MİDA Hövsan: Sosial evlərdə insanlar necə yaşayır?

Поделиться
HTML-код
  • Опубликовано: 1 авг 2024
  • MİDA sosial evlər haqqında eşitməmiş olmazsınız. Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən tikilən nisbətən ucuz və auksion formatında satılan mənzillərə bir çoxları sahib olmaq istəyib. Bəs urbanistik və memarlıq cəhətindən bu yeni yaşayış massivləri necədir, ümumiyyətlə? Burada normal mühit yarada biliblərmi?
    Memar Dilqəm İsmayılov ilə növbəti vloqda MİDA Hövsan massivini gəzdik, detallara fikir verdik və sizin üçün bu reportajda paylaşırıq.
    🔹 Patreonda abunə olanlar reportajın daha geniş versiyasını izləyə bilər: / city4people
    --------
    💰 Bloqa maliyyə dəstək göstərmək istəyənlər üçün:
    - Patreonda abunə olun: / city4people
    - Kartlara köçürmə: city4people.az/destek
    - Reklam məsələləri üçün əlaqə: info@city4people.az
    --------
    🔔 "İnsan yönümlü şəhərlər" bloqunu sosial şəbəkələrdə izləyin:
    Facebook: / city4people.az
    Instagram: / city4people.az
    Telegram: t.me/city4people_az
    TikTok: / city4people
    Twitter: / anarek
    --------
    Taymkodlardan istifadə edərək Sizi maraqlandıran bölməyə keçid edə bilərsiniz:
    00:00 Anonslar
    00:26 Biz haradayıq?
    01:42 Küçələrin quruluşu
    03:53 MİDA müsabiqəsiz tikilir
    05:48 Sosial evlər - ucuz evlər?
    07:10 Panduslar və sıfırdan girişlərin olmaması
    08:32 MİDA-nın həyətləri
    11:05 Dizayn-kod ola bilərdi
    13:42 Velosiped zolaqları
    15:39 Çəkiliş aparmaq icazə istədilər
    16:50 Birinci mərtəbələr
    17:27 Zibil qutuları
    18:09 Yeraltı parkinq var
    18:32 Yeni Yasamalın MİDA ilə müqayisəsi
    20:42 Yağış yerin altına gedir
    21:14 Mənzillərdə təmir haqqında
    24:30 Məktəbin ətrafı
    26:18 MİDA kompleksinin pis və yaxşı xüsusiyyətləri
    28:55 Xülasə
    --------
    #MIDA #MidaHovsan #YaşayışMassivi #HövsanQəsəbəsi #Urbanistika #Dilqəmİsmayılov #memarlıq

Комментарии • 160

  • @AnarAliyev
    @AnarAliyev  Год назад +10

    Dostlar, maraqlı videoların çəkilməsinə ən yaxşı dəstək - bizim Patreon səhifəsinə qoşulmaqdır: patreon.com/city4people
    Həmçinin Patreon-da bu videonun daha geniş versiyasını yüklədim. Bizə dəstək olan hər kəsə təşəkkürlər! 💚

    • @zulfuqarmmmdov8799
      @zulfuqarmmmdov8799 Год назад +1

      Çox gözəl siz Xocəsən yeni yaşayış kompleksinidə çəkə bilərsiniz nəyi yaxşı nəyi pisdir bilərdik nöbəti səhvi etməzdilər

  • @huseyn1029
    @huseyn1029 Год назад +27

    Urbanistikaya həvəsi olanların ən sevimli kanalı❤❤❤

  • @omaroff
    @omaroff Год назад +60

    Həmişə Varlamov və Gerşmana baxırdıq, indi özümüzün də urbanistləri var😍 Əhsən sizə, davamlı olsun!🎉

    • @asifaliyev8743
      @asifaliyev8743 Год назад

      Varlamov ve Gerşman hansi ölkenin veriliwidirmi ?
      Iran yaxud Turkiye olar yeqinki ?

    • @mubarizibrahimov210
      @mubarizibrahimov210 Год назад +1

      @@asifaliyev8743 irandan cixsa cixsa aftafa cixacaq yada kimdense neyise kopyalayiblar yeni geydirmedi !)))

    • @maratello777
      @maratello777 Год назад

      Varlamov top 1))

    • @Mr.Aliyev010
      @Mr.Aliyev010 2 месяца назад

      @@asifaliyev8743rus

  • @barackobamaUSA
    @barackobamaUSA Год назад +5

    Çox maeaqlı videodur. Təşəkkürlər

  • @revanabbasov3101
    @revanabbasov3101 7 месяцев назад +3

    ÇOX SAĞOLUN ƏTRAFLI İZAHAT VERDİYİNİZ ÜÇÜN DEDİKLƏRİNİZDƏ HƏQİQƏT VAR ƏSAS KEYFİYƏT MƏSƏLƏSİDİ TƏLƏSİB TEZBAZAR ELİYİBLƏR BU BOYDA MASSİVDƏ BİR MARKET VAR BAZAR YOXDU BAZARA GƏRƏK GEDƏSƏN HÖVSANA.

  • @shefabagirli8985
    @shefabagirli8985 Год назад +1

    Ehsen cox gozel kanaldir. Bir muhendis kimi layihelendirme ile bagli cox shey oyrendim.

  • @nicatdervish
    @nicatdervish Год назад +10

    Çox gözəl, çox ağıllı, çox professional izah. Dilqəm bəylə təmir haqqında da video gəlsin. Kaş mənzildə də çəkiliş imkanı olardı 👍👍👍

  • @allfactsaboutazerbaijan
    @allfactsaboutazerbaijan Год назад +3

    Maşallah, kanalınız, hərtərəfli çox gözəl inkişaf edir 👏👏👏

  • @resulzeynalov5304
    @resulzeynalov5304 8 месяцев назад

    İlkin məlumat və tanışlıq kimi çox faydalı oldu bu video. Təşəkkürlər.

  • @huseyn1029
    @huseyn1029 Год назад +6

    Mükəmməl video yenə geldi❤❤❤

  • @V.abdulla
    @V.abdulla Год назад +7

    Əhsən size gençler ehtiyac olan mövzudur ardı gelsin maraqlidir

  • @Ramil1114
    @Ramil1114 Год назад +3

    Allah size can sagligi versin super bir isdi

  • @Asgar409
    @Asgar409 Год назад +3

    Mükəmməl kanal ❤❤❤

  • @1filmler
    @1filmler Год назад

    Salam Aleykum. Əla xeyirli uğurlu olsun İn şə ALLAH. Gözəl mənalı baxımlı videolardı

  • @esanesan691
    @esanesan691 Год назад +1

    Əla və maraqli bir veriliş...👍

  • @mhakl6165
    @mhakl6165 Год назад

    Keyfiyətli vidio👏

  • @vasifkerimov5452
    @vasifkerimov5452 Год назад +8

    Uğurlar arzulayıram,

  • @EmilIsmayilov-lw6jj
    @EmilIsmayilov-lw6jj 2 месяца назад

    Tikilishin keyfiyyatindanda danishsaz super olardi Cox sagolun

  • @Electrologia
    @Electrologia Год назад +1

    Cox ela videodu! Ugurlar!

  • @qasmbabayev2129
    @qasmbabayev2129 Год назад +11

    Sağalmışdı her yaramız, qalmışdı saqqal darağımız!

  • @resadcahangirov2175
    @resadcahangirov2175 Год назад +16

    Halal olsun cox savadli,medeni ve obyektiv wekilde izah etdiyivize gore. Bilmediyimiz bir cox weyleri oyrendik sayenizde,amma gelin qebul edek ki insanlar oz budcelerine gore buralardan ev alir. Eger 2 otaq evin qiymeti Hovsan kimi (weher merkezinden bu qeder uzaq olan) yerde 80-90 belkede daha baha qiymete satilirsa insanlar yasamal,xetai ve s. yerler haqqinda gerek duwunmesinler,cunki qiymetler kelle çarxdı. Ona gore de aci realliqlari bile bile mecburuq evimiz olsun diye bu eziyyetlere qatlanaq

    • @FuadKerimov
      @FuadKerimov 11 месяцев назад

      Burda ondan danışırlar ki, elə bu qiymətə tikilən kompleksdə (yəni artıq xərc qoymadan ki, evin qiyməti qalxmasın) daha düzgün həllər etmək olardı.

  • @bayramvaliyev2670
    @bayramvaliyev2670 Год назад +1

    Teshekkurler bele bir layihe ucun. Imkan olsa, Nardarandaki Sea Breeze sheherciyinde de cekilish aparardiz

  • @ZeynalliS
    @ZeynalliS Год назад +1

    Əla👍🏻

  • @user-ix3wg1sq5c
    @user-ix3wg1sq5c Год назад

    Ortaq mekanlar iyi fikirdi👍

  • @saidasaida555
    @saidasaida555 Год назад +1

    Afərin sizə dostlar işinizdə uğurlar. Amma bu midada ev udmaq boş söhbətdir heçkəs uda bilmir evler gözə görünməz şəxslər tərəfindən satılır alınır.. bu il bir daha şahidi oldum.

  • @susannaabdullayeva5864
    @susannaabdullayeva5864 Год назад +4

    Cox gozel videolar cekirsiz.Hemise baxiram.Amma,
    Sovet dovrunden qalan her seyden uzaq olan bezi 9 mertebeli binalarin heyetlerini ceksez coz gozel olar.Xetaide Ehmedli metrosuna yaxin ele binalar varki tikilenden helede onlarin heyetini abadlasdiran olmayib.Tesevvur edirsiz tikilenden indiyedek.Ceksez sevinerik.

  • @nazimbudaqov239
    @nazimbudaqov239 Год назад +11

    Azərbaycan sizə dua etməlidir

  • @iradaaliyeva8591
    @iradaaliyeva8591 Год назад +1

    Halal olsun sjze gőzel,agıllı,savadlı balalarım

  • @greywolf7791
    @greywolf7791 Год назад +14

    Qardaş,sən hələ ordakı Bazar Stor qiymətlərinə baxardın.Bilirlərki,orda başqa market yoxdu,hamı məcbur olub alacaq,ona görədə çox şeyin qiymətini hədsiz baha qoyurlar və marketdəki işçilər insanlarla kobud davranırlar!

  • @ReyhanM.-xm1ld
    @ReyhanM.-xm1ld Год назад +1

    InşAllah bunanda gòzel olar Hòvsan turistlik yer olar.....

  • @zamansshorts
    @zamansshorts Год назад +13

    Əla videodu, davamı gəlsin. MİDA Yasamal layihəsinin icmalını gözdüyürəm. Gəlsəniz xəbər edin Sizi qonaq edim, evlərin daxili quruluşunu tamaşaçılara nümayış edəsiniz!

    • @myworld-ri9ex
      @myworld-ri9ex Год назад

      Yasamaldaki evler ne zaman satisa cxacag bir melumatnz var?yeni binalar yəni

    • @zamansshorts
      @zamansshorts Год назад

      @@myworld-ri9ex salam, 29 iyulda

    • @user-ew6yc1si9i
      @user-ew6yc1si9i Год назад

      ​@@myworld-ri9exmen zaur, mene de cox maraglidi, satiş nece olacag? aukcion kimi? özüm de yasamalda yasairam )

    • @KingArkon
      @KingArkon Год назад +1

      ​@@zamansshortsSalam. Necə keçdi? Uda bildiniz?

    • @sevincuva4684
      @sevincuva4684 8 месяцев назад

      Müsabiqə üçün necə qeydiyyatdan keçmək lazımdır

  • @dyantmusayev6554
    @dyantmusayev6554 3 месяца назад +2

    43 yaşım var hələ öz evim yoxdur. Burdan ev ala bilsəydim çox gözəl olardı. Onsuz baha ev almaq olmur

  • @user-rc7gx4jf7k
    @user-rc7gx4jf7k 7 месяцев назад

    Belə baxdım ki, xırda çatışmazlıqlardır. Aradan qaldırılsa əla olacaq. Binalar çox keyfiyyətli tikilib. Elektromobillər üçün inşallah sarj aləti də qoyular. Velo yolu da düzələr...

  • @turalkarimov9084
    @turalkarimov9084 Год назад

    10:25 çox əla nöqtəyə toxundunuz, təşəkkürlər

  • @shafayagubova4794
    @shafayagubova4794 Год назад +3

    Çox dūz deyirsiz.azerbaycanda piyada keçdiklər dūşūnlmeiş qoyulur

  • @jamilibrahimli190
    @jamilibrahimli190 7 месяцев назад

    Sizi keşf edenden sonra Varlamova daha baxmıram . Bu Hovsanda ev almaq fikirleşirdim , gözümden düşdü.

  • @narxanimbashirova8047
    @narxanimbashirova8047 Месяц назад

    Zəhmət olmasa Nərimanov kompleksində də çəkiliş edin,bizə ordakı vəziyət də maraqlıdı.Sizə çox minnətdarıq.

  • @70L1Z1H
    @70L1Z1H Год назад +1

    Mən bilmək istiyərdim ki, bu ölkədə ispan stilli mediterran planlamasıyla fərdi ev tikintisinə icazə verilir yoxsa yox? Verilirsə hansısa şirkət bunu edirmi? Yəni həm planlanması həm dizaynı həm də tikinti təmiri edə bilirmi

  • @maisqurbanov9430
    @maisqurbanov9430 Год назад +1

    Qardas salam,, yasamalda ki midadan ne xeber ve ya ifarmasiya vere bilersen,, 815 menzi satldl yoxsa nele ki yox eveceden tesekkur edirəm

  • @keyn1798
    @keyn1798 9 месяцев назад +1

    Heyetde idman meydançasının olması sakinlerin uşaqların çox yüksek ses-küyüne meruz qalmağına, eseblerinin pozulmasına sebeb olur. Eyvan istiraheti, besedka istiraheti kimi bir zövq qalmır. Gösterdiyiniz kimi heyetden biraz kenarda boş erazilerde olması daha uyğundur.

  • @smrsgv
    @smrsgv Год назад +2

    Dilgam😍

  • @elshanbalakishiyev2759
    @elshanbalakishiyev2759 25 дней назад +1

    Bakı şəhərinin də əlil arabaları üçün panduslar yoxdu ya çox azdı. Dükanların, tibbi mərkəzlərin qabağında panduslar yoxdu. Bəzi çıxmaq şərtilə. Səkiləri avtomobillər zəbt edib. Səkilər yalnız piyadalar, velosipedçilər və elektro skuterlər üçündü. Məndə imkan olsaydı Bakıda avtomobil idarə edilməsini qadağan edərdim. Bakıda ancaq kiçik elektro karlardan və elektro skuterlərdən idarə edilməsinə icazə verilməsini məqbul görürəm. Benzinlə və dizel yanacağıla hərəkət edən avtomobilləri və ölkəyə gətirilməsinidə qadağan edilməsini məqbul bilirəm.

  • @car-802
    @car-802 6 месяцев назад

    Salam mida 1de,doner satilan yerin nomresini kim bilir?yazardizda zehmet olmasa

  • @H.Turana
    @H.Turana 27 дней назад

    Midanın Yasamal kompleksi haqqında məlumat necə almaq olar? qanlı gölün ətrafında tikilib deyə təlkükəli olar deyə şübhə var.

  • @vuqarqurbanov1671
    @vuqarqurbanov1671 Год назад +5

    Evlərin içindəki material llar keyfiyətsizdir taxta qapı əvəzinə ucuz kardon üzlüklü qapı var laminat plastikdir

  • @IlhamNazarov-mu5te
    @IlhamNazarov-mu5te 4 месяца назад

    👍👍👍

  • @avatar7377
    @avatar7377 Год назад

    Düzdür,hər bir işdə layhədə müsabiqə elan olunsa ən yaxşısı seçilər.

  • @user-rn6oo2lq2d
    @user-rn6oo2lq2d 9 месяцев назад

    Для Баку, где в историческом центре строили 20 этажные коробки, это прорыв. В целом, неплохо

  • @sevincismaylova1264
    @sevincismaylova1264 Год назад

    Salam çox gözəl paylaşım.Uğurlar sizə.Mən də buradan bir ev istəyirəm.Kirayə yaşamaq yolu ilə. Bu mümkündür? Evə çox ehtiyacım var.

  • @Godstoocool
    @Godstoocool Год назад

    Atletlər kəndində ki mənzillər satışa çıxarılıb mi bilən varsa yazsın xaiş edirəm

  • @iraderesidova3919
    @iraderesidova3919 Год назад +1

    Xeyallarim suya duwdu😢

  • @layermelis5375
    @layermelis5375 4 месяца назад

    Maşallah əsl peşəkar yanaşması

  • @greywolf7791
    @greywolf7791 Год назад +1

    Oranın layihəsində böyük stadionda var idi,diqqətli araşdırsanız görəcəksiz,amma stadionun s hərfi belə yoxdu,ancaq bina həyətlərindədi!

  • @Sadebir
    @Sadebir 9 месяцев назад

    Saray MTK dan cekilis edin cox xahis

  • @keveltv
    @keveltv Год назад

    Bir şeyi anlaya bilmirəm ki Gəncə şəhər icra hakimiyyəti MİDA-ya necə icazə verib ki o eybəcər binaları oradada inşa etsinlər.
    Heç olmasa həmin binaların fasadları kərpic fasada əvəz edilməlidir, MİDA Gəncəyə ləkədir.

  • @samirmemmedzade5611
    @samirmemmedzade5611 11 месяцев назад

    Qardaw zelzeleye ne geder davamlidir?

  • @user-en1lx9dm6e
    @user-en1lx9dm6e Год назад +1

    Yene superr superr ,meslehet goruremki Dilqemle gelesiz almanyaya burdan numuleri biyerde serh edesiz ,o zaman insanlar sizi anlayar

    • @AnarAliyev
      @AnarAliyev  Год назад +2

      Almaniyadan misal çəkmişdim: ruclips.net/video/Fx3tDEWkf7M/видео.html 🙂

  • @yagmuresmerl2505
    @yagmuresmerl2505 Год назад +2

    Məcburiyyətdən Midada kirayə qalırıq. Qazidi yoldaşım. Olduğumuz yer nəm olduğundan səhhətinə ziyan olduğuna görə məcburi burda qalırıq. Heç məmun deyilik. Həyətdəki futbol meydançasınnan heç danışmağa dəyməz. Bura verilən pula torpaq alıb tiksən dünyaya dəyər. O gün zəlzələ oldu. Allah göstərməsin az qala yerdəydi bina. Allah bizə bir yol açsın burdan salamat köçək. İnşallah. Bu dövlətin Allah ürəyinə insaf versin qazini yada salsın. İnşallah

    • @aygunmayilova3301
      @aygunmayilova3301 Год назад

      Siz Hovsan Midada qalirsiz ya Yasamalda?

    • @Allahtekdir11
      @Allahtekdir11 6 месяцев назад

      Salam Allah sifa versin 1 ci mertebeler nemdir?

    • @Allahtekdir11
      @Allahtekdir11 6 месяцев назад

      ​@@fexiela._1995 siz hansı terefde qalirsiz? 1 çi mərtəbələr nem olur? Mida2də?

    • @car-802
      @car-802 6 месяцев назад

      Salam dönər satılan yerin nömrəsini bilirsizse deyərdizdə zəhmət olmasa,uşağlar balacadı çıxa bilmirəm,

  • @fakhrimammadov99
    @fakhrimammadov99 Год назад +4

    Müsbət cəhətlərdən biridə mənim üçün o oldu ki, yolun zolaqları enli deyil, yani standarta uyğun kimi görsənir (hətta bəzi yerlərdə çox dardır 😅). Həyətdə futbol meydançaları barədə sual yarandı: onları səs-küyə səbəb kimi məsləhət görmürsünüz?

    • @dilqmismaylov9854
      @dilqmismaylov9854 Год назад +2

      Bəli, səs küyə görə doğru deyil.

    • @dilqmismaylov9854
      @dilqmismaylov9854 Год назад +7

      Çünki adətən, uşaqlar o futbol meydançalarında ya dərsdən sonra, axşamlar, ya da həftə sonları oynayır, hansı ki, digərlərinin istirahət zamanı, bu da çox böyük diskomfort yaradır. İdman meydançaları, adətən ümumi ərazilərdə yaradılır, və ya videoda da göstərmişik, məktəbin ərazisində yerləşən, hansı ki, həftəsonları bağlı olur, və tamamilə boş qalır, məhz bucür yerləri istifadə etmək olar.

  • @gunelabdullayeva6263
    @gunelabdullayeva6263 5 месяцев назад

    Bu evlerin keyfiyeti necedi?

  • @perimovsumova9167
    @perimovsumova9167 Год назад

    Depressiyaya dusdum . Yol pencereler vessalam😪😪😪😪

  • @orxanismayilov4198
    @orxanismayilov4198 Год назад +1

    Dilqem… demaqoqluq eleme ! )

  • @rustamov055
    @rustamov055 Год назад +3

    Bakida normativlərə uygun hər hansisa bir kompleks var?

  • @elieliyev8823
    @elieliyev8823 Год назад

    Midadan 3 otaqlı ev alam şəxslər zəhmət olmasa cavab yazardınız,3 otaqlının hər bir otagı necə kv-dir?

    • @xeyalakberof
      @xeyalakberof Год назад

      70 falan olmalidi bildiyim qeder deqiq bilmek istiyirsizse midanin oz saytina baxin

  • @omerabdullah6104
    @omerabdullah6104 7 месяцев назад

    😮

  • @user-lb4nk5nz7p
    @user-lb4nk5nz7p 6 месяцев назад

    Salam mida hovsanda 3otaqlilar neçəyə çıxır

  • @Allahtekdir11
    @Allahtekdir11 6 месяцев назад

    Hövsan 2 de market bazar ,aptek yoxdu,olsaydi yaxşı olardi bina8 terefde abadlaşma gedseydi yaxşı olardi,otaqlar balacadi 😢😢,teze tikilidi asfaltlar zedelidi,orta hisseler yaxsidi ama yola baxan hisse bina8 tərəfdə buqeder gozellik yoxdu quruluqdu , gözelleşdirselər yaxsi olardi

  • @ilkin.rahimov
    @ilkin.rahimov Год назад +6

    Bu şəhərciyə mütləq metro xətti çəkilməlidir əks təqdirdə urbanizasiyadan söhbət belə gedə bilməz

    • @dilqmismaylov9854
      @dilqmismaylov9854 Год назад +5

      Metro xətti real deyil, amma real olan, hansı ki, düz yanından dəmiryolu keçir. Burada yeni dəmiryol stansiyası tikmək çox qısa, və tez zamanda üstəlik kiçik maliyyə ilə başa gələcək bir şeydir.

    • @user-wk5rs6rz3w
      @user-wk5rs6rz3w Год назад

      @@dilqmismaylov9854 nezerde tutulub. kompleks qarsisinda genplanda simali Hovsan stansiyasi v' kohne stansiya/

    • @dilqmismaylov9854
      @dilqmismaylov9854 Год назад +1

      @@user-wk5rs6rz3w nəzərdə tutulduğunu bilirəm🙂 amma sadəcə nəzərdə tutulub)

    • @blfzlibnrahib1646
      @blfzlibnrahib1646 Год назад +2

      ​@@user-wk5rs6rz3w o stansiya iller önce köhne qatar yolu idi.20ile yaxındırki işləmir.Nəinki metro qatar heç olmasa koroglu metrostansiyasına aftobusla təmin etseydiler sakinlər rahatlığa çıxardı.Bakı kəndlərinin əksəriyyətindən koroglu metrostansiyasına aftobus var təkcə Hövsandan yoxdur,ora getmək üçün ən azı 3aftobus dəyişməlisən☹️

  • @azadhasanov8701
    @azadhasanov8701 Год назад +2

    Yaşıllıq demək olarki yoxdur

  • @JeyhunHaji
    @JeyhunHaji Год назад +1

    goresen ne vaxt bizde de her shey 4/4-luk olacaq?!

    • @dilqmismaylov9854
      @dilqmismaylov9854 Год назад +3

      O zaman ki, insanlar bunu istəyəcək, o zaman ki, hər şəhərin, rayonun, qəsəbənin sakinləri bunu tələb edəcək.

  • @kbrliyev995
    @kbrliyev995 Год назад +4

    yapışıbsaneeee velosiped yolu velosiped yolu

  • @rade164
    @rade164 Месяц назад

    Salam Nömrə yoxdu?

  • @mikeurchin6090
    @mikeurchin6090 Год назад +1

    Enerji doldurum? Kime lazimdi orda? Social evleri alan elektrik masina pulu catmaz…

  • @Motivationsycoo
    @Motivationsycoo Год назад +3

    o artirilma balkonlar nedi ay qardash ? 90-2000 ci illerdi ki Xrushovka binalarin arxasi qabagi nece artirilirdisa burani da artirirsiz? teze binadi e qardash 2023cu ildi

  • @vusalqasimov3594
    @vusalqasimov3594 8 месяцев назад

    Bir magaza var bahadì

  • @ruhinmusic
    @ruhinmusic Год назад

    Bes Yeni Yasamaldaki mida haqqda video hani?

    • @AnarAliyev
      @AnarAliyev  Год назад

      Salam. Oradan bloqda reportaj var: city4people.az/post/mida-yasamal/

  • @nurlanbayramov5377
    @nurlanbayramov5377 Год назад +4

    Məndə heç sevmirəmdə kimsə öz paltarını balkonu ola ola çöl tərəfdən asırlar balkonu bağlayırlar və s. AAAF parkda belə şeylərə heç nəzarət yoxdur...

  • @orxan788
    @orxan788 6 месяцев назад

    Bizim insanlar düşüncəsinə deyismediyce heçnə deyismez

  • @bextiyarquliyev6757
    @bextiyarquliyev6757 Год назад +1

    Mida yasamaldan az qalsin ev goturecekdim ucuz kurtuldum😂

  • @user-gr3uf6dy1m
    @user-gr3uf6dy1m Год назад

    Videoda yararlı məlumat kimi 18:30 - 20:30 izləmək olar. Qalan bütün video bomboş bir şeydir

    • @dilqmismaylov9854
      @dilqmismaylov9854 Год назад

      Məsələn, bomboş dedikləriniz nələrdir? Siz deyin, baxaq nəyi səhv deyirik, və siz doğrusunu deyin əsaslandırın.

  • @eminr.9602
    @eminr.9602 9 месяцев назад

    Size halal olsun

  • @alimiman5434
    @alimiman5434 10 месяцев назад

    Sizce bu niye beledi cunki qayda qanun nezaret yoxdu is bacarmayanlar is basindadi

  • @seyruzmammad8749
    @seyruzmammad8749 Год назад +2

    Niyə orda doğru düzgün ağaclar əkilməmiş kül təpənizə dediski yolka ağacları əkiblər

  • @romanofff7546
    @romanofff7546 Год назад +1

    Adı sosial evlərdir, dadı yenə məmurlarındır. Bu ildə nə oyun qurdularsa yenə özləri qazandılar.

  • @mhakl6165
    @mhakl6165 Год назад +2

    Əsas mənfi cəhəti demədiz ki içməli suyu yoxdu😡

  • @SurxayNadirzade
    @SurxayNadirzade Год назад +2

    Sanki sovyet memarlığına bənzədərək dizayn edilib ve inşa olunub. Köhne 9 mertebeler tipli dizayn, bir birinin kopyası (rengi, fasadı...). 21 esrde dizayn edilib, inşa olunmasına baxmayaraq modern, insan yönümlü, tebiətlə uyumlu dizayndan söz gedə bilməz. Diğer binalardan ferqlenmeyen mekteb ve uşaq baxçası, tipik gördüyümüz asfalt ve səki daşının tipleri, yaşıl ərazi dedikde: yalnız ot ve şam ağaçlarının əkilməsi, şəhər yollarındakı işıqlandirma direklerinin quraşdirilması... yəni bərbat!
    Dilqəm Bəyin hər zaman vurğuladığı kimi `çevrə/mühit yaratmaq` sözünü sanki projeni sifariş edən sifarişçilər və dizayn edən memarlar unudurlar.

  • @orxan788
    @orxan788 6 месяцев назад

    Yağış yaxdixca binaların fasadı söküləcəy binanın görüntüsünü pozacag

  • @orxan788
    @orxan788 6 месяцев назад

    Pillə yaxşıdır sel oldugda binanin giməsinin qarşısını alır

  • @user-zw8vz1cj6g
    @user-zw8vz1cj6g 7 месяцев назад

    MİDA hoqqa veriyorsun abi 😂 Cammatı gic yerinə qoymayın. Ədalətli bölgü aparmaq istəyirsizsə, siyahıya alın daha çox ehtiyacları nəzərə alaraq növbəli şəkildə mənzilləri camaata verin. Komputerdə nə hoqqabazlıq edirsiz bilmirəm ancaq onu bilin ki, səngərdə soyuqda silah tutan bir hərbiçi təbbi ki komputer arxasına keçib 2 saniyəyə mənzil tuta bilən deyil. Təbii ki neynələyəcək? Keçəcək ikinci varianta aparıb kiməsə rüşvət verib əvəzinə mənzil tutulması üşün adam axtaracaq. Sorada deyirlə ölkədə korrupsiyanı necə yığışdıraq 🤣. Bu nə hoqqadı veriyorlar abi.

  • @ayselkelenterli6449
    @ayselkelenterli6449 Год назад

    Yaxshı ki, evlərdə çəkiliş etməmisiniz. Necə ucuza gətirildiyinin şahidi olardınız. Hamam desəniz yerdə kafelin altına beton tökülməyib, sadə qum torpaq üzərinə kafel vurulub deyə su sızması olur otaqların divarlarında nəmlənmə gedir. Hamamı misal dedim sadəcə,o qədər xırdalıqlar var. Qısacası ucuz qiymətə insanları ölümə aparmaq..

  • @murademlak
    @murademlak 10 месяцев назад

    Görünməyən mənfilər daha çoxdu. Elekyrik.santrxnik xətləri keyfiyyətsiz. Qonşudakı söhbəti rahat eşidirsən)) səs izolyasiyasi yox. Müsbət cəhəti odur ki həyət baca genişdir. Uşaq meydançası var.

  • @user-is4sm7in2o
    @user-is4sm7in2o Год назад +2

    Eyvanları cox balacadı bu haqda hecnə demədiz

  • @mhakl6165
    @mhakl6165 Год назад +5

    Hövsandakı Mida da yaxın qohumuz yaşayır,çox keyfiyyətsizdi evlır. İçməli su da yox😡

    • @kerimkera3895
      @kerimkera3895 Год назад

      Icmeli suyu onsuzda hami alir.Esas 24 saat su gelir)

    • @mhakl6165
      @mhakl6165 Год назад +2

      @@kerimkera3895 Hamı alır?Biz Xırdalanda yaşayırıq,içməli su almırıq. Bir burda görmüşəm ki su alırlar,daşıyırlar. Yazıq cammat.

    • @kerimkera3895
      @kerimkera3895 Год назад

      @@mhakl6165 Qardasım Əhmədli,Həzi,Nərimanov,Xətai,Gənclik və digər hər yerdə qalan dostlarım hamı evə içməli su alır və ya evə filtr çəkdirblər.Bu hamıda belədir.

  • @xirdalanevelani
    @xirdalanevelani 8 месяцев назад

    Günə gündən ordan Xırdalana köçən çoxalır ... görəsən niyə?!

  • @user-vl6qs6or3c
    @user-vl6qs6or3c Год назад

    Anar ziqdaki cekiliş ne oldu Qardaş

  • @perimovsumova9167
    @perimovsumova9167 Год назад

    Kvadratina gore vergiler goyula biler.Artig plosadi hec kim istemir.Almaniya i le mugayise etmeyiniz meni cox teeccublendirdi🤔🤔🤔🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿✍✍✍✍✍

  • @RashadJumshudlu
    @RashadJumshudlu 28 дней назад

    Konkret burda uzun muddət yasayan kim var ? Meslehet vererdiki 3 otaga 90-95 min vermeye deyer bura? Mida 2 den sohebt gedir 1 e hec girilesi deyil kartondan tikibler sagolsunlar

  • @Fil-yd5ds
    @Fil-yd5ds Год назад +3

    Azad olunan torpaglara nezer salin gorun ne geder pul ogurlayir alabaşkomandan

    • @elmanverdiyev4876
      @elmanverdiyev4876 Год назад +1

      Гед Вызгырд бурдан АРМЯНИ дыгасы

    • @Fil-yd5ds
      @Fil-yd5ds Год назад +2

      @@elmanverdiyev4876 tanimadigin birinə monitordan soymeyin .ne terbiyenin sahibi oldugunu gosterir .

  • @cavidqarayev1521
    @cavidqarayev1521 Год назад

    Hər şey bir qiraga nə qədər "Bax" sozundən istifadə edirsən.

  • @alpachino4199
    @alpachino4199 5 месяцев назад

    Kompleksdə Zibil qabı yoxdu Və Qonşu Asqiranda Bütün qonşular ewidir