Это видео недоступно.
Сожалеем об этом.

Onun adını siyahıdan çıxarıb Mübariz Tağıyevi irəli çəkdilər, küsüb Azərbaycandan birdəfəlik getdi

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2022
  • Xoşbəxtlik vəd edən nəğmələr oxuyurdu. Azərbaycandan birdəfəlik getməsinə müxtəlif səbəblər gətirilsə də, yəqin ki, onun bu yerlərdən birdəfəlik getməsi elə məhz gümüşü nəğmələr oxuyan qəlbinin hər gün bir az da qaralan şəhərdə dözə bilməməsi oldu. Biri var idi, ölkədən küsən, qürbətdə basdırılmağını vəsiyyət edən Rəşid Behbudovun bacısı oğlu müğənni Cəfər Behbudov
    Cəfər Ağaəli oğlu Behbudov 17 avqust 1951-ci ildı Bakı şəhərində teatr rejissoru Ağaəli Məstanov və aktrisa Nəcibə Behbudovanın ailəsində anadan olub. Onlar ailədə iki uşaq olublar. Bacısı Firuzə və Cəfər.
    Lakin, sonralar onun valideynləri ayrılır. Onların ailəsinin dağılmasına səbəb isə Cəfərin atasının Nəcibə xanıma etdiyi saysız-hesabsız xəyanətlər olub. Onlar rəsmən boşandıqdan sonra Nəcibə xanım Cəfəri atasının soyadından çıxararaq öz soyadına keçirir.
    Cəfər Behbudov Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 70-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olub.
    Cəfər Behbudov iki dəfə evli olub. Onun Viktoriya və Səidə adlı qızları var. Rəşid bəyin ikinci evliliyi özündən yaşca çox böyük xanımla olub.
    Cəfər Behbudova ən böyük uğuru 1980-ci ildə ifa etdiyi Tofiq Quliyevin "Zibeydə" mahnısı gətirir. Bundan başqa "Bəyin oğurlanması" filmində kino işçilərinin axşam vaxtı istirahət etdikləri zaman səsləndirilən mahnını da o ifa edir.
    Cəfər Behbudov, Xalq artisti Rəşid Behbudovun bacısı oğlu olub. Nəcibə xanımın Rəşid Behbudovdan bir neçə dəfə xahiş etməsinə baxmayaraq xanəndə bacısı oğluna heç bir köməklik göstərmir. Bunu isə onun Cəfəri qısqanması ilə əlaqələndirirlər.
    Məşhurluğunun ən yuxarı pilləsində olarkən gənc müğənni ölkəni birdəfəlik tərk edərək taleyini Ukrayna ilə bağlayır. Onun Bakıdan getməsinə isə bəzi adamlar səbəb olur. Müğənni müsahibələrinin birində bu haqda deyir:
    “Nə deyim, necə danışım... İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Əslində mən Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim. Buna baxmayaraq mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər. Qoy hamının yadında necə qalmışamsa, elə də xatırlanım. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə”.
    Müğənninin ifaları arasında Eldar Mansurovun bəstələri geniş yer tutur.
    Kiyev kənarında şəxsi mənzilində yaşayan müğənni uzun illər Ukraynada fəaliyyət göstərən restoranlarda oxuyub pul qazanır. Ömrünün son illərində isə özünə qapanır, mətbuata müsahibələr verməkdən imtina edir, yaxın qohumları ilə belə əlaqələrini minimuma endirir.
    Azərbaycanı tərk edəndən sonra anası həmişə onun geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. O, hər gün oğlunun divardakı şəklinə baxaraq onun nə zamansa geri qayıdacağına ümid edib. Və ömrünün sonuna kimi, ölənə qədər oğlunun yolunu gözləyib.
    Müğənninin ən yaxın dostlarından biri də bəstəkar Eldar Mansurov olur. Gənclik illərində bəstəkar gənc dostuna xeyli köməkliklər edir. O, Ukraynaya köçəndən sonra da onunla bir neçə dəfə görüşür, Azərbaycana qayıtmasına cəhd edir. Lakin, müğənni hətta bəstəkarın onun üçün nəzərdə tutulmuş son bəstələrinə ifa etdiyi mahnıların efirə getməsini istəmir. “Nəyə lazımdır axı? Zaman keçib, hər şey arxada qalıb” sözlərini deyir.
    Müğənni sonuncu dəfə Bakıya 1999-cu ildə anasını itirən zaman gəlib. Bundan sonra yaxınlarının və doğmalarının heç biri ilə görüşməyib. Anasının məzarını isə internet vasitəsi ilə ziyarət edir.
    Cəfər Behbudov ömrünün sonlarına yaxın xərçəng xəstəliyinə tutulur. O, 26 sentyabr 2019-cu ildə Kiyevdə vəfat edir. Özünün xahişi ilə elə Kiyevdə də dəfn olunur. No comment!

Комментарии • 520

  • @mehi9147
    @mehi9147 Год назад +117

    Çox sevirdim Cefer Behbudovun ifasını.Çox gözəl sesi var idi, istedadlı idi.Heyf ki, qiymet, dəyər vermədilər. Allah rəhmət eləsin.
    Sizə derin təşəkkür edirəm♥️👍

    • @xelilmemmedov3617
      @xelilmemmedov3617 Год назад +2

      Harda defn edibler??

    • @user-cy6ky8ff1o
      @user-cy6ky8ff1o 3 месяца назад

      ​@@xelilmemmedov3617Джафар Бейбутов похоронен в Киеве. Так он пожелал. Прочитала в интернете. Светлая память.

  • @user-zo5ie2uc5k
    @user-zo5ie2uc5k Год назад +73

    ALLAH RƏHMƏT EYLƏSİN. ONU AZƏRBAYCANDAN DİDƏRCİN SALLANLARA İSƏ ALLAH LƏNƏT EYLƏSİN. ALLAHIN QƏZƏBİNƏ GƏLSİNLƏR.

  • @zumrudceferova7695
    @zumrudceferova7695 Год назад +11

    Gəncliyimin sevimli,sevilən mügəni Cəfər Behbudov-Allah sənə rəhmət eləsin,məkanin cənnət olsun🤲

  • @valideibrahimova1275
    @valideibrahimova1275 Год назад +21

    Çox gözəl sənətkar idi. Sevirdik onu. Gözəl oxuyurdu. Yadımızda çox gözəl bir mügənni kimi qalmısız

  • @cickliyeva4580
    @cickliyeva4580 Год назад +63

    Genclik illerimin sevilen mugennileri CEFER BEHBUDOV VE RUHENGIZ REHIMBEYOVA ikiside olkeden getdi.ALLAH her birine rehmet elesin 🤲

    • @ikonabiyev1674
      @ikonabiyev1674 Год назад +2

      ÜMUMİYYƏTLƏ...
      İSTEDADLI ADAM İDI...
      SEVİLƏN İDİ...
      GÖZLƏRİ GÖTÜRMƏDİ...
      RƏHMƏTLİK DAYISI DA ÇOX QISQANC İDİ...
      HEYİF...
      GÖZƏL SƏNƏTKARDAN...

    • @xoshgadammammadova5992
      @xoshgadammammadova5992 Год назад +2

      Bəli mən çox yaxşı xatırlayıram çox gözəl səsi var idi heyf

    • @fuzak7448
      @fuzak7448 Год назад +1

      R yox Firəngiz

    • @teranehacizade9580
      @teranehacizade9580 Год назад

      @ İkonabiyev ! Bunlara istedadlı Müğənni yox , Fahişə Müğənni qadın ,( hansı ki, abır həya etmədən Mamış - Namış deyib Paltarın qaldırıb əli ilə göstərir) , petux da, kişi Müğənnisi lazımdır Bunkara təmiz , namuslu , gözəl səsə malik olan Müğənnilər əl vermir ! Allah bəlalarını versin ! Amin !!! ❤🎉😂🎉❤🎉😂🎉

  • @mezlum
    @mezlum Год назад +35

    Çox gözəl ifaçı idi.Heyif o sənətkaram,qədrini bilmədik.

  • @ilahhmdova1131
    @ilahhmdova1131 Год назад +48

    Polad Bülbül oğlu Cəfər Behbudovdan dayısı Rəşud Bühbudova olan kininə ğörə intiqamını alır.Onu sənətdən uzaqlaşdırır.Çox heyif onun kimi estrada müğənnisi yox idi.Azərbaycanda həmuşə belə olub əsil sənətkarlar qıraqda qalır sənəti olmayanlar qabağa çıxdılar.Allah rəhmət eləsin ğözəl sənətkarımıza

    • @guneshkerimova7323
      @guneshkerimova7323 Год назад +8

      Аллах рехмет елесин амин

    • @museyibshahmari2023
      @museyibshahmari2023 Год назад +5

      Poladı Bülbül oğlu çox xayin paxıl insadır ki.yaxşıdrki Masqıvada yaşıyır niy ax Mədəniyyət Naziri olmadırki ondanda yaxşı sənətkarlarımız var

    • @faridaheydarova288
      @faridaheydarova288 Год назад +5

      Cox boyuk teesuf hissi ile izledim Allah rehmet elesin
      Cox melahetli sesi var
      Haqsizliqlar ve edaletsizlikler cox istedadli savadli insanlarimizi vetenden didergin salib teesuf

    • @SamMirzaIII
      @SamMirzaIII Год назад +1

      Ey azəri- türk qızı (üzr istəyirəm əgər türk deyilsənsə) bil və agah ol ki, Polad kürddür, kürd. Bu bəlaların mənbəyində kürdlərin türk dövləti Azərbaycanda ( əhalinin 87% azəri türkləridir) at oynatmaqlarıdır.

    • @museyibshahmari2023
      @museyibshahmari2023 Год назад +4

      @@SamMirzaIII Mənim şəxsən erməni kurdtlər nifrət edirəm bir erməni ilə kurtun arasında heçbir ferqi yoxdur ikisdə eyni zibildi nə oldusa öz adların çıxarırla.
      Azərbaycanlırın soy köku Xəzərlər turklərdən ataları babaları xəzər turkləri olub erməni kurtun kafkazdan heçbir adiyatı yoxdu tarixdə on doqqizcu iyirmici əsirlərdə adlar yox idi erməni kurdt .

  • @cingizramazanov6274
    @cingizramazanov6274 Год назад +28

    Eldar Mansurov oğuldur,bu gün də əsil Bakılı olaraq ürəkdir,ürək,yaşa Eldar 100 yaşa,acıqlar acığına.

  • @arzulargercek2992
    @arzulargercek2992 Год назад +20

    Allah rəhmət eləsin Rəşid Behbudova ! Əsil sənətkar və kişi idi. Cəfər də onun kimi mərd olub. Bizimkilərin paxıllığı elə sənətkarları məhv edib və ən əsası doğma Vətəndən uzaq sahillərə salıb. Zövqlər insanların belə yanaşmalarına görə pozulub .

  • @user-mx1tj2sz9t
    @user-mx1tj2sz9t Год назад +13

    Onun səsi Reşıd Behbudovun səsinə oxşayırdı,amma o sonralar yoxa çıxdı ,bilə bilmədik nə oldu,hara getdi,Polad Bulbuloğlunun da heç vaxt heç kimə köməyi dəyməyib,əksinə bir çoxlarının uğurlarına mane olub,heyf Cəfərdən,Allah rəhmət eləsin, ruhu şad olsun Amin

  • @xumayberenq8283
    @xumayberenq8283 Год назад +51

    АЛЛАН☝️🤲 АНАСЫНА🎼 АТАСЫНА ВЕ ЧЕФЕР🎼 БЕНБУДОВА🎼ГЕНИ-ГЕНИ РЕНМЕТ ЕЛЕСИН! РУНУ ШАД, МЕКАНЫ БЕНИШТ ОЛСУН!💐💐

    • @ninababayeva1313
      @ninababayeva1313 Год назад

      Buda Rəşid Behbudova münasibətləri Cəfəri küsdürüblər,Polad bilir kimlərə yaxşılıq eləsin və arxasında dursun.

  • @faridaaivazova3680
    @faridaaivazova3680 Год назад +33

    Cəfər! Heyif! 😢💔
    Allah qəni qəni rəhmət eləsin, məkanı cənnət olsun. 🙏

  • @almazkerimova5530
    @almazkerimova5530 Год назад +33

    Öglum, bu verilishə görə sənə tshk. Edirəm, cavanlig illəriçın xatirəsi Cəfər cox gözəl oxuyurdu, heyif ki, giyməti bilinmədi, allah rəhmət eləsin.

    • @rzaabasov226
      @rzaabasov226 Год назад +1

      Çox təşəkkür edirəm.Məni gənclik illərimə apardınız.O vaxt Firəngiz Brilyant Mübariz hamının sevimli istedadlı mügənniləri idi.Heyif İndi belə səslər yoxdur.

  • @gabiljigarov9559
    @gabiljigarov9559 Год назад +37

    Ceferin sesi mübarizin sesinden güclüdür

  • @mtantmmmdova4175
    @mtantmmmdova4175 Год назад +13

    Var olasız unutmadıgınız unutdurmadıgınız üçün çox kədərlidir çox gözəl səs məkanı cənnət olsun 🙌🙌🙌

  • @xalidax502
    @xalidax502 Год назад +12

    Cox sevdiyim muqenni. Cox saq olun ki bizi o illere qaytarirsiz.

  • @gulnarv.4375
    @gulnarv.4375 Год назад +40

    Bir insanin heyati nece mehv ediler qisa olaraq bunu izledik. Bezen dushunurem bize dushmen lazim deyil, ozunuz-ozumuze bes edirik… Ne deyim Allah rehmet elesin.🙏

  • @tahirzimova8549
    @tahirzimova8549 Год назад +18

    Səs çox bənzəyir Rəşid Behbudovun səsinə.

  • @gulxanim1391
    @gulxanim1391 Год назад +93

    Dayilar cox vaxt baci usagina yox,baldiz usagina arxa komek olurlar...tessuf ..
    😥😥

  • @dunyayahuzur5060
    @dunyayahuzur5060 Год назад +33

    Sayənizdə indi tanıdım bu gözəl səsin sahibini, minnətdaram bu məlumat dolu video üçün 🙏🏻💕 kanalınıza uğurlar ✌💕🇦🇿

  • @ayyildiz3787
    @ayyildiz3787 Год назад +6

    Cəfər çox böyük sənətkar olub...çox heyf səhnəmizdən tez getdi

  • @teranebayramova-3810
    @teranebayramova-3810 Год назад +3

    Gözel sesi var Reşid Behbudovu xatırlatdı Azərbaycanın simvoludur sənətkarlarımıza qiymət verilmir eksine biz bu sənətkarlardan istifade etmeliyik

  • @iraderesidova7811
    @iraderesidova7811 Год назад +30

    Allah Rehmet etsin,uzunu gormesen,
    ele bilersen oxuyan rehmetlik
    RESHID BEHBUDOVDUR.
    RUHU SHAD,MAKANI CENNET OLSUN.

    • @xelilmemmedov3617
      @xelilmemmedov3617 Год назад

      Ay sagol men deyeceydim

    • @qarabagqizi3786
      @qarabagqizi3786 Год назад

      Dayısıdırdə özdə dayısı ona yiyəlik etməyib mən belə eşitmişəm

    • @seadetmemmedova5136
      @seadetmemmedova5136 Год назад

      ​@@qarabagqizi3786 He yersiz keldi yerli qac birdefe mubariz taglyevin evin.kosderirdiler sicanlar oynuyurdu yaman kunde idi yeqin ev verildi iw verildi xaylar onu ermenisdanda slxflgl kim yeqin o metodu baklda heyata kecirib Ceferinkozel sesine kore qlsqacllq edib qlsqacllq ne qohuma nede yada aiddi qlsqanclq weytan emelidi. Allah herweyi korenbilendir kim kime pislik edibse Allah onu cezaslz buraxmayacaq emin olabilersiniz ey pislik ve qlsqacllq weytanlarl

    • @humbethesenov2242
      @humbethesenov2242 Год назад

      @@qarabagqizi3786 Bizim millətin bədbəxtçiliyidir də kiməsə umsuq olmaq. Dayım kömək etmədi, atam bu sənətimə etiraz esirdi... əşşi zor edirlər, 30-40 yaşda adamlar var kimisə borclu bilirlər özlərinə.Hər kəs özü ayaq üstə dursun. Alınmır? get başqa sahəyə də. Müəllim lazınmır bu ölkəyə. Savadlı həkim, diplomat lazımdır. Nifrət edirəm e musiqi sənətində aid pis hadisələrin ümumxalq faciəsinə çevrilməsi cəhdlərindən.Məsələn fəhlələrin də faciəsindən video çəkin də. 20 manata işləmək olar? Yox, bizim başımızı ancaq müğənnilərlə qatırlar.

    • @qarabagqizi3786
      @qarabagqizi3786 Год назад +2

      @@humbethesenov2242 niyə ısıbləşirsizki atasız bir uşagın əlindən ya əmi tutar ya dayı tutar indi elə zəmanəyə gəlib çatmışıq ki fəhləçilikdə adamlardı adamın yoxdursa o fəhləçilikdə yoxdu birdəki elə qohumlar varki özündən başqa heç kimin irəli getməyini istəmir hər vəclədə onun irəli getməyinə mane olur kiminsə ayaqları üstündə durmadı üçün ona istiqamət vermək yaxşı olardı qaldı fəhlənin haqqında danışmağa bu ölkənin yarıdan çoxu fəhləsi kimin haqqında danışsınlar buna ömür yetməz

  • @mehribanbayramova467
    @mehribanbayramova467 Год назад +6

    Ruhu şad olsun.Çox gözel oxuyur.Elə bil Reşid Behvudov oxuyur.Çox sağ olun bizi melumatlandırırsız.

  • @mnsadyasamn2710
    @mnsadyasamn2710 Год назад +3

    Cəfər Behbudovun çox gözəl səsi vardı. Rəşid kimi oxuyurduÇox gözəl xatırlanır

  • @user-we1kn4hi4c
    @user-we1kn4hi4c Год назад +59

    У него голос почти похоже великому Рашида Бехбудова..

  • @letifhuseynov5827
    @letifhuseynov5827 Год назад +68

    Gənclik illərimizin müğənnisi.həmişə xatırlamışam onu. ALLAH rəhmət etsin. Onun səsinə çatan səs hanı indi. Elə Rəşidin səsinə oxşayır. Paxıllıq məhv edib bizim istedadları həmişə. Dayıdan xeyir görən var görəsən. Heyf... Siz də çox sağ olun şərhə görə. Mümkünsə o illərin bir müğənnisi də var idi. Cavanşir Əliyev. Bu barədə məlumat versəydiz sevinərdum.

    • @arzulargercek2992
      @arzulargercek2992 Год назад +9

      Bəli ! Paxılıq bizim sənətkarı bizlərdən uzaq etdi. Amma öləndən sonra heç bir xeyri yoxdur. İnsana sağlığında qiymət vermək lazımdır. Savadsızları irəli çəkməklə zövqlər pozulur.

    • @raqifeliyev7942
      @raqifeliyev7942 Год назад

      Bu

    • @vuqarmehdiyev1302
      @vuqarmehdiyev1302 Год назад +5

      Bəli bizim gənclik illərimizin xatirəsi o vaxt hamı deyirdi rəşid dayısı qoymadı irəli getsin

    • @minayeiskenderova1278
      @minayeiskenderova1278 Год назад +7

      Doqrudan da gəncliyimizin ən dəbli müğənninisi, Allah rəhmət eləsin 🥀🥀😥

    • @nazimniftaliyev7891
      @nazimniftaliyev7891 Год назад +1

      Vəfat edib,75 yaşında

  • @hamidaqaraeva1233
    @hamidaqaraeva1233 Год назад +3

    Allah rəhmət eləsin. Rəşid Behbudovun səsinə oxşayır. Vaxtında qiymət verilməyən səs. Sapı özümüzdən olan baltalar az baltalayın istedad allah tərəfindən verilir. O səs Azərbaycanın səsi idi.

  • @xmitskkuredirmxmi3842
    @xmitskkuredirmxmi3842 Год назад +4

    Allah rəhmət eləsin,çox təəssüf ki istedadlı insanlar tez sınırlar, mübarizə aparmağdan qaçırlar,dala çəkilirlər.Və yerlərini layiq olmayanlar tutur.çox gözəl səsi Azərbaycan itirdi

  • @ulviyyeataxalilova4969
    @ulviyyeataxalilova4969 Год назад +5

    ALLAH rəhmət eləsin..mən o müğənninin Rəşid Behbudovun qohumu. olduğunu bilmirdim..amma hər zaman düşünürdüm ki, səsi neçə də Rəşid Behbudovun səsinə oxşayır....heyif...çox heyif...😔 Azərbaycan, nə zaman öz istedadlarını dəyərini bldi ki.??😡

  • @seadetfeyzullayeva2046
    @seadetfeyzullayeva2046 Год назад +2

    Gözəl ifası var idi, hayıf. Fani dünya...neçə,- neçə ustadlı,
    xeyirxah insanları küsdürürüb,lər.😔
    Nə yaxşı siz varsınız, xatırladınız.Allah sənətkara rəhmət eləsin.

  • @aidahaciyeva2244
    @aidahaciyeva2244 Год назад +6

    Gozel ,yaddaqalan ifalari var idi,birdeñ-bire yoxa cixdi,demeli,xaricde yashayirmish.Boyuk senetkar Necibe xanimin oglu oldugunu bilmirdim.Allah her. 2-sine rehmet etsin .Anasi N.Behbudova haqqinda da verilish hazirlasan cox sevinerdik

  • @0619571
    @0619571 Год назад +4

    Allah rəhmət eləsin🙏Gözəl səsi var idi.Heyif…

  • @freedom2386
    @freedom2386 Год назад +3

    Gözəl səsi olub.Bizim ölkənin ən pis cəhətlərindən biri də yerlimdir deyib istedadlı insanları geriyə salmaqdır.

  • @iradebabasova7519
    @iradebabasova7519 Год назад +16

    Yazıgın üzünə qapılar hər yerdə baglanıb o qədər var belə istedadlı insanlar it bata düşüb. Bu əsl faciədir bir sənət adamı üçün

  • @sevdiyarisrayilov1690
    @sevdiyarisrayilov1690 Год назад +18

    Allah Rəhmət Eləsin Böyük Sənətkara

  • @user-xs6yq5ky9j
    @user-xs6yq5ky9j Месяц назад

    Təmiz və gozəl səsli mugənnimiz ..cox heyf səndən...qiyməti və dəyəri verilməyən gəncliyimizin mohtəsəm mugənnisi ...Allah rəhmət eləsin, hec vaxt unudulmayacaqsan ...

  • @sahnazismayilova2356
    @sahnazismayilova2356 6 месяцев назад +2

    ALLAH REHMET ELESIN SESI NECEDE DAYISININ SESINE OXWAYIR TESFLER❤❤❤😢🎉🎉🎉

  • @sevilaliyeva4796
    @sevilaliyeva4796 Год назад +2

    Heyif, cox gozel sesi var idi. Allah rehmet elesin.

  • @lalehuseynova6689
    @lalehuseynova6689 Год назад +2

    Çox gözəl səsi var idi.Allah qəni - qəni rəhmət eləsin ! Heyif, çox heyif belə ifaçıları itirdik.

  • @rozanuriyeva2509
    @rozanuriyeva2509 Год назад +12

    PAXILLIQ BIZDE OLMASA BIZƏ.HEÇ KIM BATA BILMƏZ...AMMA HEYIF KI VAR.....O PAXILLIGIN QURBANI BELƏ GÖZƏL SƏSI OLAN CƏFƏR BEHBUDOV OLDU...SƏSI DAHI RƏŞID BEYBUTOV SƏSI ILƏ EYNIDIR...O ADAMLAR ALLAH GARŞISINDE CAVAB VERƏCƏGLƏR !!!!ALLAH RƏHMƏT ELƏSIN GÖZƏL SƏSLI SƏNƏTKARIMIZA!!!!

  • @gulbnizkrimova5597
    @gulbnizkrimova5597 Год назад +3

    Allah rəhmət etsin .Eynən dayısı Rəşid Behbudovun səsidir. Dayı da yiyə durmuyub.Yazığı QƏRİB salıblar.

  • @gulyasefiyevarafig7595
    @gulyasefiyevarafig7595 Год назад +15

    Allah rahmet eylesin. Sahneye çok yakişirdi.

  • @renamamedova5366
    @renamamedova5366 Год назад +12

    Allah rehmet eylesin. Dede de, özi de çok dayisina ohşayirdi. Ruhu şad olsun....

  • @csart8811
    @csart8811 Год назад +3

    Bəli həqiqətən də cox gözəl səsi var idi gözəl mügənni idi Allah rəhmət eləsin

  • @SolmazAsgarova
    @SolmazAsgarova 6 месяцев назад

    Nə gözəl müğənni idi. Uşaqlıq xatirələrim canlandı. Unudulmaz müğənnidir...ALLAH rəhmət eləsin...😢

  • @eminehesenova1691
    @eminehesenova1691 Год назад +5

    Men Azerbaycanda özüne yer tapmayıb xarice gedenlere yazığım gelir Eşlinde Direşmek öz veteninde sözünü deye bilen insanları alqışlayıram Vetende Süpürgeci olmaq daha yaxşıdır mence 👏👏

  • @alimanvar962
    @alimanvar962 Год назад +1

    Allah rəhmət eləsin .Yadıma gəlir .Səsi Rəşidin səsinə oxşayirdi .Gözəl səsi vardı .Heyif , o cür müğənni respublikadan didərgin düşmüş.Onun səsi hara Mübarizin səsi hara .Dayısı da ona dəstək olmayıb .Düzü mən onun Azərbaycani tərk etdiyini bilmirdim .Heyif Allah rəhmət eləsin .

  • @xatiresadiqova3859
    @xatiresadiqova3859 Год назад +3

    İnsanı sakitləşdirən sesi var. Allah rəhmət eləsin. Amin.

  • @iradeveliyeva8925
    @iradeveliyeva8925 Год назад +11

    Allah rehmet elesin hemise xatirlayiriq🤲

  • @ziznnninmtbxi2184
    @ziznnninmtbxi2184 Год назад +1

    Mübariz Tagiyevin sesi baskadi,adama huzur verir. Ozunun medeniyyeti ,sadeliyi nəyə desez deyer

  • @HqiqtAbdullayeva-sy1mr
    @HqiqtAbdullayeva-sy1mr Месяц назад

    Səsi necə də dayisi rəhmətlik Rəşid Behbudova oxşayir ❤

  • @nazileismayilova195
    @nazileismayilova195 Год назад +3

    Çox gözəl oxuyurdu Allah rəhmət eləsin 🙏

  • @saadateyvazova4951
    @saadateyvazova4951 Год назад +2

    Allah rəhmət eləsin Çox təəssüflər 😥😥😥

  • @denizerler5493
    @denizerler5493 Год назад +7

    Benim Kemal dayım bacisi usaqlarini kendi usaqlarindan cox sevib anamla dayımın bir birine sevgisi elcatmaz bir sevgiydi nurlarda uyusunlar ruhları şad olsun

    • @hyatltif6084
      @hyatltif6084 Год назад

      Benimde 2 dayım bizleri kendi övladlarından ayırmayıblar. Cənab Haqdan onlar için hep cənnəti diləyirəm.

  • @ilhameqasimova5044
    @ilhameqasimova5044 Год назад +1

    Allah rəhmət etsin dayısınada özünədə🤲gözəl ifaçı idi,dayısı arxa çıxsaydı bucürə sənətkarı itirməzdik.Heç gözləməzdim Rəşid Behbudovdan.Necə-necə cavan müğənnilərə dəstək verirdi,amma bacısı oğluna.....

  • @elmiraliyeva6564
    @elmiraliyeva6564 Год назад +2

    Bu səs ki, xalis Rəşid Behbudovun səsi kimidir, heyflər olsun, gözəl oxuyurdu...

  • @i.c33
    @i.c33 Год назад +20

    Mubariz kimdir ki o ne bilir senet nedir. 2 mahni oxuyub olub senetci. Nedir nedir yerazdir deye qabaga cekibler.

    • @asafsadiqli2180
      @asafsadiqli2180 Год назад +2

      Duz demirsiz Mubariz gozel senetkardi ve onun gunahi deyil Cafarin kusdurulmesi.

    • @cemilerehimova9861
      @cemilerehimova9861 Год назад +2

      Çox gozəl səsi var Allah qorusun Pis insanla Allah şans verməsin

  • @ulduzcarchiyeva5379
    @ulduzcarchiyeva5379 Год назад +6

    MEN COX TESSUF EDIREM KI CEFER REWIDIN SESI GEDER GOZEL BIR SESE MALIK OLAN MUGENIMIZ BIZDEN UZAG DUWUB

  • @hevvamammadova
    @hevvamammadova Год назад +1

    Cox gözel sesi var idi ,hayif bele oguldan .Allah rehmet elesin

  • @elnareletifova2246
    @elnareletifova2246 Год назад

    Temiz,savadli ses.
    Yarawiqli,modern stil,o zaman her konsertlerde,televiziya veriliwlerinde baxirdiq
    Nur icinde yatsin.
    Saqolunki,bize atirladirsiz.
    Cox heyif ki,bele savqdli,melahetli,zil sesler kolgede qaldi,yox qoydular.
    Saqolsunda O vaxtki bizim medenuyywt nazirimizde,qorxurdularki sesiynen onlqri kolgede qoyacey,Ne deyim,her kes,her kes bir vaxt cavab verecey.

  • @zumrudceferova7695
    @zumrudceferova7695 Год назад +23

    Məni o illərə qaytardiniz,Cəfər Behbudov oxuyanda adam mənən dincəlirdim,gəncliyimin gənc müğənnisi idi,heyif onda ki qabağa getməyə qoymadılar,adama nə edirsə özünunki edir,məkanı cənnət olsun 🤲

  • @magerrammirzoev2868
    @magerrammirzoev2868 Год назад +13

    Mekani cennet olsun.

  • @azerveliyev8914
    @azerveliyev8914 Год назад +256

    Çünki Mübariz yeraz idi,hər yerdə yaşıl işığı yanırdı.Cəfər isə bakılı...Heç nəyi olmasa da qürurlu,yaltaqlığı,girməyi bacarmayan Bakılı...

    • @sevilmuradova1905
      @sevilmuradova1905 Год назад +31

      Hamız Azerbaycanlıyıq aypdı

    • @azerbaijan_az
      @azerbaijan_az Год назад

      Məsələ burasındadır ki,elə Cəfəri polad Bülbüloğlu kənarlaşdırıb. Polad yerazdir. ? Rəşid Behbudov poladla bacara bilmirdi. Yazdıqların boş şeydir Azər Vəliyev . yaltaq hər yerdə var. Ayrı seçkilik salan sizsiniz. Mən yeraz deyiləm,bakilida deyiləm. Amma hər ikisindən də pislik görmüşəm. Bu o demək deyil ki, bakılılar,ya yerazlar pis adamlardır. Hər yerin yaxsisida var, pisidə. Allah pisə lə'nət etsin.

    • @aynuresedova0102
      @aynuresedova0102 Год назад +8

      Mübariz yeraz deyil ...Balakenlidir

    • @ismayilpanahov5471
      @ismayilpanahov5471 Год назад +20

      Çünki Mübariz daha üstündür.

    • @eleddineyvazov2968
      @eleddineyvazov2968 Год назад +14

      O xarakter haralı olmaqdan asılı deyil, ailə tərbiyəsi və nəcabət söbətidi...

  • @patron6773
    @patron6773 Год назад +3

    oy o,cooox gözel oxuyurdu,heyif Mübariz onun Firengiz Rehimbeyovanln yanlnda zerredir elbetde küsecekler haqslzllq her dövürde mövcud olub, heylslzlar irelleyib menaslz,bizim xatiremizde daima yüksekdedirCefer Firengimiz kimi müğenimiz ,ALLAH rehmet elesin her ikisine haqql oğruyanlara lenet elesin

  • @wsaze3978
    @wsaze3978 Год назад +1

    Gozel sesi varmis Allah rehmet elesin

  • @gahramanvaliyev3824
    @gahramanvaliyev3824 Год назад

    Men heç tanımamışam bu senetkarı nece olubsa Reşid muellimin sesine ne qeder benzeyir

  • @arzumuradova7390
    @arzumuradova7390 Год назад +1

    Mən o səsi Rəşid Behbudov bilmişəm hər dinləyəndə.demək .Allah rəhmət etsin.🤲🏻🤲🏻🤲🏻Allah cəcaların versingünahkarların.Amin

  • @hasanaliyev6164
    @hasanaliyev6164 Год назад +10

    AY DAYILAR ,HEÇ KƏS DÜNYANI TUTUB DURMUR !!!

  • @xanmbagrova
    @xanmbagrova Год назад +2

    Azərbaycan estradasının gözəl zamanları Cəfər Behbudov və Firəngiz Rəhimbəyli ilə getdi. 😔

  • @yasemenxanim9012
    @yasemenxanim9012 Год назад +1

    Coox təəsuf ki yaxşıların qədri bilinmir .Heyif o cür müğənnidən
    Onun ifasında Zübeydə mahnısı cox gözəl

  • @gulsenzulfugarova8931
    @gulsenzulfugarova8931 Год назад +3

    Allah rehmet elesin. paxilliqdan kimse qoymayib qabaqa getsin.

  • @Aylin19
    @Aylin19 Год назад

    Ne gözel ses,ne gözel ifa....2ci Reşid Behbudov,sesleri nece benzeyir.Heyif,Azerbaycan medeniyyetine ne qeder qatqisi olardi,belke öz mektebi olardi...Yoxsa efir zir-zibille doludur...

  • @elfiramelikova9074
    @elfiramelikova9074 Год назад

    Bəli bu müğənni yadımızdadır. Çox təəssüf. Çox təəssüf. Dəyər verilməyən insanlar çox əzab çəkmiş və çəkir

  • @narminababayeva3676
    @narminababayeva3676 Год назад

    Rəşid Behbudov çox böyük sənətkar idi, amma yəqin ki, dayı kimi yaxşı dayı olmayıb. Yoxsa öz səsinə oxşar gözəl səsi, özü də sənin bacıoğlun olsun, gərək onu önə çəkəydi, qoymayaydı onu incidsinlər. ALLAH ölənlərə rəhmət eləsin, günahlarını bağışlasın, məkanlarını cənnət eləsin AMİN.

  • @eminemin3142
    @eminemin3142 Год назад

    Salam nə yaxşıki bu verlişi təşkil etmiş sizə çox çox təşəkkür edirəm çoxlarını siz araya gətirib təzədən tanımayanlara tanidirsizallah rəhmət etsin onun çox gözəl səsi var idi belələrinin qədrin bilmək lazımdır heyf ondan siz həmişə var olun

  • @vusalquliyev518
    @vusalquliyev518 Год назад +1

    Gozel oxuyurdu rehmet elsin allah

  • @ilhamemustafazade3440
    @ilhamemustafazade3440 Год назад

    Əvvəlcə sizə çox təşəkkür edirəm,imkan yaradırsız belə gözəl insanları tanımayanlara da tanıtdırırsız.İndiki gənc nəsil də tanısın necə istedadlı dəyərlı şəxslər olub incəsənət aləmində.Cəfər Behbudov çox istedadlı olub ,bəli,onun səs imkanları tanıdıgımız mugənnilərdən də ustun olub.Ona haqsızlıq ediblər,çox heyif ,Allah rəhmət eləsin,ruhu şad olsun ki ona Azərbaycanda dəyər verən insanlar çoxdur,onu unutmayanlar da çoxdur.🤲💔😢

  • @Itssbeenalongtime
    @Itssbeenalongtime Год назад +6

    Salam. Ne olardı ki biraz geniş araşdıraydız, aile arxivinden, Dövlet televiziyasının arxivlerinde, onun gözel lent yazıları şekilleri vardır.

  • @sevda6331
    @sevda6331 Год назад +7

    Sesi dayisinin sesine cox benzeyir. Cefer Behbudov virtuozdur. Mubariz Tagiyev ise yox.

  • @anarehmedov488
    @anarehmedov488 Год назад

    Cox xoşum qəlirdi bu mühənnidən cox sağolun məlumat verdiniz həmişə axtarırdım allah rəhmət eləsin adını bilmirdim ona qörə tapa bilmirdim təşəkkür edirəm

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 Год назад +4

    "Bədbəxtlər içərisində özünü xoşbəxt hiss edə bilmərsən.Azərbaycanda xoşbəxt olmag üçünsə gərək yüzünü bədbəxt edəaən."Varis..

  • @teranehacizade9580
    @teranehacizade9580 Год назад +1

    Olduqca haqsız iş görüblər ! Əvvəla gözəl səsə malik , Müğənni olub , 2 ci si -Necə olur ku, səsi olmayanları başda oturdub, layiq olmayan adlar verirlər ! Qəribədir ! Bunlar nəyin müqabilində baş verir ? Heç olmasa , Azərbaycan Musiqisini bütün Dünyada təbliğ edib , tanıtdıran, Ölkəmizə şan şöhrət qazandıran; dahi Rəşid Behbudova görə hörmət edib , oxumağına imkan yradaydınlz ! Həmin insanlara çox - çox ayıb olsun ! Eynilə Rəşid Behbudovun səsini xatırladır Gözəl səsli Müğənni , Çəfər Behbudov ! Allah sənə , qəni- qəni rəhmət eləsin , məkanın cənnət, qəbrin nurla dolsun ! Amin !!! Sizi nədir narahat edən ? Haqqında yazılan şərhə də mi , paxıllıq edirsiniz ? Niyə yazdıqlarımın hər sətrinə cızlqlar çəkirsiniz ? Artlq həyatda yoxdur ! İndi nədir , sizləri partlamaya salan ? Xain , paxıl adamlar heç vaxt ağarmayacaq , İnşallah !!! Təranə Haclzadə .❤😂🎉❤😂🎉❤😂🎉

  • @gencegence8780
    @gencegence8780 Год назад +6

    Kaş görməyəydim.heyif o səsdən.

  • @zulfiyashirinova8544
    @zulfiyashirinova8544 Год назад +8

    Allah rehmet elesin

  • @merialiyeva6022
    @merialiyeva6022 11 месяцев назад +1

    Yaraşıqlı, bacarıqlı ifaçı, səsində dayısının səsinin çalarları hiss olunur

  • @i.c33
    @i.c33 Год назад +7

    Tekce ele Beyin Ogurlanmasinda oxuduqu mahni besdir

  • @salbinasahmardanova447
    @salbinasahmardanova447 Год назад +1

    Allah rəhmət eləsin.🤲

  • @cavidaneliyev4419
    @cavidaneliyev4419 Год назад +16

    Mübariz oxuyanda mən o dəqiqə səsini alıram.

    • @eliyevaruqeyya3758
      @eliyevaruqeyya3758 Год назад

      👏👏👏👏👏

    • @arzuxankisiyeva8850
      @arzuxankisiyeva8850 Год назад

      Мяндя, сифятиндяндя зяхлям гедир. Ермянисифят.

    • @azerqarayev7654
      @azerqarayev7654 Год назад

      @@arzuxankisiyeva8850 davay uç e

    • @arzuxankisiyeva8850
      @arzuxankisiyeva8850 Год назад

      @@azerqarayev7654 вызгырд эээ. Правда глаза колет?! Ермянилярля о гядяр отуруб дуруб ерманистанда точно онлара охшайыр.

    • @azerqarayev7654
      @azerqarayev7654 Год назад +2

      @@arzuxankisiyeva8850 təki səndə də onda olan qeyrətin0,1 % i olaydı

  • @tamellaaliyeva8593
    @tamellaaliyeva8593 Год назад

    Yeraz sözü nə vaxtdan hallanır cox maraqlıdı,Mübariz Tağıyevin bu ada nə dəxli var
    Allah rəhmət eləsin:

  • @caxavatgarayev2660
    @caxavatgarayev2660 Год назад

    Аллаh ону гани гани раhмат еласин, манда фикирлаширдим ки бу санаткар неца олду. Чох чох таассуф.

  • @maksimmemmedov9402
    @maksimmemmedov9402 Год назад +8

    Ай миллет горун Азербайджан халгы мундар гехбелере горе нече беле сенеткарлары итириб Аллахын гезебине гелсин бу гехбелери

    • @elmirarahimova8856
      @elmirarahimova8856 Год назад +1

      Gəncliyimin müğənnisi Çox gözəl oxuyurdu Heyf ondan Allah rəhmət eləsin Yeri cənnət olsun

  • @planet0406
    @planet0406 6 месяцев назад

    Mükəmməl səs 🎉Allah rəhmət etsin 👍

  • @user-ny4dz2mg6n
    @user-ny4dz2mg6n Год назад +3

    Allah mərdimazarlara lənət eləsin. Amin🤲🤲🤲

  • @elekberovaarzu8386
    @elekberovaarzu8386 Год назад +4

    Poladın ic uzu cox yerlerde calib son zaman tesuf😔😔😔😔

  • @afaqnagyeva.4850
    @afaqnagyeva.4850 Год назад +2

    Səsi Rəşid bəyin səsinə çox bənzəyir.

  • @minamemmedova4937
    @minamemmedova4937 Год назад +10

    Ne yaxshi ki, xatirlatdiniz bu mugennini bize.Sovet dovrunun taninmish ifacilarindan idi.Heyf ki, ona olunan haqsizliqla barishmayib.Demek ki, qururlu insan imish.Polad kimisine de adan guvenermi?Ne deyesen?Allah rehmet elesin...

  • @EldoradoAgalarov
    @EldoradoAgalarov Месяц назад

    Yaxşı səsi var amma Mübarizində özünə məxsus yaxşı səsi var, tam fərgli səslərdir

  • @elsncfr989
    @elsncfr989 4 месяца назад

    ALLAH rəhmət eləsin Cəfər Behbudova. Hayıf ondan. Amma necədə Rəşid Behbudova həm sifət cəhətdən və səs cəhətdən oxşayırdı. Çox təəssüflər olsun ki, Azərbaycan mədəniyyəti Cəfərin istedadından bəhrələnə bilmədi. 😊

  • @RR6478
    @RR6478 Год назад +4

    Heyif....çox heyif ki, əsil istedadların qədri bilinmir....