Qan qrupu uyğunsuzluğu nədir? - Ginekoloq açıqladı

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • Facebook: / uzm.dr.resadsultan
    İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
    Tel: +994 51 717 55 15
    Qan uyuşmazlığı nədir?
    Genetik xüsusiyyətlərə görə təyin olunmuş, 100-dən çox qan qrupu olduğu artıq təsdiqlənmişdir. Ancaq ümumi olaraq təsbit edilən, universal olaraq da qəbul görmüş, başlıca qan qrupları ABO sistemiylə adlandırılır. Hər bir insan A, B, AB və 0 qruplarından birinə sahibdir. Qan qrupları, qırmızı qan hüceyrələrinin üzərində olan antigenlərə görə təyin olunur və buna görə adlandırılır. A qrupu qanı olan insanlarda yalnız A antigenləri, B qrupunda yalnız B antigenləri, AB qrupunda hər iki (A və antigen olarkən “O” qrupu isə nə A, nə də B antigeni yoxdur.
    Bunlardan əlavə qan qruplarını daha da xüsusiləşdirən digər antigenlər də mövcuddur. Bunlardan ən təyin edici olanı Rh faktorudur yeni rezus faktor. Qanında Rh antigeni olmayan Rh mənfi (-), Rh antigeni olanlar Rh müsbət (+) olaraq təyin olunur. İnsanların 85%-ində çoxu Rh müsbətdir. Qan uyuşmazlığı xüsusilə ananın Rh (-), atanın Rh (+) olduğu vəziyyətlərdə meydana gəlir.
    Doğum öncəsi görülən tədbirlər:
    Hamilə qadının qan qrupunun doğumdan əvvəl bilinməsi bir zəruridir.
    Qan qrupunun bilinməsi doğulacaq qan uyuşmazlığı vəziyyətlərinə qarşı tədbir almaq üçün olduqca əhəmiyyətlidir. Bunun nümunələrindən biri ana Rh (-), ata Rh (+) olduğunda doğulacaq körpənin, Mendel qanunlarına görə, atanın genetik quruluşuna bağlı olaraq (heterozigot və ya homozigot) 50% və ya 100% Rh (+) olaraq dünyaya gəlməsidir. Ananın Rh (-), atanın Rh (+) olduğu hər vəziyyətdə ümumi olaraq, klassik “qan uyuşmazlığı” olduğu var sayılır.
    Dünyaya gələn körpə həqiqətən Rh (+) isə, qanı çox az miqdarlarda belə olsa ananın qanına qarışsa təhlükəli bir vəziyyət ortaya çıxır. Çünki ananın immunitet sistemi öz qırmızı qan hüceyrələrindən fərqli olan, körpənin qırmızı qan hüceyrələrinə qarşı anticisim deyilən maddələr meydana gətirir.
    Klassik qan uyuşmazlığı vəziyyətlərində ananın antikorları ikinci hamiləlikdə, döl dövranına ciftdən keçərək qan hüceyrələrini öldürməyə başlayır. Nə qədər böyük nisbətdə anticisim keçsə, körpənin ana qarınında, qan azlığı ilə əlaqədar ürək çatmazlığı və buna bağlı ölmə riski o qədər artar. Həm ananı həm də körpəni qorumaq üçün ən uyğun həll, ananın immunitet sisteminə xəbərdaredici müalicənin aparılmasıdır.
    Bu səbəblə Rh (-) olan hər ana namizədi, hamiləliyin erkən dövründə anti-Rh anticisimlər baxımından araşdırılmalıdır (indirekt Coombs Test.) Qan uyğunlaşmazlığı ən əhəmiyyətli müalicəsi qorunma olduğundan aşağıdakı qaydalara riayət edilməlidir:
    Hamiləlik dövrünün əvvəlində ər arvadın qan qrupları təsbit edilməlidir.
    Qan uyuşmazlığı varsa indirekt COOMBS testi uyğun fasilələrlə tekrarlanmalıdır.
    Lazım olan təqdirdə ilk hamiləlikdə 28. həftədə erkən qorunma iynəsi (Rh hiper immün globulin) edilə bilər.
    Körpənin qan qrupu Rh müsbət isə; sonrakı körpələri qorumaq üçün antikor istehsalını maneə törədəcək Rh hiperimmunglobin injeksiyasıu 72 saat içində edilməlidir.
    Hamiləliyin irəliləyən aylarında; qandakı anticisim səviyyəsinə nəzarət edilir. Anticisim səviyyəsi yüksəkdirsə, xüsusi testlərlə körpənin mütləq müalicə edilməlidir.
    3 aydan böyük uşaq salmada, immunglobulin tətbiqi tam dozada edilməlidir. İlk 3 ay ərzində 6 - 8 həftədən sonra döldə qırmızı qan hüceyrələri meydana gəlməyə başladığından aşağı doza hiperimmunglobulin (qoruyucu iynə) edilməsi uyğun olar.
    Tibbi səbəblərlə və ya istəyə bağlı olaraq abortlarda Rh hiperimmunglobulin müdaxilədən əvvəl tətbiq olunmalı, əməliyyat mümkünsə vakuum ilə edilməlidir.

Комментарии • 26

  • @servicservic2287
    @servicservic2287 Год назад

    ALLAH RAZI OLSUN SİZDƏN QARDAŞ ÜRƏYMİZ SAKİTLƏŞDİ ÇOX SAĞOLUN

  • @Yemek-kz5ul
    @Yemek-kz5ul 5 месяцев назад

    Təşəkkürlər

  • @ZuleyxaMemmedovA-u7g
    @ZuleyxaMemmedovA-u7g 3 дня назад

    Menim qan qurub 2- . Nişanlimin -1 uyğunluğu var yoxsa uygunzuzlug

  • @Elnar85
    @Elnar85 13 дней назад

    Menim qan qrupum - yoldaşimda + dir. ilk ovladim +qan qrupu ile doguldu doguşdan sonra roqam iynesi vurdurdum.2ci hamileliyimden dogulan uşaq ise özum kimi -qan qrupu oldugu ucun iyne vurdurmadim.

  • @mustafaquliyev7616
    @mustafaquliyev7616 Год назад +1

    Salam hekim menim gel onun qanı _4 oğlumun +3 hamileyim. 25 həftədir hekim dedi peyvənd vurulmalıdır 160m mütləq vurdurmaliyam dogušdan sonra vurula bilər. Həmçini doğum keseriyye yolu ile olacaq gelinin gözü çox zəif görür təbii doguš olacağın istemirem

  • @tuncayelizade6340
    @tuncayelizade6340 Год назад

    Doktor menim musbetdi yoldasimda musbetdi qan qrupu..oglumun qan qrupu menfidi...neden ola biler ? Pediatr dedi genetik ola biler

  • @hevvayusubova4172
    @hevvayusubova4172 Год назад

    Nəhayət sualımın cavabını tapdım

  • @terlanvuqaroglu8555
    @terlanvuqaroglu8555 4 месяца назад

    👍

  • @elcinmelikov4699
    @elcinmelikov4699 2 года назад +1

    Salam.Mənim qan qrupum mənfidir.3 ayinda yoxlatdim neqativ cixdi.28 ci həftede yoxlanmalidir əgər yenə neqativ cixsa vurulmalidir iynə?

  • @Yemek-kz5ul
    @Yemek-kz5ul 5 месяцев назад

    Hekim musbet 1kisi menfi 2 qadinla bes?

  • @the._.16_
    @the._.16_ 14 дней назад

    Salam biri cavab yaza biler ? Qohumlugu olmayan -1 qan qrubu evlene biler?

    • @Elnar85
      @Elnar85 13 дней назад

      men - yoldaşim + evlenmişik.şukur 2övladimiz var

  • @Seddam1516
    @Seddam1516 Год назад

    1-RH 1-RH hər iki tərəf bu cür eyni qan qurupuna aid olarsa bir prablem yaranar?

  • @ReyhanTalibova
    @ReyhanTalibova 5 месяцев назад

    Salam Mənim qan qrupum -1 di oğlumun qan qrupu -3 Atasının qan qrupu+3 necə olur bu?

  • @btssoft6346
    @btssoft6346 8 месяцев назад

    Əgər ata_2 ana isə _ 3 düşə ocutlukden evlad necə olar

  • @MehribanZamanlı
    @MehribanZamanlı Год назад

    Həkim sizdən bir söz soruşum də , 😊əgər qadın da kişi də mənfi qan qurupu olarsa ,onda necə olur bəs ?

  • @aytaccelilova1066
    @aytaccelilova1066 3 месяца назад

    +2 +3 evlənə biler?

  • @elvinelvinli5634
    @elvinelvinli5634 2 года назад +1

    Mənim qızım nə atasının nədə mənim qan qurupundan deyil. Çox xais edirəm cavab yazardız . Elə bir sey mümkündürmü ya nəden bu cur olub.

  • @gunelheziyeva5541
    @gunelheziyeva5541 2 года назад +2

    Qardsşımdada 1+gəlindede 1+di ilk hamiləliyidi açılışı olub ama hele qalıb .

    • @elnuraaliyeva7171
      @elnuraaliyeva7171 Год назад

      Salam xanim indi usaga qalibdimi?

    • @gunelheziyeva5541
      @gunelheziyeva5541 Год назад

      @@elnuraaliyeva7171 beli yene hamiledi müalicə alır hekim deyib mənfi olsa problemdi + yox

  • @feniks_1207
    @feniks_1207 3 года назад

    Salam.+1 ve +3 qan qrupari arasinda qan uygunsuzlugu olurmi?

  • @servismobile7084
    @servismobile7084 2 года назад +1

    1 + 4 + evlene biler?