Firəngiz Rəhimbəyli - Əgər Məni Unutsan

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • "Gümüşgöl əfsanəsi" 1984 Ost.
    Zirvələrdə çən olaram
    Sevgim boyda qəm olaram
    Mən də dönüb Sən olaram
    Əgər məni unutsan
    Çaylar susar nəğmə kimi
    Bu hicranın sarı simi
    Dilləndirər ürəyimi
    Əgər məni unutsan
    Yollarına yağan qaram
    Sənin ilə mən də varam
    Mən özümü unudaram
    Əgər məni unutsan
    Kölgə düşər izlərimə
    Kədər qonar sözlərimə
    İnanmaram gözlərimə
    Əgər məni unutsan
    Çaylar susar nəğmə kimi
    Bu hicranın sarı simi
    Dilləndirər ürəyimi
    Əgər məni unutsan
    Yollarına yağan qaram
    Sənin ilə mən də varam
    Mən özümü unudaram
    Əgər məni unutsan
    Sözlər: Baba Vəziroğlu
    Musiqi: Faiq Sücəddinov

Комментарии • 6

  • @user-xq2wi5jq1i
    @user-xq2wi5jq1i Месяц назад

    👏👏👏👏👏👏👏❤

  • @user-ok3ri4kc2q
    @user-ok3ri4kc2q 9 месяцев назад

    Vovvvv əla ama tam versiyası olsa daha yaxşı olar🥲🥲🥲

  • @user-eb9bm
    @user-eb9bm 6 лет назад +1

    A... Bu musiqini bu tərzdə heç dinləməmişdim. Düşünürdüm ki, sürəti yalnız nəqliyyatda sevirəm.
    Yox, bu musiqi bu şəkildə də dəyərini itirmədi...
    "Mən özümü unudaram, əgər məni unutsan -, Əgər məni unutsan"...

  • @user-eb9bm
    @user-eb9bm 6 лет назад

    Uzun vers. niyə yoxdur axı😩

    • @resadque
      @resadque  5 лет назад

      Bu fiımdəndir deyə, belə qısa versiyadadır. Başqa heçbir yerdə bu ifanın tam versiyası yoxdur. Yalnız Firəngiz xanımın arxivində olar o da artıq ölkədə deyil. Səhv eləmirəmsə USA, Californiada yaşayır və musiqi fəaliyyəyini sonlandırıb.

    • @resadque
      @resadque  5 лет назад

      ruclips.net/video/Id5D_CHEsOE/видео.html