Ayaz Babayev - Yenəmi Sən (Rəsmi Musiqi Videosu)

Поделиться
HTML-код
  • Опубликовано: 8 фев 2025
  • Ayaz Babayevin "Yenəmi Sən" mahnısı klipi ilə birgə onlayndır.
    Ayaz Babayevə RUclips-da abunə ol: mikpro.az/ayazyt
    Rəqəmsal platformalarda dinlə: bfan.link/yene...
    Baş rolda: Fidan Aliyeva
    Musiqi və söz: Dadaş Nuriyev
    Aranjiman: Nihad Məlikov
    Miksinq və masterinq: Nihad Məlikov
    Rejissor: Mamed İsmayılov
    Rejissor assistenti: İlqar İsmayılov
    İcraçı prodüser: Alik Babayev
    Qrim və makiyaj: Məsi Rəhman
    Saç: Nigar Məmmədli
    Geyim: Dably Baku
    Xüsusi təşəkkür: Hakan Məmmədov
    Aynur Xəlilova
    Layihə rəhbəri: Xəzri Hüseynzadə
    Ayaz Babayevi sosial şəbəkələrdə izlə:
    Facebook: mikpro.az/ayazfb
    Instagram: mikpro.az/ayazig
    Twitter: mikpro.az/ayaztw
    Telegram: mikpro.az/ayaztg
    Tiktok: mikpro.az/ayaztk
    Genius: mikpro.az/ayazgn
    Ayaz Babayevi rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/ayaz...
    Sözlər:
    [Giriş]
    Fikrimdən daşınmaram
    Eybi yox, sən də daşınma
    Əlimdə bir dənə "Love Is..."
    Səni gözləyərəm məhlə başında
    [Nəqərat]
    Demə mənə, yenəmi sən?
    Barışarsan yenə, yenə bilsən
    Danışıram, qulaq asıb eləmirsən
    Amma bilirsən, eləmərəm elə bir səhv mən
    Demə mənə, yenəmi sən?
    Barışarsan yenə, yenə bilsən
    Danışıram, qulaq asıb eləmirsən
    Amma bilirsən, eləmərəm elə bir səhv
    [Bənd 1]
    Dəyişmədim, mən elə mənəm, ey
    Getmə, qayıt, gəl elə mənə, ey
    Bir kəsi sənə tən eləmərəm, ey
    Sən eləsən də mən eləmərəm
    Mən beləyəm, beləyəm, de, e!
    Həm dəliyəm, dəliyəm, de, e!
    Dərd eləyəndə niyə de, e!
    Zəng eləyəndə deyər
    Nə deyər, nə deyər?
    [Keçid]
    Yolumu yoluna yönəldən
    Çıxaram yoluna dönəndə
    Səndən bir xahişim var
    Hər dəfə məni yolda görəndə
    [Nəqərat]
    Demə mənə, yenəmi sən?
    Barışarsan yenə, yenə bilsən
    Danışıram, qulaq asıb eləmirsən
    Amma bilirsən, eləmərəm elə bir səhv mən
    Demə mənə, yenəmi sən?
    Barışarsan yenə, yenə bilsən
    Danışıram, qulaq asıb eləmirsən
    Amma bilirsən, eləmərəm elə bir səhv
    [Bənd 2]
    Nə qədər sevirsən?
    De görüm, məni nə qədər sevirsən?
    Gündüzləri gecəmə keçirsən
    Səhər açılır nə qədər geciksən, nə qədər sevirsən?
    Bir mənə, bir sənə bir də gəlim yəni
    Bir səbəbin məni birdəfəlik aparır uzağa
    Günah hiss eləsin məni
    Səni əfv eləsin o-o-o!
    [Keçid]
    Yolumu yoluna yönəldən
    Çıxaram yoluna dönəndə
    Səndən bir xahişim var
    Hər dəfə məni yolda görəndə
    [Nəqərat]
    Demə mənə, yenəmi sən?
    Barışarsan yenə, yenə bilsən
    Danışıram, qulaq asıb eləmirsən
    Amma bilirsən, eləmərəm elə bir səhv mən
    Demə mənə, yenəmi sən?
    Barışarsan yenə, yenə bilsən
    Danışıram, qulaq asıb eləmirsən
    Amma bilirsən, eləmərəm elə bir səhv
    [Çıxış]
    Məni yad elə röyalarında-ya!
    Məni yad elə, guya yanındayam
    Məni yad elə röyalarında-ya, ya, ya, ya!
    Məni yad elə, guya yanındaya-ya-yam
    Ayaz Babayev tərəfindən ifa olunan "Yenəmi Sən" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" tərəfindən qorunur. © 2022
    Etiketlər:
    #AyazBabayev #YenəmiSən #mikpro

Комментарии • 5 тыс.

  • @ayaz_babayev
    @ayaz_babayev  2 года назад +504

    Soyuq payız günlərində,içinizə bir yaz istiliyi gətirəcək işlə qarşınızdayam ❤ Fikirlərinizi yazmaqı,bəyənsəniz like butonuna basmaqı və kanalıma abunə olmaqı unutmayın 🥰

    • @aytenbaxseliyeva9114
      @aytenbaxseliyeva9114 2 года назад +2

      😍♥️

    • @ceyhunzeynall7574
      @ceyhunzeynall7574 2 года назад +2

      Çoox maraqli ❤qeşey klip

    • @afwnatiq
      @afwnatiq 2 года назад +2

      Əlinə Sağlığ,Yorulmayasan)

    • @av1897
      @av1897 2 года назад

      Tebrikler👏👏👏👏

    • @Ceren_Yt11
      @Ceren_Yt11 2 года назад +2

      Bir kiwi bir qadini bele seve biler. Sevginin mohtewem gosteren kilip.. eslinde bu mahni lirik musiqisi olsa bele cox sevilerdi.. ama mahinin dadi onun ritmir musiqi ile verilmesidi.. meselen indi sumuklerim oynaya oynaya yaziram bu fikirleri.. kilipin desti xetti qadinin tebii gozelliyi. Ayazin saf sevgisi uzumuzu guldurur. Bununcun cox sag olun Ayaz bey. Bu novbeti mohtewem iwiniz ucunki bize her defesinde unuda bilmeyeceyimiz musiqiler hazirlayirsiniz.. P.S elinde telefon olan xala menim bibime oxwayir,onun kimi ara vurandi🤣🤣🤣. Neysee..Ugurlariniz bol olsun..

  • @Fenomenler_
    @Fenomenler_ 2 года назад +904

    ``Bismillahi Rahmani Rahim neçə nəfəri oxuda bildim oxutdumsa nə xoş mənə``🙂

  • @sevincmii
    @sevincmii 2 года назад +346

    "Xəyallar fəsli" olan payız fəslində belə "Möcüzə" bir ifa və sevginin nə olduğunu ən gözəl şəkildə tərənnüm edən "Mələk kimi" saf və təmiz eyni zamanda "Kino" vibe'ı aldığımız bir kliplə "Yenəmi sən" keyfiyyəti gətirdin trendə Ayaz Babayev ? ❤️

    • @aitanpashazada7911
      @aitanpashazada7911 2 года назад +8

      Sefonun axrinci mahnisina yazılmış rəyə oxşatmaq istəmisiz).

    • @sevincmii
      @sevincmii 2 года назад +27

      @@aitanpashazada7911 Sefo dinləmirəm, sonuncu ifasından xəbərim yoxdu, Sefonun yorumlarını oxuyacaq qədər boş vaxtımda yoxdu

    • @birfikir297
      @birfikir297 2 года назад +1

      @@aitanpashazada7911 fanatlar çox vaxt belə şərhlər yazır 🌼

    • @aitanpashazada7911
      @aitanpashazada7911 2 года назад +1

      @@sevincmii nə hikmetse eyni məzmundu)

    • @aitanpashazada7911
      @aitanpashazada7911 2 года назад +2

      @@birfikir297 ola bilər. Mən təkrar və ozenti sevmədiyimə görə) gözümə çarpdı yanıt verdim

  • @NaniAze
    @NaniAze 2 года назад +149

    Qizin tebii gozelliyi cox xosuma geldi.indi her yerde olan suni qizlar kimi deyil😍.

    • @rvanmmmdov2306
      @rvanmmmdov2306 5 дней назад

      İndiki zamanədə belə qızdar yoxdu

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +12

    Birinin uykusundan önce ettiği Dua ‘da yer almak hayatta olabileceğin en güzel yerdir.

  • @camalpolad739
    @camalpolad739 2 года назад +11

    Bu yaşda bu qədər uğur, bu qədər pozitiv ruhlu əhval ruhiyye,əldə olunmuş sevgi.
    Səsiylə könüllər qazanmış,gözəl qəlbli ,usag ruhlu adam.sadece əhsən. Uğurlar diləyirəm.

  • @mehribancabbarova5979
    @mehribancabbarova5979 Год назад +60

    Super👏qızın təbii gözəlliyi, klipin gözəlliyinə xüsusi bir rəng qatıb,yenə bravo!!!👏👏🌹

    • @mugalov
      @mugalov Год назад +5

      qaşını almamağı vapşe superdi (Təbiilik gözəldir)

  • @leylaxlilova8448
    @leylaxlilova8448 Год назад +25

    Canlı konsert izləmək o qədər ləzzət etdiki😍

  • @aliyevpg
    @aliyevpg 2 года назад +22

    Belə möhtəşəm musiqilərin Azərbaycanda yer alması qürurvericidir!

  • @melekalizade
    @melekalizade 2 года назад +6

    Əslində hekayə belədir.
    Hərkəs sevdiyin qəhramanı olmaq istər.
    Hərşey sevgiylə bağlıdır.
    İnsan sevdiyi axatar hər zaman yollarda,küçələrdə, evlərdə, insan sevdiyi hər yerdə axtarır.
    Xatirəsi olduğu küçədən tek keçəndə bilirsən ki sevgin dəyərin.
    Sevdiyinizin dəyərin bilin.
    Kilibə baxanda bu sözləri yazmaq içimdən gəldi.
    Tebrikler Ayaz Bey möhtəşəmsiniz.

  • @khrmn716
    @khrmn716 2 года назад +19

    Belə gənclərin istedadlarını dünyaya tanıtmaq lazımdı👏🏻💕

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +27

    Həyatda ən pis şey, səni yalnız hiss etdirən insanların içində qalmaqdır.
    Qırdığın qəlbə yaxşı bax. Bir gün mütləq yolun ona düşəcək..

  • @efsaneeziz5511
    @efsaneeziz5511 2 года назад +19

    "Bundan daha artıq nə edə bilər"-, deyə düşündükdən sonra daha da yüksələn Ayaz Babayev.Adınız və imzanız yetər.Əsl sənətkara az dəyər verilən bu ölkədə böyük uğurlarınızı görmək sevindirir.Daha da böyük və gözəl işlərdə görmək diləyi ilə🧚‍♀️

  • @khrmn716
    @khrmn716 2 года назад +29

    Bütün Azərbaycanda konsertlərinizi vermək ümidiylə🤩😍

  • @nursachaliyeva
    @nursachaliyeva 2 года назад +10

    Klip o qədər gerçəkçi alinib ki, bir an yolda duran xalaları yolmaq keçdi içimdən😅 Mahnıya isə söz yox hər zaman olduğu kimi MÖHTƏŞƏM🤩Xeyirli Uğurlu olsun Ayaz Babayev🥳

  • @matematikcandr103
    @matematikcandr103 2 года назад +4

    Bu mahnı niyə 1 milyonu keçmir axı Möhtəşəm musiqidi👍😊Superr

  • @meryemmusayeva9599
    @meryemmusayeva9599 2 года назад +11

    - Sevgi kəpənək kimidir. Arxasınca qaçdıqca səndən qaçar. Ən yaxşısı qoy, uçsun, bəlkə heç gözləmədiyin bir anda gəlib çiyninə qonar.Rebbim gozlemediyiniz anda en gozel sevgi nesib etsin size Ayaz bey ve eger sevdiyiniz varsa hal hazirda Rebbim sizi xosbext etsin bir yerde daima xos gunler goresiz bir qocalasiz

    • @elif6354
      @elif6354 2 года назад

      _Bildiyimə eşitdiyimə görə elə bu xanımla nişanlanıblar bilmirəm nə dərəcədə doğrudur məlumat amma instagramdada paylaşmışdı Ayaz bəy_

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +9

    İşləri ilə herzaman ön planda olan sayılı müğənnilərdənsiniz. Ayaz Babayev ❤️

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +17

    Azərbaycan musiqisi ferqi.🤤 Sizin kimin möhtəşəm musiqiçilər varkən, adımızı hər yerdə tanınacaq.❤️🙏

  • @narincUPMTV
    @narincUPMTV Год назад +6

    Çok güzel şarkı👍haftada 1 kaç defa dinliyom🥲

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +9

    Gözəl Mahnı və Kilip əziyyət çəkən insanların teşekkürler ❤️

  • @cinaraibrahimova8576
    @cinaraibrahimova8576 2 года назад +51

    Yağış başlayanda "gəlsəydi, birlikdə islanardıq", - deyəcəyi biri olmalı insanın həyatında❤️‍🔥

  • @elshad4248
    @elshad4248 2 года назад +6

    Mahnı çox xususi vibe verir, nostaji klip mükəmməl alınıb.
    Klipdə uşaqdan məktub göndərmək insana keçmiş zamanları xatırladır, özünü ön plana atmaq istəyən qızlara fikir vermədən və hər şeyə rəğmən əsl sevgininin arxasınca gedən ve sevgisinə sadiq oğlan imaji. Tam bizim mentaliteti əks etdirir (məhlədəki xalalarin dedi-qodu etməsi,xüsusi ile saçinin arxadan bağlamağınıi, qızın anasının süpürgəyi atmasi və s.) 0.53-dəki o baxiş ve gülümsəmə "perfect".Mükəmməl heyyətlə klipə bu qədər əmək və diqqət verdiyiniz üçün son 10 ilin ən gözəl klipidir. Azərbaycan musiqisini həqiqətən inkişaf etdirən iki insandan biri daha çox klip ve mahnı gözləyirik uğurlarının davamini diləyirəm.

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +11

    Gülüşünü sevərsən, səsini sevərsən, söhbətini sevərsən. Sevmək üçün mütləq üzünü görmək şərt deyil, ürəyində duruşunu sevərsən.

  • @a.zeynalli3513
    @a.zeynalli3513 2 года назад +6

    Klip bir anlıq məni keçmişə apardı.Mahnının müasirliyi,ifanın möhtəşəmliyi ilə klipin, klipdəki obrazların gözəlliyi bir-birini tarazlayıb.Eynilikdən kənar,təkrarlanmamış bir iş olub.Təbrik edirəm buna görə sizi Ayaz bəy👏❤️

  • @aidakasumova1494
    @aidakasumova1494 2 года назад +9

    Klip bağımlılıq edir dostlar.Ayaz babayev əsl starsız.Gun o gun olsun xəyallarınızdakı bütün oökələrdən konsert xəbəriniz gəlsin.🙏❤

  • @selcanmemmedova1428
    @selcanmemmedova1428 2 года назад +28

    Çəkilən əziyyətə dəyər bir proyekt olub məncə.Həm aktyorluq işi, həm senari çox səmimi, içdən alınıb.Bu soyuq havada içimizi isidən bir iş ərsiyə gəlib.Yəni hər zamanki kimi Ayaz Babayev öz sözünü deyib.😉❤
    Əməklərə sağlıq.👍🏻👏🏻

  • @cemileahmed176
    @cemileahmed176 Год назад +5

    Qizin gozelliyi❤ masAllah. Qiza gore klipe nece defe baxdim. O qeder bezmisik ki, cilpaq elde qayrilmalardan. Gozumuz esl gozelliye hesret qalib. Qizin edebli geyimide bir basqa👍 Allah bextini gozel etsin qizimizin

  • @seadetsadiqova4948
    @seadetsadiqova4948 2 года назад +7

    Hüzur verici ses,klip desen, doğma olan mekanda gözümüzü, könlümüzü açan insan simalari,bunnan dahası olmaza məncə,sadece möhtəşəmdir...♥️ uğurlarınız daimi olacag!Buna əminəm...

  • @nfs879
    @nfs879 2 года назад +8

    Ayaz sən Azərbaycan incəsənətinə Allahdan bir hədiyyəsən. Səsin, davranışın, alicənablığın, mədəniyyətin, yumoristikliyin və s. və s. Haqqında sayacaq çox şey var amma bir kəlmə ilə deyirəm sən bir MÖHTƏŞƏMSƏN ! ⭐🖤

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +13

    Dillər əzbər olan Yenəmi Sən ❤️
    Ayaz Babayev ferqi ortadadır.❤️

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +3

    Dünyanın her yerinde bunun adı "aşk" olarak isimlendirilir. En büyük mutlulukların kaynağıdır. Birbirini seven iki kişinin sürekli güzel sözler söyleme isteğini pekiştiren de bu duygudur.

  • @almazqurbanli8035
    @almazqurbanli8035 2 года назад +7

    Mahnılarınız o qədər fərqli bir aura aşılayır ki insana…Sizin mahnılara qulaq asanda sadəcə üzümdə təbəssüm,şən ovqat və hətta oynamaq keçir😍Bütün Azərbaycan xalqının və hətta digər ölkə vətəndaşlarının qəlbində böyük yerə sahibsiz,öz gözəl ürəyinizlə…❤️Allah daima ürəyinizə görə versin böyük ürəkli,xeyirxah insan!

  • @melek.mmdva1
    @melek.mmdva1 2 года назад +10

    Sizi paylaşan şəxslərdən sonra, dostlarınızın uğurunu hekayə qisminizdə paylaşdıgınızı görəndə özümdən asılı olmadan ağladım. Yadımdadır illər əvvəl Pərvanə ilə videolarınız, elə o vaxdan sizi bəyənirəm, nə əziyyətlərlə gəldiyinizi də gördüm. Hətda gözü uğurlarınızı götürməyən, məhşurlardan da dəstək əvəzinə köstək gördüyünüzüdə. Amma hər zaman qəlbinizin çörəyini yediniz❤️👍. Həmişə dostlarınıza dayaq durdunuz, hekayələrinizə ağlamaqımın da səbəbi budur. Əvvəlki illərə nisbətdə xeyli iləridəsiniz, lakin yenə də o günləri unutmur , o günlər də yanınızda olanların yanındasınız, HALAL OLSUN SİZƏ. Rəbbim yolunuzu açıq etsin əziz Ayaz

  • @cinaraibrahimova8576
    @cinaraibrahimova8576 2 года назад +5

    Ən gözəl sevgi sözləri, ən gözəl aşk sözləri, sevgiliyə deyiləcək ən gözəl cümlə mövzusunda bu günə kimi söylənmiş ən gözəl sözləri, cümlələri bir musiqidə toplanıb❤️

  • @ays566
    @ays566 Год назад +10

    Ayazz Babayevi çoooxxx sevirəm ❤❤❤ 15 iyul konsertinə.mütləq gələcəmmm mütləqqq

  • @nfs879
    @nfs879 2 года назад +7

    Digər ölkələrin pop ulduzları varsa, bizim də Ayaz Babayevimiz var. Uğurlar 🤩

  • @СабухиРесулов
    @СабухиРесулов 2 года назад +8

    Ilk once tebrik ler cox gozel kilipdi❤men kilipe defelrce baxdim menace rayon qizlarindan behs gedr burda ve en esas AZERBAYCANIN BAXS ACISINI EKS ETRIR IN SE ALLAHKI BEYENERSIZ YORUMUMU SEVGI DAIM QAZANIR ❤🎉SEVGILERLE AYAZ BABAYEV FIDAN XANIM ❤

  • @nrmintalbl6518
    @nrmintalbl6518 2 года назад +4

    Virtualdan,sosial mediadan uzaq saf uşaq qelbi ile sevgini on plana cixarmisiz.,hansiki bu tip sevgiler daha mesum daha deyerli ve heçzaman unudulmur.ve bu klipi daha semimi edib.😍

  • @melekalizade
    @melekalizade 2 года назад +2

    Bəlkədə Ayaz Bey bu yorumlar görmür bilmirəm heçnə deyə bilmərəm o haqqda. Amma birşey çox gözəl bilirəm ki çoxdandı bu gözəllikdə Mahnı dinləyib,
    Kilib görməmişdim.
    Bir balaca saqqız belə olsa onun mənəvi dəyərlərini dünyaya belə deymez. O küçədən keçəndə qızların baxmağı amma oğlan sevdiyi qızı gözləri axtarmağı incə düşünülmüş və çox gözəl səhnə idi.
    Tebrikler Ayaz Bey bayıldım.
    Hər zaman olduğu kimi izmanızın olduğu belli olan bir Mahnı oldu.

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +8

    Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgini tapmaqdır.

  • @riarelentess
    @riarelentess 2 года назад +11

    Azərbaycanı anlatmısan, Bir çoxunun yaşadığı hissləri burada yaşamağın necə çətin bir o qədər əyləncəli və rahatladıcı olduğunu.. Amma heç kəs Dünyanın Ən Gözəlini əlindən ala bilməz, Həqiqət budur..🫶🏻

  • @yusubova6414
    @yusubova6414 2 года назад +5

    playlistimizi gözəl musiqiləri ilə dolduran Ayaz Babayev ✨😍

  • @cvahirbagizad
    @cvahirbagizad 2 года назад +1

    İfa ela ,sözler su kimi axmiş , insanin ezbere öyrenmeye ceht etmesine ehtiyac yoxduki, dinleyende ezbere çevrilir.Ammmmmma klip olmamiş ifa o qeder gözelki kilp biturlu oturmur.Uğurlar size☘️

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +8

    Yaxşıki varsınız Ayaz Bey ❤️
    Sayənizdə musiqiyə olan insan ehtiyacın qarşılayırsınıź❤️

  • @mlkmlikova6695
    @mlkmlikova6695 2 года назад +7

    Nə fərqi varki gozlərin renginin. İstər gecəni xatirlatsin, istersede çəməni... Əsas odu o gozlərin arxasinda sevgi dolu dunya gizlənir❤️ Sevdiyimiz ifacinin sevgisini görmək bizə çox xos oldu😍Həmisə sevib seviləsən ve olduglari kimi insanlari taniyib elə dəyər veresən😍 və verdiyin dəyərin qarşiligini görəsən✌️🤲 Səni cooox amma cox sevirik XƏYALLARİN ADAMİ😍

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +9

    Möhtəşəmliyi ilə göz oxşayan kilib❤️
    Dillər əzbəri olan mahnı ❤️
    Yenəmi Sən ❤️

  • @ceyhunzeynall7574
    @ceyhunzeynall7574 2 года назад +3

    Təkrar təkrar qulaq asanlar burdasiiiz ❤👍👍👍👍 Çox sevilirsiz Ayaz Babayeb 👍👍

  • @cinaraibrahimova8576
    @cinaraibrahimova8576 2 года назад +6

    Uzaqlıqlar kiçik sevgiləri yox edir, böyüklərini isə ucaldır. Eynilə küləyin şamı söndürüb alovu alovlandırdığı kimi❤️‍🔥

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +9

    Bu ən böyük duadır - mənim ol. Mənimlə, ağlınla, sevgilinlə min yaşa.
    Ayaz Babayev musiqini yaşadır.
    Nəbzini tutur insanın kilip və musiqisi ilə. ❤️

  • @almazqurbanli8035
    @almazqurbanli8035 2 года назад +5

    Əsl və saf sevginin hələ də var olduğunu nostalji hisslərlə və duyğularla bizə musiqi ilə ötürən Ayaz Babayev❤Yaxşıkı siz🥳Uğurlarınız bol olsun…Yolumu yoluna yönəldən ifadəsi daha çox diqqətimi çəkir və mən öz fikrimdə belə düşünürəm ki, Rəbbimiz əsl sevənləri hər daima qovuşdurur və həmin insanı qəlbimizdə saf və gözəl hisslərlə sevirik və Allaha şükür edirik ki,yaxşıki həmin insanla qarşılaşdıq, Tanrı yolumu yoluna yönəltdi…🙏🏻❤️‍🔥

  • @melekalizade
    @melekalizade 2 года назад +1

    Zamanə elə bir yetə gelib ki, artıq insanlar " Sevgini deyil " bu heyatda gözəl gün görsün deyə, imkanlı şəxsləri seçirlər.
    Mən inanmırdım bu sözü nə vaxtsa demeyimə, amma bu zəhrimar qalmış pul çox şeyi həll edir. Kaş kilibdə olduğu kimi olsa sevgilər. Bir saqqızla belə olsun xosbext olan birsi olsun həyatınızda. Sizi qarşılıqlı gözləmədən sevən, sizin üzünüz güləndə sizlə bərabər bir yerdə gülməyi bacaran insanlar olsun həyatınızda. Tebrikler Ayaz Bey bu qədər pozitiv bir mahnı ilə qələbə toxunub bizi keçmişə aparıb duyğulandırdınız.

  • @konulsharifzada7379
    @konulsharifzada7379 2 года назад +9

    Gözəl ış üçün bütün kollektivi təbrik edirəm. Daxilimizdəki azərbaycanlı adet enenelerimizi, qonşuluğu, tebii gözelliyi və sadeliyi üstün tutub, esl sevginin qalib geldiyini vurgulayan uğurlu klip olubdur. Bu klipdeki kimi butun saf sevgilerin xos sonluqla bitmesini dileyirem🙏

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +6

    Ürəyimdə olan saf sevdiyim vaxtlar yadıma düşdü 🥺
    Yaxşıki varsınız Ayaz Babayev ❤️

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +17

    Səni mənə bəxş edən Rəbbimə şükürlər olsun. Həyatımın sənli hər anına şükür. Göz görürsə və ürəyim sevirsə, səni sevdiyim üçün görən gözlərimə şükür🤤❤️

  • @alisan7482
    @alisan7482 Год назад +3

    Ne şirin mahnidi klipde şirindi mahni kimi, qiz mahnidan klipdende şirindi❤

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +4

    Sevgi bəzən əlini ilk dəfə tutanda duyduğun o istilik, gözlərinə ilk dəfə baxanda gördüyün o işıq, bədəninə ilk dəfə yaxınlaşanda yaşadığın o ehtirasdır.

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +8

    Sevgi insanda ölənə qədər yaşayan yeganə hissdir.❤️

  • @cinaraibrahimova8576
    @cinaraibrahimova8576 2 года назад +7

    Dərdinə ortaq olan ,sirrini qoruyan, varlığınla var olan, səni sevib dəyər verən..❤

  • @ademdavudbeyli
    @ademdavudbeyli 2 года назад +5

    Qardaş həqiqətəndə səndə alinirda. Super.

  • @muradpnah6341
    @muradpnah6341 2 года назад +22

    Mahnının nəqarətini 1-2 il əvvəl müəllifi Dadash live olaraq paylaşmışdı, o vaxtdan gözləyirdim trek olaraq çıxmağını. Uğurlar 🔥

  • @khrmn716
    @khrmn716 2 года назад +8

    Dünyanın hər yerindən səsiniz gəlsin🤩

  • @thejafarzadehs7226
    @thejafarzadehs7226 2 года назад +9

    Qız nə gözəldi 🥰😍Estetikli qızlara min basar 😍🥰Mahnı da əla. Amma klipə baxmaqdan mahnıya yönələ bilmədim 😃

    • @leila4880
      @leila4880 2 года назад +1

      Beli cox tebbi qizdir hemde gozeldi,Ayazla Nisanlandilar duzgun secim etdi Ayaz Xosbext olsunlar❤

  • @Guniimmmdli
    @Guniimmmdli Год назад +3

    Məni çox uzaqlara aparan yeganə mahnı ...1000 dəfə qulaq assam da yorulmadan dinləyərəm ...
    İndi bele möhtəşəm mahnılar çox çox az tapılır

  • @cinaraibrahimova8576
    @cinaraibrahimova8576 2 года назад +5

    Gözəl ifadələr.Gözəl təsvir olunan hislər.Var olasınız!🙏🏼😍

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +4

    Hər sevən adsız bir qəhrəmandır və insan, sevə bildiyi qədər insandır!
    Bəzən gerçəklər duymağa ehtiyacımız olan son şeydir.
    Hər əlini sıxanla dost, hər canını sıxanla düşmən olma.

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +2

    Xoşbəxtliyin səmadan tökülən yağışlar qədər bol olsun o qədər xoşbəxt ol ki gözlərindəki xoşbəxtlik xoşbəxtliyi axtaran mutsuzların ümidi olsun .

  • @gunelqiyas7933
    @gunelqiyas7933 2 года назад +5

    En gozel ses. En tebii obrazlar və bu soyuq payiz axshamında içimizi istileden en gozel musiqi ola biler😍halal olsun size AYAZ BABAYEV❣

  • @cinaraibrahimova8576
    @cinaraibrahimova8576 2 года назад +5

    Çox sevilməyə deyil, həmişə sevilməyə ehtiyacımız var🙏🏼❤️

  • @aynasadiqova8413
    @aynasadiqova8413 Год назад +5

    Klipdeki xanimin cox tebii gozelliyi var

  • @melekalizade
    @melekalizade 2 года назад +1

    Kilib haqqında deyiləcək o qədər gözəl sözlər vardı. İnsan hisslərini sözlə ifadə etməkdə çətinlik çekir. Çünki mahnıyı dinləyəndə insan xəyallara gedir. Sevgi dolu bir kilib olub.❤️

  • @cinaraibrahimova8576
    @cinaraibrahimova8576 2 года назад +10

    Başqalarından daha üstün olmaq önəmli deyildir. Əsas önəmli olan, dünənki SƏNDƏN daha üstün olmaqdır.Bunun üçündə çalışmaq və hərşeyin öhdəsindən gəlmək lazımdır🙏🏼

  • @seyyaremusayeva8615
    @seyyaremusayeva8615 2 года назад +4

    Zəmanəmizin ən istedadlı müğənnilərdən biri "Ayaz Babayev"💫🌟✨🥰

  • @musayevag3021
    @musayevag3021 2 года назад +1

    Əməyinizə sağlıq,maraqlı süjet xətti,sadə amma yaddaqalan notlar,gözəl sözlər,şirin ifaçı...

  • @ilkanehuseynli1578
    @ilkanehuseynli1578 2 года назад +30

    Ayaz sevənlər Hardadır,özünüzu Bəlli edin🥰🥰

  • @laleniyazova413
    @laleniyazova413 2 года назад +7

    Bu yaşınızda bütün dünyanın uşaqdan böyüyə qədər insanların sevgisini qazanmısız🥺 mahnının, mahnılarınız o qədər möhtəşəmdiki, səsinizde huzur verir mən bu sözlərimi içdən sevgiyle deyirəm☺️ Azərbaycanda sənin kimi müğənnilərin olmağı çox qürurverici di).not: Sevilirsiz!❤️‍🔥 Ayaz Babayev 🫶🏻

  • @sevincm3215
    @sevincm3215 2 года назад +7

    Bütün ifalarınız kimi çox möhtəşəm ifadır daima trendlərdən gəlsin səsiniz 😍

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +1

    Bitmek bilmeyen aşk hikayeleri okudum, binlerce aşk şarkısı dinledim ve birkaç romantik film izledim. Yine de, hiçbiri bizim aşk hikayemizle karşılaştırılamaz. Hiçbir şey bizim sevgimiz kadar güzel olamaz. Seni çok seviyorum.

  • @gulyahasan4283
    @gulyahasan4283 2 года назад +5

    Klip ifa sənət hərsey mükəmməl😍 bayıldımm

  • @nergizsuleymanova7732
    @nergizsuleymanova7732 2 года назад +3

    Maşına oturan kimi,evdə hər yerdə ancaq bu mahnı🎉

  • @firaabbasova8590
    @firaabbasova8590 2 года назад +5

    Hər gün dinləyərsən amma bezmersen,bağımlılık yaradır resmen☺️✨️👌🏻❤️

  • @askam-va1131
    @askam-va1131 2 года назад +2

    Klipdəki qız çoox gözəldi.Mahnınıda çox bəyəndim.Uğurlar arzu edirəm

  • @mehrimmmdli846
    @mehrimmmdli846 2 года назад +4

    "Bir star-ın bütün gözəl qızların ona heyran olmasına baxmayaraq , hər hansı bir ailə qızına vurulması yəni nə qədər sadə seçimli olduğu hər nə olut olsun ondan əl çəkməməsi "əsl Ayaz babayev tərzi göndərməli bir klip olmuş, superdi , gər mahnısı super olan hər klipi özü kimi muhteşem olan bir stardan bu gözlənilərdi ancaq😇😇😇😇😇😇😇😇😇

  • @SahinIdrisov
    @SahinIdrisov 5 месяцев назад +3

    Sevilen ifaları çoxdur.

  • @dinarajaniyeva5663
    @dinarajaniyeva5663 2 года назад +5

    Hər dəfə fərqli obrazda, fərqli kadrda olan mahnılarına sadəcə möhtəşəm deyə bilərik..❤️Bir sözlə möhtəşəmsiz!🥰

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад

    Beni her zaman dünyanın en güzel ve en özel kadını gibi hissettirdiğin için teşekkür ederim.

  • @Gullucon975
    @Gullucon975 9 месяцев назад +3

    Sizinle bir gün qarşılaşmaq dileyi ile.Mahnılarınıda ve işlerinizde uğurlar Ayaz Babayev💚

  • @meryemmusayeva9599
    @meryemmusayeva9599 2 года назад +3

    Mohtesem ses mohtesem klippp ugurlariniz daimi olsun Ayaz Babayev..🌹Sevgində Duamda🌹..Eşq Sevdiyinin bir baxışı ilə belə qəlbində çiçəklər açmasıdır və Eşq Sevdiyinin bir sözü ilə belə üzündə gülüşlər yaranmasıdır.. Xoşbəxtliyi anlamaq üçün, onu bölüşəcək birinə sahib olmaq və heç ağılında yoxkən qelbinə aşiq olduğun adamı Allahına xatir könlünə "Yar💓" bilməkdir Eşq..!! ,,Qəlbinə aşiq olduğum Adam,, Sən mənim Namaz kimi sevib Aminlərimdə Varlığına Şukur etdiyim Duam kimisən mənə..Nə vaxt səni ağlıma gətirsəm bir huzurun içinə düşürəm..Sən mənim dünyam, Sən mənim Cənnətdəki axirətə qovuşmaq adına Allahıma ən gözəl Dualarımsan..!! Qələmdən kağıza tökülən dəyərli sətirlərim, yaşamağa doymadığım Ömrümsən..!! Sən Allahıma yalvarışım, göy üzünə göndərdiyim Duamın yer üzündəki ən gözel Şükür cavabısan..!! Sən Allahın rızasıyla sevdiyim, Rəbbimdən mənə ərmağanım və sən Sevgi dünyama Cənnət, könlümə Eşqsən...Eyy Sevgili Yar gəl,,--
    __Qəlbimizi --İMAN'A
    __Könlümüzü --QURAN'A
    __Dinimizi --İSLAM'A
    __Qulağımızı --AZAN'A
    __Əlimizi --ALLAH'A açıq tutub bu sevgimizi Səbrlə, Şükürlə Allaha xatir qoruyub, Eşqimiz iki qəlbdə sonsuzluğa var🤗🤗🤗🤗🤗

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +5

    Sevgi kəpənək kimidir. Arxasınca qaçdıqca səndən qaçar. Ən yaxşısı qoy, uçsun, bəlkə heç gözləmədiyin bir anda gəlib çiyninə qonar.

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад

    Başkaları en büyük başarılarından ve en çok gurur duydukları şeylerden bahsettiklerinde aklıma gelen tek şey sensin.

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +7

    İnsanları keçmiş ve ilk Sevgi xatirələrinə aparan bir mahnı olub. Kilibinisə ayrıca bayıldım çünki insan üzündə mesum bir təbəssüm oyadır. Sizi səmimi qəlbdən təbrik edirəm Ayaz Bey ☺️ Bu soyuq payız günlərində içimizi isidən bir mahnı oldu. Bu arada tebrikler çox gözəl çift oldunuz sevginiz daim olsun.💕
    Kilib meni məndən aldı bir sözlə həmişəki kimin yaratmısınız.❤️
    Xalaların redaksiyası sizin tort ve güllər ilə qapıda elçilik üçün gelmeyiniz Azərbaycan adət ənənələrinə nə qədər bağlı ve hörmət ilə yanaşmağınızı bildirib. ☺️❤️
    Kilibdə və Mahnıda o qədər sade və gözel, cezb edici detalları varki məni məndən aldı təkrar tebrikler.

  • @qahiribrahimov3822
    @qahiribrahimov3822 2 года назад +4

    Bir sözlə möh-tə-şəm i-na-nıl-maz🤩💗

  • @melahetceferova988
    @melahetceferova988 Год назад +4

    Balaxanı kəndim.Gözəlliklər və gözəllər kəndi

    • @Allahtekdir11
      @Allahtekdir11 11 месяцев назад

      Bibiheybət qəsəbəsidi

  • @nubarnovruzova9707
    @nubarnovruzova9707 2 года назад +2

    Istər bu insani görüm , istər səsini eşidib musiqisini dinleyim her defesinde yeni bir sevgi yeni bir heyacan yaşayiram. 😕Ve ele bir mahnisi yoxdurki , men o mahnida xeyal qurmayim 🥺 siz her zaman menim nömre 1 Ulduzum'sunuz AYAZ BABAYEV 💙

  • @cinaraibrahimova8576
    @cinaraibrahimova8576 2 года назад +4

    Xəyallara dalıb qalan insanlar var. Çayın dəmlənməsinə, yağışın səsinə❤

  • @arzualiyeva3407
    @arzualiyeva3407 2 года назад +6

    Mahnının hər sözünə uyğunlaşan klip kadrları, heç bir şəkildə yorucu və sıradan olmayan, əksinə dəfələrlə izlənmək istəyi yaradan, üzdə xoş təbəssüm oyadan, saf sevginin hiss olunduğu rəngarəng bir klip 🌟
    Özünəməxsus, keyfiyyətli, məna dolu sözlərdən ibarət payızın soyuqluğunu aradan götürən harika bir musiqi.
    Burda deyirlər ki, trendlərdə "Yenəmi sən", Ayaz Babayev?)
    #congratulations

  • @seyyaremusayeva8615
    @seyyaremusayeva8615 2 года назад +5

    Hər bir klip və mahnılarınız ayrıca mükəmməl bir əsərdir 🥰❤️✨👣

  • @qiyaseliyev323
    @qiyaseliyev323 Год назад +2

    Super. Çox xoşuma gəldi. Amma gözəl plastikası olan bir rəqs qrupu da olsaydı lap super olardi.

  • @alliyefa.31
    @alliyefa.31 2 года назад +6

    Ayaz Babayevin uğurlarından birisi daha Yenəmi Sən ❤️
    Xoş dinləmələr😻

  • @Sevgimeleyii
    @Sevgimeleyii 2 года назад +5

    Sevgi dedikde Ayazla Fidan Aglilmiza Gelecek ❤️