Məmmədbağır Bağırzadə nəvəsinin adını niyə ağlaya-ağlaya qoymuşdu? İllərdir gizli qalan səbəb...

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2021
  • Mahnılarını efirə buraxmadılar, dövlət səviyyəsində onu ələ saldılar, adını kirpi jurnalına çıxardılar, ancaq xalq sevgisi onu bu girdabın içindən çıxarıb hər kəsə qəbul etdirdi. Biri var idi, Məmmədbağır... Sadəcə, Məmmədbağır Bağırzadə...
    Foto
    Məmmədbağır Bağırzadə 25 may 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib.
    Məmmədbağır tək-tənha böyüyüyb, inkişaf edib. Ona nə ata, nə əmi kömək etməyib. Hətta öz kəndçilərindən belə köməyi olmayıb. O, nə edibsə, hamısını öz zəhməti sayəsində edib.
    1970-ci illərdə sənətdə şimşək kimi parlayan Məmmədbağır Bağırzadə özünə xeyli sayda dost və düşmən qazanıb.
    O, ansamblının adını "Dilkeş" qoymuşdu, evdə də daha çox ərəb, türk kanallarına baxırmış. Bir dəfə oğlu bunun səbəbini atasından soruşanda müğənni deyir ki, mən musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm ki, Kərkükdəyəm. Orda yaşayan türklərin keçirdiyi hissləri keçirirəm. O, dünyasını dəyişəndən sonra arxiv idarəsində işləyən tanışından xahiş edib ki, nəsllərinin şəcərəsini araşdırsın. Məlum olub ki, atasının ulu babaları İraqda, Kərkükdə doğulublar. O, öz şəcərəsini genetik olaraq hiss edirmiş.
    Evdə olanda farsca muğam, ərəb mahnıları oxuyur, zəngulələr vururmuş. Oğlu ona bu mahnıları səsyazma studiyasında oxumasını təklif edəndə müğənni deyir:
    “Dedi, sən nə danışırsan? Adamlar var, gözləyirlər ki, mən İran musiqiləri ifa edim, ondan sonra məni topa tutsunlar”.
    Efirdə “Şur” muğamı səslənəndə ağlayırmış.
    Nardarana da, oranın adətlərinə də bağlı adam olub. Bir dəfə Norveç də daxil olmaqla bir neçə xarici ölkəyə uzun müddətli qastrola gedir. Orda bığlarını qırxır ki, təzələnsin. Qastroldan gələndən sonra böyük yeznəsi onunla görüşmək istəyir. Müğənni dizinə çırpıb deyir ki, indi onun yanına bığsız necə gedəcəm? Görüş vacib olduğundan məcbur olub gedir. Amma əvvəldən axıra qədər bığının üstündən dəsmalı götürmür. Yalandan deyir ki, dişimi çəkdirmişəm.
    Həyat yoldaşı 44 yaşında xərçəngdən dünyasını dəyişir. Yoldaşının axırıncı cümə axşamında Məmmədbağır Bağırzadənin nəvəsi doğulur. Müğənni ağlaya-ağlaya qız uşağına mərhum həyat yoldaşının adını qoyur. Amma hamıdan xahiş edir ki, , heç vaxt onun yanında qızı öz adı ilə çağırmasınlar.
    Həyat yoldaşı ilə qohum olublar. Oğlu müsahibələrinin birində deyir: O, anamı həddindən artıq çox istəyirdi. Pis çıxmasın, mən hələ onun qədər qadınını çox sevən kişi görməmişəm. Ancaq anam da həmin sevgiyə, istəyə layiq qadın olub. Atamın bütün şıltaqlıqlarına dözməyi bacarırdı. Atamdan anama o qədər sözlər gəlib deyirdilər ki, onun yerinə başqası olsaydı, bəlkə də bacarmazdı. Ona görə də anam rəhmətə gedəndən sonra atam deyirdi ki, özümü öldürəcəm, gedim görüm o dünyada Naibə neylyir. Biz yalvarıb yaxarırdıq ona ki, elə şey eləməsin. İntihar etmək istəyirdi. Anamdan sonra onun psixoloji vəziyyətində dəyişikliklər olmuşdu. Tez-tez deyirdi ki, daha yaşamaq istəmirəm, ölmək istəyirəm.
    Həyat yoldaşının ölümünün ardınca onun da xəstəliyi başlayır. Daha doğrusu onun durumu elə yoldaşının xəstəliyini öyrəndiyi gün başlanır.Həyat yoldaşının müayinəsindən sonra həkim Məmmədbağırı yanına çxağırıb deyir ki, yoldaşının ömrünə az qalıb. Bu xəbəri eşidəndən sonra mədəsində sancı yaranır, qarnını tutub oturur. Az sonra onun rəngi saralır. Deyir ki, bu ölsə, mən neyləyəcəyəm?
    Oğlu müsahibələrinin biirində etiraf edir ki, atasının həyatında ikinci qadın olub:
    “Atamın həyatında başqa qadın olub. O, anamın sağlığında olub. Həmin qadın atam xəstə olduğu dövrlərdə də onun zəhmətini çox çəkib. Yəni belə bir fakt olub. Mənim anam dözümlü qadın olub. O, atamla bağlı hər şeyə qatlaşıb. Həm də bilirsiniz, o dövrdə gücü, imkanı olan kişilər üçün iki ailə saxlamaq qəbahət hesab olunmurdu. Əsas o idi ki, kişi öz ailəsinə yaxşı baxsın.
    1973-cü ildə müğənni yaradıcılığının zirvəsini yaşayır. O vaxtın çörək satıcıları kaset satıcılarına deyirmişlər ki, Məmmədbağırın valları o qədər çox satılır ki, heç biz o qədər çörək satmırıq. Onun səsini yazmaqdan ötrü toyda adamlar bir-biri ilə dava edirmişlər, toy çadırını dağıdırmışlar ki, ağacların başından atamı görə bilsinlər.
    Məmmədbağır Bağırzadə ilə Ələkbər Tağıyevin 70-ci illərdə ciddi konfliktləri olub. Hətta bəstəkar Məmmədbağırın efirə çıxmasına müəyyən əngəllər yaradıb, “Kirpi” jurnalında “Məmmədbağır, bir də bağır” başlığı ilə karikaturalar verilməsində əli olub. Səbəb isə çox sadə olub. Bəstəkar istəyirmiş ki, Məmmədbağır onun da mahnılarını ifa etsin. Bir gün isə özü müğənninin evinə gələrək ona yaradıcı iş birliyi təklif edib və müğənnini razı sala bilib.
    Bacılarının hər ikisini 8-ci sinifdən çıxarıb. Dəhşətli dərəcədə qısqanc adam olub. Həmişə deyirmiş ki, həyatda iki şeydən çox qorxuram: bir avtomobil qəzasından, bir də ailəmin ləkələnməsindən. Nə vaxtsa mən olmasam, ailəmdə namus söhbəti olsa, gorum çartlayar.
    Ölümü olduqca qəfil olur.

Комментарии • 91

  • @iradaiskandarova8354
    @iradaiskandarova8354 2 года назад +22

    Şəxsiyyətinə , sənətinə hörmət bəslədiyim Sənətkar ,nurlar içində yatsın 🤲⚘

  • @wtwt3548
    @wtwt3548 2 года назад +14

    Allah ona rehmət eləsin. Cox gözəl mügənni, cox gözəl insan idi, allah rəhmət eləsin.

  • @haqqyerinitapar3567
    @haqqyerinitapar3567 2 года назад +18

    Heqiqtde hele indide Memmed Bagirzadenin sesini eşidende o tesir edir mene sanki onun sag olmagını oxumagını isteyirem Mekanı cennet olsun inş Allal

  • @raisaquliyeva316
    @raisaquliyeva316 2 года назад +15

    Allah şəxsiyyətinə, muğam ,mahnılarına pərəstiş etdiyim AZƏRBAYCAN XALQİNİN QƏLBİNDƏ OZUNƏ XUSUSİ YER TUTAN, ƏBƏDİ YASAR ,OZU GOZƏL, İFASİ GOZƏL MƏMMƏDBAĞIRA ALLAH RƏHMƏT ELƏSİN. AMİN

  • @gulbniztagiyeva7902
    @gulbniztagiyeva7902 2 года назад +4

    Ruhun şad olsun büyük usdad memmedbagir bagirzade anim 👍🌹🌹🌹

  • @c.a.l.m.s.1952
    @c.a.l.m.s.1952 2 года назад +16

    Çox heyif səndən.Yaşıma görə çox müğənnılər görmüşəm ,qulaq asmışam ,amma sənın kımısı olmayıb, olmayacaq da..Çox çox həzin məlahətli səsı var idi.Allah qəni qəni rəhmət eləsin.

  • @user-vu9mr1iw4x
    @user-vu9mr1iw4x 2 года назад +12

    Allah rahmat elasin.ikinci ele bir senetkar cetin geler bu dunyaya..

  • @gulbniztagiyeva7902
    @gulbniztagiyeva7902 2 года назад +4

    Size Cox teseekur edirem ki usdad dahi memmedbagir bagirzade anim 👍🌹🌹

  • @durdanasamadova4446
    @durdanasamadova4446 2 года назад +12

    Allah rəhmət eləsin. Heyif belə sənətkardan.

  • @user-zo5ie2uc5k
    @user-zo5ie2uc5k 2 года назад +6

    ALLAH QƏNİ QƏNİ RƏHMƏT EYLƏSİN. ÇOX GÖZƏL MÜĞƏNNİ İDİ . ÇOX HEYİF.NEYLƏMƏK OLAR HƏYATIN QANUNU BELƏDİR.MƏKANI CƏNNƏT OLSUN QƏBRİ NURLA DOLSUN AMİN AMİN AMİN.

  • @feridemusayeva3651
    @feridemusayeva3651 2 года назад +7

    Hər dəfə yeni il və novruz bayramlarında onun yeni şən mahnılarını səbirsizliklə gözləyərdik özü həyatda olmasada mahnıları bu gündə populyardı və sevə sevə dinlənilir həm insan kimi həmdə müğənni kimi böyükdən kiçiyə hər kəsin rəğbətini qazanan Məmmədbağır müəllimə Allah qəni qəni rəhmət eləsin Amin!

  • @kamilhuseynli6343
    @kamilhuseynli6343 2 года назад +8

    Gözəl insan, gözəl sənətkar, Allah təala səni rəhmət eləsin. Amin.

  • @vusal960
    @vusal960 2 года назад +5

    Gözəl insan ,gözəl sənətkar idi.Onun vəfatı hər bir azərbaycanlını kədərə qərq etdi.Əziz xatirəsi həmişə qəlbimizdədir.

  • @azerbaycan-turkmusiqisi8417
    @azerbaycan-turkmusiqisi8417 2 года назад +12

    Kiçik bir düzəltmə edim ki, böyük sənətkarımız 25 may deyil, 21 iyulda anadan olmuşdu.

  • @metisaliyeva7708
    @metisaliyeva7708 2 года назад +6

    Nur içində yat, gözəl sənətkar 🤲🤲🤲 yerin hər zaman görünəcək.

  • @elcinhuseynov8153
    @elcinhuseynov8153 2 года назад +5

    Heyıf Allah rehmet elesın gozel senetkarımıza mekanı cennet olsun

  • @aqsinhebibovmugenni9577
    @aqsinhebibovmugenni9577 2 года назад +8

    Allah rehmet elesin cox maraqlidi

  • @huseynxelilovcebrayilli9394
    @huseynxelilovcebrayilli9394 2 года назад +4

    Şah Məmmədbagir Bagirzadəyə Allah rəhmət eləsin

  • @fridnovruzova3571
    @fridnovruzova3571 2 года назад +7

    12 yaşımdan sənətinin vurğunu olduğum sənətkar Allah sənə rəhmət eləsin səndən birdə olmayacaq

  • @nata_aliyeva
    @nata_aliyeva 2 года назад +11

    Allah rehmet etsin!

  • @user-ft8rg5xn2u
    @user-ft8rg5xn2u 2 года назад +8

    Allah səni rəhmət eləsin. Nə yaxşı ki, musiqimizdə sən olmusan, o məlahətli səsin, əvəzsiz ifaların əbədi olaraq qəlblərin sevimlisinə çevrildi. Sən də bizim qəlbimizdəsən, həmişə yaşayırsan, sevə-sevə dinlənilirsən. Ruhun şad olsun.

  • @asiman999
    @asiman999 2 года назад +6

    Ölməz sənətkarımız Məmmədbağır Bağırzadə qədirbilən xalqımızın ürəyində daim yaşayacaqdır!!!

  • @akifenesibova3935
    @akifenesibova3935 2 года назад +4

    Yadaslarda qalan sənətkar😭🙌😭🙌❤️

  • @ilhamerustamova6469
    @ilhamerustamova6469 2 года назад +11

    Allah rəhmət eləsin

  • @jewjjsjeusbsbhshshshsh5861
    @jewjjsjeusbsbhshshshsh5861 2 года назад +5

    Cox sevdiyim xanende wair bestekar ..mekanln cennet olsun gozel Senetkar.
    Allah rehmet elesin.

  • @elsnhacnski2880
    @elsnhacnski2880 2 года назад +8

    Ruhuna sayğılar

  • @ruslanlizad1425
    @ruslanlizad1425 2 года назад +9

    Allah rəhmət eləsin.

  • @qizxanimbayramova3405
    @qizxanimbayramova3405 2 года назад +10

    Allah seni qeni qeni rehmet elesin😪😪😪😪

  • @mezahireliyev5036
    @mezahireliyev5036 2 года назад +8

    Allah rehmet elesin Ruhu şad olsun Amin

  • @naila730
    @naila730 2 года назад +6

    Allah ustad sənətkarımızı qəni - qəni rəhmət eyləsin, məkanı cənnət olsun, amin! Bunları dinləmək hər bir insan üçün çox ağırdır, mən şəxsən özüm ürək ağrısı ilə qulaq asdım!

  • @ramilalizade5366
    @ramilalizade5366 2 года назад +6

    Rahim ,hami senin atani yaxwi taniyir.Jurnalistlere bir soz lazimdi ki,oz bildim leri kimi yazsin lar..Memmedbagir dahi senetkar dir.O,xalqinin ureyin de yawayir.Allah qeni qeni rehmet elesin Amin.sene de uzun omur,can sagligi ver sin.

  • @M.Aga77
    @M.Aga77 2 года назад +5

    Nehayetki Memmedbagir Bagirzade haqqinda da sujet hazirladiz👍

  • @talotalo335
    @talotalo335 2 года назад +5

    Nurlar icinde yatsin Amin

  • @sonanureliyeva9774
    @sonanureliyeva9774 2 года назад +24

    Biraz ozunuze hormet edin.senetkar haqda verlis cekirsiz,ama o Kirpi jurnalindan ferqlenmirsiz.o insan haqda sujet hazirliyib ustune BIGINI NIYE QIRXMISDI yazmaginiz boyuk seviyyesizlikdi

  • @user-es7et3xq5f
    @user-es7et3xq5f 2 года назад +6

    Allah rehmet elesin məkanı cənnət olsun

  • @azernarimanoglumirzayev6440
    @azernarimanoglumirzayev6440 2 года назад +5

    Allah rehmet elesin

  • @resulyasaroglu9026
    @resulyasaroglu9026 2 года назад +7

    Ölməz Senetkarimiz Allah Rəhmət Eləsin Ruhu Sad Olsun

  • @xeyyammusayev3903
    @xeyyammusayev3903 2 года назад +3

    Hörmətli admin doğum ayı iyun ayıdır Ustadın.

  • @user-hd2xn1py9e
    @user-hd2xn1py9e 2 года назад +5

    Allah rəhmət eləsin sehirli səsi olan gözəl sənətkar.

  • @afaqqasimova021
    @afaqqasimova021 2 года назад +5

    MEMMEDBAĢIR böyūk SENETKAR idi . Ama şaire Ziver Ağayevanin qizin erinden boşayib qeyri resmi almişdi . Evde de söz söhbet dūşmūşdū . Ama heyf Senetinden . Çox tez getdi Allah rehmet elesin 🥀🥀🥀

    • @qerbiazerbaycan3714
      @qerbiazerbaycan3714 Год назад

      Yeganə də onu sevirdi, lakin rəsmi nigah olmayıb. Yas mərasimində çox pis vəziyyətdə idi. Maraqlıdır , o , xanım hazırda həyatdadırmı ?

  • @masallitelekom1899
    @masallitelekom1899 2 года назад +7

    Hər şyi deyib danışmasada icində cəkib hec bir qadın istəməz ki yaldaşının başqa arvadı olsun o xəstəlik də əsəbdən fikirdən olur ALLAH hər ikisini rəhmət etsin

  • @merdanhuseynov9082
    @merdanhuseynov9082 Год назад +1

    Allah rəhmət eləsin Məmmədbağır Bağırzadənı.Unudulmaz sənətkar Məmmədbağır Bağırzadəni başı qalmaqalda olub.

  • @iradeqasimova5744
    @iradeqasimova5744 2 года назад +2

    Allah sənə rəhmət eləsin məkanın cənnət olsun

  • @sehlah3743
    @sehlah3743 2 года назад +5

    Böyük sənətkaimiz nur içinfə yat

  • @ulduzbakcell2470
    @ulduzbakcell2470 2 года назад +3

    Allah rahmet etsin

  • @hucctrovsnov3845
    @hucctrovsnov3845 2 года назад +5

    Allah ona rəhmət eləsin

  • @mmm12mehdiyeva61
    @mmm12mehdiyeva61 2 года назад +3

    Ailesini xanimini nece cox sevirmiwse sevginin gucunden ikinci qadinla ewq yawiyiib.

  • @papatya2779
    @papatya2779 2 года назад +4

    Çox gözel nitqiniz var sanki nağıla qulaq asırıq😊

  • @ramilalizade5366
    @ramilalizade5366 2 года назад +6

    Melumati duz verin.25may yox, 21iyulda Nardaran Kendindeanadan olub.

  • @saidamaria6196
    @saidamaria6196 2 года назад +6

    Hər insan öləcəyi vaxtı hissedir eslinde eminlikle,sadəcə şüuraltı bunu hərzaman rədd edir

  • @asiman_gunesh
    @asiman_gunesh 2 года назад +3

    xatirlayarsan meni.... axsamlar ve .... ALLAH rehmet elesin cox sevdiyim senetkar idi....

  • @tnhacanavar8422
    @tnhacanavar8422 2 года назад +6

    Veriliş düzəldirsiz basıb gedirsiz bilib bilmeden danışırsız ayıbdı ,, özünüzdən söz düzüb qoşmuyum

  • @rozanuriyeva2509
    @rozanuriyeva2509 2 года назад +4

    ERINI TUTAN OLMADI!!!ALLAH RƏHMƏT ELƏSİN!!!ERI MAHNILARIN DOLDURUB!!!!

  • @azerbaijan_az
    @azerbaijan_az 2 года назад +5

    Çox maraqlıdır, əgər həyat yoldaşı ilə belə Leyli,Məcnun klublarsa ,nəe üçün ikinci qadınla sevgili olub və axıradək də onun yanında yaşayıb və onun evində də ölüb!?. Demək ki, öz qadınını sevməyib,yəni elə,belə. Yazıq Naibə! Rəhmətlik səni aldadirmiş. !.

    • @sefevi.6219
      @sefevi.6219 2 года назад

      Day deməyin. Ya da rəhməylik elə geniş ürəkli olub ki, ikisinə də eyni dərəcədə yer tapıb.😏

  • @akifmemmedov975
    @akifmemmedov975 Год назад +3

    HEYIFBELE BÌR ÌSTEDADI GÒZÙ GÒTÙRMEMEK PAXILLIQ ETMEK ONUN QABÌLÌYYETINI HEZM ETMEMEK TEZILLIKDÌR. BU MÌLLETDE VAR DE XAÌNLIK XEBISLIK . ALLAH SENE REHMET ELESÌN USTAD. ONDUZDA SEN ÙREKLERDESEN. HEMIWE XATIRLANIRSAN.

  • @adalatabdulsamad9427
    @adalatabdulsamad9427 Год назад

    ❤Əhsən.🎉

  • @qaqasqaqas6630
    @qaqasqaqas6630 2 года назад +6

    Bu cekiliwinde wiwirtme,hemde dexlisiz danuwmusan.

  • @user-bo3cr9wv1z
    @user-bo3cr9wv1z 2 года назад +1

    😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @sudabeamirova689
    @sudabeamirova689 2 года назад +11

    Arvadini necə cox sevibki,hayatinda ikinci qadin olub

    • @saidamaria6196
      @saidamaria6196 2 года назад +1

      Vallah da daş düşə ele sevgiyə

    • @papatya2779
      @papatya2779 2 года назад +1

      @@saidamaria6196 çox düzdü canım 👍das düse👍

  • @haqqyerinitapar3567
    @haqqyerinitapar3567 2 года назад +6

    Cox qeribe insanlar var ki ber sozu soz edirler

  • @saidababirli3726
    @saidababirli3726 2 года назад +4

    Allah rəhmət eləsin,Məkanı cənnət olsun,Ən çox sevdiyim müğənni,Biraz mənasız ,biraz da gülməli, Bu ölsə mən neynərəm , o birisi varda,

  • @papatya2779
    @papatya2779 2 года назад +3

    EHHH VƏFASIZ DUNYADI

  • @qaqasqaqas6630
    @qaqasqaqas6630 2 года назад +3

    Monupilasiya edan yek senetkar idi.

  • @bahar2377
    @bahar2377 Год назад +1

    sevdiyim müğənni allah rəhmət eləsin siz elə bir sənatkatsız azəri xaləsizi həmişə xatırlayaca ölməz sənatkar

  • @novruzovatamam1855
    @novruzovatamam1855 2 года назад +6

    Şairə Zivər Ağayevanın həkim qızı ilə yaşayırdı

    • @alishhemze7307
      @alishhemze7307 2 года назад

      Ailəsindən ayrı?

    • @papatya2779
      @papatya2779 2 года назад +1

      @@alishhemze7307 senet adamlarınada bu qeyri adi deyilki 😊

    • @alishhemze7307
      @alishhemze7307 2 года назад

      @@qerbiazerbaycan3714 təzə eşidirəm bu barədə Yeganə xanimda çoxlu sirrlər var o zaman

    • @alishhemze7307
      @alishhemze7307 2 года назад

      @@qerbiazerbaycan3714 hə eşitmişdim orda evi olduğunu amma deyəsən oğlu satıb orani

    • @alishhemze7307
      @alishhemze7307 2 года назад

      @@qerbiazerbaycan3714 burda deyiblər dünya malı dünyada qalandi

  • @masallitelekom1899
    @masallitelekom1899 2 года назад +6

    Qsldı ki bıga hec o söhbətin yeri yox idi

  • @serdaramin1910
    @serdaramin1910 2 года назад +3

    *******

  • @sefevi.6219
    @sefevi.6219 2 года назад +2

    Bu səviyyəsiz, düşük reklamınızı sona kimi baxmaga məhkum edirsiz tamaşacını. Halbuki, bütün reklamlarda buraxılış olur.
    Bir də ki, Ə.Tagıyev işi gücü yoxuydu elə ki, Məmmədbagırı "Kirpi"yə verdirsin. O zaman Teymur M.i də vermişdilər o yurnala.Toy mügənniləri mügənni sayılmırdı o vaxtkı ideoligiyaya hörə.Səbəb buydu.
    Ayıbdı, bu məlumatları oglu verib sizə deyəsən," anasını da dəhşət sevirmiş" o qədər ki, başqa arvad da saxlayırmış.))😏

  • @nuranehaciyeva6483
    @nuranehaciyeva6483 Год назад

    Biz dogulmamışdan öncə ana bətnində taleyimiz yazılır sonra dünyaya gəlirik bunu bədbaxt insanlar bilmir

  • @eliilyasov4139
    @eliilyasov4139 2 года назад +7

    Ağzuvuza gələni yazmiyun orda yekə kişisüz.əcəb elyib ,qırxıb qırxmiyib.

  • @huseynagamemmedov753
    @huseynagamemmedov753 2 года назад

    Bənim babamın dostu idi babanan əsgərliyədə olmuşdu və o vaxtan dostluq edirdilər

  • @papatya2779
    @papatya2779 2 года назад +5

    8den çıxartma istiyirsən heç mektebe gooyma Greek özündə ağıl dərrakə olsun

  • @rzayevesref2470
    @rzayevesref2470 2 года назад +2

    Ruhu şad olsun amma dilkeş ansanbli Əlibaba Məmmədovun olub öz ansanbli Xatirə olub

    • @sefevi.6219
      @sefevi.6219 2 года назад +1

      Xeyr, Əlibaba Məmmədovun ansambının adı" Humayun"idi.

  • @iskouzunov8820
    @iskouzunov8820 2 года назад +2

    Guye cox isdiyib heyat yoldasini ama ikinci arvad saxliyib. Cox isdiyerdi arvadini ikinciynen yasamazdi

    • @papatya2779
      @papatya2779 2 года назад +1

      Çox düz deyirsiniz mende onu yazacaqdım danısıqla olan arasında təzad çoxdur çox isti yeni kişinin eger həqiqətən çox sevirdi basqa qadın olmamalıdır 😊👍👍👍

  • @elnurquluyev4846
    @elnurquluyev4846 Год назад +1

    Allah rəhmət eləsin

  • @heydr4463
    @heydr4463 Год назад

    Allah rəhmət eləsin