Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olunub

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • #gundem #xeber #xeberler
    Füzuli, 7 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
    Açarların təqdim edilməsi mərasimində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
    Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq öz evlərində məskunlaşıblar.
    Bununla da Füzuli şəhərində 333 ailə olmaqla, 1186 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
    İşğaldan azad olunan Füzuli rayonuna sakinlərin qayıdışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundan yola salınan 25 ailə Füzuliyə çatıb.
    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 25 ailə olmaqla, 80 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıb, onlar doğma yurduna qovuşmağın sevinc hisslərini yaşayıblar. Yeni köçən ailələr daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək Vətənə qovuşmağın sevincini paylaşıblar.
    Copyright ©
    -------------------
    / azertag
    / azertac
    / azertac
    t.me/azertacnews
    azertag.az/

Комментарии • 5

  • @user-mi3cl5us8p
    @user-mi3cl5us8p 8 месяцев назад

    İnşallah səbrlə gözləyirik bizədə qismət olar

  • @user-yt9wi3hy7l
    @user-yt9wi3hy7l 9 месяцев назад +4

    bizi niye aldatdiz axi 5 aydi gozluyuruk kirayelerde surunuruk axi bizimde haqqimizdi iki usaq yoldasim men isdemirik 5 ayliqda kiraye pulu yigilib ne vaxta qeder suruneciyik biz😢

  • @xazangulasadova2613
    @xazangulasadova2613 8 месяцев назад +1

    Həyət evləri də tikin də bəs nə vaxt olacaq!?😢

  • @GulayCemenli
    @GulayCemenli 7 месяцев назад

    Bes biz ne vaxt koceceyik