Faiq Ağayev - Səni Əvəz Eləmir (Remake) (Rəsmi Musiqi Videosu)

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024
  • Faiq Ağayevin "Səni Əvəz Eləmir" (Remake) klipi artıq onlayndır.
    Faiq Ağayevə RUclips-da abunə ol: / agayevfaiq
    "Hillside" şərablarının sponsorluğu ilə.
    Musiqi: Gülər Həsənova
    Söz: Sabir Rüstəmxanlı
    Aranjiman: Nadeer NağdPul
    Miks və masterinq: Givi Usenashvili
    Rollarda: Faiq Ağayev
    Nigar Həsənzadə
    F.A şəxsi stilist: Vəfa İsazadə
    F.A saç: Miri Yusif Bağırov
    F.A şəxsi assitent: Yana Hüseynova
    İnStudio by Nigar İbrahimova:
    Saç: Xatirə İbrahimova
    Makiyaj: Zeynəb Paşayeva
    Rejissor: Dr.Nicat Zeynallı
    Prodüser: PRoMete
    Operator: Rush.dp
    Quruluşçu rəssam: Səbuhi Atababayev
    Assistent: Elvin Əliyev
    Fokus puller: Vüsal Süleymanov
    Əminə Hacıağayeva
    İşıqçı: Kənan Dadaşov
    Texnik: Elşad Hüseyn
    Montaj və rəng: Dr.Nicat Zeynallı
    Texniki dəstək: Seymur Seyidbəyli
    Xüsusi təşəkkürlər: Jarden Baku
    Faiq Ağayev sosial şəbəkələrdə:
    Facebook: faiqagayev.az/fb
    Instagram: faiqagayev.az/ig
    Twitter: faiqagayev.az/tw
    RUclips: faiqagayev.az/yt
    Genius: faiqagayev.az/gn
    Faiq Ağayev rəqəmsal platformalarda:
    Keçid: faiqagayev.az/...
    Sözlər:
    [Bənd 1]
    Məni atdın, atıb getdin, əzizim
    Mən bu axşam unudulmuş bir kəsəm
    Dost itirmək hər ağrıdan ağırdır
    Bir gecədə qara saçım ağardı
    Məni atdın, atıb getdin, əzizim
    Mən bu axşam unudulmuş bir kəsəm
    Dost itirmək hər ağrıdan ağırdır
    Bir gecədə qara saçım ağardı
    [Nəqərat]
    Əldə bir qədəh şərab
    Səni əvəz eləmir
    Həsrətli xatirələr
    Səni əvəz eləmir
    Şəkillərdən baxışın
    Səni əvəz eləmir
    Yastığımda göz yaşım
    Səni əvəz eləmir
    Əldə bir qədəh şərab
    Səni əvəz eləmir
    Həsrətli xatirələr
    Səni əvəz eləmir
    Şəkillərdən baxışın
    Səni əvəz eləmir
    Yastığımda göz yaşım
    Səni əvəz eləmir
    [Bənd 2]
    İlk bahardır, son bahardır - unutdum
    Dan yerini kirpiyimlə qanatdım
    Niyə mənə qismət oldu intizar?
    Ürəyimə niyə yağdı yağışlar?
    [Nəqərat]
    Əldə bir qədəh şərab
    Səni əvəz eləmir
    Həsrətli xatirələr
    Səni əvəz eləmir
    Şəkillərdən baxışın
    Səni əvəz eləmir
    Yastığımda göz yaşım
    Səni əvəz eləmir
    Əldə bir qədəh şərab
    Səni əvəz eləmir
    Həsrətli xatirələr
    Səni əvəz eləmir
    Şəkillərdən baxışın
    Səni əvəz eləmir
    Yastığımda göz yaşım
    Səni əvəz eləmir
    Faiq Ağayev tərəfindən ifa olunan "Səni Əvəz Eləmir" (Remake) mahnısının rəsmi videosu. Bu videonun bütün hüquqları “Faiq Ağayev” tərəfindən qorunur. © 2021
    Yayım hüquqları “mikpro” MMC-yə məxsusdur.
    Etiketlər:
    #FaiqAğayev #SəniƏvəzEləmir #mikpro

Комментарии • 1,4 тыс.

  • @faiqagayev
    @faiqagayev  3 года назад +1286

    Xoş seyrlər, əziz Dostlar!
    Zövq alın, paylaşın, rəy bildirin.
    Sevgi və sayğılarımla,
    Sizin ❤ 1oo%FA.

    • @aghalar_asgarov6032
      @aghalar_asgarov6032 3 года назад +7

      👍🏻👍🏻👍🏻

    • @vafaisazadeh
      @vafaisazadeh 3 года назад +6

      MashaAllahiniz var❤️❤️❤️

    • @zumkaakhmedova461
      @zumkaakhmedova461 3 года назад +7

      Insanin ruhu dincelir 😍 sesinize qüvvet.

    • @shebnembelil7353
      @shebnembelil7353 3 года назад +6

      Supersen var olll👍👍👍❤❤

    • @legionofmonsters
      @legionofmonsters 3 года назад +15

      Eladir Faiq bey. Yeniliyleri seven birisiz bilirem amma bir xaish edecem,herden bizleri 90 lara qaytarin. O nostalqiyanin ayri aba havasi var.

  • @turalallahverdiyev8497
    @turalallahverdiyev8497 3 года назад +729

    Kim nə deyir desin 90-ların uşaqları bilir ki, Faiq Ağayev o illərdə şou-biznesi qaldıran 3 nəfərdən biridir. Günlərlə konsert verən adamdır Faiq! Hər adamın hünəri deyildi o hətta indi daha çətindir.

  • @JulioAdriofan
    @JulioAdriofan 3 года назад +204

    32 yasim var, bu mahniya neche ildi qulaq asdigimi artiq xatirlamiram bele. Mahni kohnelmir. O qeder keyfiyyetli yazilib, oxunulubki hemise debdedir, hemise zovqludu. Siz oxuyun! Siz yaradinki insanlarin zovqu formalashsin. Efirler -lazimsizlardan temizlensin. Sizsiz, Aygundu-bu seslere cox ehtiyac var!

    • @dreameryfilm
      @dreameryfilm 3 года назад +6

      Cunki bu bizim pokoleniyanin mahnisidir.

    • @ulkerramazanova2554
      @ulkerramazanova2554 3 года назад +6

      Eyni yaşdayıq,eyni düşünürəm mən.İndikilər çıxdığı günlərdə trend olur və unudulur

    • @SyrooxFootball
      @SyrooxFootball 7 месяцев назад

      bizler ne yasayiriq ele bil qeleme tokubler

  • @seymurcafarov9106
    @seymurcafarov9106 3 года назад +355

    Köhnə mahnıları da indikilər əvəz eləmir. Nə var köhnələrdə var.

  • @camalzadenurana5224
    @camalzadenurana5224 3 года назад +127

    Lyrics;
    Mәni atdın, atıb getdin azizim,
    Mәn bu axşam unudulmuş bir kәsәm.
    Dost itirmәk hәr ağrıdan ağırdı,
    Bir gecәdә qara saçım ağardı.

    Әldә bir qәdәh şərab
    Sәni әvәz elәmir,
    Hәsrәtli xatirәlәr
    Sәni әvәz elәmir,
    Şәkillərdәn baxışın
    Sәni әvәz edәmir,
    Yastığımda göz yaşım
    Sәni әvәz elәmir…

    İlk bahardı, son bahardı - unutdum,
    Dan yerini kipriyimlә qanatdım.
    Niyә mәnә qismәt oldu intizar?
    Ürәyimә niyә yağdı yağışlar?

    Әldә bir qәdәh şərab
    Sәni әvәz elәmir,
    Hәsrәtli xatirәlәr
    Seni evez elemir,
    Şәkillərdәn baxışın
    Sәni әvәz edәmir,
    Yastığımda göz yaşım
    Sәni әvәz elәmir…

  • @drnicat
    @drnicat 3 года назад +442

    bu klipin resjissorluqunu mene hevale etdiyinzi uchun size teshekkur edirem Faiq bey! Guman edirem k,i klip tamashacilarinda zovqunu oxshayacaq! dostlar komentlerde fikirleriniz onemlidi !...

    • @faiqagayev
      @faiqagayev  3 года назад +82

      Çox razı qaldım işbirliyimizdən, Nicat. Əla, keyfiyyətli iş ərsəyə gətirdik. 👍👍👍
      Maşallah ! 🧿

    • @vafaisazadeh
      @vafaisazadeh 3 года назад +7

      Cox gozel komanda ve bu komandanim goz bebeyi Faiq Agayev❤️❤️❤️

    • @drnicat
      @drnicat 3 года назад +4

      @@vafaisazadeh beli

    • @anarkhalilov8633
      @anarkhalilov8633 3 года назад +5

      Super klip !

    • @legionofmonsters
      @legionofmonsters 3 года назад +6

      Ferqli bir ish alinib. Esas olan keyfiyyetli olub. Ugurlar arzu edirem.

  • @mehemmedbabayev7686
    @mehemmedbabayev7686 3 года назад +128

    Faiq Müəllim İnanın ki Sizi də heç Kəs Əvəz Eləmir!!!

  • @Dream-hk6yx
    @Dream-hk6yx 2 года назад +141

    Hec bir milletin mahnisinin qariwiqi olmayan xalis, temiz Azerbaycan estradasi.

  • @abbasibrahim6353
    @abbasibrahim6353 3 года назад +580

    90larin usaqlarina tanis duygulari geri getirdiyiniz ucun tesekkurler Faiq bey 😊

    • @dreameryfilm
      @dreameryfilm 3 года назад +13

      Seviyye komment. Duzdur qardas

    • @gulahmadova5805
      @gulahmadova5805 3 года назад +4

      Beli 😊

    • @abbasibrahim6353
      @abbasibrahim6353 3 года назад +16

      @@dreameryfilm seviyye musiqidir cunki indi Faiq bey kimi musiqi savadi sehne medeniyyeti olan mugenni az maz tapilar. Qedrini bilmek lazimdi

    • @a.akbarli8510
      @a.akbarli8510 3 года назад +1

      Düz

    • @gunelhsnova314
      @gunelhsnova314 3 года назад +4

      88 təvəllüd de daxil

  • @az-r8907
    @az-r8907 Год назад +41

    Ay daa, necə nostaljik hisslər, Azərbaycanın ən populyar mahnılardan biri. 90 larin gənclərinə salamlar!

  • @sahinpasa4700
    @sahinpasa4700 3 года назад +108

    gəncliyimi xatirlatdi...........ferq odur ki, əvəz olunmaz dediklerimin yerine qoyduqlarimla dinleyirem, ifa her zamankı kimi perfect 👌🏻

    • @mmehti4600
      @mmehti4600 3 года назад +5

      Bu necə bir rəy idi.Tüklərim biz-biz durdu...Həyat,reallıq...

    • @gunes7253
      @gunes7253 3 года назад +1

      Gözəl mahnıllar heç vaxt unudulmur . Bu mahnıya gəlincə , çox lirik , ürəyəyatımlıdır . Faiq də ki , onu əvəzsiz oxuyur !Günəş Qazaxlı .

  • @שלוםאזרבייגן
    @שלוםאזרבייגן 3 года назад +46

    Bizi uşaqlığımıza qaytaran kefiyyətli musiqinin tək ünvanı FAİQ AĞAYEV.

  • @elyam-va2874
    @elyam-va2874 3 года назад +182

    Keyfiyyətli musiqi budur Təşəkkürlər Faiq bəy o illəri yenidən yaşatdınız👍

  • @haqverdiisayev8948
    @haqverdiisayev8948 2 месяца назад +10

    Azərbaycan musiqisinin hələ də zirvədə olmasının səbəbkarlarından biridir Faiq Ağayev. Yaxşı ki varsınız, möhtəşəm səsli sənətkar❤

  • @baxaramtv
    @baxaramtv Год назад +32

    2022 nin son günləri , hələdə sevə-sevə qulaq asdığım super hitlərdən biri. 90 lar yaxşı bilir , indikilər bilməz bu hissləri .......

  • @mmehti4600
    @mmehti4600 3 года назад +49

    Faiq Agayev nə etsə,yaraşır.Ne etse,zövqdür.Yaşadın Azərbaycan musiqisini,Faiq bəy...

  • @shaigahmadli8481
    @shaigahmadli8481 3 года назад +71

    Gülər Həsənova musiqini bəstələyir Sabir Rüstəmxanlının sözlərinə Faiq Ağayev oxuyur Nigar Həsənzadə rol alır ve beləliklə şedevr yaranır.Martın 21 bu mahnın 25 yaşı olur...

  • @s.s.4276
    @s.s.4276 Год назад +25

    Kash ki bu mahninin ilk cixan zamanlarina geri done bileydik, ushagliqimiz, gencliyimiz her sheyimiz o illerde qaldi...

  • @gultagiyeva297
    @gultagiyeva297 2 года назад +30

    Faiq bəy inanın indiki nə qədər müğənnilər varki sizi əvəz ede bilmir👏
    Uşagligmizin unudulmaz sesi👆

  • @javidsalehbayli1119
    @javidsalehbayli1119 2 года назад +73

    Səhər evdən çıxanda dilimə düşmüşdü, qulaqcığı yolda yadıma düşdük ki, evdə qoymuşam. İndi qulaq asmağa vaxt tapa bildim.
    Bir müddət sonra yenə dilimə düşsə bu rəyimi tapacam.
    Sizi sevirik, bəy!
    12.01.2022 / 02.14

    • @raufceferov297
      @raufceferov297 2 года назад

      Ğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğğ

  • @iranatahirova9312
    @iranatahirova9312 3 года назад +50

    Великолепно 🤩 не удивлена... работы Фаика всегда шедевральны ! Просто смотрю и наслаждаюсь музыкой и исполнением 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @anubellaanubella8530
    @anubellaanubella8530 3 года назад +21

    Heç bir mügənni Faiq Aģayevi əvəz eləmir👏. Bu mahnı ilə uşaqlıq illərinə qayıtdıq yenə, təşəkkürlər🥰

  • @sabozaen1613
    @sabozaen1613 3 года назад +35

    Xalqımızın gözəl sənətkarına eşq olsun❤❤❤❤❤❤❤
    Klipi çəkənlərdə varolsun gözəl Klip, bu gözəl mahnı ilə.👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

    • @TaranVa
      @TaranVa 3 года назад

      Edinstvenniy,lubimiy pevets ,kotoroqo moqu slushat beskonecno.

  • @lamiyelamia8659
    @lamiyelamia8659 2 года назад +21

    Bu mahnı elə bir mahnıdır ki, insanın bütün musiqi ehtiyacını ödəyir.

  • @zumkaakhmedova461
    @zumkaakhmedova461 3 года назад +26

    Möhteşem❤❤❤her zaman olduğu kimi hele en sevdiyim mahni olunca vapwe😍😍😍😍😍 uğurlariniz daimi olsun gözel insan🤗

  • @gunayaliyeva9278
    @gunayaliyeva9278 Год назад +40

    Səlist nitq,qusursuz ifa,bir sozlə mohtəsəm sənətkar.Estradanin krali

  • @fizuli9981
    @fizuli9981 3 года назад +31

    2021'ə bir Faiq bombası lazımdır♥️🤍

  • @nezrineliyeva5189
    @nezrineliyeva5189 3 года назад +14

    Çox gòzəl.Sadə,təvòzəkar mùgənnimiz.Var olasiz her zaman.Gòzəl sevimli sənətkarimiz.Klipədə musiqiyədə ifayada sòz ola bilməz.çoooox gòzəl❤

  • @rfmrvmrvrf7884
    @rfmrvmrvrf7884 3 года назад +33

    Xeyirli olsun!Çox möhtəşəm alınıb!Var olun Faiq bəy

  • @RaisaHabibova
    @RaisaHabibova 10 месяцев назад +13

    Bu səs,bu ifa,bu manevrlər- bənzərsiz.Sizi sevirik.❤

  • @kamalya.axundova
    @kamalya.axundova 3 года назад +39

    Axır ki😍 8 marta ən gözəl hədiyyə🍷❤️🌹

  • @mehrimehri8036
    @mehrimehri8036 2 года назад +15

    RADİODA BU MAHNINİ ESHİDENDE SESİ YUKSELDEN O ZAMANLARIN MEKTEBLİLERİNE SALAM OLSUN💕

  • @alicelali2056
    @alicelali2056 3 года назад +18

    uğurlar kefiyetli bir iş aranjiman miks mastring klip 4/4 lük birdə faiq ağayev ən əjdaha mahnısı səni əvəz eləmir 🙏😍🖤🖤

  • @zadeganzadegan2828
    @zadeganzadegan2828 3 года назад +11

    İlahi sen yaradanda nece gözəl yaradirsan.Birinci sevilmeli olan gözəl Allahım eziz valdeynlərim və siz Faiq Agayev❤

  • @transfrli944
    @transfrli944 3 года назад +15

    Təşəkkürlər.. youtube-da paylaşın 1000000 dəfə dinləyək ))

  • @konulalmmmdov9061
    @konulalmmmdov9061 3 года назад +9

    Bu mahnı ilə bağlı yadımdan çıxmayan uşaqlıqdan xatirəm var. Bibimgili şəhərdən Mərdəkana gəlmişdilər. Gecə, yay vaxtı, bu mahnını xorla, bibim uşaqları ilə ucadan oxuyurduq.özü də ki dəfələrlə. Xatirədir, ona görə ki, 20 ildən çoxdur Almaniyadadırlar. Və o xatirəmdəm biri, bibim oğlu gənc ikən orada dünyasını dəyişdi. Allah ona rəhmət eləsin🙏
    Bu mahnını nə vaxt eşitsəm,onları xatırlayıram. 😇😇😇😇😇

  • @mhmmdrsulov6307
    @mhmmdrsulov6307 3 года назад +23

    əvəzi olmayan dediyimiz musiqilərdən biri🖤

  • @sabinahuseynova8240
    @sabinahuseynova8240 2 года назад +9

    Men uşaqliqdan Faiq beyin fanatiyam.
    10 il sizinle .solo kansertine gece 2 ye kimi baxmişdim ..)

  • @РенаГ-ва
    @РенаГ-ва 3 года назад +14

    Çox gözəl... 👍👍👍
    Təbrik edirəm dəyərli Faiq bəy♥️

  • @lm3081
    @lm3081 3 года назад +18

    Боже, как же приятно слушать!😍😍 к тому же я переслушала 20раз все старые песни! Шедевр! Сейчас нет такой музыки ❤

  • @sahibzamanbagirov121
    @sahibzamanbagirov121 3 года назад +13

    Azərbaycanın dəyərli Müğənnisi
    Faiq Ağayev👏🏻👏🏻👏🏻👏🏻👏🏻
    Və İncəsənət aləminə gözəl əl işləri bəxş edən,
    Rejissor Dr.Nicat Zeynallı.👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Eşq olsun dəyərli sənətkarlara.

  • @zezads5656
    @zezads5656 3 года назад +10

    Ay daaa. Faiq butun usaqligim, yeniyetmelik dovrum, "Respublika " sarayindaki konsertlere heyecanla getmek, musiqi merkezinde " Geri dön" mahnisi, zengimcelde "Düşüncələr", məktəbdə Faiqə kəm baxanlarla mübahisələr ... Xoş xatirələr. "Geri dön" (ömrüme geri dönə bilsən....) yeni versiyada səslənsə sevinərdim.

  • @robertorloski4130
    @robertorloski4130 3 года назад +14

    Ne geseng giz cekilib , Super remake

  • @samiraahmadova1271
    @samiraahmadova1271 3 года назад +7

    Faiq bəy,möhtəşəmdi."Səbəbi yox göz yaşlarımın" mahnısını remake edin,lütfən.Bu arada o mahniya çəkilmiş klipin mövzusunu anlaya bilməmişəm))

  • @gunaygunay6147
    @gunaygunay6147 3 года назад +14

    islerinizde ugurlar daim yeni kilibler yeni mahnilarla sevilib secilesiz

  • @sebnemtaqizade5618
    @sebnemtaqizade5618 Год назад +8

    Bu gün yenədə Açmışam Faiq Ağayev Repertuarını dinleyiremm💙

  • @pervinibisova9116
    @pervinibisova9116 3 года назад +11

    Yasayan efsane Dogurdanda Faiq Agayev Azerbaycan estradasinin evezedilmez mugennisidir

  • @ugurugurlu5390
    @ugurugurlu5390 3 года назад +16

    Faiq Agayevin ən sevdiyim mahnılarından 😍

  • @aytachuseyn2397
    @aytachuseyn2397 2 года назад +15

    Azərbaycanın əvəz olunmaz səsi👏❤

  • @konulaliyeva4802
    @konulaliyeva4802 Год назад +4

    90 ri ,80 ri yox o illerde olan ushaqliq, genclik illerini axtarirsiz.......

  • @saraktaran2952
    @saraktaran2952 3 года назад +15

    İnsanı stressdən azad edir Faiq Ağayevin ifası. Ecazkar ifa👍

  • @salamsalamzade3530
    @salamsalamzade3530 3 года назад +8

    Nə var elə köhnə musiqilərdə var. FAİQ AĞAYEVİN DƏYƏRİNİ BİLMƏK LAZİMDİ. UGURLAR FAİQ BƏY.

  • @mini866
    @mini866 3 года назад +63

    Желаю сохранить этот бархат в голосе еще долгие долгие годы🙏🙌

  • @konulallahverdiyeva8340
    @konulallahverdiyeva8340 3 года назад +11

    Azərbaycan estradasının ən güclü səsi,ifaçısı.

  • @gunelbabayeva9558
    @gunelbabayeva9558 Год назад +5

    Öyrəşdim .
    Dəyişdim.
    Əvvəl sənə oxşadim bir az
    Sonra büsbütün dəyişdim.
    Öyrəşdim.❤

  • @eminemrahov5281
    @eminemrahov5281 2 года назад +7

    Azerbaycan estradasinin gelmis kecmis en gozel 5 musiqisinden biri.Faiq Agayev ferqi bu olsa gerek.Musiqimizin inkisafi ucun eziyyeti danilmazdir.Faiq Agayev,Aygun Kazimova,Zulfiyye Xanbabayeva olmasaydi estradamiz cox yarimciq gorunerdi fikrimce

  • @lamansuleymanova2061
    @lamansuleymanova2061 3 года назад +16

    MÖHTƏŞƏM!❤️

  • @aynureliyeva3420
    @aynureliyeva3420 2 года назад +7

    Azərbaycan musiqisində sizi heç kim əvəz eləmir. Mənim üçün hər zaman 1 nömrəsiz Faiq bəy

  • @ayaz_babayev
    @ayaz_babayev 3 года назад +4

    Yenə keyfiyyətini ortaya qoydu 💣 #King 👑

    • @faiqagayev
      @faiqagayev  3 года назад +3

      Çox sağ ol, Ayaz! 👋🧔🏻

    • @ayaz_babayev
      @ayaz_babayev 3 года назад +2

      @@faiqagayev varolun sənətkar yaşayın,yaradın 💯

    • @drnicat
      @drnicat 3 года назад +3

      Tesekkurler Ayaz!

    • @ayaz_babayev
      @ayaz_babayev 3 года назад +1

      @@drnicat əməyinizə sağlıq Nicat abu mükəmməl olub 👏🏻❤️

  • @yusifrassul6626
    @yusifrassul6626 3 года назад +7

    Sadəcə möhtəşəmmm... 21 ildir keyfiyyətli musiqi trend-lərinin önündə gedən mahnı

  • @Tarlanzadeh
    @Tarlanzadeh 3 года назад +10

    Möhtəşəm bir şey olacağından əminəm! Uğur daim sizinlə olsun!

  • @elmarorujov4777
    @elmarorujov4777 3 года назад +8

    Bir zaman Azərbaycan estradası var idi... İndilərdə isə toyxanalarla əvəz olundu. Yaxşı ki, siz və sizin kimi sənətçilərimiz var.

  • @elnara
    @elnara 3 года назад +6

    Həmişəki kimi yüksək səviyyədə 👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌

  • @elisismayilov4227
    @elisismayilov4227 Год назад +5

    Bu mahnının möhürünü vuran yeganə,İnsan Gözəl ifa möhtəşəm səs, Təşəkkür Edirəm Size

  • @БилалИсаев-о3б
    @БилалИсаев-о3б 3 года назад +14

    Xeyirli ugurlu olsun

  • @semazade3453
    @semazade3453 3 года назад +8

    Bu mahnı mənimlə yaşıddır. Və elə indicə yeni yaşım başlayır və mən bu mahnını dinləyirəm. Həm mənə, həm Faiq bəyə uğurlu olsun❤️🔥

  • @samirakatibli2394
    @samirakatibli2394 3 года назад +6

    En çox sevdiyim mahnı elbette ki,F.A. ifasinda ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @djfredleo
    @djfredleo 3 года назад +12

    Великолепный римейк главной песни моей юности! Спасибо огромное и прекрасному Faiq müəllim за гениальный оригинал и Nadir Nəğd Pul за актуальную аранжировку! "Səni Əvəz Eləmir" один из самых значимых альбомов в современной Азербайджанской музыке который останется в сердцах слушателей навека!
    Поздравляю с премьерой!

  • @ayselmecidova6669
    @ayselmecidova6669 3 года назад +5

    Kohne 90 larin mahnilarin geri getirin artiğ..Vallah bezdik bayağı mahnilardan acib acib ancağ 90 lari dinleyirem kaw o gunlere qayidardim deyirem usagligima qayidardim ozume ezab vermeyi necede xoslayiram((((Bu mahnilari yawadin yeni aranjimanlarda teqdim edin inanin dinlenilecek ..

  • @anarabbasov8634
    @anarabbasov8634 Год назад +6

    Düz bir il! Bu müvəqqəti həyatı tərk edib əbədiyyətə qovuşan Yarı heç kim və heç nə əvəz eləmir❤😔

    • @Taehyungha
      @Taehyungha Год назад +1

      Allah səbr versin😢

  • @KAMRAN-lv4iu
    @KAMRAN-lv4iu 3 года назад +13

    Eladir ugurlariniz bol olsun

  • @kenanaliyev172
    @kenanaliyev172 3 года назад +7

    En cox hormet etdiyim mugenni Faiq bey Allah can sagliqi versin

  • @sahinpasa4700
    @sahinpasa4700 3 года назад +13

    вы король 👑 эстрады

    • @drnicat
      @drnicat 3 года назад +5

      King of Azerbaijan pop music!

    • @faiqagayev
      @faiqagayev  3 года назад +5

      Большое вам спасибо!

  • @elyaamquluzadeh7864
    @elyaamquluzadeh7864 3 года назад +8

    Bu mahnı deyil eserdir şedevrdir❤👍🏻 en en sevdiyim mahnilardan biridir😍

  • @meriy4327
    @meriy4327 3 года назад +10

    Ugurlar Deyerli Senetkarimiz👍🏻

  • @rovlanioo
    @rovlanioo 4 месяца назад +4

    90-ın uşaqlarına tanış bir musiqidir bu.Var olun Faiq Ağayev.Siz bir dəyərsiniz❤️

  • @gulwenbayramli9033
    @gulwenbayramli9033 3 года назад +6

    Faiq Ağayev esl sənətkardır. Çox sağolun bizə bu zovqu yaşatdız

  • @zabilamom
    @zabilamom 2 года назад +5

    Səni heçnə Əvəz eləmir💔
    Faiq Ağayevi də heç kəs əvəz eləmir!🖤

  • @slime_asrm
    @slime_asrm 3 года назад +5

    Elde bir qedeh şərab .... seni evəz eləmir Şəkillərdə baxışın seni əvəz eləmir❤

  • @us20
    @us20 2 года назад +5

    O illərə qayıtmaq necədə gözəldir. Bir sözlə möhtəşəm...F.A❤

  • @mahriatayeva517
    @mahriatayeva517 3 года назад +6

    Çox guzel olmuş bravo 👍👍👍👏👏👏👏👏👏👏👏

  • @aydanquliyeeva
    @aydanquliyeeva Год назад +2

    ATU'ya qəbul ola bilmedim bu il, doğrusu balim çatmayacaq.. qalıram gələn ilə, müəlliməlik istəmədiyim üçün. İnşəAllah alınacaq ikinci cəhdimdə) bunu bura niyə yazdim bilmirem 😂 xatirə olaraq qalsın..(0:26 - 26.04.23)
    Bu mahnını cox sevirəm, qəşəng ifa olunub.❤

  • @melekismayl7424
    @melekismayl7424 Год назад +5

    Eşq olsun 🎉 iki əjdahanın gözəl işi Sabir Rüstəmxanlı və Faiq Ağayev ❤

  • @lion7325
    @lion7325 Год назад +2

    Çox istəyərdim toyumda Faiq iştirak etsin mənə uşaqlığımı xatırladır səsi. Estrada deyəndə birinci ağlıma Faiq Ağayev gəlir

  • @javanshirhasanzada23
    @javanshirhasanzada23 3 года назад +6

    Çox zövq aldıq, təşəkkürlər 👏🏽👏🏽👏🏽

  • @ayguleliyeva7844
    @ayguleliyeva7844 3 года назад +5

    Həmin ses,hemin musiqi.Faiq Agayev oz səsi ve mahnilari ile sözünü demiş senetkarlardandir.mohtesem

  • @anarabbasov8634
    @anarabbasov8634 Год назад +6

    Bizlər yenə də buradayıq. Nə yaşından asılı olmayaraq bizi tərk edib gedənləri, nə də "Səni əvəz eləmir"i heç kim və heç nə əvəz eləmir...

  • @sevince_sv6
    @sevince_sv6 3 года назад +4

    Çox sevdiyim bir mahnıdır💙. Bu versiyası da çox gözel alınıb👍. Emeyi keçen her kese teşekkürler🙏.
    Faiq bey nece de gencleşib sanki, çox çox genc görünür. Maşallah🧿

  • @xxxeyalazrap3724
    @xxxeyalazrap3724 3 года назад +6

    Keyfiyyətli,gözəl musiqi hemise az dinlənir təəssüf ki. yaratmısan yenə Faiq bəy🙂

  • @xedicesukurova4473
    @xedicesukurova4473 Год назад +2

    Çox sevilirsiz❤ uşaqlıqdan bu günə qədər dinləyirəm ❤ F.A

  • @nikiangel
    @nikiangel 3 года назад +7

    Mukemmel ifa ve tam pesrkar yeni yanasma👌❤

  • @MehemmedSalmanoglu
    @MehemmedSalmanoglu 9 месяцев назад +3

    Xatırlayaq ki,xalq artisti kimi gənc müğənnilərdə n biridə Faiq Ağayev olub.

  • @Ilkinmzadeh
    @Ilkinmzadeh 3 года назад +11

    Mükəmməl!😍😍❤❤👑

  • @firuzeeliyeva3400
    @firuzeeliyeva3400 3 года назад +8

    Səni heç kim əvəz eləmir, F.A!

  • @muradxan89
    @muradxan89 2 года назад +6

    Var olun sənətkar. Yaxşı ki, sizin kimi istedadlar var. Səsinizin gözəlliyi bizi keçmiş və gözəl xatirələrlə dolu illərə aparır. Allah sizi qorusun

  • @СамираАлиева-б2з
    @СамираАлиева-б2з Год назад +4

    Faiqin cox gozel, temiz sesi var. Adam dinlemekden yorulmur

  • @sahibzamanbagirov121
    @sahibzamanbagirov121 3 года назад +6

    Dr.Nicat Zeynallı Rejissor olaraq,
    tanınan və sevilən çox gözəl əl işləri var.
    Bu klip baxankimi bildimki buda gözəl işlərindəndi.
    Və həmin Klipin səbəbkarı Müğənnimiz Faiq Ağayevi bu gözəl mahnıyla görəndə lap çox sevindim.
    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻❤❤❤❤❤❤❤❤❤❤

    • @drnicat
      @drnicat 3 года назад +3

      tesekurler

  • @cavid394
    @cavid394 2 года назад +5

    Big LIKE from Holland! 35 yaşım var , bu mahnını ilk dəfə eşidəndə təxminən 12 yaşım vardı. Çox sevmişdim bu ləzzətli mahnını. Indi daha da sevdim. Faiq, çox sağ olun. Sizi cox sevirəm. Var olun və həmişə yaradın. Biz də qürbətdən baxaq, bir az sevinək, bir az kədərlənək. O illər üçün çox darıxdım. Bu həyatda yalnız vaxt tükəndiyi üçün heyif hissi keçirirəm. Çünki zaman ən qiymətli dəyərdir. Qismet olsa sizinlə görüşmək istərdim, oturub dərdləşərdik.

  • @camalmammadov1603
    @camalmammadov1603 3 года назад +10

    Masallah 🖤👍

  • @samireqasimova8791
    @samireqasimova8791 3 года назад +6

    İnsanın ruhu dincəlir. Allah sizi Azərbaycan səhnəsinə bir ulduz olaraq göndərib. Yaxşıki varsınız.