"Milli Qvardiyanın əməkdaşıyam, Bəylər Əyyubovun adamıyam" deyərək fəhlələrin pulunu vermədi

Поделиться
HTML-код
  • Опубликовано: 21 окт 2024
  • Özünü Milli Qvardiyanın əməkdaşı kimi təqdim edən Fuad Əli oğlu Tağıyev özünün tikdirdiyi şəxsi villasında işlətdiyi 11 nəfər fəhlə və ustaların pulunu verməyib. Bu haqda usta Elnur İsmayılov AZELTV-yə məlumat verib. Elnur İsmayılov bildirdi ki, tikilan villanın sahibi Fuad Tağıyevdən öz haqlarını tələb etdikləri zaman onları vəzifəli şəxslərin adından istifadə edərək hədə-qorxu gələrək arxamda bilirsiz kimlər durur deyərək hədələyib.
    Tağıyev Fuad bu məsələyə münasibət bildirdi. Məsələyə bildirdiyi münasibəti olduğu kimi sizlərə təqdim edirik. Bildirirəm ki, Elnurun dedikləri heç biri həqiqət deyil. O, mənə şər atır. Onun da, onunla birlikdə işləyən digər şəxslərin də zəhmət haqqı artıqlaması ilə ödənilib. Əksinə , onlar mənə zərər vurublar, bir neçə şəxslərə vurduqları ziyan da mənim tərəfimdən ödənilmişdir. Onlar mənim evimin tikintisini başa çatdırmayıblar. Mən onların məni ziyana saldıqlarını görüb onların işindən imtina etmişəm. Lakin, onların zəhmət haqqı artıqlaması ilə ödənilib. Mənim həmin şəxslərə heç bir qəpik də borcum yoxdur. Mən heç kimə hədə qorxu gəlməmişəm, heç kimin adından istifadə etməmişəm.
    Və sonda bizədə hədə-qorxu gələrək :Siz onların dediklərinin həqiqət olub olmamasını araşdırmadan həmin məlumatları yaya bilməzsiniz. Barəmdə böhtan xarakterli məlumatlar yayılacagı təqdirdə, həmin məlumatları yaymış şəxslər barəsində müvafiq hüquq mühafizə orqanlarına müraciət edəcəyəm.
    ABUNƏ OL:➡ / @azel.tv2015
    Siz də şikayətlərinizi bizə göndərin WhatsApp 055 497 50 84; 055 956 42 90; 050 334 77 42 AZEL.TV-nin yutub kanalını bəyənin və kanalımıza abunə olun
    Lingə daxil olun və kanalımıza abunə olun
    • Bu gün mitinq olacaq?

Комментарии • 537