundan gelipsense ayaqlar yuyulmalimi başa salsaniz sevinerem
Salam aleykum. Siz qollara su tökdükdən sonra bir hissəsinə məsh çəkib sonra suyu bağlarırsınız və sığallamağa davam edirsiniz. Krantı bağlayan zaman onun üzərində su olarsa, bu kənardan su götürmək hesab olunmur?
1 damcı su nə edə bilər ki, o boyda suyun müqabilində?
Sol əli ikinci dəfə yuyanda sağ ələ su alırsan və sol əllə krantı bağlayrsan sağ ovucda olan suyu tökürsən sol ələ o su krantn dəydiyi suyu aradan aparır əsas odu 3 dəfə sığanmır
salam,qolları dirsəkdən kranta salıb aşağı doğru aparıp yumaq batildir??
Əleykum Salam dəstəmazda söz deməyə ehtiyac yoxdu?.men salavatin sözlərin deyirem dogurdu?
Seyyid Bəhram deyrki ilk üzü yumaq lazmdır əvvəl əli yumaq olmaz ...Ama çox şiə qardaşlarn dəstəmaz videosunda görürəmki 1 ci əlləri yuyurlar...hərə bir şey deyir adam qalır çaşbaş ....Mən 6 ildi bu videodakı kimi alıram və namaz qılıram indi içimə qorxu düşdükü görən səf etmişəm.??
Cox uzr isdiyirem.men oxumusam ki,elimizi isladib uzumuze mesh cekirik suyu uze cirpmaq ve ya tokmek olmaz.
Üz ve qol yuyulur mesh baş ve ayaqa olur
Qardaş salam. Dəstəmaz alanda danışmaq və ya kiminsə sualına cavab vermək olar?
olar
Salam Gözəl İnsan Bir Sualım Var Dəstamaz Alanda Necəki Sag Əlinlə Üzüvü Yuyursan Mənimdə Sag Əlimdə Problem Var Sol Əlnən Yuya Bilərəm Dəstamazı Batil Etmir?
PROBLEM OLMASA DA YUYA BİLƏRSƏN
Salam suyu iki elli uze vurmaq olar
olar
Salam qardaş Allah qebuletsi krantı bağlayanda su tökdüyün əlinlə bağla
Düz Deyirsiz
Salam sie ve sunnu destnamazinda ferq var ? Men ayagin usdune bilirem ama deyirler topuga kimi yuyulmalidi
Mən alan kimi düzdü
Salam Aleykum ustad
1.Ayağa məsh çəkilən zaman şərtdirmiki,barmağın altınada su dəysin?Yoxsa,elə dırnağın başlanğıc hissəsindən çəkilsə kifayətdir?
2.Fərz edək ki,qoluma yaxud üzümə suyu axıdıram və əlimi həmin yerlərə çəkirəm və görürəmki,su bəzi hissələrə çatmadı,yenidən həmin əzaları vacib niyyəti ilə 2-ci dəfədə yuyuram və artıq su əmin oluram ki tam şəkildə çatıb.Bu deyilən halda artıq müstəhəb niyyəti ilə 3-cü dəfə həmin əzaları yumaq icazəlidir?Ümumiyyətlə vacib yuyulma maksimum neçə dəfə təkrar oluna bilər 1,3,5 və.s?Yoxsa vacib yuyulma 1 dəfədir və 1 dəfədə müstəhəb yumadır,artıq 3-cü dəfə yumaq haramdır
3.Üzün tük bitən yerdən yuyulması vacib-ehtiyyat olduğuna görə bu məsələdə Xamenei ağaya udul etmək olarmı?
4.Qolları yuyan zaman suyu dirsəkdən yuxarı deyil,aşağı axıtmağın hökmü nədir?Bir haldaki,dirsəyin su çatmayan yuxarı vacib hissələrinədə su çatdırılır
5.Ayağa məsh çəkərkən,əlimizi ayağın üstünə çəkirik və ayağın bilək hissəsinə gəlib çatana qədər görürsənki artıq ora su kami şəkildə çatmayıb,ancaq ayağın üstünün təqribən yarısından çoxuna su kamil şəkildə çatıb.Bu deyilən halda məsh batildirmi?
İnşAllahki,ustadcan bu sualları imkan daxilində cavablandırarsınız
Təqlid:Seyyid Sistani ağa
1. Ayaq yerə qoyulanda barmağın önə baxan hissəsindən çəkilməliidr, alt vacib deyil.
2. 1 dəfə vacibdir, 2-ci müstəhəbb, 3-cü haram. Siz deyən surətdə elə 1 sayılır.
3. Seyyid Sistani ağadan sonra ələm olana udul edin.
4. Vacib yuma qəsdilə olarsa gərək dirsəkdən tökülsün.
5. Əgər bilinsə ki, dəqiq su çatmayıb, batildir.
@@K_Cavid Təşəkkür edirəm ustad Allah razı olsun
Salam Aleykum Kərbəyali,Allah razı olsun
Məsələ 272də ayağın üst sayılan hissəsinə məsh çəkilir yazılıb. Bu dırnaqdan biraz daha əvvəlki hissədən başlamaq demək deyil? Barmaqların yuxarıya deyil önə baxan hissəsi (deyirsiz ha burdan başlamaq lazımdı) ayağın üstümü sayılır?
(Məsələ 272…Qeyd etmək lazımdır ki, məshdə əli ayaq barmaqlarının ucunun dırnağa yaxın olan və ürfən ayağın üstü sayılan hissəsinə çəkmək vacibdir,alt tərəfi sayılan hissəsinə isə çəkmək lazım deyildir. Şəkk halında, vacib ehtiyata əsasən, alt, yoxsa üst tərəf sayıldığına şəkk edilən hissəyə də məsh edilməlidir.)
Bəli, ordan edilməlidir.
Salam aleykum.Bu videoaya baxandan sonra məndə çox narahatçılığlar yarandı,çunku mən belə etmirəm,yəni belə çıxirki namazlarım duzgun olmayib?😢Yəni qadında eynən belə dəstəmaz almalıdır?Çox çox xahiş edirəm zəhmət olnasa qadınında dəstəmazın izah edərdiz.Allah hər iki dunyada razı qalsın sizdən
Seyid Sistani agadır muqəllidim
Qadın və kişinin dəstəmazı eynidir. Siz necə almısız?
Mənim ayagimda qusur var əlim ayagima catmir hər dəfədə yumaq ayagima ziyandi gundə bir dəfə yuyub ayagi geyinsək olarmi? Mənim ucun cox onəmlidi əgər cavab versəniz sevinərəm indidən sagolun
O zaman oturun əlinizlə ayağınıza məsh edin
Агыз бурун йумаг лазым дейил hе.
Haci Surxay ve digerleri de vidiyo lentde saga 2 defe sola birdefe gosterir
1dəfə yumaq vacib, iki dəfə müstəhəb, 3cu dəfə haramdır.
heyat yoldasi raziliq vermirse ,hicaba kecmey olar?yoxsa gunahdi?
Allahın vacib etdiyi işdə kiminsə razılığı rol oynamır
Salam, 1-ci yumada her iki elimi birleşdirib su ile dolduraraq üzüme vururam alın hisse de islanır söz yoxdu amma su topası alından aşağı göz etrafına vurulur bela olanda eller birleşik olduğu üçün yuxarı vurma olmur, İnşAllah nöqsan yoxdu ???
Salam qardaş.
Su, dəstəmaz qəsdilə gərək tükbitən yerdən tökülsün. Əks halda dəstəmaz batil olar.
@@K_Cavid eller birləşik olanda olmur axı gözəl Qardaş olsa belə barmaqlar başın ön saç tüklərini bütün yuyur
@@sabirsariyev777
Gözəl qardaş, əgər siz deyən kimi yuma tükbitən yerdən başlayıbsa, bu halda səhih sayılar dəstəmaz. Əks təqdirdə batil.
Salam kərbəlayi,məsəl sübh namazı üçün niyyət edib dəstamaz alsam onunla digər namazlarıda qıla bilərəm?
Salam qatdaş.
Təbii ki.
Qardaş Salam Ələykə üzr istəyirəm səhv tutmaq kimi çıxmasınüzü yuyada əl dəyirsə bir sayılır siz üzünüzü yuyanda 3 dəfə yuduz.
Bir su tökəndə dəydi ikicni dəfə də su tökəndə dəyir bu iki sayılır yenidən siz yenə üzünüzü yuduz bu 3 sayılır axı
Salam qardaş ,sağ qola 6 dəfə su tökdünüz ,ikincidəfən 3- ovuc ...biz saq qola 3- ovuc suyu icazəli bilirdik. S
Əsas yumaqdır, neçə ovuc tökürsən tök.
@@K_Cavid Salam Kərbəlayi. Mən dəstəmaz alanda saçımın ön hissəsi su olur əməlli başlı bu dəstəmazı batil edir?
@@samadgasimov3788 Salam, əgər dəstamazı alıb bitirdikdən sonra su olursa batil etmir. Yox əgər Dəstəmaz əsnasında başa məsh çəkmək isdəyirsinizsə bu zaman quru olmalıdır, əgər quru deyilsə dəsmal ilə qurulayıb məsh çəkəcəksiniz
АссаламуАлейкум.агыз.буруну.юмурсуз.Рисалада.агызын.бурунун.юанда.дуасы вар.
ONLAR MÜSTƏHƏB ƏMƏLLƏRDİR
QURANDAN BİR DƏLİL GƏTİR GÖRÜM?
Sen duzgun desdamaz almaqi bilmirsən cahamati casdirma iki defe uznu yuyursan sirayla olmalidir birinci eller ikinci uz ucuncu saq qol dorduncu sol qol besinci basa mest cekilmelidir basin qabaqindan arxya kimi sora elini geri qaytarmalisan sacin ucna kimi sora saq ayaq topuqa kimi yaxsi islanmalidir sora ise sol ayaq
Birdefe yümekde bes eder çimmeye ehtiyaç yoxdu
Salam dəsdamaz alarkən niyət edilirmi?
və Ələykə səlam qardaşım, bəli
Salam Kərbəlayi Allah razı olsun bir sua verim. Mən iki əlimə suyu alıb üçümə çırpıram və daha sonra sağ əlimlə suyu üzümə yayıram. Bu düzdürmü? Bir dəki, siniz etdiyiniz kimi suyu 3 4 dəfə bir qoluma tökmürəm, əlimə bir dəfə alıb bütün qoluma yayıram və daha sonra 2ci dəfə əlimə suyu alıb həmin qaydada qoluma töküb yayıram. Belə doğrudurmu?
Salam qardaş. Bahəm.
Dəstəmazın əməlindən biri olan üzü yumağı niyyət edərək üzə suyu vurmaq və ya çırpmaq, elə üzü yumağa başlamaq deməkdir. Ona görə də gərək möminlər buna diqqət etsinlər. İndi bu cür olduqda, əgər şəxs və ya siz suyu tükbitən yerdən tökmüsünüzsə, dəstəmaz səhih sayılacaq. Yox əgər aşağıdan tökülübsə, ehtiyyat vacibə əsasən batil olacaq.
Bir də ki, 3-4 dəfə su tökmək vacib deyil, əsas odur ki, yuyulma üçün kifayət edən qədər su olsun.
@@K_Cavid Allah razı olsun sizdən
Bahəm inşallah
@@K_Cavid Salam qardaş siz yazmisiz burda gərək su tuk bitən yerdən tökülsün, belə olmasa destəmaz batildi.
İnsan alinina suyu tökür başdiyir dəstnəmaz almaq. Kim deqiqliylə tuk bitən yerdən su tökə bilər. Gərək güzgünün qabağında qalasan ki, su ordan tam deqiqlikle tökəsən. Sistani ağanin şəri məsləsində üzü yuyuruq tuk bitən yerdən belə yazilib. Suyu üzümüzə alnin hansi yerindən tökməyi haqqında yazilmayib
@@aynurzizova5762
Yəqin ki, siz risaləni yaxşı oxumamısız. Buyurun oxuyun mən sizə yazıram.
***********
Üz və əllərin yuyulması ilə bağlı hökmlər
***********
Məsələ 258.
Üzü uzununa alnın yuxarısından, saç tüklərinin çıxmağa başladığı yerdən çənənin ucunadək, eninə isə orta barmaqla baş barmağın arasınasığan yer qədər yumaq lazımdır. Əgər insan bu qədərin azacıq bir hissəsini belə yumazsa, dəstəmaz batil sayılır və bu qədərin tamamilə yuyulduğuna yəqinlik, yaxud arxayınlıq hasil etmədiyi təqdirdə əmin olmaq üçün onun ətrafını da bir az (artıq) yumalıdır.
Kərbəlayı cvb verin ? xahş edrem.mən edim o qeder illərin qəzasın qılmalıyam?
Nəyi səhv etmisiniz?
@@K_Cavid məst suyun əlavə götürmüşəm.sef etdiyimi bilməmişəm 2 gundu bilirəm.deyillər qəzaların qılmalısan.deyirəm bilmədən etmişəm axı diyillər olmaz.qəza qılmalısan
@@zehrameryem4061
Əgər sizə elə başa salıblarsa və ya özünüz oxuyub elə başa düşmüsünüz ki, belə olar və siz də bu cür dəstəmaz almısınız, bu halda aldığınız dəstəmaz və namazlar düzdür. Qəza qılmağa ehtiyyac yoxdur.
@@K_Cavid çox sag olun ALLAH sizdən razı olsun.
Salam Aleykum qardaş üzü yuyarkən suyu siz tökən kimi yuxardan tökməmək dəstamazı batil edirmi ?
Bəli qardaş.
Qardas su birdən tam tuk bitən yerdən deyil qas uzərindən tökülür.amma o suyu və əlin nəmliyi yuxarilara çəkilirsə o zamanda batil olur?
Nəmliyi üzə çəkmək yumaq sayılmır. Su gərək tükbitən yerdən tökülsün.
@@K_Cavid Əssəlamu ələykum mən dəsnamazı bitirməyənə kimi suyu bağlamıram bunun bir işğalı var
İsraf həddində olmasa eybi yoxdur. Amma bağlansa yaxşı olar.
Destemazdan sonra mehrebayla qurulanmaq olarmi???
olar
@@K_Cavid Qardaş bəs bu mehraba nəmli olsa necə?
@@K_Cavid Yəni dəstəmaz əsnasında nəzərdə tutram
Baş nə üçün qurulunur məshdən qabaq?
Yaş olsa qurulayırsan
@@K_Cavid məshin suyu üzün suyu ilə birləşsə nə olacaq?
@@سمير-ه7ص
O suyu ayağa çəkməyin.
Ayağa mes cekende el ayaq barmag. Arasna girmeyi vacipdir
Xeyr
Here bir cure edir baş acmiram.Bu destemazinda hereye mexsus forması varki? Men qolu durmadan suyla bele yuyan ilk defe görurem.Hami öz qaydasini yeridir.Bunun bir qaydasi var niye özlerinden Amerika keşf esirler baş acmiram.İndi kim düz edir?
Suyu tökməyin sayı yoxdur. Əl ilə sürtüb yumağın sayı var. Sadəcə insanlar çox vaxt 1 ya 2 dəfədən artıq tökmürlər.
Qadınlarda belə dəsdamaz almalıdır??
Dəstəmazın alınma qaydası eynididr.
Агыз бошлугу ве буруну jумаг лазымдырмы?Тезе намаз гылырам мени оjредиблер ки,буруну агзы jахаламаг лазымдыр.Гола суjу уч дефе токдунуз.Мене деjиблер hамысы ики дефе олмалыдыр.
Salam kərbəlayi mən dəstəmsz siz deyən qaydada alıram ancaqniyət edirəm dəstəmsz alıram hər dəfə də dəstamazpozulduqca təzəliyirəm gecə yanaşmada alıram düzgündü
Bəli.
@@K_Cavid qardaş mən ağzımı yaxalayıram ama tam dəstəmaz alıb bitirəndən sora düzgündümü?
Bəli
Qardaş cimir
Ezizim desnamazi çox çətinləşdirdi ağamiz 1 istakanla alir
qardas bir dindar var idi deirki dəzdamaz zamani kranta toxuma oranin suyu hokumə girir mən indi nagarim
Salam,qardaş namazı gündə 5 dəfə qılmaq düzgündür?? Bəziləri deyir 3 dəfədi
Mən şiəyəm 5 dəfə qılıram
Aleykum salam. 3 dəfə namaz yoxdur şiə əqidəsində 5 dəfə namaz var. Siz dediyiniz 3 VAXT namazdır. Bəli namaz 3 vaxtdır.
Əldə məsh üçün su qalmasa ya da az olsa bəs?
@@mirhuseyndadasov8063 Əl dedikdə burda dirsəkdən barbaqlara kimi nəzərdə tutulur. Əgər bilsənizki məsh etmək ücün yaşlılıq çatmayacaq onda üzünüzdə olan tükdən yəni saqqladan su götürə bilərsiniz. Başqa yerdən götürə bilmərsiniz. Siz hansı müçtehidə təqlid edirsiniz oların risaləsində oxuyun. Gundəlik məsələlər orada qeyd olunur
Qardaş mən bilmədən əlimdən su götürmüşdüm məsh edəndə qəzamda çoxdu 10 ay qəzam var mən o qəzaları 11 ay eləyib bu elədiyim səhvləri aradan qalıdar bilərəm??
Kərbəlayi deyirsiz ki, müstəhəbdir iki dəfə yuyulsun. Sonra sonda deyirsiniz ki, ehtiyat budur ki, bir dəfə yuyulsun. Bəs bu ziddiyyət deyil? Ehtiyat müstəhəbdir ki, əllər bir dəfə yuyulsun bəs iki dəfə yumaq müstəhəbdir necə olur? Zəhmət olmasa açığıayarsınız.
İstəsən savab qazanasan 2 dəfə yu
İstəsən ehtiyyat edəsən 1 dəfə yu
Men de bir defe edirem
Böyük Ustad, az saqqal, çox saqqal nəynən ölçülür? Kiloynanmi, arşınnanmı, yumruxnanmı? Bəlkə dərinin ğörünüb-ğörünməməsiynən?
O şəxsi görənlər bilsinlər ki, onun üzündə saqqal var.
@@K_Cavid saqqal az olanda da var, çox olanda da. P. S. Deyəsən, kefin yaman kökdü.
@@АбдуллаАбдулла-й8ъ
Kefin bu mövzuya nə adiyatı var ki?
Dəstəmazda uzə su 2 dəfə vurulur .
BƏS AĞIZ? KƏRBƏLA...
Mən qulağımın arxasına da məhz cəkirəm., !!!! Olar?
Qardaş onlar vacib deyil və həmçinin dəstəmazın vacibatı deyil.
Indiye kimi sol ele bir defe elemisik
qardaş duz etmisiz, sadəcə müctehidlərin risaləsində yazılıbki 1dəfə vacib iki dəfə mustəhəb 3cu dəfə haramdır. Siz hansı müçtehidə təqlid edirsiz? Adətən belə sulları təqlid etməyənlər və ya təqlidin vacib oldugunu bilməyənlər yazır. Əgər təqlid etmirsinizsə mütləq şəkildə ələm müctehidə təqlid edin
Salam bes agziniza 3 defe su alib tokmediz sora buruna sag elle su vurub sol elle sixib yumadiz bularda var axi destemazda
Bunlar vacib deyil
@@K_Cavid Salam əleykum bəs daha pak olmurmu onda insan
Xeyr
yalniwdi kranti baglayir sora qolunu yuyur batil oldu o uje
Suyu niye elə tullayirsan?
Salam aleykum Kerbalayi.sol elinde 2 defe olur.
Olsun, bu dəstəmazı batil etmir.
Kim dogru bilir gorəsən😢
Salam Kərbəlayi mənim sag əlimdə problem var yiğılır barmqlar həmdə sag əyağımın marmaqlarıda yiğılır mən necə məst çəkim mənə məsləhətiniz lazımdı
Ağız və burun yuyulmadı axı, mllim
Şiye desdamzdr bu
Salam Əleykum Qollara neçə dəfə məsh çəkmək lazımdır ?
1 dəfə yumaq vacibdir. Yumaq baş tutana qədər neçə dəfə istəsən məsh edə bilərsən.
Su çox tökür axı üzə 3 dəfə su tökdü
Qardaş, suyu çox tökmək olar, yumaq olmaz 2 dəfədən artıq.
@@K_Cavid yəni sudan sora ələ çəkmək 2 dəfədən çox olmaz Allah sizdən razı olsun çox gözəl izlar edirsiz ibadət haqqında
Biraz az ye qarnın çıxıb
Mən bu dəstəmazın düzgünlüyünü qəbul etmirəm.