Məhəmmədhüseyn Şəhriyar - Getmə tərsa balası - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 22 мар 2022
  • #məhəmmədhüseynşəhriyar #kamranyunis #kamranmyunis
    #şeirlər #poeziya #nizamiəliyev #küçələrəsu səpmişəm
    Məhəmmədhüseyn Şəhriyar - Getmə tərsa balası
    Piano - Nizami Əliyev - Küçələrə su səpmişəm
    Getmə, tərsa balası, mən də sənə sayə gəlim,
    Damənindən yapışım, mən də kəlisaya gəlim.
    Ya sən islamı qəbul eylə mənim dinimə gəl,
    Ya da təlim elə mən məzhəbi-İsayə gəlim.
    Izn ver toy gecəsi mən də sənə dayə gəlim,
    Əl qatanda sənə məşşatə təmaşayə gəlim.
    Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
    İzn ver, mən də dalınca sürünüb sayə gəlim.
    Mənə də baxdın o şəhla gözlə, mən qaragün
    Cürətim olmadı bir kəlmə təmənnayə gəlim.
    Mən cəhənnəmdə də baş yastığa qoysam sənlə,
    Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.
    Nənə qarnında səninlə əkiz olsaydım mən,
    İstəməzdim doğulub bir də bu dünyayə gəlim.
    Sən yatıb cənnəti röyadə görəndə gecələr
    Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim.
    Qıtlıq illər yağışı tək quruyub göz yaşımız,
    Kuye-eşqində gərək bir də müsəllayə gəlim.
    Sən də səhrayə marallar kimi bir çıx, nə olur ki.
    Mən də bir seyrə çıxanlar kimi səhrayə gəlim.
    Allahından sən əgər qorxmayıb olsan tərsa,
    Qorxaram mən də dönüb dini məsihayə gəlim.
    Şeyx Sənan kimi donquz otarıb illərcə
    Səni bir görmək üçün məbəde-tərsayə gəlim.
    Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,
    Buraxım məscidimi, sənlə kelisayə gəlim?!
    Gəl çıxaq ture-təcəllayə, sən ol celveye-tur,
    Mən də Musa kimi, o turə təcəllayə gəlim.
    Şiridir Şəhriyar-ın şeri, əlində şəmşir,
    Kim deyir mən belə sir ilə dəvayə gəlim?
  • КиноКино

Комментарии • 39

  • @aygunaygun8263
    @aygunaygun8263 2 года назад +6

    Kamran bey🙏🏻🙏🏻

  • @lolaazeri3917
    @lolaazeri3917 2 года назад +6

    Var olun🙏

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 2 года назад +3

    Var olun sənətkar!

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 года назад +8

    🌹3🌹

  • @cickyags4191
    @cickyags4191 2 года назад +8

    💐7💐

  • @amalyamehdiyeva3691
    @amalyamehdiyeva3691 2 года назад +3

    Cox gozel!♥️

  • @user-ip4mt3fz5b
    @user-ip4mt3fz5b 24 дня назад +1

    Adamı özünən aparan qəzəl yox bu bir əsərdir dinlə feyz al Azəri türkcəsindən

  • @muradboyukkhan
    @muradboyukkhan Год назад +2

    Qıtlıq illər yağışı tək quruyub göz yaşımız

  • @nezaketletifova1118
    @nezaketletifova1118 2 года назад +4

    🎧👍👍👍

  • @rufatmammadov5112
    @rufatmammadov5112 2 года назад +5

    ♥️11👍...🎶✍️

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 2 года назад +5

    Bu gözəlliyə görə Var ol Dəyərli Kamran Bəy.

  • @aliquseynaqayev3771
    @aliquseynaqayev3771 2 года назад +4

    Əvvəl həyəcanlandım, sonra sakitləşdim...yaxşı alınıb, baxmayaraq sizin ifa etdiyiniz şeirlərdən fərqlidir. İfa də fərqli alınıb. Nə Şəhriyarın öz ifasına, nə də digərlərinə ifasına bənzəmir...bu da bir yenilik...uğurlar.

  • @nurcahan6353
    @nurcahan6353 2 года назад +6

    Xeyirli Axşamlar Bəy 🌹

  • @niciperi7602
    @niciperi7602 2 года назад +5

    Cooooxx gözəl nə yaxşı Şəhriyar sənəti şeri var .Sizdə çoxsağolun vaxtaşrı bu şerlərə müraciət edib ruhumuzu oxşayırsız

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 2 года назад +5

    44👍🎧

  • @azize4
    @azize4 2 года назад +5

    Təşəkkürlər, USTAD

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 2 года назад +5

    Allah sənə rəhmət eləsin Dədə Şəhriyar.

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 2 года назад +6

    Axşamınız xeyir sevimli sənətkarımız.Şəhriyar yaradıcılığı təkrarsızdı.

  • @cickyags4191
    @cickyags4191 2 года назад +6

    Çox gözəl! 💐
    Səsinizə, ruhunuza min sağlıq Ustad! 🙏🙏

  • @sidhuseyinova9671
    @sidhuseyinova9671 2 года назад +5

    Salam olsun sənətkara sizdən dinləmək çox gözəl səsinizə qüvvət olsun 🤲

  • @yaqutosmanli3183
    @yaqutosmanli3183 2 года назад +5

    Ürəyiniz ruhunuz var olsun Dəyərli sənətkar

  • @konulbayramova3514
    @konulbayramova3514 2 года назад +6

    Ard ardına Ustaddan gözəl müjdeler...
    Deyerli sənətkar var olun.
    TANRI QORUSUN SİZİ 🤲

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 года назад +8

    Hər vaxtınız xeyir olsun Sevimli Sənətkarımız!🙏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 2 года назад +2

    🎧💐💐💐💐💐💐💐🙏

  • @ictimaifikir
    @ictimaifikir 2 года назад +6

    Gözlәmәyimә dәydi ) Çox istәyirdim bu şeri mәhs sizin ifanızda paylaşım. ♥

  • @natellahemzeyeva3675
    @natellahemzeyeva3675 2 года назад +5

    Axşamınız xeyir Kamran müəllim səsinizə sağlık teşekkürler 😔😔

  • @sardarbabayev1305
    @sardarbabayev1305 2 года назад +6

    Her vaxtınız xeyir eziz insan.
    Allah böyük şairimize de rehmet elesin.🇦🇿✌️

  • @sedaqetxasiyeva9821
    @sedaqetxasiyeva9821 2 года назад +3

    Ya sən İslamı qəbul eylə mənim dinimə gəl..👏👏👏👏🙏🙏🙏🙏

  • @ulvi.guliyev
    @ulvi.guliyev Год назад +1

    👍🏻🖤

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 2 года назад +3

    68👍

  • @HafizSafarov
    @HafizSafarov Год назад +3

    Getmə, tərsa balası, mən də sənə sayə gəlim,
    ‌Damənindən yapışım, mən də kəlisaya gəlim.
    ‌Ya sən islamı qəbul eylə mənim dinimə gəl,
    ‌Ya da təlim elə mən məzhəbi-İsayə gəlim,
    Bu beytlər Seyyid Əzimindir. Məhəmmədhüseyn Şəhriyar Seyyid Əzim Şirvaninin iki beytinə nəzirə yazıb. ☺️
    Səsləndirmə 👍🏻

  • @behbudovamanzar
    @behbudovamanzar Месяц назад +1

    Mən 13 il əvvəl olan bir videoda Məmmədhuseyn Səhriyarin öz dilinden bu qəzəli ni eşitdim!Və ... araşdırma apardim!Bizim mugam ifacilari da bunu ifa ediblər !Agaxan, Hacıbaba, Elnarə və s.lər!Ən düzgünü budur ki, Şehri yarin anası Kövkəb xanim Seyid Əzim Sirvaninin yazdığı bu qəzəlin ilk dörd misrasını zümzümə edərmiş!Bu Səhruyarin da çox xoşuna gəlir! Amma?Nə qədər axtarir,qəzəli tapa bilmir!Və ..ona nəzirə yazir!Mən Əzizə Cəfərzadənin Nişat Şirvaninin həyatindan bəhs edən"Vətənə qayit!" romaninda da buna bənzər hadisə oxumusam!Erməni qizi Maro və azerbaycanli Nişat!Bunlar bir_ birini guclu məhəbbətle sevirlər!Ancaq? Ermənilər?"Əsli_ Kərəm"dəki kimi mane olurlar!Və ?Bu qəzəl haqda Esmira Fuadin 5 sentyabr2020_ ci ildeki "Ədəbiyyat"qəzetində ki yazisinda daha düzgün məlumat var!Və...hər bir qəzəlin yaranmasi haqda dəqiq məlumat bilməyin də əhəmiyyəti var!Kamran bəyin sayəsinde mən də bilgilərimi dəqiqləşdirməyi sevirəm!Yəni hər hansi bir movzudan söhbət gedəndə, insanlara düzgün məlumat catdirmagi seven adam kimi! Öz təşəkkürlərimi bildirirəm, gözəl sənətkarimiza🙏🌹!Allah qorusun!🤲Arzulari çin olsun!Amin!🤲Hər zaman xalqımızın sevdiyi bir insan kimi var olsun! İnşallah!🤲💯🤲

  • @kamranmyunis
    @kamranmyunis  2 года назад +7

    24.03.2022
    19:00
    ATV
    «7 canlı» da

    • @yeganequliyeva664
      @yeganequliyeva664 2 года назад +6

      Çox gözəl! Uğurlar olsun!🙏

    • @cickyags4191
      @cickyags4191 2 года назад +5

      Şad xəbər olasınız Dəyərli Sənətkarımız! İnşAllah sevə-sevə izləyərik! 🙏

    • @yaghmurluroya8358
      @yaghmurluroya8358 2 года назад +5

      🤲💫👏👏👏👏👏

    • @aygunaygun8263
      @aygunaygun8263 2 года назад +5

      Kamran bey🙏🏻
      Inwallah

    • @nurcahan6353
      @nurcahan6353 2 года назад +5

      Gözləyirik!

  • @behbudovamanzar
    @behbudovamanzar Месяц назад +1

    Salamlar! Məhəmmədhüseyn Şəhriyar haqda olan verilisdə mən bu hagda esitdim ki,Azarbaycanla əlaqəsi olub!Anasi Seyid Əzim Şirvani nin əvvəldə yazilan 2 misrasinin oxuyurmuş!Və...o da buna uygun bu qəzəli yazib!Hem də "Heydərbabaya salam!"poemasini!Usaqligi kecən Xosginab kəndindək i Heydərbaba təpəsi də" Səhriyarin dag"i adlanir indi!İnsanin oz anasina məhəbbəti oz ana dilinde boyuk bir əsər yaratmagina səbəb olub!Qəzəlun menasi da cox ibratamiz dir!Basqa dinden olanlari islama gətirmək oz dinini təblig etmək lazimdir!Hz .Peygəmbərimiz də bele buyurub!Hətta yəhudi qadin Mariya ilə də evlenib!Amma?Yad dindən olanlara gore oz dininden dönmək? Özü də bir qiza gorə...bu duzgun deyil!Bizdə də qarisiq nikahlar var!Ən cox erməni,rus qizlari ilə evlenənlər her zaman olub!Və..
    Qarabağ savasinda bunun nəticələrini biz də gördük!Ortada qalan usaqlara gore hele də...Qəzəli deyən Kamran bəyə də xüsusi təşəkkürlər! Gözəl idi!🙏🌹