Azərbaycanda ŞOK OLACAĞINIZ KƏND ADLARI - Niyə Qızılca xəstəliyi adı verildi?

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2023
  • #qızılca #qızılça#kənd
    Azərbaycanda qeyri-adi 3 kənd
    Bu kəndlərə niyə Qızılca adı verilib? Eyni zamanda Azərbaycanda 2 dağa da Qızılca adı verilib.
    Qızılca adlanan həmin kəndlərin, dağların son günlər Azərbaycanda geniş yayılan, dəhşətli Qızılca xəstəliyinin adı ilə hansısa tarixi əlaqəsi varmı? Niyə məhv bu ad verilib?
    Azərbaycanda son günlər Qızılca xəstəliyi geniş formada yayılıb. Xüsusən məktəblərdə xəstəlik kütləvi formada yayılıb. Bəzi məktəblərdə bu səbəbdən tətil elan olunub. Təəssüflər ki, artıq ölüm faktları da qeydə alınıb. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli, dekabrın 1-i Sabirabadda 1 yaşlı uşaq və dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu qızılcadan vəfat edib. Eyni zamanda , çox sayda yoluxan var.
    Hər kəsi düşündürən sual: Qızılca xəstəliyi əvvəllər də olub, necə oldu ki, birdən-birə bu qədər geniş yayıldı, ölüm halları qeydə alınmağa başladı?
    Bu yöndə araşdırma apararkən diqqətimi çox vacib bir detal çəkdi. Sən demə, Azərbaycanda 3 kənd var ki, onlara vaxtilə Qızılca adı verilib. Eyni zamanda 2 dağa da Qızılca adı verilib. Bu dağlar Şamaxıda və Laçında yerləşir.
    Gələk həmin kəndlərə. Bu 3 kənd - Göygöl rayonunda, Cülfa rayonunda və Laçın rayonunda yerləşir.
    Gəlin bu kəndləri yaxından araşdıraq, axı niyə bu kəndlərə məhz həmin xəstəliyin adı verilib?
    Yeni Qızılca - Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı əvvəllər Qızılca olub, 2006-ci ildən sonra isə Yeni Qızılca adlanıb. Kənd Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Kəndin adı Qızılca dağının adındandır.
    Gördüyünüz kimi, Göygöldə hətta Qızılca dağı da var. Hazırda kəndin əhalisi 2703 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir.
    Qızılca - Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd.
    Qızılca kəndi Qarabağ vulkanik yaylasındadır.
    1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
    Qədim Türk tayfalarının “Şadmanlılar”soy kökündən olan və Türkiyənin Həkəri vadisinin Qızılca obası əhalisinin çox hissəsi XV əsrin sonu XVI əsrin əvvəlində vaxtaşırı baş verən müharibələrdən və yoxsulluqdan əziyyət çəkdikləri üçün yaşadıqları əraziləri tərk edərək indiki Azərbaycan ərazilərinə köç etmişlər.Onların bir qrupu cənubi Azərbaycanda məskən salmış, başqa bir qrupu Qərbi Azərbaycanın Sisyan mahalında məskən salmış, başqa bir qrupu indiki Şəki və Daşkəsən rayonlarında, digər bir qrupu isə Laçın rayonunun ərazisində məskən salmışlar. Maraqlı cəhət ondan ibarətdir ki,həmin ailələr harada yaşamaqlarından asılı olmayaraq öz obalarının adını yaşadıqları kəndlərə vermiş və keçmiş adət-ənənələrini uzun müddət yaşatmışlar.
    Etibarlı mənbələrin məlumatına görə Türkiyədən köçərək Naxçıvana oradan isə Araz çayı aşağı hərəkət edən 30-a yaxın ailə sonradan Arazın sol qolu (Həkəri) yuxarı gələrək indiki Laçın şəhəri ilə üzbəüz ərazidə çayın sağ və sol sahillərində məskən salmışlar. Etimal olunur ki, çaya da Həkəri adın həmin insanlar vermişlər. Hətta Qubadlı rayonunda Həkəri çayı sahilindəki Həkəri kəndi əhalisinin ulu babalarının da Türkiyədən gəlməsi söylənilir.
    Onların ilk məskən saldıqları yurd, yer adları indidə əvvəlki kimi söylənilir. Tat dərəsi, Mirzələr, Allahverdi uşağı, Cəfərli, Bağırlı və s. Onlar hündür boylu, zəhmət sevər, çox çılğın və düz danışan idilər. Onlar ilk zamanlar çayın sahil boyu təqribən 10 km artıq ərazilərdə tut bağları əkərək məhsulu emalı və satışı ilə məşğul olmuşlar. Tut uzun müddət onların əsas gəlir mənbəyi olmuşdur.
    Qızılca kəndi yerləşən ərazi əsasən daşlıq olduğu üçün əkinə yararsız idi.Lakin kəndin sağ və sol tərəfində 10 000 ha artıq əkin sahələri, arxa tərəfində isə meşəlik mövcud idi. Qış aylarında əsasən çay kənarı obalarda yerləşən əhali yaz və yay aylarında mal qarasın kəndin yaylaq hissəsi olan Muradlı, Qara quzey, Kömür quyusu, Yelli yurd, Qızıl qaya, Dağ təpə ərazilərinə qalxır və eyni zamanda əkin biçin ilə məşğul olurdular. Qızılca kəndindəki qədim qəbristanlıq ərazisi və orada olan qədim qəbirlər, köhnə məzar daşları öz tarixi barədə yuxarıda dediklərimizi təsdiq edir.
    Qızılca kəndinin əhalisinə el arasında “Şadmanlılar” deyilməsi müxtəlif cürə söylənilir.Əsas fikir ondan ibarətdir ki, onlar qədim Türk tayfalarından olan “Şadmanlılar” kökündəndirlər, Türkdürlər.
    1941-1945-ci illərdə Böyük Vətən müharibəsi illərində cəbhəyə gedən Laçınlılar arasında 36 nəfər Qızılcalı da olmuşdur.Onlardan 17 nəfər yaralı və şikəst vəziyyətdə geri qayıtsada 16 nəfər həlak olmuş, 3 nəfər itkin düşmüşlər.2006-cı ilin statstikasına görə kəndin əhali sayı 450 nəfər olmuşdur.
  • НаукаНаука

Комментарии • 29

  • @yeringulagi
    @yeringulagi  6 месяцев назад +3

    Qızılca adlanan həmin kəndlərin, dağların son günlər Azərbaycanda geniş yayılan, dəhşətli Qızılca xəstəliyinin adı ilə hansısa tarixi əlaqəsi varmı? Niyə məhz bu adlar verilib?

  • @birbaxkanal
    @birbaxkanal 6 месяцев назад +1

    Çox maraqlı araşdırmadır. Təşəkkürlər Yerin Qulağı

    • @yeringulagi
      @yeringulagi  6 месяцев назад

      Salam, çox sağolun diqqətiniz üçün

  • @nerminmuradova6678
    @nerminmuradova6678 6 месяцев назад +1

    Çox maraqlıdı. Təşəkkürlər.

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251 6 месяцев назад +1

    Maraqlı məlumatdı. Şamaxıdakı Qızılca oronimdir, yəni dağ adıdır, Göylər kəndinin ərazisindədir. Ləngəbiz silsiliəsində zirvədər. Qızılca toponiminin eyni adlı xəstəliklə əlaqəsini istisna edirəm.

    • @yeringulagi
      @yeringulagi  6 месяцев назад

      Salam. Çox sağolun məlumat üçün.

  • @user-cn7og4ci9h
    @user-cn7og4ci9h 6 месяцев назад +2

    Əla və həmişəki kimi faydalı video🎉🎉🎉

    • @yeringulagi
      @yeringulagi  6 месяцев назад +1

      Salam, çox sağolun diqqətiniz üçün

    • @user-cn7og4ci9h
      @user-cn7og4ci9h 6 месяцев назад +1

      @@yeringulagi qızilcanin əlamətləri nələrdir?

    • @yeringulagi
      @yeringulagi  6 месяцев назад

      ilk qızdırmadır. ardınca səpkilər@@user-cn7og4ci9h

    • @user-cn7og4ci9h
      @user-cn7og4ci9h 6 месяцев назад +1

      @@yeringulagi aha başa düşdüm. Çox sağolun✨

    • @yeringulagi
      @yeringulagi  6 месяцев назад

      siz də sağolun diqqətiniz üçün@@user-cn7og4ci9h

  • @agentkiller7697
    @agentkiller7697 6 месяцев назад +1

    Uğurlar 👍🏻

  • @AyNurMusic
    @AyNurMusic 6 месяцев назад +1

    Haqqında məlumatım yox idi. Var olun 🙏🙏🙏

  • @fsanseyidova7882
    @fsanseyidova7882 6 месяцев назад +1

    Kəndlərin maraqlı adları var 😊

  • @adamcelovk.
    @adamcelovk. 6 месяцев назад +1

    GÖY-GÖL RAYONU QIZILCA KENDI VAXTI ILE RESPUBLIKADA EN VARLI
    KENDLERDEN BIRI IDI MOSKVADA BIRINCI ONLAR ALVER EDIRDILER GÜL ALVERI 👍👍👍

    • @yeringulagi
      @yeringulagi  6 месяцев назад

      Salamlar olsun. Yeni məlumat öyrəndik, çox sağolun. Adın mənası ilə bağlı varmı fikriniz?

  • @mhmmdagazad1465
    @mhmmdagazad1465 4 месяца назад

    Culfa rayonunda yerləşən qızılca kəndinin adı ərazi ilə bağlıdır buranın torpaqları qızılı rəngdə olduğu üçün adı oradan götürülüb

    • @yeringulagi
      @yeringulagi  4 месяца назад

      Salam, çox sağolun məlumat üçün. Öyrənmiş olduq

  • @Emilya.999
    @Emilya.999 6 месяцев назад +1

    Bəzi kəndlərin adları gülməlidi vallah

    • @yeringulagi
      @yeringulagi  6 месяцев назад +1

      Salam, kənd adları ilə bağlı ayrıca iki videom gedib, çalışıram araşdırma aparıb paylaşım, çox maraqlıdır

  • @qrmzzona703
    @qrmzzona703 6 месяцев назад +1

    Yeni Qızılca kəndi də var

    • @yeringulagi
      @yeringulagi  6 месяцев назад

      Salam. Bəli var Göygöl rayonunda

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 6 месяцев назад +2

    Qızılca kəndləri - Qızıl xəstəliyi ilk dəfədir eşidirəm. Bu adın mənşəyi nədir?