Это видео недоступно.
Сожалеем об этом.

📖"Üç donuz balası" 🐷

Поделиться
HTML-код
  • Опубликовано: 19 май 2024
  • 📖"Üç donuz balası" 🐷
    Qayğısız üç donuz balasından bəhs edilən əsərdə üç fərqli xarakterdə qəhrəman sayəsində uşaqlara əməksevərlik, tənbəllik və xudbinlik kimi keyfiyyətlərin xarakterə nə qədər böyük təsir etdiyi göstərilir. Nağıl Nif-Nif, Nuf-Nuf və Naf-Naf adlı üç qardaşdan bəhs edir.
    Bütün yay boyu donuz balaları yaşıl otun üzərində uzanaraq günəşin istisində qızınır, meşənin naz-nemətlərindən yeyib-içib günlərin keçirirlər. Vaxt ötür və payız yetişir. Yağışlar yağmağa başlayır. Qardaşlar anlayırlar ki, onlar daldalanmaq üçün özlərinə ev tikməlidirlər.
    Biri budaqlardan, biri samandan ev tikən qardaşların ən kiçiyi özünə kərpicdən möhkəm bir ev düzəldir.
    Meşənin azğın canavarı qardaşları ovlamaq üçün bir-bir onların saman, ağac evlərini uçurur. Qardaşlar sonbeşiyin evində daldalanırlar. Nə qədər güc vursa da daşdan evi sökə bilməyən canavar kor-peşman meşədən gedir. Qardaşlar gücün birlikdən doğduğunu əvvəl özlərinə, sonra da uşaqlara isbat edirlər.
    Hazırladı: Nərimanov rayon MKS-nin əməkdaşı G.Qəniyeva.
    #nağıl #nağılsaatı #fairytale #kitab #reading #books #book #kitaboxu #readbook #mütaliə #kitabxana #library #nerimanovrayonmks #книги #библиотека #литература #сказка #uşaq #nağıllar #uşaqlar #uşaqədəbiyyatı #ədəbiyyat

Комментарии •