Xədicə Abbasova (ilk) - Çinar və mən - bəs. Şəfiqə Axundova

Поделиться
HTML-код
  • Опубликовано: 12 авг 2020
  • Çinar və mən - Xədicə Abbasova
    Mus.: Şəfiqə Axundova
    Söz.:Nəbi Xəzri
    Çinarsız bir bulaq, bulaq deyil ki
    Çinar mağarlıdır,çinar toyludur.
    Mənim torpağımda, nahaq deyil ku,
    Deyərlər - igidlər çinarboyludur
    Qalxdıqca tarlada, çöldə, çəməndə,
    Sərin küləklərdən xumarlanırlar.
    Yayda gölgəliyə qızlar gələndə,
    Çinarlar nə qədər vüqarlanırlar.
    O min nəğməlidir,min aləmlidir
    Məna var çinarın şair dilində
    Araz kənarında çinar qəmlidir
    Çinar fərəhlidir Kür sahilində.
    Keçib körpəliyim gölgəliyində
    Min yol əl eyləmiş budaqlar kimi
    Nə vaxt ki, çinarı düşünürəm mən,
    Özüm ucalıram bir çinar kimi.
    Mən andım dünyadan arzu da, kam da,
    Dolaşdı çinarın adı dilimdə
    Mən çinar altında doğulmasam da,
    İstəsəm o bitsin son mənzilimdə.
    Sanaram yenidən doğulmuşam mən,
    Yenidən bağlıyam ana torpağa
    Sanaram bir sərin meh olmuşam mən,
    Nəğməylə qonmuşam yaşıl budağa.
  • ВидеоклипыВидеоклипы

Комментарии • 11

  • @ferhadnuriyev7832
    @ferhadnuriyev7832 Год назад +2

    Ruhun shad olsunun Sefige xanim

  • @aygunagakisiyeva2293
    @aygunagakisiyeva2293 3 года назад +1

    Allah rehmet elesin.Wefiqe Axundovaya.Xedice xanima can sagligi.sizede boyuk tewekkurler.hormetle.Aygun muel.

  • @anarniftullayev982
    @anarniftullayev982 3 года назад +1

    Şəfiqə xanım Allah sizə rəhmət eləsin , böyük bəstəkarımız , bütün yazdığınız mahnılardan adam zövq alır . Sağolun bu musiqiləri burda oaylaşdığınız üçün

  • @terlanyusifova9027
    @terlanyusifova9027 2 года назад

    SUPER SUPER SUPER MEKANI CƏNNƏT OLSUN XANIMXATUN DAHI XANIM BƏSTƏKARIMIZIN 👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @aidaaliyeva900
    @aidaaliyeva900 3 года назад

    Sefige xanimi Allah rehmet etsin o Azerbaycanin birinci gadin bestekaridi Allah onu geni geni rehmet etsin. Allah Xadice xanimi gorusun onu oxumagindan yoxdur o birdenedir men onun vurgunuyam.

  • @terlanyusifova9027
    @terlanyusifova9027 2 года назад

    Həyatimin ən gözəl anlarini xatirladir bu mahni coxdan idi mən internetde axtarirdim bu mahnini təşəkkür edirəm👍

  • @Musics2583
    @Musics2583 Год назад +3

    Bir də Flora Kərimovanın ifasında dinləyin, bir başqa zövq verir

    • @nzaktqaralova9691
      @nzaktqaralova9691 Год назад

      amma xədicə bu mahnını floradan daha ürəkli oxuyur

    • @babekmiriyev_2017
      @babekmiriyev_2017 11 месяцев назад

      ​@@nzaktqaralova9691😂😂😂

    • @ay.may.m3463
      @ay.may.m3463 7 месяцев назад

      ​@@nzaktqaralova9691
      Флора Керимова поет спокойно, без напряжения и усилия, а Хадиджа ханум очень старается, с усилием... Поэтому приятнее слушать Флору ханум

    • @OsmanAlimov-ur9id
      @OsmanAlimov-ur9id 12 дней назад

      Hərənin öz zövgü var