Hansı əməliyyat növündə iz qalmır? - Həkim açıqladı

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Uroloq - Androloq Rüfət Əsədbəyli
    Tel: (+994 70 800 66 99)
    Sayt: baku-urologiya.az
    İnstaqram: uroloq_dr_rufat_asadbeyli
    Facebook: Dr. Rufat Asadbeyli
    Laparoskopiyanın nə olduğunu soruşanlara ən sadə cavab; laparoskopiya, optik cihazın köməyi ilə həyata keçirilən tibbi diaqnoz və müalicə metodudur. Laparoskopiyadan sonra bərpa ənənəvi cərrahi üsullarla müqayisədə olduqca sürətlidir. Bu, qarındakı kiçik kəsiklər ilə bağlıdır. Laparoskop, başqa sözlə laparoskopiya cihazı olaraq bilinən optik cihaz qarın bölgəsinə kəsik yolu ilə daxil edilir. Bu, cərrahın monitorla əlaqəli ərazini rahatlıqla müşahidə etməsinə imkan verir. Müdaxiləyə ehtiyac varsa, qarın bölgəsindəki kəsiklərə trokar borular qoyur. Bu borular vasitəsilə köməkçi qurğular əməliyyat yerinə daxil olur ki, həkim xəstəyə asanlıqla və effektiv şəkildə müdaxilə etsin.
    Qarın və aşağı qarın nahiyələrindən daxil olmaqla birdən çox əməliyyat edilə bilər. Açıq əməliyyatdan daha kiçik kəsiklər tələb olunsa da, bu metod daha geniş bir sahə təqdim edir və yara infeksiyası, yapışma və yırtıq kimi fəsadlar daha azdır. Laparoskopiyadan sonra xəstələr daha sürətli sağalır və normal həyatlarına qayıdırlar. Əməliyyatın məzmunu nə qədər böyük olursa olsun, xəstənin yaşadığı ağrı açıq əməliyyatdan daha azdır. Nəticədə xəstələr daha az dərmanla sağalırlar. 3 və ya 4 kəsikdən keçirilmiş laparoskopik cərrahiyyə ənənəvi metodlardan daha az risk daşıyır. Buna görə bir çox pozğunluq, xüsusən ginekoloji xəstəliklər qızıl standart olaraq təyin olunan bu üsulla müalicə olunur.

Комментарии • 4

  • @ceferli0237
    @ceferli0237 4 года назад

    Doxtur salam siz qoldaki kesiklere yeni siramlari apara bilirsizmi?derin kesikleri yeni?

  • @mehdimehdiyev9246
    @mehdimehdiyev9246 Год назад

    Böyrək daşı haqda

  • @yeni_guneshli_trendyol
    @yeni_guneshli_trendyol 3 года назад

    Doktor, спайка olarsa necə aradan götürulür?

  • @skys193
    @skys193 4 года назад

    Istenilen emeliyat novunde kasmetiski sapla tikilende iz qalmir