2-ci blok imtahanına qeydiyyat 2-ci qrup 2023

Поделиться
HTML-код
  • Опубликовано: 22 сен 2024
  • I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb
    I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2023-cü il iyunun 5-dən 20-dək aparılacaq. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (www.e-gov.az/a...) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.
    Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
    Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.
    İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
    Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.
    18 iyun tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanına yazılan şəxslərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət aldıqları təqdirdə yay imtahanına buraxılmayacaq.
    Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan) üzrə 9 iyul , I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan) üzrə isə 23 iyulda keçiriləcək.

Комментарии • 137

  • @leylarustem2341
    @leylarustem2341 3 месяца назад +3

    COX AYDIN SEKILDE IZAH ETDIYINIZ UCUN SIZE TESEKKUR EDIREM

  • @arzusgrov2705
    @arzusgrov2705 Год назад +3

    Çox tesekkur edirem muellim bele etrafli izah ucun. Allah sizden razi olsun Allah ureyinize gore versin. Herkese ugurlar Allah heckesin eziyyetini yerde qoymasin insAllah🙏

  • @ibrahimagalizade4249
    @ibrahimagalizade4249 Год назад +8

    Çox sağ olun müəllim bele ətraflı başa saldiginiz üçün Allah razi olsun

  • @Funnylannd
    @Funnylannd Год назад +1

    Allah sizdən razı olsun

  • @tghhgt3424
    @tghhgt3424 Год назад +1

    Allah razı olsun

  • @xelilovaseymure
    @xelilovaseymure Год назад +1

    Az öncə ərizəm təsdiq olundu❤təşəkkürlər

  • @cirkenazz6859
    @cirkenazz6859 Год назад +1

    Salam müəllim, elə təhsil mərkəzləri var ki xidmət haqqını 20 manat edir, siz nə yaxşı ki varsız rahat sizin sayənizdə öyrənirik

  • @Ronaldinho_goat18
    @Ronaldinho_goat18 Год назад +6

    Salam mən 40 AZN ödədim amma hesabıma köçmədi düz yükləmişəm halbuki xaiş bilən yazsında 😢

  • @martalulu4826
    @martalulu4826 Год назад +2

    Allah əziyyətinizi yerdə qoymaz İnşallah.

  • @silence0109
    @silence0109 Год назад +4

    40 man yazılmışdı 50 man ödədiz amma?

  • @nebiisgndrov1299
    @nebiisgndrov1299 Год назад +2

    Salam zəhmət olmasa 3-cü qrupu da qoyardız

  • @РенаАбдуллаева-ю3в
    @РенаАбдуллаева-ю3в 3 месяца назад

    Niye bele yavas deyirsiz,hecne basa dusmedim.mirmirmir

  • @dearhunter9298
    @dearhunter9298 Год назад +1

    Allah ozu komey olsun hamiya

  • @little_word888
    @little_word888 Год назад +6

    1ci qrup gələcək?

  • @cirkenazz6859
    @cirkenazz6859 Год назад +2

    Müəllim 40 dediz 50 vurduz o necə olur?

  • @meleykemehtiyeva
    @meleykemehtiyeva 3 месяца назад

    Müraciətiniz qəbul olundu mesajı pul ödənəndən sonra yazılır mütləq?

  • @ramalagazade7296
    @ramalagazade7296 Год назад +2

    Muellim men qeydiyatdan keçmek isteyirem yazir vaxt bitim bu gun ayin 16 sidi axi

    • @emilaliyev3593
      @emilaliyev3593 Год назад

      Mənə də elə yazıb yəqin sistemdə problem varr😢

  • @natiqeliyev664
    @natiqeliyev664 Год назад +1

    Salam müəllim bilmək istərdim subakalavrların musiqi üzrəqabiliyətqeydiyatının ikinci mərhələsi olacaq ya yox xahiş edirəm cavablayasız

  • @kenankerimli2164
    @kenankerimli2164 Год назад +2

    1ci qrup üçün də paylaşardız zəhmət olmasa

  • @namiqkerimov4662
    @namiqkerimov4662 Год назад

    Bizdə də bu cür yazıldı,yəni 40 azn birinci yerdə yazılıb,sonrakı yerdə rüsum 50 azn göstərilib və mötərizədə güzəşt olunanması qeyd olunub,yəni eynilə sizdəki kimi.İndi maraqlıdır nə qədər hesaba pul yüklənməlidir?

  • @tofiqceverov6663
    @tofiqceverov6663 Год назад

    Salam.muellim kartnan odenis ede bilirem yazilir Xeta bas verdi DİM teskilati ile informasiya mubadileside xeta bas vermisdir Teskilatin servisi qeyri aktivdir yazilib nece kabinetimde balansi artirim

  • @tutuova.5333
    @tutuova.5333 3 месяца назад

    Salam. Mən imtahana buraxılış vərəqəsini çap edə bilmirəm.buna səbəb nə ola bilər?

  • @leader239
    @leader239 Год назад

    Salam mən terminaldan pul vurmaq istədim fin kodumu yazdım yazıldı nəsə səhv məlumatlar verilib 10 dəfə baxdım elədim yenə eyni şeyi yazdı neyniyim bu barədə?

  • @guzelgunler7467
    @guzelgunler7467 Год назад

    Salam mellim men balansa pul vura bilmirem yazilir sistem qeyri aktivdir niye bele olur bilisizse deye bilersiz zehmet olmasa

  • @testcavablari2023
    @testcavablari2023 3 месяца назад

    salam isdir birden sehv qrup uzre kecdim onu deyismek olur??

  • @ramizyusif4878
    @ramizyusif4878 Год назад

    Salam.muellim,men oqlumu qeydiyyatdan kecirmisem.ikinci ucun,amma indi leğv etmek isteyirem.Bunu nece edim?Ederken pul geri qaytarilirmi?

  • @bdurrhmanliyev3512
    @bdurrhmanliyev3512 Год назад +2

    Salam sessiyanin vaxtı bitmişdir yazılır bununla bagli koməklik edə bilərsiz?

    • @Khlebushek326
      @Khlebushek326 Год назад

      ++

    • @elis1o
      @elis1o Год назад

      keçənməyəcəksən qardaş , sistem bağlanıb uje

  • @hshssbshs9329
    @hshssbshs9329 Год назад

    Məllim yazirki sessiyanın vaxtı bitmişdir ammami ayın 16 si dır

  • @Caniyeva999
    @Caniyeva999 3 месяца назад

    Salam mən qeydiyyatda keçdim amma ödəniş vurmadım rüsumdan azadsınız yazıldı səbəb nə ola bilər ?.

    • @leylarustem2341
      @leylarustem2341 3 месяца назад

      Yeqin imtiyazli alelerdensiniz

    • @Caniyeva999
      @Caniyeva999 3 месяца назад

      @@leylarustem2341 imtiyazlı ailələrə kimlər daxildir ?.
      Mənim atam həyatda deyil ,yəqinki buna görə azadam .

    • @Caniyeva999
      @Caniyeva999 3 месяца назад

      @@leylarustem2341 imtiyazlı ailələrə kimlər daxildir ?.
      Mənim atam həyatda deyil ,yəqinki buna görə azadam .

    • @Karamel_147
      @Karamel_147 3 месяца назад

      ​@@Caniyeva999 ərizəni təsdiq etdikdə ödənilməli məbləğ 40azn yazdı sizdə?

  • @qosqaresedov706
    @qosqaresedov706 Год назад

    SALAM MEN BU GUN QEYDIYYATDAN KECDIM NE VAXT CAP EDE BILEREM

  • @user-en3zr1mw9c
    @user-en3zr1mw9c Год назад

    Salam. Sistemə daxil olmadan hesaba ödənişi ödəsəm problem olmaz? Xahiş edirəm cavablayardınız.

  • @17Huseen
    @17Huseen Год назад

    Balansi artiranda abituriyentin FIN kodu yazilmalidi terminalda?

  • @mirhuseynagayev5677
    @mirhuseynagayev5677 Год назад +1

    İndi biz 40 odeyecik yoxsa 50

  • @aydinismayilov5411
    @aydinismayilov5411 Год назад

    Salam müəllim siz subakalavrlar üçün ixtisas seçimi başlayanda qızıma kömək edə bilərsiz?

  • @sevincabiyeva8
    @sevincabiyeva8 Год назад

    Salam müəllim mən birinci ödəniş edib sonra gedib qeydiyyatdan keçsəm olar?

  • @ChengisKhan737
    @ChengisKhan737 Год назад

    Salam 2ci blok imtahaninda yığılan bal 1ci blok imtahanin balina elave olunur yoxsa ?

  • @fatinka112
    @fatinka112 3 месяца назад

    Salam . Eyni qayda bu il üçün keçərlidir ?

  • @nagyevamehriban1983
    @nagyevamehriban1983 Год назад

    Müəllim bəs 2ci cəhd qeydiyyatı ləgv etmək istədik onda pul qaytarılır yoxsa yox

  • @Ggwp-e9l
    @Ggwp-e9l Год назад

    Salam qeydiyyati ləğv ettikden sonra 40 azn geri qayıdır?

  • @IlgamIlham-ly5gw
    @IlgamIlham-ly5gw Год назад +2

    salam müəllim.2-ci qruplar üçün şans imtahani navaxti?

  • @efsanehesenova1577
    @efsanehesenova1577 Год назад

    Salam men 2010 mezunuyum men 1 cı buraxılış imtahanıda vermeliyem?sadece 2 ci blok imtahan?

  • @elsnqasimov8254
    @elsnqasimov8254 Год назад +1

    Ən sonda hansı imtahanın balını götürəcəyik o necə olacaq ?

  • @nahidehmedov6208
    @nahidehmedov6208 Год назад +1

    Ərizəni ləğv edib təzdən qeydiyyatdan keçmək olur.? Pul hara gedr ?

  • @shola7219
    @shola7219 Год назад

    Birinci pulu vururuğ yoxsa sisteme daxil oluruğ?

  • @Aynur.1007
    @Aynur.1007 3 месяца назад

    Salam şagirdin fin kodunu yazırıq?

    • @VusetAzizov
      @VusetAzizov  3 месяца назад +1

      Kim qeydiyyatdan kecir onun

  • @aytacabdullayeva8489
    @aytacabdullayeva8489 2 месяца назад

    Müəllim mən səhvən çox pul attım onu geri çıxartmaq olur?

  • @huseynova.n
    @huseynova.n Год назад +1

    Salam muellim. Buraxilis ve blokda is nomresi eyni mi olur?

  • @Guliyeffa333
    @Guliyeffa333 3 месяца назад

    Salam men qeydiyyatdan kecmisem 2 ci cehd imtahanina lakin erizem tesdiq olsada sexsi kabinetden pul cixmayib neden ola biler o?

    • @leylarustem2341
      @leylarustem2341 3 месяца назад +1

      Siz yeqin imtiyazli ailelerdensiniz bu imtiyazli alelere sehid aleleri qacqinlar ve alede eliliyi olanlar pulsuz kecir.Bizde odenissiz kecdik

    • @Guliyeffa333
      @Guliyeffa333 3 месяца назад

      ⁠​⁠@@leylarustem2341imtiyazli ne menada dediklerinizin hecbiri yoxdu menim ailemde ne elil nede qacqin deyilik allah sehidlerimize rehmet etsin sehid aileside deyilik ama pulsun kecib erzem tesdiq olunub lakin pul cixmayib neden ola biler basqa o goresen

  • @Fariz-dz7xz
    @Fariz-dz7xz Год назад

    Salam.İndi tutalım 2 ci cəhd blok imtahanına getdim.Daha az bal vurdum.O bal əsas götürülür yoxsa 1 ci blokun cavabları?

    • @nicat9567
      @nicat9567 Год назад

      Çox olan götürülür

  • @Usersssssrs
    @Usersssssrs Год назад +1

    Müəllim mən ərizəni təsdiq elədim amma ödəniş tələb olunmadı, ödəniş etməyə ehtiyac var?

  • @kenankerimli2164
    @kenankerimli2164 Год назад +1

    Müəllim ,informatikadan və kimyadan verənlər nə qədər ödəniş etməlidir?

    • @BlackAzerbaijan
      @BlackAzerbaijan Год назад

      Rk Və Rİ ikisi 50Azn olmalidi.
      Yox əgər siz yalniz RK dan verəcəysinisə onda 40Azndi

    • @shahaneeliyeva5948
      @shahaneeliyeva5948 Год назад

      ​@@BlackAzerbaijan 40 manatdan əlavə 50 manat da rüsum ödəmək lazımdır? Siz qeydiyyatdan keçmisiz ?

  • @nicatismaylov11b
    @nicatismaylov11b Год назад

    Salam müəllim 1ci qrup da indi keçə bilər?Müəllim əgər hər iki altqrupu seçsəm(RK və Rİ), amma informatikadan 0 bal toplasam yenə informatika ixtisaslarını seçə biləcəm?

    • @mdnddmkfmfmcmcmv8137
      @mdnddmkfmfmcmcmv8137 Год назад

    • @shahaneeliyeva5948
      @shahaneeliyeva5948 Год назад

      ​@@mdnddmkfmfmcmcmv8137 ümumiyyətlə 0 bal ləğv olunub? 1ci cəhddə fizikadan 4 düz vurub . 3ü səhv cavablara çıxıb 1düzü qalıb . İxtisas seçimi edə bilərmi?

  • @slminazmansurova3621
    @slminazmansurova3621 Год назад

    Xarici vətəndaşlara 1 ci qrup hem RK hem Rİ alt qruplarina ödəniş nə qədər olacaq?

    • @Phytonedits
      @Phytonedits Год назад +1

      Salam, 50 AZN

    • @bediryusifov777
      @bediryusifov777 Год назад +1

      ​@@Phytonedits bəs Yalnız RK?

    • @Phytonedits
      @Phytonedits Год назад +1

      @@bediryusifov777 40 olar gümanki,çünki mən 1 altqrup seçmişəm DT 40 azn ödədim keçmişəm qeydiyyatdan

    • @fqanibrahimli2265
      @fqanibrahimli2265 Год назад

      ​@@Phytonedits neçə bal topladız ümumi

  • @ruqiyyememmedova6049
    @ruqiyyememmedova6049 Год назад

    *Salam muellim men valideynlərimi itirmişəm. Amma imtiyaz gelmedi axi ne edim?*

    • @VusetAzizov
      @VusetAzizov  Год назад

      Salam. Allah rəhmət etsin. Dsmf muraciet edin

  • @nicatismaylov11b
    @nicatismaylov11b Год назад

    Salam 1ci qruplar da indi qeydiyyatdan keçməlidir 2ci imtahan üçün?

  • @fatimislmva4634
    @fatimislmva4634 Год назад

    İmtahana buraxılış vərəqi nə vaxt çap olunur ?

  • @nurayhasan27
    @nurayhasan27 3 месяца назад

    Milli onle odenis mumkundu zəhmət olmasa cavablayın

  • @nnnnnnnnmmmmjjkmm2996
    @nnnnnnnnmmmmjjkmm2996 Год назад

    Salam xais edirem mene cavab yazinda.
    Dt olanlar regionsunasliqi sece biler?

  • @A1334ccc
    @A1334ccc Год назад

    Salam bes niye siz den 50 oldu dersiz 40 mandi bize bawa salin qorey dt dc uzre neceye olacaq yay imtahani????

    • @VusetAzizov
      @VusetAzizov  Год назад +2

      Dt ve tc 50 isteyir

    • @shahaneeliyeva5948
      @shahaneeliyeva5948 Год назад

      ​@@VusetAzizov xahiş edirəm cavablandırın . 1ci qrup RK altqrupu 40 manat və əlavə 50 manat rüsum ödənməlidir? Yəni hesabda 90 manat pul olmalıdır ?

    • @VusetAzizov
      @VusetAzizov  Год назад

      Rk 40

    • @shahaneeliyeva5948
      @shahaneeliyeva5948 Год назад

      @@VusetAzizov hesabda 40 manat olduğu halda təsdiqlənmədi . Vəsaitin çatmadığını yazır . Bilmək istəyirəm 50 manat da rüsum ödənməlidir?

  • @ruqiyyememmedova6049
    @ruqiyyememmedova6049 Год назад

    *Salam muellim öz nömrənizi verə bilərsiniz mənə?Bu gün qeydiyyatdan kecmeliyem pb olur.*

  • @shahaneeliyeva5948
    @shahaneeliyeva5948 Год назад

    Zəhmət olmasa bilən yazsın . 2ci cəhd üçün toplam 90 manat ödənilir? 40 manat imtahan , 50 manat rüsum ?

  • @A1334ccc
    @A1334ccc Год назад

    Salam yay imtahanin dt tc odenuwi deyedduzde

  • @Samsunggalaxy10a
    @Samsunggalaxy10a Год назад

    3cü qruplarada 40manatdır ödəniş?

  • @OhMyFear-ll5xh
    @OhMyFear-ll5xh 3 месяца назад

    Salam müəllim 2 cəhd üçün bal limiti var?

  • @farizcennetov9964
    @farizcennetov9964 Год назад

    Razıyam isaresi gəlmir

  • @rustamturabov9460
    @rustamturabov9460 Год назад

    61 komissiya açan çıxacaq?

  • @A1334ccc
    @A1334ccc Год назад

    Bes niye 50 vurduz

    • @VusetAzizov
      @VusetAzizov  Год назад

      Men izah eledim axi ki sizden sistem 40 istese 40 manat,50 istese 50 vurun

  • @nrminbalametova5216
    @nrminbalametova5216 Год назад

    Müəllim 1 ci cəhddə iştirak etməyən 2 ci cəhddə iştirak ede bilər?

  • @moonknight2331
    @moonknight2331 Год назад +1

    İndi 40 ödəyək yoxsa 50?

    • @Phytonedits
      @Phytonedits Год назад

      Məndə dəqiq bilmədim onu

    • @SandyRockkk
      @SandyRockkk Год назад +2

      Altqrupla verirsizse əgər 50 manat.
      Siz qrupunuzu seçin, hansına verəcəksinizsə, sizə özü deyəcək sistem

    • @xxxxx____
      @xxxxx____ Год назад

      hər ikisini və ya tc seçsəz 50 sadəcə dt isə 40

  • @Kalpistermi
    @Kalpistermi Год назад +1

    Kartnan vurmaq olmur?

  • @elekberagamirzeyev503
    @elekberagamirzeyev503 Год назад

    3 qurubbb

  • @k23.Versage
    @k23.Versage Год назад

    2ci cəhd ödənişlidi axı 50 azn

    • @xxxxx____
      @xxxxx____ Год назад

      40 azndir 3.qrupda tc və ya 1.qrupda ri qrup seçdikdə əlavə 10 man ödənir yəni 50 man.

  • @zamanezazayev2617
    @zamanezazayev2617 Год назад

    Vusetim askim herseyim

  • @A1334ccc
    @A1334ccc Год назад

    Bunjn 3 qrupu da deyunde zwhmet olnasa

    • @xxxxx____
      @xxxxx____ Год назад

      eynidir də sadəcə qrupu fərqli yazırsız

  • @mightypanda1349
    @mightypanda1349 Год назад +1

    Müəllim... Əgər 2-ci sans da iştirak etsek...1-ci sans balimiz itmeyecek ki?