23 Yanvar 2025-cı il saat 15-də “MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsinin sərgisi.

Поделиться
HTML-код
  • Опубликовано: 31 янв 2025
  • “MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsinin üçüncü sərgisi acıldı. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Uşaq Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unutdurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında elan olunmuş “MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgilərinin üçüncü sərgisi 23 yanvar 2025-cı il saat 15-də Xətai Sənət Mərkəzində açıldı. Sərgini giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açdı. Söz alan Azərbaycan Rəssamlar İttifaqı sədr müavini,professor Ağəli İbrahimov,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rektoru Ceyran Mahmudova, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Səfərova, Azərbaycan lət Rəssamlıq Akademiyasınin dosenti ,sənətşünas Samir Sadiqov, RəssaDövm qrafik Mais Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz fikir və arzularını bölüşdülər. Gənc xanəndə və rəqqasın ifaları tədbirə rəng qatdı.. Sərgi sertfikatların təqdim olunması ilə davam etdi. Nəzərinizə çatdiraq ki,müsabiqə üçün ölkəmizin müxtəlif guşələrindən 1500-dən çox iştirakçı 2000-ə yaxın əsər göndərmişdilər. İlkin seçimlərdə 900 iştirakçının 1100-dən bir qədər çox əsəri sərgilənmək üçün seçilmişdir. Seçilən əsərlər və müəlliflər online.fliphtm... Əsəri sərgilənən müəlliflərə sertifikat, fəal məktəblərə təşəkkürnamə təqdim ediləcək. Təqdim olunan əsərlərin böyük əksəriyətində xalqımızın ruhunu oxşayan, fərdi, ənənəvi, Azərbaycana xas, müasir-avanqard yanaşmalarla uşaq və xalq ədəbiyyatı, müəllif əsərləri, həmçinin, təbiət və məişət mövzulu ədəbiyyat nümunələrində bəhs olunan səhnə və epizodları xarakterizə etdirən illüstrasiya və ya miniatür texnikası yönümlü əsərlər çoxluq təşkil edir. Müəlliflər arasında uşaqlar, yeniyetmələr, gənclər və yuxarı yaş qrupunun nümayəndələri, həmçinin, tədbirin qaydalarına uyğun olaraq müəllim və valideynlərlə ortaq yaradılmış əsərlərlə qoşulanlarda yer alır. Sərgilərdən seçilmiş 100 əsərin Mərkəzinin “Miniatür və ilüstrasiya” guşəsində hissə-hissə sərgilənməsi və bir respublika səviyyəli tədbirdə daha geniş ictimayətə təqdim olunması nəzərdə tutulmuşdur. Seçim heyyəti: 1. Arif Hüseynov - Xalq Rəssamı professor 2. Gündüz Həbibov - Xətai Sənət Mərkəzi Rəssam pedaqoq 3. Vəfadar Baharov - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Baş müəllim 4.Calal Ağayev - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 5.İlham İsmayılov - 2№ İncəsənət Məktəbi rəssam - pedaqoq 6.Samir Sadıxov - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası dosent Zöhrab Cabbarov - Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti Baş müəllim Həmçinin, 100 əsərin müəllifləri arasında I,II,II yerlər, həvəsləndirici və nominasya mükafatları təqdim olunacaq.

Комментарии •