Hansı sənədsiz evlərin sakinlərinə konpensasiya veriləcək? - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 9 фев 2025
  • #APATV #Bakı #sənədsizevlər #MilliMəclis #ekspert #rəy #aynurqara #əmlak #mülk #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada konkret iş yoxdur. Sənədsiz evlər problemi hələ də həllini tapmayıb. Hesablamalara görə, hazırda Bakı və ətrafında sənədsiz fərdi yaşayış evlərinin sayı 450-500 min arasındadır. Vətəndaşların belə mənzillərə "Çıxarış" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Çünki həyət evləri çox zaman kənd təsərrüfatı, sənaye əhəmiyyətli, habelə müxtəlif dövlət mülkiyyətindəki torpaq sahələrində, mühafizə zolaqlarında, aktiv mədən və ya vulkanik ərazilərdə yerləşir. Bu evlərdən hansıların söküləcəyi, hansılara sənədlərin veriləcəyi isə hələ də bəlli deyil. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, mütəxəssislər tərəfindən münasibət bildirilsə də, dövlət səviyyəsində müzakirələr aparılsa da, məsələyə tam yanaşma ortaya qoyulmayıb.
    Eskpert bildirir ki, bu sahədə müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti qənaətbəxş deyil.
    Ekspert Ramil Qasımlı isə bildirir ki, məsələ ilə əlaqədar olaraq aidiyyəti qurumlar inventarlaşdırma işi aparıb, artıq sənədlər müzakirə üçün hökumətə təqdim olunub. Ramil Qasımlı ümid edir ki, yaxın vaxtlarda sənədsiz evlərlə bağlı amnistiya aktı təsdiqini tapacaq. Onun sözlərinə görə, qeydiyyatsız evlərin sənədləşməsi dövlət üçün də əhəmiyyətli bir məsələdir. Bu bir çox problemin həllinə səbəb olacaq və iqtisadiyyata da mühüm töhfə verəcək.
    Ekspert onu da vurğuladı ki, ən çox müzakirə yaradan məsələ kommunikasiya xəttlərinin üzərində yerləşən fərdi yaşayış evləridir ki, məhz buna görə də hökumət problemə ehtiyatla yanaşır. Yüksək gərginlikli işıq xətlərinin altında, yüksək təzyiqli qaz xətlərinin, su kəmərlərinin üzərində, dəmir yol xəttinin mühafizə zonasına yaxın, neft müqavilələrinə aid olan torpaqlarda yerləşən evlərlə bağlı məsələlər hökumətdə hərtərəfli müzakirə olunur.
    Ramil Qasımzlı bəzi evlərin kənd təsərrüfatı təyinatı olan torpaqlarda tikildiyini diqqətə çatdıraraq bildirib ki, həmin yerlərdə hökumət sosial yünümlü qərarlar verir. Yəni o torpağın təyinatının dəyişdirilməsilə vətəndaşlar çıxarışla təmin olunur.
    Yüksək gərginlikli, yaxud neftlə çirklənən, radioaktiv fon çox yüksək olan ərazilərdə yaşamaq isə insanın özünə olduqca zərərlidir.
    Neft buruqlarına çox yaxın məsafədə yerləşən, hasilat işləri aparılan yerlərdə yaşayan vətəndaşlar isə köçülürüləcək. Ekspert düşünür ki, vətəndaşlar belə ərazilərdə sənədsiz yaşasalar da, xərc çəkib, torpaq alıb, ev tikdiriblər. Bu evlər onların mülkiyyəti sayılır.
    Məhz buna görə də köçürülmə zamanı onlara mütləq konpensasiya ödənilməlidir.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 50

  • @TOPORpravdı
    @TOPORpravdı Год назад +23

    Bu evlər bir gecədə peyda olunmuyub.O sadalanan ərazilərdə o evlər ona görə tikilib ki vəzifəli şəxslər pul alıb,torpağı satıb,pul alıb göz yumub və sair.Her şeyi millətin üzərinə atmayın.

  • @asif4710
    @asif4710 9 месяцев назад +1

    Qanun işləmir pul istəyirlə Cənab President. Biz sizə güvənirik🙏

    • @asiyamirzoyeva1368
      @asiyamirzoyeva1368 7 месяцев назад

      Guven illerdi guvenirsen. Prezidenti vece alan var ki

  • @ДенисСамедов-ц3ь
    @ДенисСамедов-ц3ь Год назад +8

    Kim pul versə ona sənət verəcəklər

  • @askerzeynalov9906
    @askerzeynalov9906 Год назад +14

    1975 ci ildən Nərimanov rayonun Əlyar Əliyev küçəsi ünvanda yaşayıram, Universitetdə oxuduğum vaxtda 19 yasindan bu ünvanda yaşayıram, indi nəvələrim var , evimin hər bir sənədi var , qeydiyyatım da buradır ,amma evimə çıxarış ala bilmirəm, hər dəfə deyirlər qərar yoxdur , bu qərarı kim verməlidir artıq yetmiş yaşım var

  • @kamilseyidov7814
    @kamilseyidov7814 Год назад +3

    Yaxin vaxt yeqin ki 100 il nezerde tutulur

  • @mehmanmemmedov859
    @mehmanmemmedov859 Год назад +8

    niye belli deyile hami bilirki kupca neceyedir ve onu nece ve kimlerden ruwvet muqavilinde alinir Preziden qerar verib senedlewdirme aparilsin amma belediyye ve icralar ruwvet almasa vetendawa vermirler kupcalari ruwveti ver lap kacalka qariwiq yerin kupcasini versinler sene

  • @mamedovamamedova6072
    @mamedovamamedova6072 Год назад +8

    Rusvetden puldan oteri her seye el atillar qirilmisdar bele getse aldigimiz havada pulnan olacaq

  • @musviqeyvazov8328
    @musviqeyvazov8328 Год назад +3

    bu vicdansizliqdi o evleri tikende hardaydi adiati qrumlar , yoxsa bir gece icinde goyden dusdu o qeder ev, qazi,suyu,isigi hetda kanalizasiya sistemi de var ,orda yasayan Azerbaycan xalqidi ayilin ,rusvetxor biqeyretler.

  • @alimmemmdov8177
    @alimmemmdov8177 Год назад +5

    Dovlet iwleye bilmir yaxwi iwçiler lazhmdhr

  • @gamestvpc4831
    @gamestvpc4831 Год назад +5

    o tikilerin sebebi belediyelerdi pulu alib icaze veribler

  • @zakirg2486
    @zakirg2486 Год назад +1

    Nece ne olacaq , ? Memurlar ciblerini dolduracaq.

  • @Edit_effect_montaj_777
    @Edit_effect_montaj_777 Год назад +7

    A kişi 13 ildir təzə binada 12 mərtəbəli yaşayıram, amma sənəd verən yoxdur, çox məsuliyyətsiz ölkədə yaşayırıq,Xırdalana nəzarət itib

  • @DEDEKTOR.GARRETT
    @DEDEKTOR.GARRETT Год назад +3

    Gelin e gelin kentde bir daxmamiz var gelin alin dagidin sokun aparin

  • @mahizar2989
    @mahizar2989 10 месяцев назад

    Dövlət TV i reklam edən də tam qanuni idi. 10 ildir yaşayıram hələ də mənzilimin sənədi yoxdur

  • @yufa3019
    @yufa3019 11 месяцев назад

    Bütün ölkə bu gündədir Gəncə şəhrində 37 ildir evin bütün sənədləri var çıxariş vermilər qaz işiq su internet telefon torpaq vergisi odeyirem

  • @firuzeyasinov6045
    @firuzeyasinov6045 Год назад

    Bizdə kasıbın əlinnən ypx ayaqınnan tutullar elə uşaq pulunu müzakirə edində bəlkə bir azda olsa düşünəsiz kadıb kusubu

  • @arsangusein2697
    @arsangusein2697 Год назад

    deyirlər qərar var,sərəncam yoxdu.Ona gorə bu məsələ uzanlr.bunun həm dovlətə həm də insanlara böyük faydasl olacaq

  • @sfaytmaqerramova-2077
    @sfaytmaqerramova-2077 Год назад +3

    Bütün hallarda ancaq rüşvətə yol. Axı bu dövlətdə bir qarış torpaq götürmək olar? Bəs o torpaqları kim satıb, tikintiyə kim icazə verib? Bax bu məmurlardan soruşulmalıdı. Milləti az incidin, vallah bir gün Allah cəzanızı verəcək İnşallah

  • @ХафизШихалиев-ъ1э
    @ХафизШихалиев-ъ1э Год назад +1

    Кимн.йахшы.пулу.вар.алачаг.хамсы.пулун.башындады

  • @Yadigar2015
    @Yadigar2015 Год назад

    Pul verəndə sənəd verilər hhardda olursa olsun

  • @LsnsjLskskk-yw5uy
    @LsnsjLskskk-yw5uy Год назад +2

    Heç kimdən qorxmadan bələdiyələr hələdə o pulları ciblərinə axıdırlar büdcəyə yox

  • @vusalaliyev2791
    @vusalaliyev2791 Год назад

    Тезе пул телеси,озлери дейир ки,бехыш кечирелечек ,йени пул вер,сенед верим

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046

    Evlərin ...Sənəti Verilməldi.İcazə verlibki Tikibda Evi....

  • @feridesedov8150
    @feridesedov8150 Год назад +1

    Xalq ayağa qalxıb quldurlara sözün deməlidi onları kim edib məmurlar 🐵🐵🐵🐵🐷🐷🐷🐷🐷

  • @asiyamirzoyeva1368
    @asiyamirzoyeva1368 7 месяцев назад

    Cox ograw hometimiz var

  • @Eufryikhf
    @Eufryikhf Год назад +3

    Həmeşə aĝılsız xalqın başına cahil memurlar corab keçirer

  • @inceyasemen
    @inceyasemen Год назад +2

    BU REYIMI DEYİŞMESEY HECNE YAXŞILIGA DEÝIŞMEYEÇEY

  • @mahizar2989
    @mahizar2989 10 месяцев назад

    AAAF dan niyə danışmırsız?

  • @RovsenEliyev-l8v
    @RovsenEliyev-l8v 10 месяцев назад

    Азебайчанын.талейи.белли.дейил.огалмыш.евлерин.

  • @mubarizresulov4857
    @mubarizresulov4857 Год назад +1

    О ЭВИ ИЧАЗЯ ВЕРЯНИ ТЯЧИЛИ АХШАМА КИМИ ДАР АГАЧЫНАН АСМАГ ЛАЗЫМДЫ

  • @May------be
    @May------be Год назад

    Ne vaxta kimi rusvet olacagsa o vaxta kimide bu bele gedecek

  • @ЗакаМамедов-н8ь
    @ЗакаМамедов-н8ь Год назад

    Prezdenti qozuna qoyan yoxdu

  • @afetasadullayev274
    @afetasadullayev274 Год назад

    Bilirsiz bu senedsiz evləri sögməg lazımdı basıva dönum ele yerlərdə ev tigilib

  • @balasmustafayev945
    @balasmustafayev945 Год назад

    Dayan e Sumqayıtda kõhne Corat bağları uje 21 ci mikratayon sayılır bes ona niye dakument verilmir hamsı behanedi pulsuz yüksek mebleğ versen verarler dakument buki teserüfat teyinatlı deyil mikratayondu.Behanedir hamsı

  • @yasarbalayev4717
    @yasarbalayev4717 7 месяцев назад

    Bura Azərbaycandır qanun qanundur necə bilirsiniz elədə edin

  • @Ajaxsuz
    @Ajaxsuz Год назад

    "koMpensasiya"

  • @logmanallahverdiyev4592
    @logmanallahverdiyev4592 Год назад

    hami da bilir bu olkede senedli torpaq yoxdu senedsiz torpaq var onu da pul verirsen donub olur senedli

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046

    Sənətni Versinər..Necə Gi pul Alıb icazə verlib Tikməyə.Elədə Sənətləşdirsinər...Dövlətə ziyandı Sənətsiz Qalmaxı

  • @feridesedov8150
    @feridesedov8150 Год назад

    Əsas günahkar məmurlardır

  • @babayevsahib9755
    @babayevsahib9755 Год назад

    Yalan danışırlar,bizdə qonşunun tanışı pulu var idi getdi aldı,bizdə pul tanış yoxdu deyə düzəltmirlər

  • @регион49Аран
    @регион49Аран Год назад

    Hamm8si sikdoracay oz rayonlarina

  • @SSSSSS-hp7zd
    @SSSSSS-hp7zd Год назад +1

    A HAAA SEÇKİ GƏLİR DEYƏSƏN. SƏNƏDSİZ EVLƏRDƏN ANCAQ SEÇKİDƏN ŞEÇKİYƏ DANIŞIRLAR . DƏLİXANADI EE İKİ YANAŞI EVDƏN BİRİNƏ SƏNƏD VERİRLƏR, O BİRİNƏ YOX.

  • @СабухиАхмедов-н2ь
    @СабухиАхмедов-н2ь Год назад +1

    Indi bu ağilli sohbetlerinizi niye camaatin pulunu alib satanda demirdiz millete? Heç kimin guya xeberi yox idi? Millet kreditle borcla xercle ev tikdirib indi hokumet peyda oldu