Xaçmazda Vətən müharibəsi şəhidi İkram Məmmədovun şəhadətinin ildönümü qeyd olunub. Qəhrəman döyüşçünün anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, qazilər, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Şəhidin Çiləgir kənd qəbiristanlığındakı məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub. İkram Məmmədov 8 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub. Ailənin sonbeşiyi olan İkramın bir qardaşı və bir bacısı var. Vətənpərvərliyi ilə seçilən İkram 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. O, Vətən müharibəsində Füzuli rayonunun yaşayış məntəqələrinin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. On səkkiz yaşlı qəhrəmanın sonuncu döyüşü oktyabrın 13-də Füzulinin Aşağı Abdurəhmanlı kəndində olub. Səngərə qumbaraatan mərmisinin düşməsi nəticəsində İkram doqquz nəfər döyüş yoldaşı ilə birgə şəhidlik zirvəsinə ucalıb. Nəşinin olduğu yer üç aydan sonra müəyyənləşib. Doğulub boya-başa çatdığı Çiləgir kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Məmmədov İkram Ehtiram oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Xaçmazda Vətən müharibəsi şəhidi İkram Məmmədovun şəhadətinin ildönümü qeyd olunub.
Qəhrəman döyüşçünün anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, qazilər, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Şəhidin Çiləgir kənd qəbiristanlığındakı məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.
İkram Məmmədov 8 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub. Ailənin sonbeşiyi olan İkramın bir qardaşı və bir bacısı var.
Vətənpərvərliyi ilə seçilən İkram 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. O, Vətən müharibəsində Füzuli rayonunun yaşayış məntəqələrinin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb.
On səkkiz yaşlı qəhrəmanın sonuncu döyüşü oktyabrın 13-də Füzulinin Aşağı Abdurəhmanlı kəndində olub. Səngərə qumbaraatan mərmisinin düşməsi nəticəsində İkram doqquz nəfər döyüş yoldaşı ilə birgə şəhidlik zirvəsinə ucalıb. Nəşinin olduğu yer üç aydan sonra müəyyənləşib. Doğulub boya-başa çatdığı Çiləgir kəndində dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Məmmədov İkram Ehtiram oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
ALLAH RƏHMƏT ELƏSİN ALLAH AİLƏSİNƏ SƏBR VERSİN AMİN.
ALLAH RƏHMƏT ELƏSİN.
Allah sebir versin ailesine ailesinnen çox yanan olmaz😪
Аллах рахмет елесин.
Can bala