Sahib İbrahimov - Gilənar - Canlı İfa

Поделиться
HTML-код
  • Опубликовано: 3 мар 2021
  • "Gilənar"
    Gözüm gördü, könlüm sənə vuruldu,
    Ay balam, vuruldu,
    İsbatı qəlbimin yarasındadır,
    Sevmək eyib deyil bizim zamanda,
    Günah gözlərinin qarasındadır,,
    O taylısan, bu taylısan,
    Şirvanlısan, Göyçəlisən,
    Qarabağlısan, bizim ellisən, şirin dillisən,
    A sonam, sonam ölürəm, səni mən sevirəm,
    Gilənar, ölürəm,
    Səni mən sevirəm.
    Sevməyə bilərmi bülbül çəməni,
    A balam çəməni,
    Laləni, nərgizi həm yasəməni,
    O taylısan, bu taylısan,
    İncəbellisən, qaratellisən,
    Dərdin alım, ağrın alım, Gilənar,
    Sona yar, ay tazə yar,
    A zalım, a zalım, ölürəm, səni mən sevirəm,
    Gilənar, ölürəm,
    A sonam, sonam ölürəm, səni mən sevirəm,
    Gilənar, ölürəm,
    Səni mən sevirəm.
    (Muğamat)
    Nuri-didəm, sənə qurbandır bu canım, bəri gəl
    Bir qədər asta yeri sərvi-rəvanim, bəri gəl
    Sən kimi incə gülün bülbülü, şeydası mənəm,
    Yayılıb gülşənə ahu-fəğanım, bəri gəl,
    Nə qədər dözməliyəm, söylə görüm, hicri-qəmə,
    Qalmayıb ində mənim səbrü-qərarım, bəri gəl,
    Bikəsəm, halim sorsan şad olaram,
    Çünki varımdır sənə sirri-gümanım, bəri gəl…
    İstəsən alovla, istəsən söndür,
    A balam gəl öldür,
    Qəlbim odla suyun arasındadır,
    O taylısan, bu taylısan,
    Səni yanasan, bir dənəsən,
    Ay balam, ay balam ölürəm, səni mən sevirəm,
    Gilənar, ölürəm,
    A sonam, sonam ölürəm, səni mən sevirəm,
    Gilənar, ölürəm,
    Gilənar, qadan alım, səni mən sevirəm
    Copyright © ARB TV
    ARB TV kanalına abunə olun: bit.ly/3jXlQkC
    Sayt: arbtv.az
    Facebook: / arbtelevision
    Instagram: / arbtv.az
    Teleqram: t.me/arbtvaz
    Twitter: / arbtv_az
    ARB TV - Azerbaijan Republic Broadcaster - Azərbaycanın Respublika Yayımçısı.
    2 illik fəaliyyətin ardından öz brendini yeniləyən ARB TV, 19 sentyabr 2016-cı il tarixindən etibarən yeni ad və yeni efir konsepsiyası ilə yayımdadır.
    Sosial yönümlü verilişlər, operativ informasiya proqramları, realiti-şoular, müxtəlif mövzulu gündüz proqramları ARB TV-nin yayım siyasətinin əsasını təşkil edir.
    ARB TV-ni bütün ölkə ərazisində açıq yayımda izləmək mümkündür. Telekanal kabel televiziya operatorları vasitəsilə və peyk üzərindən də yayımlanmaqdadır.
  • ВидеоклипыВидеоклипы

Комментарии • 58

  • @cnaqcnaq8945
    @cnaqcnaq8945 3 года назад +23

    Ğözəl sənətkar,qızdan,gəlindən həyalı,abırlı sənətkar Sahib İbrahimov halal olsun həm sənətinizə,həm də tərbiyə və mədəniyyətinizə.

  • @raulgonzales9213
    @raulgonzales9213 3 года назад +10

    QAZAX CAMAATI SİZİNLƏ FƏXR EDİR,ÇÜNKİ İNSAN KİMİ İNSAN VƏ ÇOX DƏYƏRLİ BİR SƏNƏTKARSIZ!!!

  • @raulgonzales9213
    @raulgonzales9213 3 года назад +16

    MƏNDƏ SAHİB QAZAXLIYAM DEMƏYİ VABŞE GÖZƏL OLDU!!!

  • @Allen_Iverson.3
    @Allen_Iverson.3 3 года назад +10

    Biz qazaxlılar seninle fexr edirik

  • @turan6772
    @turan6772 3 года назад +8

    Çox hörmətli sənətkarımız Sahib bəyi dinləməkdən zövq aldıq- 100 yaşayın, gözəl insan

  • @nabatqumarova7117
    @nabatqumarova7117 3 года назад +9

    Qazaģın çöreyi suyu halal olsun sene fexr edirik ki bizde o torpaqdanıq çox sag ol ki mahnida Qazaxlı oldugnuzu xüsusile vurgulayırsız halal olsun size Qazagın1- ci Şıxlı kendinden ❤👐💋👍👍👍

  • @raulgonzales2281
    @raulgonzales2281 3 года назад +8

    Kişinin oğlu oxuduğu bütün mahnılara konkret olaraq möhür vurur!!!Var olasız Sahib müəllim!!!!

  • @firudinveliyev9856
    @firudinveliyev9856 3 года назад +6

    QAZAXİN DAS SALAHLİ KƏNDİNİN FƏXRİ GÖZƏL SƏNƏTKAR ALLAH SENİ QORSUN

  • @musaqaraxanov7474
    @musaqaraxanov7474 2 года назад +5

    Sagol Sahib dayi var ol 😘😘😘😘😘😘😘😘

  • @sahibismayilov.msdixasdql3474
    @sahibismayilov.msdixasdql3474 3 года назад +5

    Gözəl ifa qəşəng mahnı👏👏👏👏

  • @sudabeelixan3940
    @sudabeelixan3940 2 года назад +3

    Var olun Sahib bəy

  • @ayxanbagirov9091
    @ayxanbagirov9091 2 года назад +4

    Allah size komek olsun Sahib mellim sesize quvvet versin 🤲🙏

  • @raulgonzales9213
    @raulgonzales9213 3 года назад +12

    VAR OLASIZ SAHİB MÜƏLLİM,ALLAH SİZƏ CANSAĞLIĞI VERSİN!!!

  • @agaaylin1060
    @agaaylin1060 2 года назад +3

    Qazaxlı balası eşq olsun sənə

  • @sfamirzyeva3605
    @sfamirzyeva3605 3 года назад +6

    Gőzəl səsli və mədəni műgənnimiz,halal olsun sizə.

  • @user-sr6in5rv8w
    @user-sr6in5rv8w 5 дней назад

    Халал олсун Сахиб.

  • @oskaroskar4850
    @oskaroskar4850 2 года назад +4

    Allah qorusun. Amin

  • @elovsetagayev7143
    @elovsetagayev7143 Год назад +2

    Sağ ol ay Qazaxlı balası səsinə ürəyinə qüvvət Allah səni qorusun

  • @taryeldilov5337
    @taryeldilov5337 Год назад +2

    Eşq olsun əsl xanəndə səsinə qüvvət

  • @gultekinhuseynova8824
    @gultekinhuseynova8824 3 года назад +8

    Allah sizi qorusun. Qazağın fəxri

  • @imranmemmedov6920
    @imranmemmedov6920 2 года назад +4

    Babama allah rəhmət eləsin babamin mahnisidi toylarda bu mahnini oynayir di canim babam

    • @gulebetinmammadova353
      @gulebetinmammadova353 Год назад

      Allah babanıza rəhmət eləsin, məni kövrəltdiz 😢 Mənim babam da bu mahnını, bir də "Mirzəyi" oyun havasını oynayırdı.

  • @user-nb1kp4vl2r
    @user-nb1kp4vl2r 2 года назад +4

    Супер 🙌

  • @azerveliev8937
    @azerveliev8937 3 месяца назад +1

    Ay agalar gedənə bax gedənə,mıni gözü yaşlı qoyub yar gedib sonrakı misra necədi?"düzülübdür qətlə......anlaşılmır,öncədən təşəkkürlər

  • @simasariveliyeva8586
    @simasariveliyeva8586 3 года назад +9

    Kaşki Allahın elə bir hikməti olaydı ki,bacılar öz ömründən qardaşlarına "pay" verə biləydilər....

  • @xatiremehdiyeva786
    @xatiremehdiyeva786 Год назад +2

    Əla, Yerlin Xatirə müəllimə, hər veri. səni gözlə, Baba Mirzəyevi xatırladırsan... sagol, əla...

  • @maarifdasdiyev9111
    @maarifdasdiyev9111 3 месяца назад

    Möhtəşəm bir ifa.Gözəl insan səhnəmizin yaraşığı Sahib müəllim.Sizə nə qədər xoş sözlər yazsaq da yenə azdır.Ən gözəl sözlərə layiqsiniz

  • @ziyadhasanov2585
    @ziyadhasanov2585 2 года назад +2

    Sahib İbrahimov Allah sizi qorusun gözəl senetkar çox gözəl oxuyub amma bu mahnini Gulyanaq daha yaxşı oxuyub her ikisi gözəl senetkar Allah qorusun

  • @adilqurbanov9877
    @adilqurbanov9877 3 года назад +4

    Varol Sahib əmi !

  • @punhanqarayev1258
    @punhanqarayev1258 2 года назад +4

    Size cox boyuk hormetimiz var.Ehsen.

  • @paldagaci7031
    @paldagaci7031 3 года назад +4

    Ses budur ay Əbülfəz qarayevlər xalqın tanımadıqlarını xalq artisti verdirmidiniz ay öz xalqını tanimayanlar

  • @gulebetinmammadova353
    @gulebetinmammadova353 Год назад +2

    Allah, Sizi bədnəzərdən qorusun, Sahib bəy! İnsanlığa xas olan bütün gözəlliklər Sizdə cəmləşib: yaraşıq, karizma, məlahətli səs, nur. İnsan, Sizi görəndə üstünə nur ələnir! ❤️

  • @rasimmahmudov1692
    @rasimmahmudov1692 Год назад +1

    Allah səsini qorusun Qardaş

  • @IlhameMuseyibova-ey6xp
    @IlhameMuseyibova-ey6xp 6 месяцев назад

    Allah size can sagllgl versin Sahib muellim

  • @A_starssfotbal
    @A_starssfotbal Год назад +2

    Qazaxin fexri ❤

  • @IlhameMuseyibova-ey6xp
    @IlhameMuseyibova-ey6xp 2 месяца назад

    AAllah sizi var eləsin həmişə

  • @akiffika4090
    @akiffika4090 10 месяцев назад

    Ə'la,halal olsun👍👍👍Allah qorusun🙏

  • @qazaxsairlri5445
    @qazaxsairlri5445 2 года назад +4

    Allah sizi qorsun gozel insan Sahib mellim

  • @asafetahmedova3237
    @asafetahmedova3237 10 месяцев назад

    Möhtəşəm ifa

  • @firudinveliyev9856
    @firudinveliyev9856 3 года назад +5

    İfanda medenyyetinde əvvəz olmazdi

  • @user-dv9bu7zi3g
    @user-dv9bu7zi3g 6 месяцев назад

    Super ses

  • @heyderheyder3151
    @heyderheyder3151 2 года назад

    Mənim rəhmətlik anam çox sevərdi bu mahnını. Oxuyanı yaxşı tanımıram amma halal olsun qəşəng oxuyur

  • @user-uv2oz2mz5m
    @user-uv2oz2mz5m 3 года назад +3

    سلام. زائوور.
    Salam.

  • @user-xm1vu2vg2e
    @user-xm1vu2vg2e 2 года назад +1

    👍👍

  • @xalidseferov9495
    @xalidseferov9495 2 года назад

    Gözəəəəllll

  • @solmazmammadova4250
    @solmazmammadova4250 2 года назад

    ❤️❤️❤️❤️❤️🙏

  • @CicekEliyeva-tp7or
    @CicekEliyeva-tp7or 3 месяца назад

    👍

  • @incitulum6487
    @incitulum6487 3 года назад +1

    Sahib Qazaxlı ne kadar kilo almışş

  • @arzumustafayev7034
    @arzumustafayev7034 Год назад

    e siydir bele oxumaq olr

  • @user-mb6zn2jk8t
    @user-mb6zn2jk8t 2 года назад

    ma

  • @feridnesirov3353
    @feridnesirov3353 2 года назад

    Mellim meni cox bagiwdiyin xaiw edirem bu mahni sizdiy deyil bu mahnini oxiya bilmirsiz gilanar mahnisini oxumaga o mahni urek istiyir gerek yawiyasan o dagi cemeni ve gozelliyi hec xowuma gelmedi ifaniz