Sintizatorda ifa: "Yadıma düşdü" (bəstəkar Hacı Xanməmmədov). İfa edən Vaqif Mahmudov

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • YADIMA DÜŞDÜ
    (Sözləri Mikayıl Müşfiqindir)
    Keçən günlərimi vərəqləyirkən
    Sevdalı dillərin yadıma düşdü.
    Xəyalın qarşımda canlandı birdən,
    Göyərçin əllərin yadıma düşdü…
    Deyildir eşq odu məni yandıran,
    Ruhumun şəhrini işıqlandıran,
    Pozğun şəfəqləri mənə andıran
    Ziyalı tellərin yadıma düşdü.
    O gün də bir gündü, ey üzü dönmüş,
    Sandım içində bir qaplan döyünmüş.
    Bir anda köpürmüş, bir anda sönmüş
    Xırçın əməllərin yadıma düşdü.

Комментарии •