Siyəzənin Dağ Quşçu kəndi belə getsə, xəritədən silinəcək - Sakinlər fəryad edir
HTML-код
- Опубликовано: 8 фев 2025
- "Gözdən uzaq, könüldən iraq" düşən Siyəzənin Dağ Quşçu kəndinin sakinləri əməlli-başlı problem içindədirlər.
KONKRET.az xəbər verir ki, kənddə nə qaz xətti, nə içməli su, nə də ki işıq var. Bir sözlə dağ boyda dərdi olan Dağ Quşçu sakinləri, kəndin dağılmaq üzrə olduğunu, əhalinin isə evlərini tərk etdiyini deyirlər. İnsanlar aidiyyatı qurumların tezliklə mövcud problemləri həll edəcəklərinə umidlidirlər, əks halda Dağ Quşçu xəritədən silinə bilər.