3 Alma

Поделиться
HTML-код
  • Опубликовано: 2 май 2022
  • Nə uzaqdasan nə yaxında
    Yenə durmusan qabağımda
    Ama məni görmür gözlərin
    Hər şeirdə hər mahnıda
    Ağlımdaki hər axında
    Nağılın sonu gözlənir
    -
    Göydən düşəndə 3 alma
    Gecdi, balam, keçdi daha ağlama
    3ü də ye mənə saxlama
    Bye Bye
    -
    Yığdım şələmi topladım
    Bank hesabımı yoxladım
    Macəra məni gözləyir
    Nə mən xortdan nə sən div ol
    Sən Xoşbəxt ol, mən-də-rock’n-roll
    Doldurma məstan gözləri
    -
    Sən darıxsan da otağında
    İndi mən yoxam yanında
    Küçələr addım səsləri
    Qoyma düşəsən həvəsdən
    Hələ həyatda nə dərslər
    Qələbə səni gözləyir
    -
    Cırtdan belə bacarıbsa,
    Bacararsan sən də balam, ağlama
    Göydən düşəndə 3 alma
    Gecdi, balam, keçdi daha ağlama

Комментарии • 20