Rusiyada şəkil çəkdirib rəhbərlərinə göndərirlər ki... | Hərbi ekspertdən açıqlama

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Rusiyada şəkil çəkdirib rəhbərlərinə göndərirlər ki... | Hərbi ekspertdən açıqlama
    “Volodimir Zelenskinin Kursk təxribatı onlar üçün faciəvi şəkildə başa çatacaq. Rusiya cavab verəcəyi zaman Qərbin planları ilə hərəkət edən Ukraynanı xilas edə biləcək şəxs olmayacaq”.
    Bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov Ukrayna Ordusunun avqustun 6-dan etibarən Rusiyanın Kursk vilayətinə daxil olmasını, mülki şəxslərin həyatı bahasına aparılan hərbi əməliyyatları şərh edərkən bildirib.
    O əlavə edib ki, hazırda vilayətdə qaynar döyüşlər gedir: “Bu əməliyyat Böyük Britaniya kəşfiyyatının dəstəyi ilə hazırlanıb. Onlar bunu inkar etsələr də, ABŞ və Böyük Britaniya kəşfiyyatının dəstəyi olmasaydı, belə bir əməliyyat baş verməzdi. Ukrayna buna cürət belə edə bilməzdi. Düşünürəm ki, bu hərbi əməliyyat bir ay davam edəcək”.
    Yevgeni Mixaylov qeyd edib ki, Ukrayna Rılski almaq istəyir, amma buna nail olmayacaq:
    “Bu şəhər Moskvadan belə qədimdir, buranı nə monqollar, nə də başqa kimsə ələ keçirə bilib. Düşmən hazırda olduğu yerdən irəli gedə bilməyəcək. Hazırda hətta Qərb ekspertləri belə bunun V.Zelenskinin böyük səhvi olduğunu deyirlər. ABŞ və Böyük Britaniyanın bütün hərəkətlərdən xəbərdar olmasına baxmayaraq, V.Zelenski icazəni dəqiqləşdirmədən tələsik bu addımı atıb. Bundan sonra bizim edə biləcəyimiz tək şey düşməni məhv etmək, mülki əhalimizi xilas etmək və onları şəhərdən təxliyə etməkdir. Rusiya eyni zamanda cavab planı hazırlamalıdır. Bizim tərəfimizdən hələ cavab gəlməyib, cavab veriləndə bu təxribatı edənlər məhv olacaqlar. Bizim verəcəyimiz cavab dəhşətli olacaq”.
    Hərbi ekspert onu da əlavə edib ki, Ukraynanın Kursk bölgəsinə hücumu Kiyev rejiminin son əməliyyatıdır və bu hadisə Ukraynanın sonu deməkdir. Onun sözlərinə görə, V.Zelenski ölkəsinin məhvini hazırlayıb.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Rusiyada şəkil çəkdirib rəhbərlərinə göndərirlər ki... | Hərbi ekspertdən açıqlama
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #rusiya #ukrayna #zelenski #volodimirzelenski #abş #şəkil #hərbiəməliyyat #kursk #moskva #böyükbritaniya

Комментарии • 62