SAT imtahanı

Поделиться
HTML-код
  • Опубликовано: 7 авг 2018
  • Salam dostlar, əgər yuxarı sinif şagirdi, yaxud da, universitet tələbəsisinizsə, və xaricdə bakalavr təhsili almaq istəyirsinizsə, ekrana yaxın əyləşin. Bugün sizə xarici ölkələrdə bakalavr təhsili almaq üçün sizə lazım olan beynəlxalq bakalavr imtahanı, yəni SAT haqqında ümumi məlumat verəcəyəm. Son illərdə məktəb tələbələri arasında bu imtahan çox məşhurlaşıb, çünki illərlə hazırlığa gedib DİM tərəfindən keçirilən imtahana hazırlaşmaq əvəzinə SAT imtahanına hazırlaşaraq həm ingilis dilinizi inkişaf etdirmiş olursunuz, həm də bu sertifikatla bütün dünyada yüzlərlə universitetə müraciət edə bilərsiniz.
    SAT sözünün açılışı Scholastic Aptitute/Assesment Test yəni sxolastik (məktəb ilə əlaqəli) bacarıq testi imtahanıdır. Bu imtahan ETS (Educational Testing Service) təşkilatının dəstəyi ilə 1926-cı ildən bəri fəaliyyət göstərən “College Board”- Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanır. SAT beynəlxalq səviyyədə məktəb şagirdlərinin universitet və kolleclərdə təhsil almaq üçün hazırlığını, daha dəqiq desək, oxuma, yazma və riyazi qabiliyyətlərini qiymətləndirən obyektiv test kimi qəbul edilir.
    Ölkəmizdə 2014-cü ildən bəri Dövlət İmtahan Mərkəzi (köhnə TQDK) tərəfindən həyata keçirilir. Hal-hazırda Azərbaycanda ADA universiteti SAT balı ilə tələbə qəbul etməkdədir. Məlumatların ardı videomuzda.
    Referanslar:
    1. sat.collegeboa...
    2. www.tqdk.gov.az
    Videoda bəhsi keçən veb səhifə və vəsaitlər:
    1. Qeydiyyat: sat.collegeboa...
    2. Fotoşəkil üçün tələblər: sat.collegeboa...
    3. İmtahan vəsaitləri: collegereadine...
    4. İmtahan vəsaitləri 2: www.khanacadem...
    5. Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsi: www.tqdk.gov.az...
    Mətn: Bahar Mütədayin, Sevinc Əliyeva
    Hazırladı: Sevinc Əliyeva
    Səsləndirmə: Sevinc Əliyeva
    Yeni videolardan ilk siz xəbərdar olmaq istəyirsinizsə: bit.ly/2LdMgOe
    Facebook: Video Bilik
    Instagram: @videobilik
    The video is copyrighted by Sevinc Əliyeva and cannot be reused in other online channels without permission.

Комментарии • 179

  • @sevilsahverdiyeva4834
    @sevilsahverdiyeva4834 6 лет назад +16

    Çox faydalı videodu
    Emeyinize sağlıq !

    • @sevincli
      @sevincli  6 лет назад

      Çox sağ olun, Sevil xanım :)

    • @Lara-lx8gi
      @Lara-lx8gi 6 лет назад +1

      Video Bilik Salam menim ingilis dilim orta seviyyededi. 1 ile yaxsi yaxsi hazirlaşsam yuksek bal yiga bilerem sizce? Tibb Dis hekimliyi ve ya psixologiya isteyirem.
      Bir de ki SAT imtahani ile hansi olkelerin universitetlerine qebul olmaq olar?
      Cunki mene dediler ki SATla prestijli universitetlere qebul olmaq olur. YOS imtahani ile ise prestijli universitetlere girmek olmur dediler mene. Duz deyirler?
      Xahis edirem cavablandirasiz. Onceden tesekkurler

    • @sevincli
      @sevincli  6 лет назад +3

      Salam, Zeynəb
      Təbii ki, 1 il uzun müddətdir, yaxşı hazırlaşsan, yüksək bal yığa bilərsən.
      SAT imtahanını demək olar ki, tədris dili ingilis dili olan bütün universitetlər qəbul edir. Əgər türkçə oxumaq istəyirsənsə, YÖS o zaman lazım olar.
      Uğurlar diləyirik! :)

    • @Lara-lx8gi
      @Lara-lx8gi 6 лет назад

      Video Bilik Turkiyeye qebul olmaq olar Sat la? Bir de ki Sat da kimya biologiya kimi fennlerden imtahan vermek lazimdir?
      Sizce Yos yoxsa Sat daha avantajlidir?

    • @sevincli
      @sevincli  6 лет назад +2

      Bəli, Türkiyəyə qəbul olmaq olar.
      SAT-ın bu videoda bəhs etdiyimiz general, bir də fənlər üzrə olan versiyası var. Hansını verməli olduğunuz müraciət edəcəyiniz universitetdən asılıdır.
      Yaxşı olar ki, hədəf universitetlərinizi araşdırıb SAT yoxsa YÖS tələb etdiklərinə baxasınız.

  • @monted2855
    @monted2855 3 года назад +4

    Salam memarlıq üçün itu ya otdü məsləhətlidir?bir də sat proqramı aylıq ödənişlədir ya birdəfəlik?

  • @ayxanmrzezade5588
    @ayxanmrzezade5588 5 лет назад +16

    Imtahana serbest hazirlasmaq ucun hansı kitaplardan istifade etmek olar?

    • @soltanovaf814
      @soltanovaf814 3 года назад +2

      mütləq xüsusi hazırlıq olmalıdır.Sərbəst çox çətin olacaq

  • @BlueSky-yz3ex
    @BlueSky-yz3ex 3 года назад +2

    Salam Sevinç xanım necəsiniz 🤗🙏
    2iliydi bes Sat qiyabi oxusaq neçe ildi?
    Önceden teşekkürler 😘🙋

  • @eunoia6557
    @eunoia6557 5 лет назад +18

    İmtahanı yalnız oktyabr ve dekabrda vermey olur bes mart ,may aylarında

    • @sevincli
      @sevincli  5 лет назад +3

      İmtahan tarixləri hər il üçün dəyişir, SAT Test Dates Azerbaijan yazaraq axtarış etməyinizi tövsiyə edirik.

    • @nihadlili1893
      @nihadlili1893 5 лет назад +1

      İl ərzində 6 dəfə imtahan vermək şansı verilir

  • @resadsadiqov9576
    @resadsadiqov9576 3 года назад +5

    Məsələn mən bu il 11 ci sinifi qurtarıram.Ancaq Səviyəm A2 .Mən məktəbi qurtarıb yani 1 il sonra SAT verib ,universtedə qəbul ola bilərəm?

    • @sevincli
      @sevincli  3 года назад +2

      Salam, bəli, ola bilərsiniz

  • @sehanequliyeva4755
    @sehanequliyeva4755 3 года назад +3

    Zəhmət olmasa bu videonu 2020 çi il üçündə cekerdizde

  • @pervaneehmedova5715
    @pervaneehmedova5715 8 месяцев назад +1

    Salam çox sağolun sizcə Azərbatcan uniye qebul imtahanı daha çetindir yoxsa Sat imtahanı uke xarice qebul imtahanı?

  • @eunoia6557
    @eunoia6557 6 лет назад +4

    melumata gore cox sagolun

  • @nicatmikaylov3118
    @nicatmikaylov3118 6 лет назад +3

    Əhsən👍👍

    • @sevincli
      @sevincli  6 лет назад +2

      Təşəkkür edirik!

  • @kamalabdullayev955
    @kamalabdullayev955 6 лет назад +4

    Perfect ☺

    • @sevincli
      @sevincli  6 лет назад +2

      Təşəkkür edirik! :)

  • @hekayetmemmedova7254
    @hekayetmemmedova7254 3 года назад +2

    Salam.bir doğru sual necə balla qiymətləndirilir ?

  • @synapsreal
    @synapsreal 2 года назад +2

    SAT imtahanı hansı fənnlər dən hazırlıq keçməliyik?

  • @asynesib
    @asynesib 11 месяцев назад

    Salam videoo üçün çoox təşəkkürlər çoox faydalı və ətraflı videodu ❤

    • @asynesib
      @asynesib 11 месяцев назад

      Bu il üçün yeni dəyişikliklər var mı ?

  • @falyamir5893
    @falyamir5893 4 года назад +2

    Universitet telebeleri imtahan vere biler? 11ci sinifler imtahan vere bilmez?

  • @Anonym26358
    @Anonym26358 3 года назад +1

    cox sagol

  • @iliko-code
    @iliko-code 5 лет назад +2

    👍

  • @despair4642
    @despair4642 3 года назад +1

    Salam. Mən bilmək istəyirdim ki, Türkiyədə İstanbul universiteti vəya Boğaziçi universitetinə qəbul olmaq üçün SAT1 imtahanı kifayədir yoxsa SAT2 imtahanı da verməliyəm? İqtisadiyyat fakultəsi maliyyə bölümü üzrə bakalavr təhsili almaq istəyirəm. SAT2 imtahanı verəcəmsə hansı fənlərdən imtahan verməliyəm? Və bu universitetlərin SAT imtahanı üçün hər fənn üzrə minimal ballarını və imtahan şərtlərini ətraflı şəkildə necə axtarış verərək tapa bilərəm? Cavablandırsanız çox sevinərdim.)

    • @sevincli
      @sevincli  3 года назад

      Salam, SAT general (sadəcə riyaziyyat və ingilis dili olan versiya) kifayət edir. Axtarış üçün Boğaziçi University prospective students yaza bilərsiz, yaxud admission requirements.

  • @yadikk
    @yadikk 4 года назад +3

    Salam sat imatahınını verərək itu ya (İstanbul Texniki universitetinə) qəbul olub kompüter mühəndisliyi oxuya bilərəm?

    • @fatyahasanova1423
      @fatyahasanova1423 4 года назад +1

      sat dan elave sat math 2 i imtahanini da vermelisiniz o halda

    • @yadikk
      @yadikk 4 года назад +1

      @@fatyahasanova1423 həə sağolun

  • @xanalqniyev4075
    @xanalqniyev4075 2 года назад +2

    Salam Sevinc xanım! Mən 25 yaşım var və stomatoloq olmaq istəyirəm. SAT imtahanı vasitəsi ilə Türkiyədə hansı universitetlərə qəbul ola bilərəm? Xahiş edirəm cavablandırın.

    • @Mr_kids13
      @Mr_kids13 Год назад

      Türkuye istiyirsize yös imtahanı verilmeli

    • @Mr_kids13
      @Mr_kids13 Год назад

      Sat imtahanı xarici ölkelerdi yös türkiye

    • @xanalqniyev4075
      @xanalqniyev4075 Год назад

      Deyilər yösdə yaş məhdudiyyətidə var düzdü?

  • @julujuju9947
    @julujuju9947 6 лет назад +1

    Thanks

  • @lisukurov7112
    @lisukurov7112 2 года назад

    Salam Sevinc xanım, mən sat hazırlaşsam burdan yığdığım bal ilə xaricdə isdədiyim ixtasası oxuya bilərəm? Həkim və ya mühəndis?

  • @khadas_va7208
    @khadas_va7208 5 лет назад +1

    Admission ticket I hardan əldə etmək lazımdır?

  • @aynureseymurova7669
    @aynureseymurova7669 5 лет назад +1

    Salam. İmtahana qeydiyyatda plastik kart mütləq olmalıdır? Bizdə plastik kard istifadə edən yoxdu) ya da başqa hardasa nağd
    ödəniş etməklə qeydiyyatdan keçməkolar?

    • @sevincli
      @sevincli  5 лет назад +1

      Qeydiyat onlayn olduğu üçün plastik kart vacibdir.

  • @abbasxade4136
    @abbasxade4136 5 лет назад +1

    Qeydiyyatdan keçerken State bölmesine ne yazın

  • @asmarmuallima
    @asmarmuallima Год назад +1

    videonu hansi programda hazirlamisiz?

  • @rainbowart_4258
    @rainbowart_4258 3 года назад +4

    Salam.Sat ilə imtahan verib ADA'da təhsil ödənişlidir?

    • @sevincli
      @sevincli  3 года назад +1

      Salam, ADA-da təhsil ödənişlidir, bəli.

    • @eylul988
      @eylul988 3 года назад +1

      @@sevincli necə yəni dim ilə imtahan verəndədə?

    • @okaysirr9692
      @okaysirr9692 2 года назад

      @@eylul988 Ada özəl olduğu üçün həmişə ödənişlidir

  • @fatimegahraman
    @fatimegahraman 2 года назад

    Sat ile azerbaycanda tibb unisindi tehslil almaq mümkündür?

  • @macidhabibli9102
    @macidhabibli9102 3 года назад +2

    Salam.Mən 10-cu sinifdə oxuyuram.11-ci sinifdə SAT-a hazırlaşıb imtahan verə bilərəm?Bilərəmsə İmtahanı hansı fənlərdən verməliyəm?

    • @sevincli
      @sevincli  3 года назад +1

      Salam, bəli, verə bilərsiz. İmtahan ingilis dili və riyaziyyatdan olur.

    • @macidhabibli9102
      @macidhabibli9102 3 года назад +1

      @@sevincli sağolun

  • @melekhumbetova4584
    @melekhumbetova4584 Год назад +1

    Salam men xaricde oxumaq isteyirem . Amma bilmirem IELTS yaxsidi yoxsa SAT . Sat imtahani ucun riyaziyyati ingilisce bilmek lazimdir ? Zehmet olmasa cavablayardiz 😊

    • @Sensetivee
      @Sensetivee Год назад +1

      Sat 9 aylıq sistemdir ielts ise 2-3 aylıq sehv etmiremse
      Ve beli sat riyaziyyatı ingilis dilindedir

  • @user-vo8bu4cd9u
    @user-vo8bu4cd9u 5 лет назад +4

    *XAIŞ EDİRƏM SUALIMI CAVAPLANDIRIN*
    Salam Mən SAT İmtahanı İlə Yox YÖS İmtahanı Vermək İstəyirəm.Əgər YÖS imtahanından Yüksək Bal Toplasam Türkiyənin Yaxşı Üniversitetlərində Təhsil Ala Bilərəm ?

    • @freeimagines5808
      @freeimagines5808 5 лет назад

      Гамбар Гусейнов Elbetde Ala bilersiz

    • @PointBlankMaceralar
      @PointBlankMaceralar 5 лет назад +1

      Sizin tehsil almag istediyiniz universtete baxir.YÖSde alabileceyiniz en yaxsi unuverstet tehsilini Yildiz Teknik Universteti verir amma Satta bu universtden qat qat guclu universtetde oxuya bilersiz

    • @fuadaliyev5753
      @fuadaliyev5753 3 года назад +1

      @@PointBlankMaceralar ODTÜ, Koç, Boğaziçi kimi yaxşı üniversitelerdə var

    • @vainficce
      @vainficce 3 года назад +1

      @@fuadaliyev5753 Yöslə qəbul eləmir bu unilər koçu bilmirəm dəqiq ama odtü boğaziçi qəbul eləmir

    • @fuadaliyev5753
      @fuadaliyev5753 3 года назад

      @@vainficce tanışlarım var bu il ora qəbul olublar necə yəni eləmir? Biri boğaziçi kompüter mühəndisliyi,biri odtü uluslarası ilişkiler, biri də koç biznesin idarəedilməsi

  • @albayraml8957
    @albayraml8957 4 года назад +2

    Salam. SAT ilə Türkiyə universitetlərində ödənişsiz təhsil almaq olur?

  • @ayselnehmetova69
    @ayselnehmetova69 5 лет назад +1

    Incəsənət kollecindən sata imtahan vermək olar?

  • @aydanquliyeva8348
    @aydanquliyeva8348 Год назад

    Salam Əvvəlki illərin məzunuyam kollec bitirmişəm Sat ile iqtisad Universitetinin dizayn ixtisasına hazırlaşa bilerem

  • @gunayi.c1341
    @gunayi.c1341 2 года назад +1

    Sat hazırlıq kursları harda var?

  • @sevamanafli6282
    @sevamanafli6282 6 лет назад +3

    Salam, SAT imtahanı vasitəsilə xaricde pulsuz təhsil almaq olur? Yoxsa sadəcə illik ödənişli olur universitetler?

    • @sevincli
      @sevincli  6 лет назад +2

      SAT imtahanı sizin akademik göstəricilərinizdən biridir. Əgər bu göstəricilərə görə təqaüd təklif edən proqramı varsa, ödənişsiz təhsil ala bilərsiniz.

    • @aytacmammedli8738
      @aytacmammedli8738 5 лет назад +1

      @@sevincli Turkiyede ele bir yer var?

  • @fexreddinmemmedov888
    @fexreddinmemmedov888 3 года назад +1

    Salam neçə sual olur?

  • @garrraaa
    @garrraaa Год назад

    satnin math bolmelerini islemey ucun hansi vesaiti almagimi meselehet gorersiz?

  • @whyissme9919
    @whyissme9919 3 года назад

    11 ci sinifi bitirdikden sonra satla birlikte atestat lazimdir getmək üçün ?

  • @scorpion9229
    @scorpion9229 5 лет назад +1

    Salam diger imtahan iyundadi gede bilerem?

  • @spectrastema1611
    @spectrastema1611 3 года назад +2

    Salam məni maraqlandıran SAT 2 dir . SAT 2 də fənlərin ( fizika, kimya, biologiya , riyaziyyat, ədəbiyyat, tarix, xarici dillər) neçəsindən imtahan verməliyik?

    • @sebnemverdiyeva2639
      @sebnemverdiyeva2639 3 года назад

      Sat 2 ləğv olunub. College Board rəsmi səhifəsindən baxa bilərsiz

    • @spectrastema1611
      @spectrastema1611 3 года назад

      @@sebnemverdiyeva2639 Artıq AP imtahanına hazirlasmaliyiq

    • @sebnemverdiyeva2639
      @sebnemverdiyeva2639 3 года назад

      @@spectrastema1611 bilirəm amma mənbilən Azərbaycanda AP imtahanı keçirilmir

    • @spectrastema1611
      @spectrastema1611 3 года назад +1

      @@sebnemverdiyeva2639 Azerbaycan'da nə var ki AP olsun. Online platformlara üz tutmaq lazımdır

    • @sebnemverdiyeva2639
      @sebnemverdiyeva2639 3 года назад

      @@spectrastema1611 mən AP imtahanı olmadan getmək istəyirəm. Hər uni AP tələb etmir onsuzda. TOEFL SAT balları yüksək olsa rahat gedə bilərik məndə memarlıqdı

  • @TURANUTD99
    @TURANUTD99 3 года назад

    Salam mən 11 sinifi bitirdim və kolecə daxil oldum kolecdi oxuyarkən bu imtahanı verə bilərəm

  • @konulosmanl9046
    @konulosmanl9046 4 года назад +3

    Salam telebeleri melumatlanırdığvız üçün çox sağolun, size bir sualım var xahiş edirem cavablandırın , oğlum SAT imtahanını Bakıda verib Türkiye Universitetlerinin birine gebul ola bilermi ? Yanı burdan SAT ile Türkiye qebul ola bilermi? Yoxsa yalnız Türkiyenin özune başvurmalıdı SAT gebulu üçün ?

    • @user-zk6ji8xu9q
      @user-zk6ji8xu9q 4 года назад +1

      İmtahan Bakıda keçirilir.

    • @Hayaller_istanbul_
      @Hayaller_istanbul_ 4 года назад +1

      @@user-zk6ji8xu9q başqa şəhərdə keçrilmir? Təkcə Bakıda?

    • @sadullamammadli8499
      @sadullamammadli8499 4 года назад +1

      @@Hayaller_istanbul_ məncə hə

    • @Hayaller_istanbul_
      @Hayaller_istanbul_ 4 года назад +1

      @@sadullamammadli8499 birez uzaq olacaq mən Naxçıvandayam da ona görə

    • @sadullamammadli8499
      @sadullamammadli8499 4 года назад +1

      @@Hayaller_istanbul_ Naxçıvana Türkiyə daha yaxın və uyğundur

  • @kenanisayev8535
    @kenanisayev8535 3 года назад +1

    Salam SAT imtahanı ilə azərbaycanda ödənişsiz təhsil almaq olur??

    • @hissim1
      @hissim1 2 года назад

      Azerbaycanda yalnız ADA üniversitetine qebul olmaq olur sat bali ile

  • @leilaibrahim9946
    @leilaibrahim9946 3 года назад +1

    SAT balı ilə Bakı Ali Neft Məktəbinə qəbul olmaq olar?

    • @sevincli
      @sevincli  3 года назад +1

      Salam, bəli olar.

  • @Fergusonlastround
    @Fergusonlastround 3 года назад +1

    SAT imtahanında riyaziyyatdan olan suallar ingiliscə verilir yoxsa azərbaycanca?

  • @yuiipui
    @yuiipui 4 года назад +1

    Salam sizden birsey soruşacam SAT imtahanini vermek ucun gerek 11 il oxuyasan yoxsa 9illik oxumaqda besdir meselcun diyekki men 9dan cixmisam ve SAT daxil olmaq ucun 10 ve 11 sinifleri oxumuram sırf hazirlaşiram

    • @sevincli
      @sevincli  4 года назад

      Salam, SATı istediyiniz zaman vere bilersiniz, ancaq 11ci sinifi bitirmeden xaricde bakalavra nece qebul olacaqsız?

    • @yuiipui
      @yuiipui 4 года назад

      @@sevincli yox hele 9da oxuyuram 10cu sinife kecmek ucun imtahanlara hazirlaşiram 11 sinifi bitirenden sonra o atistat ile baklavr qebul olmaq olur

    • @sadullamammadli8499
      @sadullamammadli8499 4 года назад

      @@yuiipui sat a dəxlisi yoxdur attesatatın

    • @yusifveliyev2539
      @yusifveliyev2539 Год назад

      @@sadullamammadli8499 Attestatım yoxdu SAT ilə qəbul ola bilərəm?

  • @darknessworld565
    @darknessworld565 2 года назад

    Salam Tibb təhsili almaq üçün Sat və Toefl imtahanı lazımdır??

  • @nigarismayilova2287
    @nigarismayilova2287 4 года назад +1

    Salam sat ile gulhaneye vermək olur

  • @sehrimemmedli
    @sehrimemmedli 2 года назад +1

    Salam. SAT kurslarında aylıq ödəniş nə qədərdir?

  • @soft_lisa526
    @soft_lisa526 Год назад +1

    Sat kurslarının qiyməti minimum neçədir?

  • @farizmirzazade
    @farizmirzazade 6 лет назад +2

    Teqaüd de almaq olur SAT vasitesile

    • @sevincli
      @sevincli  6 лет назад +1

      Təqaüd akademik göstəricilərə görə verilirsə, yüksək SAT nəticəniz sizin üstünlüyünüz ola bilər.

  • @Alizeya-xd6fq
    @Alizeya-xd6fq 5 лет назад +1

    İmtahanı Azərbaycanda verib baçqa ölkələrdə oxumaq olur?Yoxsa oxumaq istədiyiniz ölkədə verilir imtahan?

    • @huseynlisahin3646
      @huseynlisahin3646 5 лет назад

      mən bilən azərbaycandada olur

    • @heroheroes2005
      @heroheroes2005 5 лет назад +1

      SamsungGalaxyJ701 SamsungGalaxyJ701 imtahan Azerbaycanda olur. tqdk terefinden keçirilir. ilde 6 defe. videoya axıra kümü bax prda deyir bunların hanmısını

  • @islambesiroglu5345
    @islambesiroglu5345 5 лет назад +2

    Ancaq orta məktəb tələbələri yararlanır bu proqramdan ?

  • @laleismayilova1346
    @laleismayilova1346 5 лет назад +1

    SAT imtahani ile turkiyede dovlet sifariwli universitetlere qebul mumkundur?🙏🏻

    • @Human-bc4qx
      @Human-bc4qx 5 лет назад

      sat kursuna 10cu sinifin baslangicindan baslamag meslehetlidi?

    • @TheHyperPhysicist
      @TheHyperPhysicist 5 лет назад +1

      @@Human-bc4qx məncə hə. Çünki 2 il ərzində çox şey etmək mümkündü. Eyni zamanda ingilis dilinizidə inkişaf etdirsəz, xaricdə təhsil proqramlarını araşdırsaz və yüksək nəticələr əldə etsəz, pulsuz universitet tapa bilərsiz.

  • @qadirqehreman289
    @qadirqehreman289 4 года назад +1

    Commente baxan her hansi biri eger cavab vere bilse sat imtahanini verdikden sonra turkiyede pulla oxuyurug ya pulsuz? Cavab versez sevinerdim

    • @mustafa005
      @mustafa005 4 года назад +1

      Dövlət universitetlərində pulsuz özəl unilərdə pullu(əgər bursla getməmisinizsə)

    • @qadirqehreman289
      @qadirqehreman289 4 года назад +1

      @@mustafa005 aha cox sag olun cavabinizi indi gordum dediyiniz burs turkiye burslaridir?

    • @qadirqehreman289
      @qadirqehreman289 4 года назад

      @@mustafa005 xahis edirem cavab vere bilsez verin

    • @mustafa005
      @mustafa005 4 года назад

      @@qadirqehreman289 Türkiyə burslarını zəif unilər qəbul edir.Ama özəl unilər və reytingli dövlət uniıərinə getmək üçün türkiyəyə gedib həmin universitetin imtahanına girmək lazım olur.

  • @soft_lisa526
    @soft_lisa526 Год назад

    Salam,mən 8 sinifdə oxuyuram:)İnglis dili səviyyəm A1 dir,mən hazırlaşıb qəbul ola bilərəm?

    • @alisakh2984
      @alisakh2984 Год назад

      Birinci ingiliscə öyrənməlisiniz

  • @nigarismayilova2287
    @nigarismayilova2287 5 лет назад +1

    Allah senden razı olsun geseng qız. Birde bunlarla Türkiyəyə de vermək olur ele?

  • @Humayhajili78787
    @Humayhajili78787 2 года назад

    Salam 10cu sinifdə oxuyuram oktyabr vəya dekabrda imtahana girə bilerem?

  • @RiseResolve
    @RiseResolve 2 года назад

    Xarici pasport ile getmek şertdir ?🤦‍♀️

  • @MCSDBT
    @MCSDBT 3 года назад +1

    Toeflla bunun nə fərqi var?

    • @sevincli
      @sevincli  3 года назад

      TOEFL ilə bağlı videomuzu izləyə bilərsiz, orda izah edilir

    • @MCSDBT
      @MCSDBT 3 года назад

      @@sevincli baxmışam. Sat da verməliyəm? Uniyə qəbul olmaq üçün?

  • @lalisaa_baby6928
    @lalisaa_baby6928 Год назад

    Salam,SAT imtahanı verərək bakida tibb universitetinə qəbul olmaq olar?

    • @Sensetivee
      @Sensetivee Год назад

      Yox sadece unec ve ada qebul edir

  • @xalideceferovaa
    @xalideceferovaa 2 года назад +1

    Salam mən 1 şeyi anlamadım.10 cu sinifdə oxuyuram hal hazırda və normal olaraq hazırlıqlara gedirəm hədəf kursuna.İndi mən bu il imtahan verə bilərəm Sat'a yoxsa 11 də verməliyəm?Və 11 də Sat'a imtahan verəcəmsə DİM'ə verməməliyəm.Və Sat'a imtahan versəm əgər adicə hazırlıqlarla qəbul ola bilərəm yoxsa Sat üçün xüsusi hazırlıq kursları var?Və birdə Sat''a qəbul oldum tutalım xaricdə pullu gedib oxuyacam?

    • @mehribanmuxtarova1124
      @mehribanmuxtarova1124 2 года назад +1

      Salam. Imtahani 10cu sinifde de, 11de de vere bilersiniz,imtahanin neticesi 5 il uchun kecherlidir, imtahan hetta bakalavr tehsilinizi alanda da ver bilersiniz, xaricde oxumaq isteseniz. Eger siz tehsilinizi inglis dilinde almaq isteyirsinizse, meselen ADA universiteti TQDK imtahanini teleb etmir, sadece SAT ile de qebul ola bilersiniz, amma o demek deyil ki TQDK ile qebul etmirler, onunla da qebul ola bilersiniz. SATe hazirlashdiran elbette ki müellimler var. Pullu ve ya pulsuz oxumaginiz, sehv etmiremse, universitetden asilidir. Xaricde sizin məktəbdən sonrakı fəaliyyətlərinizi də nəzərə alırlar, məsələn, olimpiadalari, yarışmalari, könüllülüyü. Ümid edirem komek ede bildim

    • @xalideceferovaa
      @xalideceferovaa 2 года назад

      @@mehribanmuxtarova1124 Salam çox sağ olun əziyyər çəkdiniz.Bəs tutalım xaricdə pulsuz uniyə düşdüm yataxana ilə hər şeylə təmin edir tələbəni yoxsa yox?Və burda TQDK ya həmdə SAT a 2 sinə də vermək mümkündü?Yəni Sat'a düşmədim TQDK ilə Azərbaycabda davam edim təhsilimi.Yoxsa 2 sindən birinə hazırlaşmaq lazımdı

    • @mehribanmuxtarova1124
      @mehribanmuxtarova1124 2 года назад +2

      Xaricde hem pulsuz, hem pullu mence temin edirler herşey ile, ancaq yeqin ki uniden de asılıdır( deqiq bilmirem). Siz SATe hazırlaşırsınızsa sadece riyaziyyat(inglisce) ve inglis diline hazirlashirsiniz, eger TQKDya, onda siz secdiyiniz qruppa gore ve o qruppun fennlerine gore hazirlashirsiniz. Indiki zemanede coxlari TQDKni çetin sayib, SATe hazirlashirlar, amma onlar tam ferqlidir ve eyni vaxtda ikisine de hazirlashmagda fayda gormurem. Siz SATe hazirlashib, TQDKni ise 2-ci variant kimi seche bilersiz, ve ya eksine. Menden bu qeder, dediyim melumatda belke biraz sehv ola biler, amma neden xeberdaramsa onu da dedim. Yene de qerari siz edirsiniz, men ise melumatlandirdim

    • @mehribanmuxtarova1124
      @mehribanmuxtarova1124 2 года назад

      Tezelikle oyrendim ki, SAT verenler TQDK da vermelidiler, amma ADA universitetinde sadece SAT ile de qebul edirler

    • @xalideceferovaa
      @xalideceferovaa 2 года назад

      @@mehribanmuxtarova1124 Tamam

  • @revanyt8662
    @revanyt8662 4 года назад +1

    Salam. Sat ve İelts imtahanini universitetde oxuya oxuya vermey olur ? Zehmet olmasa deyerdiz

    • @sevincli
      @sevincli  4 года назад +1

      Salam, bəli, olur

    • @revanyt8662
      @revanyt8662 4 года назад +1

      @@sevincli birdə bağışlayın zəhmət olmasa deyərdizdə sat imtahanından və ielts imtahanından nə qədər bal yığsaq hansı ölkəyə və hansı ixtisaslara girə bilərik.
      (Əziyyət olacaqsa cavablandırmayada bilərsiz )

  • @eldar3353
    @eldar3353 3 года назад +2

    SAT cavablari satiram

    • @sevincli
      @sevincli  3 года назад +1

      GRE cavabları da satırsız? 😅

    • @eldar3353
      @eldar3353 3 года назад +1

      @@sevincli xeyir

    • @shnz1099
      @shnz1099 3 года назад +1

      Salam, indi kecerlidir bu ? Yeni may ayindaki imtahan ucun ?

    • @prime560
      @prime560 3 года назад

      Eldar indide edrsen?

    • @thebestartdesign6527
      @thebestartdesign6527 2 года назад

      Bu il sat imtahan cavablari var sizde?almaq isteyirem.odenish ne qeder olacaq?

  • @seyidlihasumzad5544
    @seyidlihasumzad5544 2 года назад

    İmtahanın qiyməti neçəyədir ?