Zəlimxan Yaqub ft Remembrance - Səni sevmək üçün gəldim dünyaya Qruzedit
HTML-код
- Опубликовано: 12 ноя 2024
- Kanala abunə olmağı unutmayın🙏🏻
Videoları bəyənərək və rəy bildirərək dəstək ola bilərsiz.
Bu Remixin digər kanallarda paylaşılması qadağandır.
İnstagram : 1) Qruzedit : ...
2) Penahelixan : ... #ZelimxanYaqub, #Remembrance, #Musiqi
Zarafat eləmə qurbanın olum bu nə gözəl videodu
Uğurlar arzulayıram gözəl paylaşımdır ❤️
Gözəl alınıb!!...Dinləməyə dəyər!!!...
Zəlimxan YAQUB
SƏNİ SEVMƏK ÜÇÜN
GƏLDİM DÜNYAYA
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qorudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa, sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya.
Zox zordu 😍🖤 arxafon beatın adı nədi?