Aşıq Şakir

Поделиться
HTML-код
  • Опубликовано: 14 фев 2022
  • Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.
    Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq.
    Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur.
    Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi. O, məlahətli səsi, təkrarolunmaz ifası ilə bu gün də ehtiramla xatırlanır.
    Jurnalist Tofiq Abdullayevin qələmə aldığı "Aşıq Şakir" kitabında mərhum sənətkarın həyat və yaradıcılığından, ifaçılıq xüsusiyyətlərindən ətraflı bəhs olunur. Kitabda respublikamızın tanınmış elm və sənət adamlarının sənətkar haqqında xatirələri öz əksini tapıb.
    Aşıq Şakir bir çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
    1947-ci ildən aşıqlıq edən Aşıq Şakir 1978-ci ildə vəfat edib.
    Aşıq Şakir Hacıyev məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri olmuşdur.
    Hazırladı: Nərimanov Rayon MKS-nin əməkdaşı E.Kərimli.
    #aşiq #nərimanovrayonmks #aşıq #saz #söz #poeziya #qiraət #ədəbiyyat #azərbaycan #Azerbaijan #nerimanovrayonmks #nerimanov #kitabxana #library

Комментарии • 21

  • @zohrabkerimov1342
    @zohrabkerimov1342 Год назад +2

    ALLAH rəhmət etsin sənətkara.

  • @ceyhun1009
    @ceyhun1009 Год назад +1

    Allah rəhmət eləsin Ruhunuz şad olsun Amin Xatireıerde yaşayacaqdır illər ötsede Sizlərdə çox sağolun payıaşdiniz Minnettariq 17 03 2023

  • @rasulbabasov9967
    @rasulbabasov9967 Год назад +1

    Allah bu insana ger şey vermişdi ,ses,boy buxun ,yaraşiq

  • @sabira5792
    @sabira5792 2 года назад +7

    Şirvan şikəstəsinin ilk möhürün vuran karifey sənətkar👍🎵👏👏👏👏🌹🎶

  • @user-qb8gy9pt2f
    @user-qb8gy9pt2f Год назад +4

    АЛЛАХ СИЗЕ РЕХМЕТ ЕЛЕСИН АШЫГ ШАКИР. СИЗИН ОХУДУГУНУЗ МАХНЫЛАРА ГУЛАГ АСДЫГЧА ДИНЛЕМЕК ИСТЕЙИРСЕН... ЛЕЗГИ БАЛАСЫ ЗАБИТ ГЕБЕЛЕ - ВЛАДИВОСТОК.

  • @hzx373
    @hzx373 Год назад +2

    ALLAH REHMET ELESIN

  • @hzx373
    @hzx373 Год назад +1

    Gorusunuz Atasi yaxsi edibki tez mellim yanina qoyubdu ALLAH REHMET ELESIN

  • @dr.7259
    @dr.7259 Год назад +6

    Allah rəhmət eləsin

  • @user-tf7bd5yq6o
    @user-tf7bd5yq6o Год назад +7

    Allah rəhmət eləsin. 3 dəfə toy məclisində aşıga qulaq asmışam.

  • @mahircavadov9952
    @mahircavadov9952 Год назад +3

    ALLAH RIHMƏT ELƏSİN.

  • @user-fo3fl6tn6t
    @user-fo3fl6tn6t Год назад +3

    Аллах рехмет елесин

  • @user-fh8cs4sz6b
    @user-fh8cs4sz6b Год назад +1

    Ширванын гёзел ашыгларындар бири ашыг Шакир рухун шад олсур.

  • @ahlimanqafarov3207
    @ahlimanqafarov3207 Год назад +4

    Aşiq sənətinin dahisi unudulmaz Aşiq Şakirə Allah rəhmət eləsin.Ruhu şad olsun

  • @sdaqtzrbalyeva4048
    @sdaqtzrbalyeva4048 Год назад +2

    allah rehmet elesin menim atam onunla birlikde toylara gedib

    • @nrminesefizade6185
      @nrminesefizade6185 Год назад

      Mənim atam da onunla 17 il sənət yoldaşı olub.Allah rəhmət elesin

    • @bagaduriskenderov1386
      @bagaduriskenderov1386 Год назад

      Allah her iksine rehmet elesin.Atanizin adin bilmey olar .menimde babam bir yerde cox olublar bizim evde

  • @vefayusifova559
    @vefayusifova559 2 года назад +1

    👏👏👏😍

  • @nickunkown8886
    @nickunkown8886 Год назад

    Çox darıxdırıcı və maraqsız oxudunuz, heyif.

    • @ugurburjal7287
      @ugurburjal7287 Год назад

      Siz daha maraqlisini paylashin baxib, dinleyib sizede minnatdar olaq. Saygilarla

  • @bagaduriskenderov1386
    @bagaduriskenderov1386 Год назад +3

    Allah rehmet elesin.