Ayaz Babayev - Sənə Yasaq (Rəsmi Musiqi Videosu)

Поделиться
HTML-код
  • Опубликовано: 14 апр 2022
  • Ayaz Babayevin "Sənə Yasaq" mahnısı klipi ilə birgə onlayndır!
    Ayaz Babayevə RUclips-da abunə ol: mikpro.az/ayazyt
    Müəllif: Miro, Rizo
    Beat: Ramzy prod
    Miks və masterinq: Dahin Malik
    Rejissor: Farman Başirli
    Rejissor assistenti: İsmayıl İsmayılov
    Kast: Mehin Oktaylı
    Maşınlar: @vintagegarage.az
    Makiyaj və qrim: Masi Rakhman
    Saç: Nigar Mammadli
    Səhnəarxası fotoqraf: Tariyel Huseynov
    Xüsusi təşəkkürlər: Hakan Mammadov, Pashayev Huseyn, Vugar Shamil, Firuzam Mustafazade, Aytan Hairmaster, Aysel Suleymanova, Beautytime.az, Shakh Style, Tiglonstore.az
    İcraçı menecer: Alik Babayev
    Ayaz Babayevi sosial şəbəkələrdə izlə:
    Facebook: mikpro.az/ayazfb
    Instagram: mikpro.az/ayazig
    Twitter: mikpro.az/ayaztw
    Telegram: mikpro.az/ayaztg
    Tiktok: mikpro.az/ayaztk
    Genius: mikpro.az/ayazgn
    Ayaz Babayevi rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/ayaz.dinle
    Sözlər:
    [Bənd 1]
    Dönürəm, baxıram keçmişə hərdən
    Gecəni gözləyib səhərdən
    Unuda bilərəmmiş mən də
    Özü də birdən bi səfərdə
    İndi yoxdu ki bir qram iz
    Nə dərddən, nə kədərdən
    Aldığın hər şey sənin olsun
    Silmişəm adını da dəftərdən
    Daha yoxdur ki yolumuz, inan
    Bir işıq, bir ümid, bir həyat
    Etdi eşq qəlbimizi viran
    Daha sevgi də bax bizə yad
    Xəyal edib özümüzə bir həyat
    Qaldı sevgi də köhnə, bayat
    Üşüsən, yandır sevgimizi
    Yalanla üstünü örtüb yat
    [Nəqərat]
    Məni unut, yalanların içində qal
    Köhnə şəkilləri yandırıb at
    Burax hər şeyi, çıx get məndən uzaq
    Yaxın gəlmə daha, bu sənə yasaq
    Olan oldu, bu alov heç sönməyəcək
    İstəsən də, sənə dönməyəcəm
    Səni qəlbimin içində öldürəcəm
    Amma dönməyəcəm, sənə dönməyəcəm
    Unut, yalanların içində qal
    Köhnə şəkilləri yandırıb at
    Burax hər şeyi, çıx get məndən uzaq
    Mənə yaxın gəlmə daha, bu sənə yasaq
    Oldu, bu alov heç sönməyəcək
    İstəsən də, sənə dönməyəcəm
    Səni qəlbimin içində öldürəcəm
    Amma dönməyəcəm, sənə dönməyəcəm
    [Bənd 2]
    Baxıram, dönürəm keçmişi görürəm
    Eşq damarlarıma hörülən
    Bir dərddirmi mənə bürünən?
    Yoldan necə geri dönülər?
    Danış, hədərmi bu qədər şey?
    Parça-parça, mən bölünən
    Bu ayrılıq eşq savaşında
    İtirənlər biri sən, biri mən
    Daha yoxdur ki sonumuz inan
    Nə salam, nə sağol, biləsən
    Bitdi hisslər, getdi inam
    Geri qayıdar bəs, görəsən?
    Amma yenidən bunu diləsən
    Olmasan bu səfər tələsən
    Ürəyimi geri döndürmək üçün
    Gərək dirildib öldürəsən
    [Nəqərat]
    Məni unut, yalanların içində qal
    Köhnə şəkilləri yandırıb at
    Burax hər şeyi, çıx get məndən uzaq
    Yaxın gəlmə daha, bu sənə yasaq
    Olan oldu, bu alov heç sönməyəcək
    İstəsən də, sənə dönməyəcəm
    Səni qəlbimin içində öldürəcəm
    Amma dönməyəcəm, sənə dönməyəcəm
    Unut, yalanların içində qal
    Köhnə şəkilləri yandırıb at
    Burax hər şeyi, çıx get məndən uzaq
    Mənə yaxın gəlmə daha, bu sənə yasaq
    Oldu, bu alov heç sönməyəcək
    İstəsən də, sənə dönməyəcəm
    Səni qəlbimin içində öldürəcəm
    Amma dönməyəcəm, sənə dönməyəcəm
    Ayaz Babayev tərəfindən ifa olunan "Sənə Yasaq" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2022
    Etiketlər:
    #AyazBabayev #SənəYasaq #mikpro
  • ВидеоклипыВидеоклипы

Комментарии • 1,5 тыс.

  • @lalliyeva6374
    @lalliyeva6374 2 года назад +297

    Heqiqeten Ayaz günümüzdə bir çoxlarından irəlidədir, bir çoxları dediyim də gündə biri çıxıre, onları nəzərdə tutmuram. Məsələn hər kəsin tanıdığı tanınmışlardan çox Ayazın mahnıları dinlənilir, sevilir, harasa gedirsen Ayazın mahnılarından biri səslənir, maşına minirsən, Ayazın mahnıları,dilimizdə zümzümə etdiyimiz Ayazın bir çox mahnıları- bu özü çox böyük uğurdur. Uğurların çox olsun, bol olsun Ayaz Babayev! Səni daha yüksəklərdə görmək bizləri sevindirir♥️

    • @onlinework8396
      @onlinework8396 2 года назад

      Salam Xanım Her vaxtiniz xeyir olsun🌹
      Sizi YALNIZ xanimlardan ibaret işə dəvət edirəm 🤝
      Işimiz Rəsmidir✅.
      Dövlət tərəfindən təsdiqlənib.
      Evdən cixmadan və yaxud işləyirsinizsə işinizdən ayrılmadan online telefon vasitəsi ilə işləyə bilərsiz ➡️📱💻
      Və onuda qeyd edim ki Gəlir artandı.
      30.000 руб+💸
      Mükafat 1000💰
      Ətrafli məlumat üçün müraciət edə bilərsiniz📱📩
      Diqqətiniz üçünn təşəkkürlər 🥰🌷🌷🌷

    • @fatimenovruzova6806
      @fatimenovruzova6806 2 года назад +2

      357k

    • @el1shcofan339
      @el1shcofan339 2 года назад +5

      Ayaz bəziləri kimi kanallarda yatmır reklam etmir özünü ancaq senetiynen gundemdedi

    • @lia.sensei
      @lia.sensei Год назад +2

      kanalımdakı trekimi dinləyib şərh yaza bilərsən dostum

    • @eldarnovruzlu4078
      @eldarnovruzlu4078 Год назад +3

      Men de onun izleyecisiyem. Ele gun yoxdur ki Ayaz Babayevin mahnisina qulaq asmayim. Her gun qulaq asiram ele bil ki yeni dinleyirem. Geng neslin numayendesi deyilem, amma sevirem bu mugennini. Hem sehne medeniyyeti, hem oxunus terzi superdir. Ugurlar mugennimize.

  • @nermintalibxanli2935
    @nermintalibxanli2935 2 года назад +739

    Bir " Ay tənli qadın" sevdim, həyatıma "mələk kimi" girdi. Ilk görəndə " Xəstəsi oldum" gözlərinin. " Buyur əyləş yanımda" "Cheesecake" ilə çay içək. Artıq "Qəlbim sənin evindir". "Yaxşı ki varsan" həyatımda ." Sən mənlə" olanda hər şey "möcüzə" idi sanki. " Nə üçün belə" oldu bilmirəm, getdi " xəyallar fəsli"miz." Kino"ya getdiyimiz günlər belə tarix oldu artıq. Məni görmək isə "Sənə yasaq"dır..

  • @ayaz_babayev
    @ayaz_babayev  2 года назад +536

    Doğum günümə hədiyyəm 🥰❤️
    Təbrik və gözəl sözlərinizi yaza bilərsiniz 🙂☺️

    • @ed.muradhofh
      @ed.muradhofh 2 года назад +3

      Tebrlkler🖤

    • @soulfly648
      @soulfly648 2 года назад +2

      Allahdan sağlam can,gözəl günlər arzulayıram Ayaz.😊

    • @kamilemesimova8999
      @kamilemesimova8999 2 года назад +1

      Uğurlarınız bol olsun Ayaz bəy

    • @vetenogullari3122
      @vetenogullari3122 2 года назад +1

      Tebrikler ❤Yüz yaşayın 🥰Uğurlarınız bol olsun 🔥💣😍

    • @agayevaaa3494
      @agayevaaa3494 2 года назад

      Təbriklər 😎

  • @ayaz_babayev
    @ayaz_babayev  2 года назад +230

    Eqoist insan hər zaman ən sevdiyinə - yəni özünə zərər verir …
    Bəyəndiniz “Sənə yasaq” ı ?
    Fikirləriniz ? Mahnıya ? Klipə ? Ötürülən mesaja ?

    • @theworldofmuhammedali8363
      @theworldofmuhammedali8363 2 года назад +2

      Yene Ayaz Babayev yene mohteshem mahni,klip,aranjiman ,ifa …Artiq teeccublenmirem mohtesem birsey olacagina eminem🥰🥰🥰⚡️⚡️⚡️

    • @vetenogullari3122
      @vetenogullari3122 2 года назад +3

      Beyenmemek olar?❤😊bu qədər əziyyətin qarşılığında trend olmalıdır 👍👍😍

    • @nailmustafaev3269
      @nailmustafaev3269 2 года назад +2

      Don't like

    • @leylaaliyeva881
      @leylaaliyeva881 2 года назад +4

      bagimliliq yaratdi soz ola bilmez mahniya 🤘😘😍❤🧿

    • @shanagayeva2512
      @shanagayeva2512 2 года назад +1

      Tək sözlə mükemmeldi, istər mahnı, istər klip,hər zamanki kimi öz tərzini yansıtmısan❤️Uğurlar Ulduzum❤️😁

  • @nurlanaaliyeva5511
    @nurlanaaliyeva5511 2 года назад +16

    MƏN BABƏKİMDƏN SONRA SİZİ DAHA YAXINDAN TANIDIM, daha ÇOX İZLEDİM HER UĞURUNUZA QARDAŞIMIN UĞURU QƏDƏR SEVİNDİM, ÇÜNKİ SİZİ ONDAN HEÇ AYIRMADIM, ALLAH UĞURLARINIZI HƏR DAİM ELƏSİN, MƏNDƏ BAXIM QARDAŞIMLA NECƏ FƏXR EDİRƏMSƏ SİZDƏDƏ O HİSSİ YAŞAYIM, var olun hər zaman 🙏🏻🙏🏻♥️♥️🤲🏻🤲🏻🤲🏻♥️♥️🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @aysnismylva
    @aysnismylva 2 года назад +172

    Ayazın mahnıları məni məndən alır, həm əyləndirir, həm çox gözəl və qəribə hiss etdirir, yaxşı ki Ayaz Babayev, uğurların bol olsun İnşəAllah❤😍

    • @user-qy2rp
      @user-qy2rp 2 года назад

      ayazin deyile Miro gil yazir bu mahnilari.ayazin hele o qeder istedadi yoxdu bele mahni erseye getire bilsin

    • @renarena1746
      @renarena1746 2 года назад +2

      Yenə üst seviyye herşey.Teşekkürler qulaqlarımızı belə gözəl mahnılarla feyziyab etdiyinize göre👏🏻👏🏻👏🏻

    • @shanagayeva2512
      @shanagayeva2512 2 года назад +4

      @@user-qy2rp ay Allah bu nəyin paxıllığıdı, sözlər nə qədər önəmlidirsə, onu səsləndirən də bir o qədər önəmlidir, bu qədər istedadlısansa sən mahnı bəstələ səndən alsınlar😂

    • @inourart6364
      @inourart6364 2 года назад +1

      Çünkü yazarı Mirodur❤️🫶🏻

    • @aysnismylva
      @aysnismylva 2 года назад +1

      @@user-qy2rp fərq etməz,o qədər mahnılar varki, onu oxuyana, səsinə aşiq oluruq , halbuki yazarından xəbərimiz olmur.

  • @cinaralizade14
    @cinaralizade14 2 года назад +377

    Ayazda olan dəyişikliyi gördükcə heyran qalıram. Bir sənətçi olaraq özünə, tərzinə, sənətinə, izləyicilərinə belə diqqətli olması və yeni bir şeylər üçün hər dəfə çabalaması təqdir laiqdi. Keçmişdəki Ayaz və indiki Ayaza baxdıqda dağlar qədər fərq görürəm. O buralara ancaq öz hesabına dırnaqları ilə qazıyaraq gəldi. Afərin sənə A.B👏🏻👏🏻👏🏻

    • @onlinework8396
      @onlinework8396 2 года назад

      Salam Xanım Her vaxtiniz xeyir olsun🌹
      Sizi YALNIZ xanimlardan ibaret işə dəvət edirəm 🤝
      Işimiz Rəsmidir✅.
      Dövlət tərəfindən təsdiqlənib.
      Evdən cixmadan və yaxud işləyirsinizsə işinizdən ayrılmadan online telefon vasitəsi ilə işləyə bilərsiz ➡️📱💻
      Və onuda qeyd edim ki Gəlir artandı.
      30.000 руб+💸
      Mükafat 1000💰
      Ətrafli məlumat üçün müraciət edə bilərsiniz📱📩
      Diqqətiniz üçünn təşəkkürlər 🥰🌷🌷🌷

    • @fairy_tale_acs
      @fairy_tale_acs 2 года назад +1

      🙏🙏🙏

    • @fairy_tale_acs
      @fairy_tale_acs 2 года назад +1

      Eynən

    • @ulviyeguliyeva1299
      @ulviyeguliyeva1299 2 года назад

      Ayaz her zaman ferqli olub

  • @faridakhudayarova6648
    @faridakhudayarova6648 2 года назад +4

    Ayaz Babayev yazılır kalite diye okunur🤍

  • @subhanaaliyeva3912
    @subhanaaliyeva3912 2 года назад +12

    Kaliteli insan ona gösterilen güler yüz ve samimiyetten cesaret bulup haddini aşmayandır.

  • @soulfly648
    @soulfly648 2 года назад +49

    "Ən çox sevgimi,pis dostlarıma verdim"həyatımı xülasə edən cümlədir..

  • @lovermoonlight
    @lovermoonlight 2 года назад +44

    İndi yoxdu ki 1 qram hiss
    Nə dərddən nə kədərdən✨

    • @meliss12
      @meliss12 2 года назад

      Aldığın hər şey sənin olsun silmişəm adını da dəftərdən 🍃

  • @by_aitanmemmdva9347
    @by_aitanmemmdva9347 2 года назад +11

    Cox maraqlidi də nece olurki sen yawiyirsan Ayaz oxuyur...icinden kecenleri bir basqasindan dinlemek sadece susub dinlemek.......🥀🖤

  • @shkhalizade462
    @shkhalizade462 2 года назад +12

    4. Tolstoy- hərşeyə rəğmən sevgi.
    Valideyn sevgisinin necə yücə olduğun göstərən bir əsərdir. 10/7ni haqq edir

  • @art_vv_art
    @art_vv_art 2 года назад +11

    Resm ceken biri olaraq arxa fondaki molbert detaylarin cox sevdim.Mehin ayri bir reng qatib klipde.sevilirsen Mehin❤musiqideki her kesin qelbine toxunan ifa 👍

  • @fidannn6328
    @fidannn6328 2 года назад +23

    Ayaz Babayevin imzası olan hər şey möhtəşəmdir❤🔥

  • @subhanaaliyeva3912
    @subhanaaliyeva3912 2 года назад +21

    “Həyatda səadəti edən şeylər çox kiçik parçalardır. Bir yaxşılıq, bir gülümsəmə, şirin bir baxış, yaxşı bir dilək… Əslində xoşbəxt olanlar, bu kiçik şeylərin dincliyinə çatanlardır.”
    |Bernard Shaw|

  • @subhanaaliyeva3912
    @subhanaaliyeva3912 2 года назад +355

    "Sənə Yasaq" lyrics 🎶
    Dönürəm, baxıram keçmişə hərdən
    Gecəni gözləyib səhərdən
    Unuda bilərəmmiş məndə
    Özüdə birdən, bir səfərdə.
    İndi yoxdur ki, bir qıram hiss
    Nə dərddən, nə kədərdən
    Aldığın hər şey sənin olsun
    Silmişəm adınıda dəftərdən.
    Daha yoxdur ki, yolumuz inan
    Bir işıq, bir ümid, bir həyat
    Etdi eşq qəlbimizi viran
    Daha sevgidə bax bizə yad
    Xəyal edib özümüzə bir həyat
    Qaldı sevgidə köhnə, bayat,
    Üşüsən yandır sevgimizi,
    Yalanla üstünü örtüb yat.
    Məni unut yalanların içində qal
    Köhnə şəkilləri yandırıb, at
    Burax hər şeyi çıx get, məndən uzaq
    Yaxın gəlmə daha, bu sənə yasaq
    Olan oldu bu alov heç sönməyəcək
    İstəsəndə sənə dönməyəcəm
    Səni qəlbimin içində öldürəcəm
    Ama dönməyəcəm, sənə dönməyəcəm.
    Unut yalanların içində qal
    Köhnə şəkilləri yandırıb, at
    Burax hər şeyi çıx get, məndən uzaq
    Mənə yaxın gəlmə daha, bu sənə yasaq.
    Oldu bu alov heç sönməyəcək
    İstəsəndə sənə dönməyəcəm
    Səni qəlbimin içində öldürəcəm
    Ama dönməyəcəm, sənə dönməyəcəm
    ..........................
    Baxıram, dönürəm keçmişi görürəm
    Eşq damarlarıma hörülən
    Bir dərddimi mənə bürünən?
    Yoldan necə geri dönülər?
    Danış, hədərmi bu qədər şey?
    Parça-parça mən bölünən,
    Bu ayrılıq eşq savaşında,
    İtirənlər biri sən, biri mən.
    Daha yoxdurki, sonumuz inan
    Nə salam, nə sağol biləsən
    Bitdi hisslər, geti inam
    Geri qayıdar bəs görəsən?
    Ama yenidən bunu diləsən
    Olmasan bu səfər tələsən
    Ürəyimi geri döndürmək üçün
    Gərəy dirildib öldürəsən
    Məni unut yalanların içində qal
    Köhnə şəkilləri yandırıb, at
    Burax hər şeyi çıx get, məndən uzaq
    Yaxın gəlmə daha, bu sənə yasaq
    Olan oldu bu alov heç sönməyəcək
    İstəsəndə sənə dönməyəcəm
    Səni qəlbimin içində öldürəcəm
    Ama dönməyəcəm, sənə dönməyəcəm.
    Unut yalanların içində qal
    Köhnə şəkilləri yandırıb, at
    Burax hər şeyi çıx get, məndən uzaq
    Mənə yaxın gəlmə daha, bu sənə yasaq.
    Oldu bu alov heç sönməyəcək
    İstəsəndə sənə dönməyəcəm
    Səni qəlbimin içində öldürəcəm
    Ama dönməyəcəm, sənə dönməyəcəm.

    • @a.e113
      @a.e113 2 года назад +2

      bayildim Ayaz 🖤

    • @onlinework8396
      @onlinework8396 2 года назад

      Salam Xanım Her vaxtiniz xeyir olsun🌹
      Sizi YALNIZ xanimlardan ibaret işə dəvət edirəm 🤝
      Işimiz Rəsmidir✅.
      Dövlət tərəfindən təsdiqlənib.
      Evdən cixmadan və yaxud işləyirsinizsə işinizdən ayrılmadan online telefon vasitəsi ilə işləyə bilərsiz ➡️📱💻
      Və onuda qeyd edim ki Gəlir artandı.
      30.000 руб+💸
      Mükafat 1000💰
      Ətrafli məlumat üçün müraciət edə bilərsiniz📱📩
      Diqqətiniz üçünn təşəkkürlər 🥰🌷🌷🌷

    • @gulnureusubzade6127
      @gulnureusubzade6127 2 года назад +3

      🌺🌺

    • @Yejilly_catw
      @Yejilly_catw 2 года назад +2

      🙏🏻🙏🏻🙏🏻

    • @yusnez_sirniyyat_alemi2376
      @yusnez_sirniyyat_alemi2376 2 года назад +1

      Qesey👍👍👍👍

  • @nigarsabutova7959
    @nigarsabutova7959 2 года назад +23

    Mahnını yaşamaq deyə bir şey var Ayaz❤Bütün mahnılarını yaşayaraq dinleyirem ve seni hergün dinleyirem❤Uğurun daimi olsun star❤❤✌

  • @meliss12
    @meliss12 2 года назад +37

    Hər dəfəsində deyirəm ki bu mahnı zirvədir daha ötəsi gəlməz amma hər dəfəsində bu sözlərimi yıxmağı bacarırsınız təbriklər sizə ulduz!

  • @subhanaaliyeva3912
    @subhanaaliyeva3912 2 года назад +14

    Bu həyatdır.
    Hər şey hər zaman qarşılıqlı olmur.
    Heç vaxt sən istədiyin kimi olmayacaq.
    Hər şey olmalı olduğu kimi olacaq

  • @gulsenabdurehimli3678
    @gulsenabdurehimli3678 2 года назад +14

    Klip dəhşətdirr çox düşündürücüdür! bizim Ayazzımızda möhtəşəmdirrr hər zamanki kimi.

  • @Kenka616
    @Kenka616 2 года назад +15

    Hazırlıqda Qulaq Asacağım Ağlıma Gəlməzdi
    Uğurlar *Ayaz Babayev* 💫

  • @zakaazazaa1725
    @zakaazazaa1725 2 года назад +3

    Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.

  • @AyselAraz
    @AyselAraz 2 года назад +24

    Ayrılıqdan sonra sanki insan bir tərəfi əskik kimi yaşayır. Zamanla daxilindəki boşluq əlbəttə ki, gözəl şeylərlə dolur. Ancaq bu duyğular, düşüncələr yaxşı və pis xatirələrin hamısı geridə buraxılan o insanla birlikdə tərk edilir. Bizi incidən isə o insanın yoxluğu deyil, onunla birlikdə olan xatirələrdir.
    Bir insanı, hətta özünü sevmək çox gözəldir. Lakin bunu sağlam şəkildə etmək lazımdır. Dolayısı ilə toksik olan bütün duyğularla üzləşib, onlardan qurtulmaq lazımdır. Və bu zaman ən önəmli şey, qərarımıza sadiq qalmaqdır. Bu mahnının sözləri musiqisində qərara sadiqliyi hiss etdim. Amma maraqlıdır ki, görüntüdə canlandırmaq üçün heç bir halda xəyal gücüm kifayət etmirdi. Klip o qədər uğurludur ki, tam da ifadə olunması lazım olan fikri ötürür. Özü ilə üzləşən bir obraz. Keçmişi xatırlayıb, ondan birdəfəlik qurtulub, yeni həyata can atan bir insan....Bacaracaqmı?..
    Başda Ayaz Babayev olmaqla, uğurlu komandanı təbrik edirəm. Keyfiyyətli və uğurlu işləriniz davamlı olsun. Doğum gününüz münasibətilə ilə də bir daha təbriklər! 💫

  • @nr-fe5zk
    @nr-fe5zk 2 года назад +25

    Mahnını səbirsizliklə gözlüyürəm bilirəm ki buda o biri mahnıların kimi gözəldi məni məndən alacaq səsinin gözəliyi🤤 uğurların daim olsun😁🤍

  • @n.a2229
    @n.a2229 2 года назад +42

    Bütün musiqilərini dinləyirəm 🤩 və hər bir sonrakı çıxan musiqi daha da gözəl, 💫məlahətli olur. Hər dəfəsində necə bu qədər ✨mükəmməl❤️ ola bilir anlamıram...😍

  • @gultacqasimova4134
    @gultacqasimova4134 2 года назад +9

    Musiqi tərzinə, sözlərinə baxan kimi Mironun qələmi oldugu hiss olunur💫

  • @dianaehedova93
    @dianaehedova93 2 года назад +15

    Klip, mövzusu, sözlər..
    Hər şey mükəmməl. Əsasda Ayazın geyimləri, aksesuarları, coolluğu. Birdə bu mahnının remix i var🤌

  • @subhanaaliyeva3912
    @subhanaaliyeva3912 2 года назад +56

    Hər çıxan yeni mahnılarınız ilə, bizi təəccübləndirməyi bacarırsınızzz❤️

  • @subhanaaliyeva3912
    @subhanaaliyeva3912 2 года назад +8

    Əgər gözəl olanı görə bilirsənsə, bunun səbəbi sadəcə gözəl olanı içində daşımağındır.
    Çünki dünya hər kəsin öz əksini gördüyü bir güzgü kimidir.

  • @ulyaesedullayeva6634
    @ulyaesedullayeva6634 2 года назад +28

    Her zamanki kimi möhteşem ötesi.Azerbaycanda bele genclerin olmasi ne gözel hissdi ❤

    • @onlinework8396
      @onlinework8396 2 года назад

      Salam Xanım Her vaxtiniz xeyir olsun🌹
      Sizi YALNIZ xanimlardan ibaret işə dəvət edirəm 🤝
      Işimiz Rəsmidir✅.
      Dövlət tərəfindən təsdiqlənib.
      Evdən cixmadan və yaxud işləyirsinizsə işinizdən ayrılmadan online telefon vasitəsi ilə işləyə bilərsiz ➡️📱💻
      Və onuda qeyd edim ki Gəlir artandı.
      30.000 руб+💸
      Mükafat 1000💰
      Ətrafli məlumat üçün müraciət edə bilərsiniz📱📩
      Diqqətiniz üçünn təşəkkürlər 🥰🌷🌷🌷

  • @hekimova4633
    @hekimova4633 2 года назад +7

    Oz ad gununde ozune hediyye eden koca yurekli Ayaz hbd boyuk star💙. Musiqin de omrun de axarli ve ugurlu olsun sevilirsen💗daha bir cox ugurlu sevilen qoc burcu🥰

  • @shanagayeva2512
    @shanagayeva2512 2 года назад +8

    Yeni yaş yeni bir möhtəşəmlik,hər yaşında bu qədər mükemmel olmaq olar 🤤❤️

  • @subhanaaliyeva3912
    @subhanaaliyeva3912 2 года назад +15

    Yeni mahnılarınız +kilip çıxanda, - 'Bundan daha yaxşısı ola bilməz' deyirik amaaa ənnn yaxşısı olur❤️

  • @jalaaalibey7427
    @jalaaalibey7427 2 года назад +11

    Mahni chox qeshengdi yaxshi ki Azerbaycanda Ayaz da olsa var, fexrimizdi valla.. Yoxsa yeni gelenler ancaq bozbash toy mahnilari !! Biyabircilig..

  • @shkhalizade462
    @shkhalizade462 2 года назад +18

    10. Stefan- olanüstü bir gece
    Yazılışı və əsərin mövzusu əladı. Çox güman ki, alıntıları qabağınıza azı 1 dəfə belə olsa çıxıb. Yol yoldaşlığı üçün əladı. ( hələ Van Goghun yıldızlı gecə əsərli üz qabığın demirəmm) 10/8

  • @nuraneelesgerova9848
    @nuraneelesgerova9848 2 года назад +5

    Bugun 200 defe dinledim bu mahnini ❤️ emeyinize sagliq mohtewemmmdir 🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @incisalahova655
    @incisalahova655 2 года назад +15

    Mahnıya ve klipə söz ola bilməz mükəmməlsen Ayaz!

  • @yegane7712
    @yegane7712 2 года назад +3

    Superrrrrr
    Heyran qaldim.Mehin xanimda cox gozeldir😍😍

  • @mestankaseferova4448
    @mestankaseferova4448 2 года назад +7

    Hec ne bawa duwmedim klipden ama Ayaz seni cox beyenirik

  • @aygunyusifova8341
    @aygunyusifova8341 2 года назад +21

    Xeyirli uğurlu olsun uğurların bol olsun gözəl ifa bütün ifaların bir birindən gözəl trend mahnı gəldi👍👍👍

  • @AyAzEtto
    @AyAzEtto 2 года назад +37

    Yeni yaşında Star işığını daha da parladacaq müthişşş bir mahnı🥳🥳Yenə hamını coşdurub,hər yeri alt üst edəcəksən Star 😍Milyonlarla baxış,milyonlarla pul gətirsin bu yaş həyatına

  • @carelericindecaresizz9074
    @carelericindecaresizz9074 2 года назад +16

    6 saat önce.))
    Her bir mahnınızı severek dinleyirem.
    Daha çox nailiyyetlere inşAllah)

  • @ays1564
    @ays1564 2 года назад +14

    Hər zaman fərqliliyə imza atan AYAZ bəy, uğurlarınız bol olsun

  • @n.n.15
    @n.n.15 2 года назад +13

    Hər zaman olduğu kimi mükəmməl di uğurlar Ayaz Babayev!

  • @meliss12
    @meliss12 2 года назад +5

    Gözləməyə dəydi çox əla alınıb siz bir dənəsiniz Ayaz Babayev!!

  • @incishirzadova7307
    @incishirzadova7307 2 года назад +11

    Möhtəşəmliyin səsinin mükəmməlliyi gördüyün bütün işlərdə ULDUZ✨olmağın sən bir başqasan Ayaz Babayev❣️

  • @shkhalizade462
    @shkhalizade462 2 года назад +8

    5. Tolstoy- ateşi kıvılcımken söndürmeli
    O qədər anlamlı əsərdir ki. Kəş bütün insanlar bu ifadəni ağlında saxlasa və heç bir neqativ hadisənin alovlanıb özlərini kül etməsinə izin verməsə. Günümüzdə hələ də həyatın özünə çətinləşdirən insanlar var. Onlar bu əsəri oxusa məncə bir çox şey dəyişər. 10/9 verirəm ona görə bu əsərə

  • @AyAzEtto
    @AyAzEtto 2 года назад +22

    Hər mahnın öncəkindən daha gözəl,daha möhtəşəm olur və trenddə N1 olmağa tam layiqdirrr və olacaqqqa.Bunu Bacaracıyıq

    • @onlinework8396
      @onlinework8396 2 года назад

      Salam Xanım Her vaxtiniz xeyir olsun🌹
      Sizi YALNIZ xanimlardan ibaret işə dəvət edirəm 🤝
      Işimiz Rəsmidir✅.
      Dövlət tərəfindən təsdiqlənib.
      Evdən cixmadan və yaxud işləyirsinizsə işinizdən ayrılmadan online telefon vasitəsi ilə işləyə bilərsiz ➡️📱💻
      Və onuda qeyd edim ki Gəlir artandı.
      30.000 руб+💸
      Mükafat 1000💰
      Ətrafli məlumat üçün müraciət edə bilərsiniz📱📩
      Diqqətiniz üçünn təşəkkürlər 🥰🌷🌷🌷

  • @shkhalizade462
    @shkhalizade462 2 года назад +8

    6. Dosteyevski- bəyaz gecələr.
    Ah sən necə yücə yazarsan! İnsanın içində elə buruqluq yaradır ki. Sanki insan ayaq üstə ikən resqi üzü üstə düşür. Əsərin içində özünü hiss etməmək imkansızdı. 10/10 . Əla əsər ido

  • @khatirayuzbayova524
    @khatirayuzbayova524 2 года назад +2

    o qeder kovreldim ki.. chox derin mena yatir klipde ❤️

  • @subhanaaliyeva3912
    @subhanaaliyeva3912 2 года назад +5

    İnam insanın sahib olduğuvə sahib olacağı ən güclü şeydir.

  • @koko.aliyeva
    @koko.aliyeva 2 года назад +8

    Mukemmel .mukemmel otesi.mukemmelin kvadrati.mohtesimin kubu ne bilim basga ne deyimki.her ifasi her mahnisi 1basga alemdi.Starimiz ugurlariniz boooooooooollllllll olsun insallah.Number one Ayaz Babayev🌟🌟🌟🧿

  • @mehribanmahmudova5787
    @mehribanmahmudova5787 2 года назад +12

    Xeyirli uğurlu olsun səsin dahada zirvələrdən gəlsin inşallah trend 1 olar 🎵👍❤️

  • @nazaliagha
    @nazaliagha 2 года назад +6

    Mən Ayaz Babayevi ilk dəfə 2019da BDU novruz şənliyinə dəvət etdikləri tədbirdə görmüşdüm. o zamanlar hələ o qədər də tanınmırdı,ancaq ozamandan bəlli idi çox irəliləyəcəyin Ayaz)) sevilirsən❤️‍🔥

  • @gulnardunyamal5530
    @gulnardunyamal5530 2 года назад +12

    Mahnının zamanlaması çox qəşəng oldu.Yeni başlanğıclara kömək oldu🤍

  • @Aliyeva2
    @Aliyeva2 2 года назад +5

    Notlar insanin ruhuna nece toxunur❤️ Hemisheki kimi sadece super👍🏼

  • @Veysal35
    @Veysal35 2 года назад +15

    TRED EDEK ÇALIŞAQ ÇÜNKİ BUNA DEYER bu qədər möhtesem klip sizə yaraşar 23: 00 bu vaxta gözlədiyimə deydi

  • @elvinmirzeyev5177
    @elvinmirzeyev5177 2 года назад +3

    Fərman bəşirli imzası olan işin mükəmməlliyi mukəmməldi

  • @shahribonusalohiddinova
    @shahribonusalohiddinova 4 месяца назад +1

    bu musiqi mənə həyatımın 3 vaxtını xatırladır və gözümdən yaş gəlir: sevdiyim vaxt, ayrılıq vaxtı və ailə qurduqdan sonra indi bu musiqiyə qulaq asıram.çox gözəl musiqi, sağ ol

  • @nbilifatim1284
    @nbilifatim1284 2 года назад +6

    Gozumuzun koku saraldi(((

  • @m.senyorita594
    @m.senyorita594 2 года назад +3

    Super mahnidir. Inşallah trendde 1 olsun 🙏👍👏❤️💐

  • @neci1772
    @neci1772 2 года назад +3

    Bir mahnı yalnız bu qədər mükəmməl ola bilərdi

  • @ramilenamazova9235
    @ramilenamazova9235 2 года назад +4

    Əzizimiz Ayaz , ilk öncə uğurlu klip üçün təşəkkür edirəm. Sən qəlbimdə Aytənli qadinla taxt qurduğun üçün mahninin ilk setirlerinden aytənli qadinin qoxusu gəlir zənn etdim ancaq yox. Sözler özü apardi məni başqa aləmə… Gözəldi. Uğuru bol olsun!!!

  • @sonaramazanova4955
    @sonaramazanova4955 2 года назад +13

    Kaş ki, hər şeyi dildə dediyimiz kimi, ürəyimizdə də edə bilsək... Bəzi "yasaqlar" insanı çox önə aparır çünki. (Mahnı,sözlər super 🤌🏻👍🏻💜)

    • @onlinework8396
      @onlinework8396 2 года назад

      Salam Xanım Her vaxtiniz xeyir olsun🌹
      Sizi YALNIZ xanimlardan ibaret işə dəvət edirəm 🤝
      Işimiz Rəsmidir✅.
      Dövlət tərəfindən təsdiqlənib.
      Evdən cixmadan və yaxud işləyirsinizsə işinizdən ayrılmadan online telefon vasitəsi ilə işləyə bilərsiz ➡️📱💻
      Və onuda qeyd edim ki Gəlir artandı.
      30.000 руб+💸
      Mükafat 1000💰
      Ətrafli məlumat üçün müraciət edə bilərsiniz📱📩
      Diqqətiniz üçünn təşəkkürlər 🥰🌷🌷🌷

  • @kgdkonul
    @kgdkonul 2 года назад +6

    Bu necə sözlər 🥺❤ Burax hərşeyi çıx ged, məndən uzaq, yaxın gəlmə daha, bu sənə yasaq 💔🥀

  • @shkhalizade462
    @shkhalizade462 2 года назад +13

    3. Albert Camus- Yabancı. Çox gözəl yazılmış, sadə üslüblu əsərdir. Bəlkə də insanlar özlərini qorumaq üçün tək qalırlar. Bir çox şey anlamaq olar, baxış açısına görə. Mən sırf yazı üslübun görə 10/9verərəm. Belədir ki, mövzu da adamı çəkir

  • @yegane7712
    @yegane7712 2 года назад +3

    Coxsagol Ayaz Babayev bele keyfiyyetli iwler ucun

  • @fatimealiyeva1273
    @fatimealiyeva1273 2 года назад +26

    Bir söz deməyə ehtiyac yoxdur. Klipin möhtəşəmliyi, səsin insana verdiyi huzur, Mehinin gözəlliyi 🤤💙

  • @shanagayeva2512
    @shanagayeva2512 2 года назад +4

    Bol bol milyonlara ❤️

  • @rzayeva1751
    @rzayeva1751 2 года назад +2

    Bu musiqi de geddi ay tənli qadın musiqisinin yanına gedim yüklüyüm möhtəşəmdir 😍😍😍

  • @LivingNatureAz
    @LivingNatureAz 2 года назад +2

    Bir insanın bütün mahnılarımı belə olar ya😍😍😍Klip desən 10/10,mahnıı hələə😍😍bu nee😍😍

  • @sevgiqoxhulumm
    @sevgiqoxhulumm 2 года назад +8

    Bütün klip və mahnılariniz bir birinden mohtesemdi💜

  • @alfaabdurahmanova5877
    @alfaabdurahmanova5877 2 года назад +5

    Ayaz Babayev alırım bi kalbini

  • @gulcinhuseynova3892
    @gulcinhuseynova3892 2 года назад +5

    Sizin kliplərinizə baxanda həyata necə addım atmağınızı,necə irəliləməyinizi,necə bu qədər insanların sevgisini qazanmağınızı görürəmm,hər klipinizə baxanda!Siz öz mükəmməl davranışınızla,səsinizlə,bacarığınızla sizi sevənləri özünüzə cəlb edirsiz və bu işi siz bacarırsız.Kliplər də çəkilənn xanımlarımız da ayrı gözəllik qatırlar sizin işinizə,Bu işin adamıı sizsiz fsyooo!

  • @s.jafarova
    @s.jafarova 2 года назад +14

    Tək sözlə Möhtəşəm❤️‍🔥Ugurlarınız davamlı olsun🥳

  • @psyrahila
    @psyrahila 2 года назад +3

    Axrkiiii

  • @tn3326
    @tn3326 2 года назад +5

    Xeyirli olsun, əladır!!!

  • @zulfiyyeismayilzade8272
    @zulfiyyeismayilzade8272 2 года назад +2

    Bir işin içindəki Miro varsa o iş olmuşdur😍uğurlar

  • @Khaliloffa_010
    @Khaliloffa_010 2 года назад +5

    Çox gözəl səsin var 👍 AZƏRBAYCANDA belələri azdır olardan biri də sən Ayaz Babayev 👍👍🤩😍

  • @nubaribrahimli4109
    @nubaribrahimli4109 2 года назад +14

    Mükəmməlliyini ifadə eləməy üçün deməyə söz tapmıram🤩 Sözlərlə tərif olunmaz..❤️‍🔥Sanki nə desəm əskik qalacağmış kimi..😍Uğurlar Star⭐

  • @Narminsun
    @Narminsun 2 года назад +3

    Xeyirli olsun🦋🤍

  • @shanagayeva2512
    @shanagayeva2512 2 года назад +3

    BİR İNSAN BU QƏDƏR MÜKEMMEL OLA BİLƏR AXIIIII

  • @shanagayeva2512
    @shanagayeva2512 2 года назад +3

    FƏRMAN,AYAZ,MİRO 3LÜSÜ BU QƏDƏR MÜKEMMEL BİR ƏSƏR ƏRSƏYƏ GƏTİRƏ BİLƏRDİ ZATƏN

  • @aydanhuseynova2010
    @aydanhuseynova2010 2 года назад +4

    Nəhayət ki😍😍😍

  • @elisco_aze2866
    @elisco_aze2866 2 года назад +4

    Mohteşem Bir ifa mohteşem bir kılıp ses bele olar 😎💪

  • @nurayaliyeva306
    @nurayaliyeva306 2 года назад +1

    Mohteshem tek kelime ile! 👍🏻♥️🥳 Davami gelsin ugurlarivizin ! 🧿🙏🏾

  • @meliss12
    @meliss12 2 года назад +6

    King Of Pop Azerbaijan Ayaz Babayev

  • @darling2642
    @darling2642 2 года назад +3

    Aslixanın mahnılarına qulaq asaraq ağladıqdan sonra, heç kəs üçün dəyməz deyib sənin mahnılarına qulaq asaraq özümə dəyərli olduğumu xatırladıram Sənin sayəndə💕
    Yaxşıki varsan Ayaz Babayev😌❤

  • @Şifacı_birey
    @Şifacı_birey 2 года назад +8

    Kreativ klipləri ilə diqqət çəkən, səsi mükəmməl ötəsi, qəlbi tərtəmiz ulduzumuz yaxşı ki sən!

  • @Şifacı_birey
    @Şifacı_birey 2 года назад +4

    Bir insanın bütün mahnıları mı mükəmməl olar?

  • @subhanaaliyeva3912
    @subhanaaliyeva3912 2 года назад +4

    Insanlar onlarsız necə xoşbəxt olduğunu görəndə, sənin üçün darıxmağa başlayacaqlar..

  • @subhanaaliyeva3912
    @subhanaaliyeva3912 2 года назад +11

    Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır. Dalay Lama

  • @leylaaliyeva881
    @leylaaliyeva881 2 года назад +3

    Yeni bir xit mahni elasiz mehin ve siz dostlar yaradib ehseen cool 😍😍😍😘😘😘

  • @isgndrova_a8798
    @isgndrova_a8798 2 года назад +7

    "Yorduğun bu qəlbi bir gün axtarmağın diləyi ilə.."
    Uğurlar 💜

  • @fidannezerova
    @fidannezerova 2 года назад +4

    Bəzən dil başqa ürək isə başqa danışa bilir,Bəzi yasaqlar əslində ən böyük arzular,ən içdən istəklərdir…Bitdi deyən tərəf əslində bitməsin deyə ən çox can atıb çalışan tərəf olur.Xatirələr insanı yaralayır,nə silinsə də onlar silinmir dərin iz buraxır…”Dönməyəcəyəm”-bu sözü deyən insanın əsl dərin hislərini bilmək mümkün deyildir…Hər kəs sevdiyinə qovuşsun,Sevənlər ayrılmasın…❤️

  • @meliss12
    @meliss12 2 года назад +12

    Ayrılıq bəzən pis bəzən yaxşı olabilir yaxşı olduğu vaxtlarda isə önümüze yeni qapılar açılır yeni yollar yeni insanlar və bəlkə bizi xoşbəxt edəcək insanları ələ taparıq...

  • @sekinenindunyasi
    @sekinenindunyasi 2 года назад +9

    Zorlayaraq heç nəyə nail olmaq olmur. Hər nə edirsənsə sevgi ilə etmək lazımdı, yoxsa heç nəyə dəyməz~bu arada Ayaz bəy mənim star'ım❤️hər dəfı bu qədər gözəl mahnılar çıxarmağı necə başarırsız heyranam həqiqətən ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @baharnagyeva4660
    @baharnagyeva4660 2 года назад +1

    Biz mahnini dinleyib sonra beyenmirik, beyenib sonra dinleyirik. Cunkiii Ayaz Babayev deye bir gercek var😍👍🏻

  • @fidanismailova8147
    @fidanismailova8147 2 года назад +2

    Yaxin gelmek yasaq olsa ne olur ki? Mahni oxudacaq ve yazdiracaq qeder deyerli ve bu mahnini dinledecek qeder unudulmazdisa…