İnflunser marketinqi

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024
  • İnflunser marketinqi nədir? Bir çoxumuzun səhər oyandığı an ilk gördüyü iş telefonu əlinə almaq və sosial şəbəkələri yoxlamaq olur. Çünki, günümüzə başlamazdan öncə dünyada nələrin baş verdiyini öyrənmək istəyirik. Buna görə də, xüsusilə də sosial şəbəkələri yoxlamaq gündəlik rutinimizin ayrılmaz bir parçasına çevrilib. Bir çoxumuz sosial şəbəkələr vasitəsilə real həyatda heç vaxt görmədiyimiz və şəxsən tanımadığımız insanları izləyirik. Bloggerlərin, məşhurların, tanınmış şəxslərin gündəlik yaşamlarına şahid olur, bəzən onları ailəmizin bir üzvüymüş kimi sevirik. Bu növ çox sayda izləyici kütləsinə sahib olan və cəmiyyət tərəfindən sevilən insanlar əksər zamanlar biznesdə "influncer", yəni izləyiciyə təsir edən şəxslər kimi qəbul olunur. Onların bu fəaliyyəti isə biznes dünyasında "influnser marketinqi" adlandırılır.
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - Əlaqə: / businestalks...​
    - Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: Gülər Hüseynova
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Ülkər Axundova
    Layihə Meneceri : Tural Vəliyev və Kamran Tağıyev

Комментарии • 23

  • @BusinessTalksAz
    @BusinessTalksAz  2 года назад

    Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər.
    ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel)
    🌐Sayt: animators.az

  • @alphaff9394
    @alphaff9394 3 года назад +3

    Ən sevdiyim kanallardan biri də bu kanaldı.Çoxsağolun ki belə videolar paylaşırsız.Videolarınızı sevə-sevə izləyirəm.

  • @likamal8088
    @likamal8088 3 года назад +5

    Çox gözəl

  • @gulnarkazmova7104
    @gulnarkazmova7104 2 года назад

    Qeydiyyatdan keçib heçnə etmək istəməyən xanımlar,siz bir bilsəniz ki nələri itirirsiniz,gecədə yuxu getməz gözünüzə😍.Burda uğur qazanıb həyatınızı dəyişmək əvəzinə,siz sıradan bir həyat yaşamağı seçirsiniz.Borclar,kreditlər,evdəki çatışmamazlıqlar,maddiyatdan yaranan problemlər vs.Və bu həyatı yaşamağı özünüzə rəva bilirsiniz,halbuki daha GÖZƏL HƏYAT yaşamağa layiqsiniz🤗.MƏNCƏ BİR DÜŞÜNÜN,ÇÜNKÜ ZAMAN GÖZLƏMİR....

  • @ilkinmusayev2906
    @ilkinmusayev2906 3 года назад +2

    Marketinq yönümlü videolarınız çox əla və faydalıdır, bu tip maliyyə sahəsinə aid videolar da çəksəz sevə sevə izləyirdim, misalçün Maliyyə şöbəsi ilə Marketinq şöbəsi tez tez toqquşur deyə bir deyim var, ümumiyyətlə maliyyə marketinqi nə dərəcədə və hansı məqamlarda limitləməlidir bu barədə sizin fikirləriniz maraqlı olar

    • @BusinessTalksAz
      @BusinessTalksAz  3 года назад +1

      Dəyərləndirdiyiniz üçün çox sağolun! Yaxın gələcəkdə bu mövzuların üzərində işləyərik. Təbii ki, ümumi idarəetmə marketinq və digər şöbələr arasında olan əlaqələri tənzimləməlidir. Beləliklə də, optimal qərar verilə bilər. Təşəkkürlər!

    • @musiciseverythingtr
      @musiciseverythingtr 3 года назад

      Yenə nə maxnasiya edirsən qardaş, niyə toqquşma yaradırsan?)

    • @ilkinmusayev2906
      @ilkinmusayev2906 3 года назад +1

      @@musiciseverythingtr səni limitləyə bilmirdim deyirəm heç olmasa səndən sonra gələnləri limitləyim, ama nə badə birdən Nərmin xanımı falan tağ eliyərsən a bu söhbətə 😄

    • @musiciseverythingtr
      @musiciseverythingtr 3 года назад

      @@ilkinmusayev2906 Screen edib göndərdim 🤣

  • @khann7
    @khann7 2 года назад

    Gözel videolariniz var bele davam❤️

  • @sevilmanaf1167
    @sevilmanaf1167 Год назад

    Təşəkkürlər 👍

  • @vuqarbaxisov4235
    @vuqarbaxisov4235 2 года назад

    Salam. Belə anladım ki, bu strategiyaa biznesə yeni başlayan şəxslər üçün daha effektiv olur.

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 года назад

      Yenilərə də köhnələrə də düzgün aparılarsa effektiv olar. Təşəkkürlər

    • @vuqarbaxisov4235
      @vuqarbaxisov4235 2 года назад

      @@BusinessTalksAz yenilərə onun üçün dedim ki, yeni bazara daxil olan şəxslərin bazar rəqabetinəə taab gətirməsii üçün çoox gücluu reklam strategiyaları qurmalıdırlar ,məncə, bununda yollarından biri infuluser marketinqindən keçiir. Yanılıramsa zəhmət olmasa düzəldin səfimi

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 года назад +1

      @@vuqarbaxisov4235 doğru buyurursunuz!

  • @ilkinmusayev2906
    @ilkinmusayev2906 3 года назад

    Bir müştəri mənim şirkətinin xidmətindən istifadə edib digərlərinə tövsiyyə etməklə 3-5 yeni müştəri gətirirsə bu influnser marketinq sayılırmı?

    • @BusinessTalksAz
      @BusinessTalksAz  3 года назад

      Salam, xeyr bu "word of mouth" marketinqi adlanır. İnflunser marketinqində müəyyən qədər tanınmış şəxs olmalıdır. Təşəkkürlər.

    • @ilkinmusayev2906
      @ilkinmusayev2906 3 года назад

      @@BusinessTalksAz word of mouth marketinqinə sinonim kimi referans sözünü işlədə bilirik yoxsa bu da başqa termindir? Bizim ağzımıza düşüb bu söz şirkətdə dəqiqləşdirirəm ki başqa yerdə işlədib biyabır olmayaq )

    • @BusinessTalksAz
      @BusinessTalksAz  3 года назад +1

      Referans da deyə bilərik, tövsiyyə də. Mahiyyətcə eyni nöqtəyə gəlir🙂