IELTS imtahanı

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Xaricdə təhsil almaq, işləmək və ya təlimlərdə iştirak etmək üçün adətən bizdən dil sertifkatı tələb olunur. İngilis dili üçün ən çox tələb edilən sertifikatlar IELTS və TOEFL-dır. Bu videoda sizə İELTS imtahanı barəsində danışacağam.
    IELTS sözünün açılışı International English Language Testing System-dir. Cambridge universitetinin ESOL imtahan mərkəzi, Britaniya Konsulluğu və IDP:IELTS Avstraliya tərəfindən 130-dan çox ölkədə 1100-dən çox test mərkəzində həyata keçirilir. Dünyada 10.000-dən çox universitet və təşkilat tərəfindən tanınır.
    IELTS dörd hissədən ibarətdir - Listening, Reading, Writing və Speaking. Listening, Reading və Writing testləri eyni gündə verilir. Speaking testi isə eyni gündə və ya imtahan tarixindən 7 günə qədər əvvəl və ya sonra verilə bilər.
    Onu da deyək ki, imtahanın : İELTS Academic (Akademik) və İELTS General training (İELTS Ümumi Hazırlıq) olmaqla 2 versiyası var. Akademik versiya ingilis dilli ölkədə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. General Training versiyası isə ingilis dilli ölkədə işləmək və ya belə ölkələrə miqrasiya etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bütün namizədlər eyni dinləmə və danışıq testindən keçir, lakin oxuma və yazı testləri fərqli olur.
    IELTS imtahanı paper based yəni kağız üzərində verilən bir imtahandır.
    Dinləmə hissəsi 30 dəqiqə davam edir, 4 bölmədən ibarətdir və asandan çətinə doğru gedir. Bölmələrdə monoloq və dialoqlar olur. Dinləmə bölməsində etməli olduğunuz maqnitafondan gələn səsə qulaq asaraq sizə verilən kağızdakı sualları cavablamaq və cavab kartına köçürməkdir. Onu da qeyd edək ki, bu bölmədə ingilis dilinin müxtəlif ləhcələrindən istifadə olunur.
    Oxuma bölməsi 1 saat davam edir, 3 mətn və 40 sualdan ibarətdir. Burda da mətnlər asandan çətinə doğru dəyişir. Mətnlər Akademik və General versiyalarda fərqli olur. Akademik versiyada adətən elmi və dərs kitablarından götürülən mətnlər, general versiyada isə müxtəlif qəzet və jurnallardan götürülən köşə yazıları, məqalələr verilir. Cavablarınızı işarələdikdən sonra isə cavab kartına köçürməlisiniz.
    Yazı bölməsi 2 tapşırıqdan ibarətdir, 1 saat davam edir. Bu bölmənin tərkibi də Akademik və General versiyalara görə fərqlənir. Akademik versiyada birinci tapşırıqda verilən sxem, qrafik vəya cədvəli yazılı təsvir etməyiniz, general versiyada isə məktub, şikayət ərizəsi və bənzəri yazılar yazmağınız istənilir. İkinci tapşırıq isə oxşar olub tanış bir mövzuda fikir bildirməyiniz tələb edilir.
    Danışıq bölməsi üz-üzə müsahibə formasında keçirilir, 11-14 dəqiqə davam edir və 3 hissəlidir. Birinci hissədə özünüz haqqında ümumi məlumat verir, ikinci hissədə sizə verilən mövzuya hazırlaşaraq danışır, üçüncü hissədə isə imtahan götürən şəxslə ikitərəfli müzakirə edirsiniz. Bu bölmədə cavablarınız səsyazan vasitəsilə qeydə alınır.
    İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqədir.
    Nümunə suallar: www.ielts-exam...
    Mətn: Sevinc Əliyeva
    Hazırladı: Sevinc Əliyeva
    Səsləndirmə: Sevinc Əliyeva
    Yeni videolardan ilk siz xəbərdar olmaq istəyirsinizsə: bit.ly/2LdMgOe
    Facebook: Video Bilik
    Instagram: @videobilik
    The video is copyrighted by Sevinc Əliyeva and cannot be reused in other online channels without permission.

Комментарии • 63

  • @valiguliyev9967
    @valiguliyev9967 6 лет назад +31

    Azerbaycandaki bir çox youtuberlerden ustun oldugunuzu bir daha xatirlatmag istedim. Vaxt ogrusu olmag baska, xalqa deyer verib onu maariflendirmek baska. inanmiram kimse paylasimlarinizi izleyib "5 degigemi qaytarin" desin. keep up the good work 👍🏻💪🏻

    • @sevincli
      @sevincli  6 лет назад +5

      Əməyimizi qiymətləndirdiyiniz üçün çox sağ olun! :)

  • @ulkr5310
    @ulkr5310 4 года назад +5

    Çox sağ olun, çox mükəmməl izah verdiniz, minnətdaram! :) ♥ ♥ ♥

  • @nezrinsultanova7161
    @nezrinsultanova7161 2 года назад +3

    Sevinc Xanım Amerika universitetinə qəbul üçün ( təqaüd) ielts və SAT yoxsa yalnız ielts yetərlidi ? Xahiş edirəm cavablandırın

  • @AGHA-25
    @AGHA-25 3 года назад +4

    Əhsən həqiqi məndə bəyəndim

  • @lebdov
    @lebdov Год назад +3

    Salam IELTS mütləq 12 illik təhsil tələb edir? Yoxsa 11ci sinifdən getmək mümkündür?

  • @yunuseliyev9845
    @yunuseliyev9845 2 года назад +3

    Imtahanı keçdikdən sora xaricdə oxumaq üçün nə qədər ödəniş olunur

  • @angrycat3199
    @angrycat3199 4 года назад +6

    Azərbaycanda bunun imtahanını verən mərkəz yoxdu elə?

  • @gunayii
    @gunayii 2 года назад +2

    IELTS imtahanından sonra xaricdə ödənişsiz təhsil olmaq olur ?

  • @konulabbasova2604
    @konulabbasova2604 4 года назад +4

    Xahiş edirəm cavablandırasınız bu imtahanın nəticələri tibb də keçərlidirmi?

  • @cefar8415
    @cefar8415 Год назад +1

    Salam ielts 11 de imtahan verib baslamaq lazmdir? Ve hansi imtahanlar dan kecmeliyik zehmet olmasa cavablandirarsiz

  • @telebe141
    @telebe141 Год назад +1

    Sizcə xarice magistr üçün gedim yoxsa 2 ya 3 kursdan hansisa layihəylə hansi daha perspektivlidir?

  • @xannms2950
    @xannms2950 5 лет назад +3

    Çox sağolun məlumata görə

  • @nasehqasimov5566
    @nasehqasimov5566 4 года назад +2

    Çox sağ olun.

  • @telebe141
    @telebe141 Год назад +1

    Anlamadım 2 ildən sonra getdiyimiz ölkədən gelib yenə imtahan vermeliyik?

  • @sevaorucova7352
    @sevaorucova7352 4 года назад +2

    Əla izzah.super

  • @vageeef5753
    @vageeef5753 3 года назад +2

    çox təşəkkürlər 👍🏻

  • @ieltswithrahim6377
    @ieltswithrahim6377 2 года назад +1

    Cox faydalı məlumatdır!

  • @elizadesaray2060
    @elizadesaray2060 2 года назад +1

    Bəs yaxşı IELTS ə hazırlaşmaq üçün ayda nəqədər pul verilir

  • @isaqagazad3299
    @isaqagazad3299 6 лет назад +3

    👍👍👍🙂

  • @jalegoyceyeva1104
    @jalegoyceyeva1104 3 года назад +2

    Salam men ielts 11 sinfin sonunda vere bilerem?

  • @faridfarkhad
    @faridfarkhad 3 года назад +1

    Amma hansi ay ve ne zaman kecirlir nece aydan bir kecirlir demedi!.

  • @WirvanWirvan
    @WirvanWirvan 3 года назад +2

    İlets imtahanında hərkəs iştirak edə bilərmi?

  • @rovshanbakirov9516
    @rovshanbakirov9516 Год назад +1

    bes imtahani harda vermek olar

  • @sonaquliyeva2962
    @sonaquliyeva2962 6 лет назад +4

    Əladı, çox sağ olun ♥️

    • @sevincli
      @sevincli  6 лет назад +1

      Siz sağ olun, Sona, izlədiyiniz üçün! :)

  • @agacanmediapro
    @agacanmediapro 6 лет назад +2

    Faydalı oldu, təşəkkürlər.

  • @dyduirudhsbhs3684
    @dyduirudhsbhs3684 3 года назад +2

    Toefl da pulsuz təhsil var?? (Amerikada)

  • @namiqlili5090
    @namiqlili5090 4 года назад +3

    Salam. IELSTdə imtahanı Academik versiyada verib, hansısa ölkəyə miqrasiya elyə bilmərəm? Gələy birdə General versiyadan imtahan verim?

    • @SmertBS
      @SmertBS 7 месяцев назад

      Salam qaqa noldu gedebildin xarice?

  • @turanquluzade6741
    @turanquluzade6741 4 года назад +3

    2 il? O qədər əziyyət çəkirsən elə 2 il keçərli olur? Nə də olsa 335 manatdı 2 ilden sonra yenə gələrlər.

    • @nari4306
      @nari4306 4 года назад +2

      Umumi 365 manatdi?

    • @mhmmdmmmdov2822
      @mhmmdmmmdov2822 3 года назад +2

      İmtahan qiyməti 340 manatdı və necə il olmağı gözləyirsiniz? Ele həmin il içində onu isledirsiz

    • @agilguliyev2983
      @agilguliyev2983 3 года назад +1

      1 may 2021 dən etibarən barattsonda 360 m oldu paper

  • @birizleyici840
    @birizleyici840 3 года назад +1

    Salam xahiş edirəm cavablandırın. 9-cu sinifi bitirib (məktəbdən çıxıb) İELTS imtahanı vermək olurmu? Və yaxşı nəticə alsaq 9 illik təhsillə xaricdə üniversitet oxumaq olarmı?

    • @sevincli
      @sevincli  3 года назад +1

      Salam, ieltsi istənilən zaman verə bilərsiniz. Xaricdə təhsil üçün isə orta təhsili tamamlamaq lazımdır

    • @birizleyici840
      @birizleyici840 3 года назад +1

      @@sevincli cavablandırdığınız üçün təşəkkürlər

  • @ayshenxayatova6021
    @ayshenxayatova6021 3 года назад +2

    Salam inglis dili müəlliməsidir fakültəm Xəzər universiteti oranı bitirəndən sonra Cənubi Koreyada ieltsle imtahan verib magistr oxuya bilərəm?

    • @sevincli
      @sevincli  3 года назад +3

      Salam, bəli, oxuya bilərsiniz. Koreya ilə bağlı video da çəkəcəyik yaxında.

    • @ayshenxayatova6021
      @ayshenxayatova6021 3 года назад +3

      @@sevincli cavablandirdiniz ücün çox sagolun))

  • @xalideceferovaa
    @xalideceferovaa 3 года назад +1

    Maliyyəni bitirib İeltsə imtahan verib xaricdə oxuyub işləyə bilərəm?

  • @angrycat3199
    @angrycat3199 4 года назад +3

    Hansı çətindi SAT yoxsa İELTS

  • @telebe141
    @telebe141 Год назад

    Belə olduğunu təxmin belə etməmişdim

  • @gulshensadigova7681
    @gulshensadigova7681 4 года назад +2

    Turkiye universitetleri taniyir IELTS? cavablandirardiz zehmet olmasa.

  • @qribhyat7703
    @qribhyat7703 3 года назад +1

    Ielts imtahanindan keçdikden sonra Azerbaycanda xarici wirketlerde iwlemek olur?Iw potensiali yuksekdirmi?

    • @sevincli
      @sevincli  3 года назад

      İngilis dili bacarığı tələb olunursa, bəli, işinizə yarayar IELTS

    • @qribhyat7703
      @qribhyat7703 3 года назад

      @@sevincli Tewekkur edirem.

  • @musicsong7107
    @musicsong7107 4 года назад +3

    İeltsın olmağı azərbaycanda işə düzəlmədə faydalı ola bilər?

    • @sevincli
      @sevincli  4 года назад +2

      İngilis dili tələb edilirsə, ola bilər.

  • @survavirrrr
    @survavirrrr 9 месяцев назад

    Xaiş edirem cavab verin yaş həddi var

  • @ldk340
    @ldk340 5 лет назад +3

    Salam Mən Türkiyədə Oxumaq istəyirəm IELTS HAZIRLAŞIM YOXSA SAT HAZIRLAŞMALIYAM ???

    • @aytacmammedli8738
      @aytacmammedli8738 5 лет назад +2

      Sat

    • @angrycat3199
      @angrycat3199 4 года назад +2

      @@aytacmammedli8738 niyə?

    • @dursunorucova9959
      @dursunorucova9959 4 года назад +2

      Salam ,əslində Türkiyeye hazirlasmaq isteyirsizse YÖS hazirlasmaginiz daha yaxsidi .Çünkü sat -i az sayıda universitet qebul edir .Ama Yös-ü Turkiyedeki bütün universitetler .Yenede siz sat ilede Türkiye'de tehsil ala bilersiz

  • @eysanatay5654
    @eysanatay5654 4 года назад +2

    Neçə yaşda imtahan verilə bilər?

  • @nezrinsultanova7161
    @nezrinsultanova7161 2 года назад +2

    Sevinc Xanım Amerika universitetinə qəbul üçün ( təqaüd) ielts və SAT yoxsa yalnız ielts yetərlidi ? Xahiş edirəm cavablandırın