Xəzər Süleymanlı & Kamal Yaşar - Yenə O Bağ Olaydı... (Mikayıl Müşfiq Şeiri)

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 22

  • @Ayxan2015-yag
    @Ayxan2015-yag 2 месяца назад +1

    Orta mekteb yadıma duşdu 20 il bundan önce ezberlemişem helede bir misrasın bele unutmamışam 🥺

  • @zulfiyysadqova7031
    @zulfiyysadqova7031 Год назад +8

    Möhtəşəm Xalqın Muazzam Dahisi və yenə də Möhtəşəm istedadlı övladları . Bu xalq dünyanın ənnn incə mədəniyyət sahibidir . Biz hər zaman var olaq .

  • @ehtiramkazimov3466
    @ehtiramkazimov3466 3 месяца назад

    tesekkur edirik, zövqümüzü oxşadınız!

  • @rustamgurbanli864
    @rustamgurbanli864 Год назад

    Unudulmaz, nakam, qürürlu, çılğın Müşfiq....ruhunuz şad olsun.
    Səsləndirənlər, sağ olun❤

  • @baratbabazad4247
    @baratbabazad4247 2 года назад +8

    Şeirin ifası möhtəşəm 👍

  • @emilmamedov7699
    @emilmamedov7699 2 года назад +7

    Cox ğözəl lahiyədi. 👍👍👍

  • @ZaurZeynalov-z4v
    @ZaurZeynalov-z4v Месяц назад

  • @skinmmmdova5176
    @skinmmmdova5176 Год назад +4

    Çox gözəl.Müşfiq dühasının parlaq incilərindən biri.Aktyorlarımız da həmin hisləri yaşayırlarmış kimi,çox gözəl ifa etdilər.

  • @tranmirzyeva7894
    @tranmirzyeva7894 8 месяцев назад

    ❤❤❤❤🎉❤❤❤❤

  • @rehimrehim-zade2879
    @rehimrehim-zade2879 Год назад +1

    ❤❤❤

  • @bakinski90
    @bakinski90 Год назад +2

    Nə gözelsən qardaşim

  • @Derzkiy_
    @Derzkiy_ Год назад

    Müşfiqim 😔🤲

  • @hamzayev650
    @hamzayev650 Год назад +2

    Yenə o bağ olaydı, yenə yığışaraq siz
    O bağa köçəydiniz.
    Biz də muradımızca fələkdən kam alaydıq,
    Sizə qonşu olaydıq.
    Yenə o bağ olaydı, səni tez-tez görəydim,
    Qələmə söz verəydim.
    Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
    Yazaydım səhər axşam.
    Arzuya bax sevgilim, tellərindən incəmi?
    Söylə, ürəyincəmi?
    Yenə o bağ olaydı, yenə sizə gələydik,
    Danışaydıq, güləydik.
    Ürkək baxışlarınla ruhumu dindirəydin,
    Məni sevindirəydin.
    Gizli söhbət açaydıq, ruhun ehtiyacından.
    Qardaşından, bacından
    Çəkinərək çox zaman söhbəti dəyişəydin,
    Mənimlə əyişəydin.
    Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli,
    Sən, ey əsmər bənizli.
    Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
    Vay o qəlbə ki, boşdur!
    Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
    İnsanlar daha məsud.
    Duyğular daha incə, fikirlər daha dərin,
    Ürəklər daha sərin.
    İnsanların vüqarı, tələbi daha yüksək,
    Yolumuzdan daş, kəsək,
    Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
    Bu yaz, bir başqa yazdır!
    Yenə o bağ olaydı, yenə o qumlu sahil,
    Sular ötəydi dil-dil.
    Saçın kimi qıvrılan dalğalara dalaydım,
    Dalıb ilham alaydım.
    Əndamını həvəslə qucaqlarkən dalğalar,
    Qəlbimdə qasırğalar,
    Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
    Məni hirsim boğaydı.
    Cumub alaydım səni dalğaların əlindən,
    Yapışaydım belindən.
    Xəyalımız üzəydi sevda dənizlərində,
    Ləpələr üzərində.
    İlhamımın yelkəni, zərrin saçın olaydı,
    Sular xırçın olaydı.
    Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
    Gəlin baxın Xəzərə.
    Çıxalım Buzovnada kiçik qayalıqlara,
    Seyrə dalım bir ara...
    Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
    İşıqlar jalə kimi.
    Çilənib dağılarkən ətrafa damla-damla,
    Ən yaxın bir adamla.
    Nə gözəldir dinləmək suların nəğməsini,
    Təbiətin səsini!
    Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
    Bu sərin sahilləri!
    Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
    Aşıb-daşan duyğumuz.
    Şəklindəki sulara, baxaraq ləzzət almaq,
    Bu mavi şerə dalmaq.
    Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
    Bəzən hürküb çəkinmək.
    Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
    Bizim bu həyat kimi!
    Yenə o bağ olaydı sevdalar ölkəsində,
    O söyüd kölgəsində.
    İnci qumlar üstündə yenə verib baş-başa,
    Yayı vuraydıq başa.
    Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
    Dolu qədəhlər kimi.
    Yarpaqlar arasından uzadaraq əlini,
    Oxşayaraq telini.
    Gecələr darayaydı saçlarını ay gözəl!
    Sən gözəlsən, ay gözəl?
    Əllərində əllərim, gözlərində gözlərim...
    Asılaydı sözlərim
    Könlünün qulağından bir qızıl tana kimi,
    Günəş doğana kimi.
    Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
    Can-ciyər olacaqlar.
    Bir az da uzaqlara açacaqlar yelkəni,
    Ruh yeni, həyat yeni...
    Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
    Buludların fövqünə.
    Uçacaqlar sabaha, uçacaqlar yarına,
    Efir boşluqlarına.
    Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
    Bu insan oğlu bilsən.
    Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.
    Yenə o bağ olaydı, yenə yığışaraq siz,
    O bağa köçəydiniz.
    Biz də muradımızca fələkdən kam alaydıq,
    Sizə qonşu olaydıq.
    Yenə o bağ olaydı, səni tez-tez görəydim.
    Qələmə söz verəydim.
    Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
    Yazaydım səhər-axşam.
    Arzuya bax, sevgilim, tellərindən incəmi?
    Söylə, ürəyincəmi?

  • @jafaribadov3DKLUBU
    @jafaribadov3DKLUBU Год назад +2

    İki bulaq səs

  • @vusalqasimov7671
    @vusalqasimov7671 2 года назад +1

    👍👍👍

  • @SevincQuliyeva-g4x
    @SevincQuliyeva-g4x 6 месяцев назад

    Retro FM verlişiniz baglandımı?

  • @Esmer-e6f
    @Esmer-e6f Год назад

    👏👏👏👏👏🤌🤌🤌👍👍👍♥️

  • @xaqaniqasmov6371
    @xaqaniqasmov6371 Год назад +1

    xəzər süleymanlı səsi əsəbedici