ƏLƏKBƏR ƏSGƏROV "ŞUR" MUĞAM (BALABAN)

Поделиться
HTML-код
  • Опубликовано: 24 авг 2018
  • ƏLƏKBƏR ƏSGƏROV - "ŞUR" MUĞAM RƏNGİ (BALABAN)
    Azərbaycanın görkəmli nəfəs çalğı alətlərinin novator-ifaçısı olan Ələkbər Əliəsgər oğlu Əsgərovun çoxşaxəli yaradıcılıq irsi,bu günümüzün musiqi kamilliyinin yüksək etalonu hesab edilə bilər. Neçə onilliklər boyu ifaçı və müəllim kimi fəaliyyət göstərmiş gözəl Ustadın Azərbaycan xalq musiqi sənətində yeri şərəflidir. Onun ifasında hər bir muğam,xalq mahnılari və rəqslər zövqlə,təravətlə və böyük ustalıqla səslənir,çünki ifaçı bu inciləri qəlbinin odu ilə isindirirdi.Professional musiqiçilərin fikrincə Ə.Əsgərov klarnetdə,balabanda,neydə və tütəkdə ən virtuoz ifaçı olmuşdur. O öz sənətində əvəzsiz dəsti-xətti ilə seçilən sənətkardır. Ələkbər Əsgərov dəfələrlə xarici ölkələrdə işləmək təklifi alsa da Azərbaycana olan məhəbbəti onu hər dəfə bu təkliflərdən uzaqlaşdırmışdır. Ələkbər Əliəsgər oğlu Əsgərov 3 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti özünü biruzə verir.1951-ci ildə Ələkbər Əsgərovu Musiqili Komediya Teatrin xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Həqiqət Rzayevanin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edirlər. 1959-ci ildə artıq peşəkar klarnet ifaçısı kimi yetişməsinə baxmayaraq Ə.Əsgərov Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Təhsil aldığı illərdə Səyid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə və eyni zamanda Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı ansamblında çalışıb.Müxtəlif illərdə Ə.Əsgərov Əlibaba Məmmədovun "Humayun" və Əliağa Quliyevin ansambllarında aparıcı ifaçılarından biri olmuşdur. 1966-cı ildən ömrünün son günlərinə qədər Sumqayıt şəhəri Soltan Hacıbəyov adına Orta-İxtisas Musiqi Texnikumunda balaban sinfi üzrə müəllim işləyib. Müəllimlik fəaliyyəti ilə yanaşı Ə.Əsgərov 1973-cü ildə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına dəvət alır. Bu kollektivin tərkibində o,nəinki keçmiş SSRİ dövlətlərində,həmçinin Liviya,Yəmən,Böyük Britaniya,Almaniya,İsveç,Misir və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Ömrünün son illərində Ə.Əsgərov Sumqayıt Musigi Texnikumunun müəllimlərindən ibarət "DÜGAH" instrumental folklor ansamblıni yaradir. Bu ansambl öz alət tərkibinə,repertuar və üslubuna görə Respublikada yeganə və orijinal idi.Görkəmli musuqiçi balaban, zurna,tütək və ney kimi nəfəs çalğı alətlərinin mahir ifaçısı olaraq,ansamblın tərkibinə həmin alətləri daxil edir və tar,kamança,ud,nağara alətləri ilə yanaşı,onların özünəməxsus və fərqli səslənmə xüsusiyyətlərini tətbiq edib. Ansamblın repertuarına xalq rəqslərindən əlavə özünün bəstələdiyi rənglər və rəqslər daxil etmişdir.Ə.Əsgərovun bəstələdiyi rəqs melodiyaları Azərbaycan rəqs musiqisinin nadir incilərindən sayılır. Onun rəqsləri proqramlıdır, və doğma insanların xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qeyd edək ki,onun bəstələdiyi rəqslər variasiyalıq prisipləri əsasında inkişaf etdirilib.Musiqi cümlələrinin intonasiya baxımından oxşar olmağına baxmayaraq burada melodik xətt eyni ilə təkrar olunmur.Dahi bəstəkar Üzeyir Hacıbəyli ənənələrini davam etdirən Ə.Əsgərov,öz rəqslərində müxtəlif muğam modulyasiya keçidlərindən bacarıqla istifadə etmişdir. Bu cür yanaşma onun muğam sənətinə dərindən yiyələndiyindən irəli gəlir. Ələkbər Əsgərovun "Segah","Humayun","Dügah","Rəhab","Bayatı-Şiraz""Şüştər","Zəminxarə","Rast","Şur","Bayatı-Qacar" instrumental muğam ifaçılığı interpretasiya tərzilə öz sələfləri və müasirlərindən seçilir. Onun çoxşaxəli yaradıcılıq irsi Azərbaycan Dövlət Televiziya və Radiosunun qızıl fondunda qorunub saxlanır. Dahi, novator-sənətkar Ələkbər Əsgərov zəngin və virtuoz ifaçılıq məharətilə tanınmış, musiqi ictimayətinin və xalqın dərin məhəbbətini qazanmışdır. Ələkbər Əsgərovun ifaçılıq üslubu gənc ifaçıların inkişafı üçün daim örnək olacaq!Allah rəhmət eləsin Dahi Ustadımıza! Məkanı cənnət olsun.
    #Alekperaskerov#Ələkbərəsgərov#Elekberesgerov#Алекпераскеров#
    ALEKPER ASKEROV,ELEKBER ESGEROV,АЛЕКПЕР АСКЕРОВ,КЛАРНЕТ,KLARNET,BAYATI KURD,MUGHAM,RENGİ,HUMAYUN,ELİBABA MEMMEDOV,USTAD,SENETKAR,VİRTUOZ,REŞİD BEHBUDOV

Комментарии • 35

  • @azeribalasi01
    @azeribalasi01 6 лет назад +29

    Gozel ifa.....Temiz ifa.....AZERBAYJAN MILLETINE MEHSUS OLAN IFA. ALLAH REHMET ELESIN USTADIMIZA.

  • @aha1909
    @aha1909 6 лет назад +20

    Allah rehmet elesin

  • @GiannisAleksiou-lk2nb
    @GiannisAleksiou-lk2nb 20 часов назад +1

    Супер балабан😮

  • @semen982
    @semen982 6 лет назад +21

    Allah rehmet elesin Dahi Ustada

  • @muzikant1967
    @muzikant1967 6 лет назад +23

    MÖHTƏŞƏM İFA!!!MƏKANIN CƏNNƏT OLSUN ƏLƏKBƏR MÜƏLLİM.

  • @leventtayfun9303
    @leventtayfun9303 6 лет назад +22

    Güzel ifa. Cok büyük sanatçıymış rahmetlik!

  • @cavidpolad6445
    @cavidpolad6445 5 лет назад +15

    Allah rehmet elesin Ələkbər əmiyə. Ruhun şad olsun. İnşallah.

  • @peruani966
    @peruani966 6 лет назад +26

    Allah Qeni Qeni rehmet elesin Elekber Ustada. Nə yaxşı ki onun ifalari var. İnsanın ruhu dincəlir.

  • @user-nt1dc1wp7r
    @user-nt1dc1wp7r 7 месяцев назад +1

    Супер ! ! ! Шедевр 👍 ! ! !

  • @violin777
    @violin777 6 лет назад +24

    Allah Ruhunu shad Elesin , evezolunmaz Ustadimiz , Senetkarimiz Elekber Esgerova. Onun ifalarina bigane qalmaq olmur, soz ile ifade olunasi olmayan hissler yashadir insana...Allah Rehmet Elesin!

  • @taranamecidova2036
    @taranamecidova2036 Год назад +1

    Görün necə üreyində oxuyur.Vay vay.Əcəb əcəb .

  • @clarinetto1543
    @clarinetto1543 5 лет назад +15

    SUPER. ALLAH RƏHMƏT ELƏSIN DAHİ KORIFEY SƏNƏTKARIMIZA! ALEKPER ASKEROV - NOVATOR IDI. ALLAH ONA QƏNI QƏNİ RƏHMƏT ELƏSİN.

  • @davidmirzabekov6901
    @davidmirzabekov6901 5 лет назад +36

    *Алекпер Аскеров был не просто гениальным музыкантом - он был ВЕЛИЧАЙШЕЙ ЛИЧНОСТЬЮ, который обладал ДАРОМ БОЖЬИМ.Мне кажется, что он никогда не терял связи со своим Создателем, потому и был пронизан такой великой светлой грустью мудрости при всей своей жизнерадостности и энергии...Он был не лучший а был ЕДИНСТВЕННЫМ...
    Это не просто слова и дань уважения и признания Таланта Аскерова! Нет равных ему ! И,наверное,не будет! Нет такой сердечности и душевности исполнения,такого благородства,артистизма, аристократизма,такой харизмы,такого воздействия на слушателя! И такой НЕВЕРОЯТНОЙ скромности,застенчивости при его мегапопулярности! Кого можно поставить рядом???.....Он один такой!!! Светлая память Великому Музыканту!*

  • @bayraktar6071
    @bayraktar6071 2 года назад +6

    Dağlardan, qayalardan süzülüb gələn bulaq suyu. Belə sənətkarın şəninə nə desən azdır. Ölməyib yaşayır, əbədi yaşayacaq!🤲🤲

  • @hmxm639
    @hmxm639 3 года назад +7

    GREAT AZERBAİJANİ MUGHAM

  • @user-qn3sl2gn2q
    @user-qn3sl2gn2q 4 года назад +10

    Исполнение говорит за себя.
    Остаётся только слушать и наслаждаться...

  • @qedimovarena7828
    @qedimovarena7828 4 месяца назад +1

    Алекпер м-м работал педагогом в Сумгаитском муз.училище им. С. Гаджибекова. Аллах рехмет элясин

  • @qulammirzmirzyevbak5121
    @qulammirzmirzyevbak5121 3 года назад +7

    RUHUN SAD MƏKANİN CƏNNƏT OLSUN DAHİ SƏNƏTKAR ƏLƏKBƏR MÜƏLLİM
    BU İFALARDAN DOYMAQ OLMUR

  • @hmxm639
    @hmxm639 3 года назад +5

    Əla

  • @demuse5727
    @demuse5727 3 года назад +10

    Эту музыку можно слушать бесконечно. Звуки балабана ( balaban/tütək) так же божественны, как и вся азербайджанская земля с их красивым, гостеприимным, толерантным народом.

  • @elshanmcmudow5593
    @elshanmcmudow5593 4 года назад +7

    MÖHTƏŞƏM🙏👍

  • @user-gv1qk9wc7s
    @user-gv1qk9wc7s 5 лет назад +9

    Величайшее и чистое исполнение. Аллах рехмет елесин уста!

  • @sadig_kazimov
    @sadig_kazimov 5 месяцев назад

    Gozel

  • @philgallagher7090
    @philgallagher7090 2 года назад +4

    Super!❤

  • @hmxm639
    @hmxm639 3 года назад +5

    UNESCO AZERBAIJANI HERITAGE

  • @german_aqdamli_
    @german_aqdamli_ Год назад +2

    ALLAH RƏHMƏT ELƏSİN USTADLARA.
    GERMAN AĞDAMLI
    şair-publisist

  • @huseyincabbaroglu9018
    @huseyincabbaroglu9018 Год назад +1

    AZƏRBAYCAN BALABANININ ŞAHI ALLAH REHMƏT ELƏSİN ALLAH DAVAMCILARI ŞİRZAD FETELİYEVƏ HAKİM ABDULLAYEVƏ VƏ DİGƏRLƏRİNƏ CAN SAQLIQI UZUN ÖMUR NƏSİB ETSİN

  • @ElseverMemmedov-re6th
    @ElseverMemmedov-re6th Год назад

    Təmiz ifa. Allah qəni qəni rəhmət eləsin dahi ustadı senetkari

  • @tofigbaghirov4439
    @tofigbaghirov4439 2 года назад +4

    🇦🇿❤️

  • @clari-net6133
    @clari-net6133 Год назад +1

    Bravo!!

  • @user-sh2rh9wf3d
    @user-sh2rh9wf3d 4 года назад +7

    Он один из лучших учеников КАРО ЧАРЧОГЛЯНА.....Жалко ,что люди мало знают об этом гениальном музыканте...

  • @ceyhunmeherremov9519
    @ceyhunmeherremov9519 Год назад +2

    Mən hələ belə ifa gormemisəm sanki bulaqdi su suzulub daslarin arasindan gəlir səffaf bullur məxməri ifa deyilir buna sanki oxuyur