ƏLƏKBƏR ƏSGƏROV - AzTV (BALABAN)

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • ƏLƏKBƏR ƏSGƏROV - BALABAN
    MÜŞAYİƏT EDİR - MƏMMƏD-NAİB HACIYEV
    Azərbaycanın görkəmli nəfəs çalğı alətlərinin novator-ifaçısı olan Ələkbər Əliəsgər oğlu Əsgərovun çoxşaxəli yaradıcılıq irsi,bu günümüzün musiqi kamilliyinin yüksək etalonu hesab edilə bilər. Neçə onilliklər boyu ifaçı və müəllim kimi fəaliyyət göstərmiş gözəl Ustadın Azərbaycan xalq musiqi sənətində yeri şərəflidir. Onun ifasında hər bir muğam,xalq mahnılari və rəqslər zövqlə,təravətlə və böyük ustalıqla səslənir,çünki ifaçı bu inciləri qəlbinin odu ilə isindirirdi.Professional musiqiçilərin fikrincə Ə.Əsgərov klarnetdə,balabanda,neydə və tütəkdə ən virtuoz ifaçı olmuşdur. O öz sənətində əvəzsiz dəsti-xətti ilə seçilən sənətkardır. Ələkbər Əsgərov dəfələrlə xarici ölkələrdə işləmək təklifi alsa da Azərbaycana olan məhəbbəti onu hər dəfə bu təkliflərdən uzaqlaşdırmışdır. Ələkbər Əliəsgər oğlu Əsgərov 3 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti özünü biruzə verir.1951-ci ildə Ələkbər Əsgərovu Musiqili Komediya Teatrin xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Həqiqət Rzayevanin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edirlər. 1959-ci ildə artıq peşəkar klarnet ifaçısı kimi yetişməsinə baxmayaraq Ə.Əsgərov Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Təhsil aldığı illərdə Səyid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə və eyni zamanda Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı ansamblında çalışıb.Müxtəlif illərdə Ə.Əsgərov Əlibaba Məmmədovun "Humayun" və Əliağa Quliyevin ansambllarında aparıcı ifaçılarından biri olmuşdur. 1966-cı ildən ömrünün son günlərinə qədər Sumqayıt şəhəri Soltan Hacıbəyov adına Orta-İxtisas Musiqi Texnikumunda balaban sinfi üzrə müəllim işləyib. Müəllimlik fəaliyyəti ilə yanaşı Ə.Əsgərov 1973-cü ildə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına dəvət alır. Bu kollektivin tərkibində o,nəinki keçmiş SSRİ dövlətlərində,həmçinin Liviya,Yəmən,Böyük Britaniya,Almaniya,İsveç,Misir və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Ömrünün son illərində Ə.Əsgərov Sumqayıt Musigi Texnikumunun müəllimlərindən ibarət "DÜGAH" instrumental folklor ansamblıni yaradir. Bu ansambl öz alət tərkibinə,repertuar və üslubuna görə Respublikada yeganə və orijinal idi.Görkəmli musuqiçi balaban, zurna,tütək və ney kimi nəfəs çalğı alətlərinin mahir ifaçısı olaraq,ansamblın tərkibinə həmin alətləri daxil edir və tar,kamança,ud,nağara alətləri ilə yanaşı,onların özünəməxsus və fərqli səslənmə xüsusiyyətlərini tətbiq edib. Ansamblın repertuarına xalq rəqslərindən əlavə özünün bəstələdiyi rənglər və rəqslər daxil etmişdir.Ə.Əsgərovun bəstələdiyi rəqs melodiyaları Azərbaycan rəqs musiqisinin nadir incilərindən sayılır. Onun rəqsləri proqramlıdır, və doğma insanların xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qeyd edək ki,onun bəstələdiyi rəqslər variasiyalıq prisipləri əsasında inkişaf etdirilib.Musiqi cümlələrinin intonasiya baxımından oxşar olmağına baxmayaraq burada melodik xətt eyni ilə təkrar olunmur.Dahi bəstəkar Üzeyir Hacıbəyli ənənələrini davam etdirən Ə.Əsgərov,öz rəqslərində müxtəlif muğam modulyasiya keçidlərindən bacarıqla istifadə etmişdir. Bu cür yanaşma onun muğam sənətinə dərindən yiyələndiyindən irəli gəlir. Ələkbər Əsgərovun "Segah","Humayun","Dügah","Rəhab","Bayatı-Şiraz""Şüştər","Zəminxarə","Rast","Şur","Bayatı-Qacar" instrumental muğam ifaçılığı interpretasiya tərzilə öz sələfləri və müasirlərindən seçilir. Onun çoxşaxəli yaradıcılıq irsi Azərbaycan Dövlət Televiziya və Radiosunun qızıl fondunda qorunub saxlanır. Dahi, novator-sənətkar Ələkbər Əsgərov zəngin və virtuoz ifaçılıq məharətilə tanınmış, musiqi ictimayətinin və xalqın dərin məhəbbətini qazanmışdır. Ələkbər Əsgərovun ifaçılıq üslubu gənc ifaçıların inkişafı üçün daim örnək olacaq!Allah rəhmət eləsin Dahi Ustadımıza! Məkanı cənnət olsun.
    #Alekperaskerov#Ələkbərəsgərov#Elekberesgerov#Алекпераскеров#
    ALEKPER ASKEROV,ELEKBER ESGEROV,АЛЕКПЕР АСКЕРОВ,КЛАРНЕТ,KLARNET,BAYATI KURD,MUGHAM,RENGİ,HUMAYUN,ELİBABA MEMMEDOV,USTAD,SENETKAR,VİRTUOZ,REŞİD BEHBUDOV

Комментарии • 57

  • @tofigbaghirov4439
    @tofigbaghirov4439 5 лет назад +35

    Bu videonu 8400 dəfə baxıblar bir dəfə də olsun bəyən düyməsini basmsyıblar. Ayıb olsun, belə sənətkar üçün bəyən düyməsini basmaq da azdı. Allah rəhmət eləsin.

  • @ayzzsmayloff5336
    @ayzzsmayloff5336 5 лет назад +25

    Can can VAGZALI SUPER DEHSET ADAMIN GOZLERI DOLUR ALLAH REHMET ETSIN

  • @ayzzsmayloff5336
    @ayzzsmayloff5336 6 лет назад +31

    ALLAH REHMET ELESIN HARDADI BELE SENETKAR HANI BELE SENETKAR MEKTEBDIE MEKTEB

  • @peruani966
    @peruani966 6 лет назад +34

    Musiqi duyumu yüksək səviyyədə olanların, Ustadı, ALLAH sene qeni qeni rəhmət eləsin.

  • @mushfigemahmudova9378
    @mushfigemahmudova9378 5 лет назад +25

    Allah səni rəhmət eləsin Ələkbər əmi sənətdə tərar olunmayan iz qoydun mən səninlə fəxr edirəm ki mənim əmimsən evimizin ən əziz adami

  • @narimannadjafzade2030
    @narimannadjafzade2030 6 лет назад +32

    ALLAH USTAD ESGEROV VE MEMMENAIB EMIYE REHMET ELESIN.USTADIN IFASINDAN ERMENILER BIZDEN CHOX BEHRELENIBLER,O DERECEDE KI,HETTA UTANMADAN BALABANI OZ ADLARINA CHIXARIBLAR.

    • @muzikant1967
      @muzikant1967 6 лет назад +13

      Nariman Nadjafzade Cunki,bizimkiler deyer vermediler o cur senetkara,ele bir senetkara ki ,balabani oz ifasi ile teblig edirdi,bu meqsedle de sovet dovrunde "Dugah "folklor ansambli yaratdi ve bu ansambla balaban,ney,zurna kimi aletlerini daxil etdi. Uzagi goren bir şexsiyyet idi.

  • @muzikant1967
    @muzikant1967 6 лет назад +31

    Allah Rəhmət eləsin sənə Ələkbər müəllim. Qəlbim sızıldadı balabanın səsindən, gözəl ürəyin var bu ifalarda. Ölməz oldu xalq ücün adın, sənətin. Bir məktəb, örnəkdir gələn nəsillər üçün.Mərd olub şərəflə ömrü yaşadun, heç kəsin yanında başın əymədün. Nur içində yat sən, ey dahi Ustad!Bizdə səni dinləyib Rəhmət diləyək.

  • @musiqidunyas2371
    @musiqidunyas2371 6 лет назад +33

    Allah rehmet elesin Dahi Ustada. Nəfəs alətlərin Novator, VİRTUOZ İFAÇISİ ƏLƏKBƏR ƏSGƏROVA. USTAD, SƏNDƏN HƏQİQƏTƏN BİRDƏ GƏLMƏZ...
    ÇOX HEYİF...

  • @yusifnifteliyev8138
    @yusifnifteliyev8138 3 года назад +10

    Torpaqna qurban 23 yawim var sizin ifanzile boyudim ve balaban ifacisi oldum

  • @turalrhimbyov3550
    @turalrhimbyov3550 5 лет назад +30

    RUHUN qarşısında baş əyirəm DAHİLƏRİN DAHİSİ! ! Başqa sözə nə gərək... Hər şey göz qabağında...

  • @aha1909
    @aha1909 6 лет назад +28

    Allah rehmet elesin. Vagzali balabanda da cox gozel seslenir. Ehsen! Virtuoz ifa.

  • @marategizarov864
    @marategizarov864 5 лет назад +37

    Здесь в каждой ноте,в каждом звуке, в самой музыке другая жизнь,другой воздух... Свежий, чистый, который несет тебя куда - то в даль... Где все такое счастливое,светлое,теплое,милое...
    Король, ушедший в вечность и оставшийся в вечности. Светлый, прекрасный человек ,щедро одаренный Богом и оставшийся скромным, не потерявшим своего достоинства. Светлая память вам Мастер!

  • @salaheddin3696
    @salaheddin3696 5 лет назад +22

    Music never dies, true feelings never fade away. I am almost 51 years of age. And I can so imagine how this time what have been for the ones that lived their younger years when this music was all in fashion over the world . What can I say ;-) May God bless this world.

  • @nezirmemmedov7442
    @nezirmemmedov7442 4 года назад +13

    ALLAH sənə rəhmət eləsin məktəb qoymuş ustad sənətkarımız..

  • @jazzhits4833
    @jazzhits4833 6 лет назад +33

    ALLAH RƏHMƏT ELƏSİN DAHİ VİRTUOZ SƏNƏTKARA! ƏLƏKBƏR ƏSGƏROVUN SƏNƏTİNƏ DƏYƏR VERƏN HƏR BİR MİLLƏTƏ, İSTƏR GONŞU OLSUN, İSTƏR UZAQ ÖLKƏLƏRDƏN HƏR BİRİLƏRİNƏ DƏRİN TƏŞƏKKÜR BİLDİRİRƏM. ÇÜNKİ DƏYƏR VERƏN BƏHRƏLƏNƏR. ALLAH ƏLƏKBƏR BƏY ƏSGƏROVUN ADİNİ, SƏNƏTİNİ VAR EDƏN HƏR BİR BƏNDƏYƏ CAN SAĞLIĞI VERSİN. AMİN.

  • @vahidquliye7512
    @vahidquliye7512 4 года назад +9

    Allah rəhmət eləsin dahi sənətkara ruhun şad olsun sənin irsini davam edən Hakim ustadın allah canını sağ eləsin

  • @sifayddinbalayev2167
    @sifayddinbalayev2167 5 лет назад +16

    vay vay sanki Alet danişir dil acib balaband danişir .Alekber Muellimin ifasinda .Azerbaycan xalqinin evezolunmaz şah senetkari dahi şesiyyet Azerbaycan xalqimizin fexri .Alekber muellim .Allah rehmet elesin .Mekanin nurla dolsun .Qulaq asdiqça .sanki ureyim deyunur .Gezumun qarşisinda getirirem ki .Beli Azerbaycanimizda bele deyerli senetkar yaşayib yaradib .Gelecek nesiller ucun deyerli musiqi qoydu .Allah seni qeni qeni rehmet elesin

  • @sairzamiqsefai
    @sairzamiqsefai 6 лет назад +31

    Ay can ay can,Allah rəhmət eləsin,böyük sənətkar idi,böyük Qafqazın fəxri olub..

  • @kursadugurlu5161
    @kursadugurlu5161 3 года назад +8

    Ruhun şad Məkanın cənnət olsun dahi sənətkar.
    👏👍🙏🌹🇹🇷❤️🇦🇿🌹🙏👍👏

  • @srdarzizbyli1672
    @srdarzizbyli1672 3 года назад +5

    Can ay can,əsil sənət,əsil sənətkar və ustad.Allah Rəhmət eləsin sənə, məkanın cənnət olsun.

  • @semen982
    @semen982 6 лет назад +26

    Amazing!

  • @davidmirzabekov6901
    @davidmirzabekov6901 6 лет назад +34

    *Алекпер Аскеров был не просто гениальным музыкантом - он был ВЕЛИЧАЙШЕЙ ЛИЧНОСТЬЮ, который обладал ДАРОМ БОЖЬИМ.Мне кажется, что он никогда не терял связи со своим Создателем, потому и был пронизан такой великой светлой грустью мудрости при всей своей жизнерадостности и энергии...Он был не лучший а был ЕДИНСТВЕННЫМ...
    Это не просто слова и дань уважения и признания Таланта Аскерова! Нет равных ему ! И,наверное,не будет! Нет такой сердечности и душевности исполнения,такого благородства,артистизма, аристократизма,такой харизмы,такого воздействия на слушателя! И такой НЕВЕРОЯТНОЙ скромности,застенчивости при его мегапопулярности! Кого можно поставить рядом???.....Он один такой!!! Светлая память Великому Музыканту!*

    • @bayraktar6071
      @bayraktar6071 5 лет назад +2

      David Mirzabekov Да....... Огромная Вам спасибо!

  • @AdelAdel-nd5rm
    @AdelAdel-nd5rm 5 лет назад +18

    Классика бессмертна.

  • @azeribalasi01
    @azeribalasi01 6 лет назад +32

    ВЕЛИКИЙ МАСТЕР. ТАКИХ БОЛЬШЕ НЕ БУДЕТ. НЕПОВТОРИМЫЙ АЛЕКПЕР МУАЛЛИМ. АЛЛАХ РЕХМЕТ ЭЛЕСИН.

  • @raullican4798
    @raullican4798 4 года назад +10

    Aygalimli Gedimli dünya

  • @suleymanaliyev5774
    @suleymanaliyev5774 6 лет назад +22

    Dahi novator sənətkar.özündən 50 il qabağı ifa edib

  • @mansurc.3173
    @mansurc.3173 3 года назад +7

    Evezsiz senetkar. Soz tapmaq olmur.

  • @ulvicuvarlinskiy8896
    @ulvicuvarlinskiy8896 6 лет назад +32

    ... Вечная память Мастеру!

  • @nazamammedova6098
    @nazamammedova6098 3 года назад +7

    Dahilerin dahisi

  • @Zaursax
    @Zaursax 5 лет назад +16

    Mugam

  • @user-qr7oh2og7d
    @user-qr7oh2og7d 4 года назад +9

    Наивысочайшее мастерство! Эталон ВЫСШАЯ ШКОЛА! Аллах рахмет етсин.

  • @user-mx4vj7zh2h
    @user-mx4vj7zh2h 5 лет назад +33

    99% армян исполняют именно стиль Алекпере Аскерова и называют своим

    • @user-rs6uv2pk3e
      @user-rs6uv2pk3e 2 года назад +1

      У армян так не получится никогда.Потому что для этого нужно душа, которое нет у армян.Доказалтельства к тому что у них нет душы, это ХОДЖАЛЫ.

    • @azadgarayev71
      @azadgarayev71 Год назад +1

      Почему наши не исполняют стиль Алекпере Аскерова ...?

  • @alikgcx880
    @alikgcx880 4 года назад +8

    Большой профисионал

  • @vahidquliye7512
    @vahidquliye7512 4 года назад +6

    Hakim Dərya bu irsi davam elətdirdiyin ucun minnətdaram sənə səndə dərya sənətkarsan bugun səni əvəz edəcək ifacı yoxdu 5 il bundan da qabaq olmayıb

  • @user-vz3lo4en2g
    @user-vz3lo4en2g 2 года назад +2

    Гениальный музыкант, великий мастер. Алиакпер и Хаким эта два мастера азерб. народа. Гордость наций

  • @user-lr1uf1uj5f
    @user-lr1uf1uj5f 5 месяцев назад +1

    Allah rehmet elesin heykel bele, insanlara, goyulmalidir .

  • @azerbaycan2115
    @azerbaycan2115 6 лет назад +31

    Allah sene qeni qeni rehmet elesin 100 ilde bir kere olar bele neheng senetkar sexsen tanidigim ucunde fexr edirem seref duyuram

  • @clari-net6133
    @clari-net6133 5 лет назад +22

    He's an old timer and most old timers from Azerbaijan and Armenia intermingled as the last part of the video stands out very "Caucasus".....I think styles in both countries have changed with Azeri presentation leaning more towards Turkic than Kafkaz.......If you listen to some of the good Azeri clarinet players of today, their tone is more turkish and removed from the style in this video......That's the same for Armenian clarinet players also. They seem to have veered towards something different......things have changed (evolution)....My preference is the style in this video....Askerov is a sensational player with great heart!

  • @ww-vr8bn
    @ww-vr8bn 4 года назад +13

    1nomre basqa şehre ehtiyac yoxdi. dunyanvi musiq !!!!!!!!!

  • @tofigbaghirov4439
    @tofigbaghirov4439 4 года назад +6

    Историк Эльшад Алили об этимологии Тюркских терминов «дудук» и «балабан»
    Часть первая: huquq.org.az/ru/publication/about-the-etymology-of-turkish-terms-of-duduk-and-balaban-i-part/
    Часть вторая: huquq.org.az/ru/publication/trk-terminlri-duduk-v-balabann-etimologiyas-haqda-ii-hiss/

  • @ayzzsmayloff5336
    @ayzzsmayloff5336 6 лет назад +20

    DIGALAR INDI KLARNET CALIR DEYILLER BIZ KLARNET CALIRIQ ERMENILER BELE BU SENETKARIN IFALARIN OGURLUYUR INANINKI SENETKARA QULAQ ASIB DUSMENMIZ OYRENIRLER ARA BIR QARSIMZA CIXIR YOUTUBDA GORURSEN USDADIN IFALARNA OXSADIRLAR

    • @srrafhmdov988
      @srrafhmdov988 5 лет назад +6

      Сахол.аллах.рахмат.еласин

    • @srdarzizbyli1672
      @srdarzizbyli1672 3 года назад +4

      Nə qədər ki öz dəyərlərimizin qədrini bilmiyəceyik dığalar da mənimsiyəcək.Oboyda nəhəng ifaçıya diqqət yetirilmədi, indiyə kimi də qiymət verilimir,hansı sərvətdən söhbət gedə bilər?Dığalar ustadın şəklini alətlərinin futlyarında daşıyır,ifasını mənimsəyir,bizimkilər sənəti olmayanlara fəxri adlar verir.Budur ədalət?

  • @tofigbaghirov4439
    @tofigbaghirov4439 4 года назад +9

    В этом фильме факты о духовом музыкальном инструменте называемым тюркскими терминами дудук/балабан.
    ruclips.net/video/E8myhjFhYdY/видео.html

  • @tofigbaghirov4439
    @tofigbaghirov4439 4 года назад +7

    В 1977г., внесённые в золотую пластинку мелодии 27 разных народов мира на космических кораблях Вояджер-1 и Вояджер-2 были отправлены в космос. А среди этих композиций был также и Азербайджанский мугам «Шур», исполненный известным балабанистом Хасратом Гусейновым на азербайджанском балабане!
    Мугам «Шур» на балабане/дудуке исполняет Алекпер Аскеров
    ruclips.net/video/OA6WAm7namo/видео.html
    Полный мугам «Шур»
    ruclips.net/video/SINRAv-v0bs/видео.html

    • @akifmmmdov7750
      @akifmmmdov7750 10 месяцев назад

      Ошибаетесь, там исполнял не Хасрат Гусейнов, а Камил Джалилов.

  • @dovtalabimayir7386
    @dovtalabimayir7386 Год назад +1

    Sonda ifa olunan rəqsin adını bilən varsa ,yazsın zəhmət olmasa

  • @user-fn1xm4tm6i
    @user-fn1xm4tm6i 11 месяцев назад +1

    Почему, Вы так думаете, что это Ваше, когда был Каро, где был Алекпер? Когда пишете одно, не забывайте откуда пришел кларнет, зурна, итд. Есть основатель- Каро. Король этих инструментов. Алекпер хорошо играет наверное один ед в вашем роду, остольные фейки. Между прочем они дружили. Так что учите историю старую а не новую которые вам вдалбивают эти уроды политики

    • @anarbayandurlar9463
      @anarbayandurlar9463 Месяц назад

      Ала далбайоб ты можеш обяснит мне что означает слово "балабан" на хайском?